Andrey Antonoviç Qreçko (ukr. Андрій Антонович Гречко; 17 oktyabr 1903[1], Kuybışevo[d], Don Voysko vilayəti[d][1] – 26 aprel 1976[2][3][…], Moskva[1]) — sovet hərb xadimi, Sovet İttifaqı Marşalı (1955), iki dəfə Sovet İttifaqı Qəhrəmanı (1958, 1973)[4] və SSRİ-nin müdafiə naziri (1967-1976).
Andrey Qreçko | |
---|---|
ukr. Андрій Антонович Гречко | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Qolodayevka, Taqanroq dairəsi, Rusiya İmperiyası |
Vəfat tarixi | (72 yaşında) |
Vəfat yeri | Moskva, SSRİ |
Dəfn yeri | |
Vətəndaşlığı | SSRİ |
Təhsili |
|
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Sovet Sosialist Respublikaları İttifaqı |
Qoşun növü | süvari, piyada |
Xidmət illəri | 1918–1976 |
Rütbəsi | Marşal |
Vəzifəsi | Sovet İttifaqı Marşalı |
Döyüşlər |
|
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Andrey Qreçko 1903-cü ildə indiki Rostov vilayətinin Qolodayevka kəndində anadan olmuşdur.
1919-cu ildən Sovet Ordusunda xidmətə başlamış Rusiya vətəndaş müharibəsində iştirak etmişdir. 1936-cı ildə Frunze adına Hərbi Akademiyanı, 1941-ci ildə Baş qərərgah akademiyasını bitirmişdir.
Böyük Vətən müharibəsində diviziya, korpus komandiri, 1942-ci ilin aprel-avqustunda 12-ci ordunun, sentyabr-dekabrda 47-ci və 18-ci orduların, 1943-cü ildə 56-cı ordunun komandanı, həmin ilin oktyabrından 1-ci Ukrayna cəbhəsi qoşunları komandanının müavini, dekabrdan müharibənin sonuna kimi komandanı olmuş, Şimali Qafqaz, Ukrayna, Polşa və Çexoslovakiyanın azad edilməsində iştirak etmişdir.
Müharibədən sonra Kiyev hərbi dairəsi qoşunlarının (1945-1953) və Almaniyada sovet qoşunları qrupunun komandanı (1953-1957), SSRİ quru qoşunlarının baş komandanı və SSRİ müdafiə nazirinin 1-ci müavini (1957-1960) olmuşdur[4]. 1967-1976-cı illərdə SSRİ-nin müdafiə naziri olmuşdur.
Andrey Qreçko 26 aprel 1976cı ildə Moskvada vəfat etmişdir.