Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Fresno
Fresno (Kaliforniya)
Fresno (Kaliforniya)
Fresno (ing. Fresno) — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında yerləşən şəhər.
Fresno (miniserial, 1986)
Fresno (ing. Fresno) - 1986-cı ildə çəkilmiş mini-serialdır. Mini-serial komediya janrında çəkilmişdir. == Xarici keçidlər == Fresno — Internet Movie Database saytında.
Fresno qraflığı (Kaliforniya)
Fresno — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında yerləşən qraflıq. Qraflığın əhalisi 2010-cu il hesablamasına görə 931,098 nəfər olmuşdur. Mərkəzi Fresno şəhəridir.
Fresno (mini-serial, 1986)
Fresno (ing. Fresno) - 1986-cı ildə çəkilmiş mini-serialdır. Mini-serial komediya janrında çəkilmişdir. == Xarici keçidlər == Fresno — Internet Movie Database saytında.
Brezno
Brezno (slovak. Brezno, alm. Bries(en)‎, mac. Breznóbánya) — Slovakiyanın mərkəzində, Filiz dağlarının yamaclarında və Qron çayının sahilində yerləşir. Əhalisi 23 min nəfərə yaxındır. == Tarix == Brezno haqqda ilk məlumatlar 1265-ci ildə, macar kralı IV Belanın səlnaməsində qiymətli metall hasil edən mədənçi şəhəri "Berezun" adı ilə qeyd edilmişdi. 1380-ci ildə Brezno şəhər statusu almışdı. XVII əsrdə şəhər ətrafında ağac istehsalına başlanılmışdı, bu da Ştiriyadan olan mühacirlərin bu əraziyə köçməyə bir stimul yaratmışdı. Breznonun yaxınlığında yerləşən Qronetsdə isə metallurgiya zavodu inşa olunmuşdu və bundan sonra bölgə sürətlə inkişaf etməyə başlamışdı. 1650-ci ildə III Ferdinand Breznoya azad kral şəhəri statusu vermişdi.
Greene
Edvard Li Qrin (ing. Edward Lee Greene, 20 avqust 1843 – 10 noyabr 1915, Vaşinqton) — ABŞ botaniki, sistematiki. == İşləri == "Illustrations of West American oaks" illüstrasiyaçı А. Келлог San Francisco, 1889 "Flora Franciscana. An attempt to classify and describe the vascular plants of middle California" San Francisco, Cubery&Co., 1891 [1] "Manual of the Botany of the Region of San Francisco Bay" San Francisco, Cubery&Co., 1894 "Plantae Bakerianae", 1901 "Pittonia: a series of papers relating to botany and botanists" (5 hissədə) Berkeley, Doxey&Co. 1887–1905 v.1 (1887–1889) v.2 (1889–1892) v.3 (1896–1898) v.4 (1899–1901) [2] v.5 (1802–1905) [3] "Leaflets of botanical observation and criticism" (2 hissədə) Washington, D.C., 1903–1912 vol.1 (1903–1906) vol.2 (1910–1912) "Landmarks of botanical history: a study of certain epochs in the development of the science of botany" (в двух частях) Part I. — Prior to 1562 A. D. Washington, D.C., Smithsonian institution, 1909 [4] "Carolvs Linnaevs" Philadelphia, Christopher Sower company, 1912 == Ədəbiyyat == Willis Linn Jepson Edward Lee Greene the Individual The University of Notre Dame/American Midland Naturalist, Vol. 30, No. 1 (Jul., 1943), pp.
Kreslo
Kreslo (rus. кресло) — dirsəklərə dayaq edilməsi üçün qolları olan stul növü. == Çeşidləri == Çarpayı-kreslo — açılıb-yığılan kreslo. Transformer-kreslo — əlavə təchiz olunmuş kreslo (məsələn, bir az genişləndirmək üçün mexanizmlə). Yelləncək-kreslo. Ofis kreslosu — qaldırıb-endirmək mexanizminə malik kreslo. Masaj kreslosu. Siqaret çəkən üçün kreslo — külqabı ilə təchiz olunmuş kreslo.
Presto
Presto (it. Presto) — musiqidə cəld sürət tempini bildirən termini. Musiqili ötürmələrdə beş əsas dərəcəli hərəkət templəri içində (largo, andante, moderato, allegro, presto) andante sonuncu dördüncü yerdə gəlir.
Qnezno
Qnezno (pol. Gniezno; alm. Gnesen‎; rus. isl.öncəsi. Гнѣзно) — Polşada şəhər, Böyük Polşa voyevodalığının bir hissəsi. Şəhər qmina statusuna malikdir və 49 km² ərazini əhatə edir. Əhalisi 70,083 nəfər (2006-cı il üçün). Dəmir yolu qovşağı var. Şəhərdə geyim, qida və dəri sənayesi müəssisələri mövcuddur.
Qrodno
Qrodno (belar. Гродна, pol. Grodno, lit. Gardinas) — Belarusun iri şəhərlərindən biri.
Qrene
Qrene (fr. Grenay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. La-Verpiyer kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38184. Kommunanın 2012-ci il üçün əhalisi 1530 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 220 ilə 321 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 410 km cənub-şərqdə, Liondan 22 km cənub-şərqdə, Qrenobldan 75 km şimal-qərbdə yerləşir.
Andrey Qreçko
Andrey Antonoviç Qreçko (ukr. Андрій Антонович Гречко; 17 oktyabr 1903, Kuybışevo[d], Don Voysko vilayəti[d] – 26 aprel 1976[…], Moskva) — sovet hərb xadimi, Sovet İttifaqı Marşalı (1955), iki dəfə Sovet İttifaqı Qəhrəmanı (1958, 1973) və SSRİ-nin müdafiə naziri (1967-1976). == Həyatı == Andrey Qreçko 1903-cü ildə indiki Rostov vilayətinin Qolodayevka kəndində anadan olmuşdur. 1919-cu ildən Sovet Ordusunda xidmətə başlamış Rusiya vətəndaş müharibəsində iştirak etmişdir. 1936-cı ildə Frunze adına Hərbi Akademiyanı, 1941-ci ildə Baş qərərgah akademiyasını bitirmişdir. Böyük Vətən müharibəsində diviziya, korpus komandiri, 1942-ci ilin aprel-avqustunda 12-ci ordunun, sentyabr-dekabrda 47-ci və 18-ci orduların, 1943-cü ildə 56-cı ordunun komandanı, həmin ilin oktyabrından 1-ci Ukrayna cəbhəsi qoşunları komandanının müavini, dekabrdan müharibənin sonuna kimi komandanı olmuş, Şimali Qafqaz, Ukrayna, Polşa və Çexoslovakiyanın azad edilməsində iştirak etmişdir. Müharibədən sonra Kiyev hərbi dairəsi qoşunlarının (1945-1953) və Almaniyada sovet qoşunları qrupunun komandanı (1953-1957), SSRİ quru qoşunlarının baş komandanı və SSRİ müdafiə nazirinin 1-ci müavini (1957-1960) olmuşdur. 1967-1976-cı illərdə SSRİ-nin müdafiə naziri olmuşdur. Andrey Qreçko 26 aprel 1976cı ildə Moskvada vəfat etmişdir. == Hərbi rütbələri == polkovnik — 10.07.1941, general-mayor — 09.11.1941, general-leytenant — 28.04.1943, general-polkovnik — 09.10.1943, ordu generalı — 03.08.1953, Sovet İttifaqı Marşalı — 11.03.1955.
Ernan Krespo
Ernan Kraspo — Argentinalı futbolçu və məşqçi.
Fresko-sekko
A sekko və ya Fresko-sekko (it. a secco — "qurunun üzərinə", fresco-secco — "quru freska") — divar rəssamlığı texnikası. Freskadan fərqli olaraq, sərt, qurumuş və təkrar nəmləndirilmiş suvaq üzərinə çəkilir. Bu rəsm texnikasında bitki mənşəli yapışqana və ya yumurtaya ovxalanmış, yaxud da əhənglə qarışdırılmış boyalardan istifadə edilir. Sekko işin sürətini artırmağa, iş günü ərzində freskaya nəzərən daha çox sahədə rəsm çəkməyə imkan verir, lakin freska qədər uzunömürlü deyil. A sekko texnikası orta əsr rəssamlığında freska ilə eyni dövrdə yaranmış və xüsusilə XVII-XVIII əsrlərdə Avropada geniş yayılmışdı. == Məşhur sekko rəssamları == Cotto Cun Makevan — şotland rəssamı. Beohar Rammanohar Sinha — hind rəssamı. Rudolf F. Zallinger (1919 — 1995) — amerikalı rəssam.
Gerson Omubo
Jak Fresko
Jak Fresko (13 mart 1916, Bruklin, Nyu-York ştatı – 18 may 2017, Sebrinq[d], Florida) — amerikalı futurist və ictimai mühəndis olaraq özünü tanıtmışdı. Avtodidakt idi və industrial dizayn sahələrində çalışmışdı. Fresko davamlı şəhərlər, enerji effektivliyi, təbbi resursların idarəolunması, avtomatlaşma və elmin cəmiyyətdə yeri haqda fikirlərini yazmış və mühazirələrində dilə gətirmişdir. O, Venera layihəsini (Venus Project) yaratmış və resurs əsaslı iqtisadiyyat adlandırdığı sosio-iqtisadi modelin qlobal tətbiqini müdəfiə etmişdir. == Gəncliyi == Fresko 13 mart 1916-cı ildə doğulub, Nyu-Yorkda Bruklin rayonunda Səfarad yəhudilərindən ibarət ailəsinin yanında böyüyüb. Böyük böhran zamanında o, vaxtını dostarı ilə birlikdə Çarlz Darvin, Albert Eynşteyn, elm və gələcək haqda müzakirə edərək keçirirdi. Fresco Gənc Kommunistlər Ligasına qatılır və liganın rəhbəri ilə görüşdə müzakirədən sonra "Karl Marks səhv idi" deyə bağırdığına görə ligadan sözün birinci mənasında atılır. Gənc Fresko 14 yaşında evi tərk edir və zəmanənin gəncləri kimi avtostop və "qatarlara tullanaraq" səyahət edir. Daha sonra o diqqətini texnokratiya üzərinə cəmləyir. == Karyera == === Hava gəmisi sənayesi === Fresko 1930-cu illərin sonrarına doğru Kaliforniada Douglas Aircraft Company-də çalışıb.
Kreslo (1988)
Libania Qrenot
Libania Qrenot Martines Skafetti (12 iyul 1983, Santyaqo-de-Kuba[d]) — Kuba əsilli İtalyan atletidir. == Həyatı == Kubalı Grenot, atletizm həyatına burada başladı. 2006 cı ildə bir İtalyanla evlənərək bu ölkəyə köçüb. 2008-də isə vətəndaşlığa qəbul edildi. 2008 Pekində 400 metr qaçış yarı finalında 50.83-lə İtaliya rekordu qırdı lakin finala qala bilmədi. Pescaradakı 2009 Aralıq dənizi Oyunlarında 400 metri 50.30-la tamamlayaraq qızıl medal qazandı və özünə aid İtaliya rekordunu yenilədi.
Qreyon Kyei
Qreyon Kyei (12 avqust 1995-ci ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Reyms klubunda hücumçu kimi çıxış edən peşəkar Fransa futbolçusudur. == Klub karyerası == Kyei Stad Reyms akademiyası vasitəsilə inkişaf etmişdir. O, öz peşəkar karyerasında debütünü Reyms klubu ilə 12 aprel 2015-ci ildə etmişdir. O, 74-cü dəqiqədə Nikolas de Previlli əvəz etmişdir. Həmin görüşdə Reyms Liqa 1 görüşündə Nitsaya 1-0 hesabı ilə məğlub olmuşdur.
Qreşem qanunu
Qreşem qanunu (Kopernik — Qreşem qanunu kimi də tanınır) — iqtisadi qanun, əsas fikri odur ki: "Ən pis pullar ən yaxşı pulları dövriyyədən çıxardılar". Qanun 1526-cı ildə Polşa astronomu, iqtisadçısı və riyaziyyatçısı Nikolay Kopernik (1473—1543) tərəfindən "Monetae cudendae ratio" (Sikkələrin zərb edilməsi haqqında) traktatında təsvir olunmuşdur və 1560-cı ildə İngiltərə maliyyəçisi Tomas Qreşem (1519—1579) tərəfindən tamamlanmışdır. == Digər fikirlər == "Dövlət tərəfindən süni şəkildə yüksək qiymətləndirilən pullar onun tərəfindən süni şəkildə aşağı qiymətləndirilən pulları dövriyyədən çıxardılar". "Ucuz pullar bahalı pulları dövriyyədən çıxardacaqlar". "Mübadilə məzənnəsi qanun tərəfindən quraşdırılanda, ən pis pullar ən yaxşı pulları dövriyyədən çıxardılar". == Tarixi == Bir çox ölkə hökümətləri sikkələri korlayırdılar. Korlama sikkənin nominal dəyərini dəyişmədən onun tərkibindəki qızıl və ya gümüş miqdarının azaldılmasından ibarət idi. Pulları "korlayaraq" dövlət tez-tez ortaya çıxan maliyyə çətinlikləri həll etməyə çalışırdı. Bu cür hərəkətlərin nəticələri bahalaşma və əhalidə "tam çəkili pulların" toplanması idi. Gündəlik həyatdan "tam çəkili pulların" yox olmas; və onların "qeyri-tam çəkili pullar" ilə əvəzlənməsi faktını erkən merkantilistlərdən biri və İngiltərə kraliçası I Elizabetin maliyyə müşaviri Tomas Qreşem qeyd etmişdir.
Qreşem sarayı
Qreşem sarayı (həmçinin Qreşemanın sarayı, mac. Gresham-palota) — Budapeştdə yerləşən bina, arxitekturada Art Nouveau stilinin nümunəsi. 20-ci əsrin əvvəlində ofis və yaşayış kompleksi kimi tikilmiş, hazırda Four Seasons Hotels and Resorts zəncirinin lüks otellərindən biri kimi istifadə olunur. Saray, XVI əsrin ingilis taciri və maliyyəçisi olan Tomas Qrüşem, Kral birjasının qurucusunun adını daşıyır. == Tarixi == Saray Dunay çayının küncündə, İştvan Seçenyi meydanının Zəncir Körpüsünün şərq tərəfində yerləşir. Əvvəlcə bu yer 1827-ci ildə tikilmiş bir neoklasik məskən olan Nako Evinin evi kimi sayılırdı. 1880-ci ildə Britaniyanın həyat sığortası şirkəti olan Gresham Life Assurance Company öz investisiya məqsədlərini sarayı əldə etdi. Daha sonra regional qərargah olaraq yeni bir nümayəndəlik binası qurulmasına qərar verildi. Yerli memarlar Jiqmond Kvittner və Yosef Vaqo sarayı layihə üçün sifariş aldılar. 1904-cü ildə başlayan və 1906-cı ildə başa çatdı (1907-ci ildə açılışı gerçəkləşdi).
Qrodno qalası
Qədim Qrodno qalası, Qədim qala (belar. Стары замак) və ya sadəcə Qrodno qalası — Belarusun Qrodno şəhərində qədim qala. 11-ci əsrdə Kiyev knyazı Yaroslav Mudrinin kiçik oğlunun yaratdığı Qara Rus sülaləsinin iqamətgahı olaraq tikilmişdir. Qalanın XIII əsr donjonu Belarus müdafiə qalallarının bir növünə aid idi. Böyük Vytautas, 1391–1398-ci illərdə qalaya qotik tərzində beş kərpic qüllə əlavə etdi və qalanı əsas yaşayış yerlərindən birinə çevirdi. IV Kazimir də Litvanın rəsmi paytaxtı olaraq Qrodnoya üstünlük veriridi. Bura həm polşa tacının ona təqdim edildiyi, həm də 1492-ci ildə vəfat etdiyi yerdir. Qalanın növbəti görkəmli sakini Qrodnonu Şərqi Avropadakı geniş imperiyasının paytaxtı olaraq nəzərdə tutan "Stepan Bathori" idi. O qalanı özünün Şimali İtaliyanın inkişaf etmiş İntibah zövqündə tikilmiş iqamətgahı ilə əvəz etmək istəyirdi. 1586-cı ildə Bathori Qrodnoda öldükdən sonra, onun layihəsi tərk edildi.
Qrodno vilayəti
Qrodno vilayəti (belar. Гродзенская вобласць) — Belarusda inzibati–ərazi vahidi.
Voytsex Qerson
Voytsex Qerson (pol. Wojciech Gerson; 1 iyul 1831[…], Varşava – 25 fevral 1901[…], Varşava) — polşalı rəssam-realist, yazıçı, pedaqoq. == Bioqrafiyası == Voytsex Qerson Polşa üsyanı zamanı Varşavada anadan olmuşdur. 1844-cü ildə İncəsənət Məktəbinə daxil oldu və 1850-ci ildə fərqlənmə diplomu ilə məzun oldu. 1853-cü ildə Qerson Sankt-Peterburq İncəsənət Akademiyasında təqaüd alıb və iki il Aleksey Markovdan tarixi əsər öyrənir. Akademiyanı gümüş medal ilə bitirmiş və 1855-ci ildə Varşavaya dönmüşdür. 1856-cı ildə Parisə yola düşdü və Leon Konye ilə birgə təhsil almışdır. 1858-ci ildə rəssam Varşavaya qayıtdı və tədris fəaliyyəti ilə məğul oldu. İncəsənət professoru (1872–1896). Əsərlərinin əsas mövzusu dağ mənzərələri, şəhər eskizləri, tarixi rəsmlərdir.
Qrodno Azot
Qrodno Azot (belar. Гро́дна Азо́т) — Belarus dövlət şirkəti və açıq səhmdar cəmiyyətidir. Azot birləşmələri və gübrələrinin istehsalçısıdır. 1963-cü ildə azot gübrələri istehsal edən zavod kimi yaradılmışdır. Belneftexim Belarus Dövlət Neft və Kimya Konserninin bir hissəsidir. Qrodno şəhəri, Kosmonavtlar prospekti, 100 ünvanında yerləşir. Şirkətdə 5 istehsalat növü var. Burada 50-yə yaxın kimyəvi məhsul istehsal olunur: texniki maye ammonyak, azot gübrələri - karbamid, karbamid-ammonyak qarışığı, ammonium sulfat, metanol tenik, kaprolaktam, biodizel və maye karbon qazı. Qrodno Azot 2016-cı ildən ABŞ, daha sonra Avropa İttifaqı və bir sıra digər ölkələr tərəfindən beynəlxalq sanksiyalar altındadır. == Tarixi == 1960-cı ilin oktyabrında müvəqqəti yardımçı binaların tikintisinə başlanıldı.