Qrodno qalası

Qədim Qrodno qalası, Qədim qala (belar. Стары замак) və ya sadəcə Qrodno qalasıBelarusun Qrodno şəhərində qədim qala. 11-ci əsrdə Kiyev knyazı Yaroslav Mudrinin kiçik oğlunun yaratdığı Qara Rus sülaləsinin iqamətgahı olaraq tikilmişdir.

Qrodno qalası
Стары замак
Xəritə
53°40′37″ şm. e. 23°49′23″ ş. u.
Ölkə
Yerləşir Qrodno
Üslubu qotik, manyerizm, barokko, klassisizm
Rəsmi sayt history.grodno.museum.by
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qalanın XIII əsr donjonu Belarus müdafiə qalallarının bir növünə aid idi. Böyük Vytautas, 1391–1398-ci illərdə qalaya qotik tərzində beş kərpic qüllə əlavə etdi və qalanı əsas yaşayış yerlərindən birinə çevirdi. IV Kazimir də Litvanın rəsmi paytaxtı olaraq Qrodnoya üstünlük veriridi. Bura həm polşa tacının ona təqdim edildiyi, həm də 1492-ci ildə vəfat etdiyi yerdir.

Qalanın növbəti görkəmli sakini Qrodnonu Şərqi Avropadakı geniş imperiyasının paytaxtı olaraq nəzərdə tutan "Stepan Bathori" idi. O qalanı özünün Şimali İtaliyanın inkişaf etmiş İntibah zövqündə tikilmiş iqamətgahı ilə əvəz etmək istəyirdi. 1586-cı ildə Bathori Qrodnoda öldükdən sonra, onun layihəsi tərk edildi. Qala 1655-ci ildə Rusiay-Polşa müharibəsi zamanı ruslar tərəfindən dağıdıldı.

Qalanın dirçəldilməsi Krzysztof Zygmunt Pacın kral iqamətgahının yenidən qurulmasını maliyyələşdirmək üçün kifayət qədər vəsait toplaması ilə edildi. Bərpa olunan qala Polşanın kralı Michal Korybut Wisniowiecki tərəfindən Polşa-Litva Birliyinin hər üç seymi üçün iqamətgah olaraq seçildi. Şimal müharibəsi kral məhkəməsi Yeni Qrodno Qalasına köçməyə məcbur oldu. Polşanın bölüşdürülməsindən sonra qala rus ordusunun ixtiyarına verildi və burada kazarma yerləşdirildi.

Polşa Respublikası dövründə səlahiyyətlilər səfirlər otağını və seym zalını bərpa etdi. Qala hal-hazırda muzey olaraq fəaliyyət göstərir.

  • Ф. Д. Гуревич. "Древности Белорусского Понеманья". Ленинград, Изд-во Академии наук СССР, 1962.
  • Old Grodno Castle on globus.tut.by