Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Azərbaycan qadını
Azərbaycanda qadınların rəsmi olaraq kişi ilə hüquqları bir olsa da, sosial diskriminasiya hələ də problemdir. Ölkənin kənd ərazilərində ənənəvi sosial normalar və iqtisadi inkişafın zəif olması, iqtisadiyyatda qadının rolunu məhdud olmasına səbəb olur və cinsi diskriminasiyaya görə qadınlar qanuni hüquqlarından istifadə etməkdə çətinlik çəkir. Azərbaycanda qadının statusu son bir neçə minillik ərzində çox böyük dəyişikliklərə məruz olmuşdur. Buna baxmayaraq, Azərbaycanda qadınlar ölkə tarixinin bütün dövrlərində xalqın taleyüklü məsələlərinin həll edilməsinə öz töhfələrini veriblər. 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti dövründə ölkə ərazisində yaşayan bütün xalqların və hər iki cinsin bərabər seçki hüququ qanunla təsbit edilirdi. Bununla da, Azərbaycan Şərqdə qadınlara seçki hüququ verən ilk ölkə oldu. == Statusu == Orta əsrlərdə Azərbaycan hökmdarlarından Qızıl Arslanın arvadı Qətibə xanım, Özbək xanım arvadı Mehrican xanım, Uzun Həsənin anası Sara xatun, Şah İsmayıl Xətainin qızı Məhinbanu Sultan, Şirvanşah Xəlilullanın arvadı Pəri xanım, Şah Abbasın anası Xeyransa bəyim, əfsanəvi Tuti Bikə və başqaları kimi görkəmli siyasi və dövlət xadimləri ölkənin tarixində böyük iz qoymuşdur. Azərbaycanda ilk qadın xeyriyyə cəmiyyəti 1908-ci ildə yaranıb və bu qadın təşkilatının yaradılmasının təşəbbüsçüşü Azərbaycanın ictimai xadimi Həsən bəy Zərdabinin xanımı Hənifə Məlikova olub. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi İstiqlal Bəyannaməsi bərabərhüquqluluq prinsipini, seçmək və seçilmək hüququnu təsbit etdi. Bunun, nəticəsində Azərbaycan Şərqdə qadınlara seçmək və seçilmək hüququ verən ilk ölkə oldu.
Buxar qazanı
Buxar qazanı ― istilik enerjisini suya tətbiq edərək buxar yaratmaq üçün istifadə olunan cihaz. Buxar qazanı buxar mənbəyi lazım olan istənilən yerdə istifadə olunur. Onun forma və ölçüsü tətbiqetmə sahəsindən asılıdır: paravoz, lokomobil və buxarla işləyən yol nəqliyyat vasitələri kimi mobil buxar mühərriklərində daha kiçik qazan istifadə olunur; stasionar buxar mühərrikləri, sənaye müəssisələri və elektrik stansiyaları adətən boru kəmərləri ilə istifadə nöqtəsinə birləşdirilmiş daha böyük və ayrı buxar generatoru dəstinə malikdir. Diqqətəlayiq istisna kimi odsuz buxar lokomotivini göstərmək olar, orada buxar lokomotivin qəbuledicisinə (çəninə) ötürülür. == İlkin mühərrikin komponenti == Buxar qazanı əsas hərəkətverici mühərrik kimi baxıldıqda buxar maşınının ayrılmaz hissəsidir. Bununla birlikdə, o, ayrı-ayrılıqda nəzərdən keçirilməlidir, çünki müəyyən dərəcədə müxtəlif növ generatorlar fərqli mühərrik aqreqatlar ilə birləşdirilə bilər. Buxar qazanında yanacaq yandıran və istilik yaradan odluq və ya kürə olur. Yaranan istilik qaynama prosesi zamanı buxar yaratmaq üçün suya ötürülür. Beləcə, qaynar suyun üstündəki təzyiqdən asılı olaraq dəyişən sürətə malik dolğun buxar peydə olur. Qazanın istiliyi nə qədər yüksək olarsa, buxar daha sürətlə çıxar.
Gavani (Miyanə)
Gavani (fars. گاواني‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 60 nəfər yaşayır (9 ailə).
Kamal Qarani
Mustafa Kamal Karan və ya Kamal Qarani (1923, Amasya – 2008, Ankara) — Türkiyə Böyük Millət Məclisinin deputatı, Cümhuriyyət Xalq Partiyasının üzvü, iş adamı, təsərrüfatçı. Hacı Mahmud Əfəndinin nəvəsidir. == Həyatı == Azərbaycan əsilli Kamal Məhəmməd oğlu Karan 1923-cü ildə Osmanlı İmperiyasının Amasya şəhərində anadan olmuşdur. İstanbul İqtisadiyyat və Ticarət Universitetinin Diplomatiya və Beynəlxalq əlaqələr ixtisasını bitirmişdir. Universiteti bitirdikdən sonra Türkiyə ordusunda xidmət etmişdir. Təbiət etibarilə məqsəd yönlü şəxs idi. Elmli, siyasi məsələləri bilən, dəyanətli və müdrik bir siyasətçi idi. Atası Məhəmməd Əfəndi Türkiyənin siyasi həyatında da yaxından iştirak edərək, Mustafa Kamal Atatürklə görüşmüş və hətta oğlunun da adını böyük öndərə hörmət əlaməti kimi Kamal qoymuşdur. Təqaüdə çıxdıqdan sonra Ankarada yaşamışdır. 2008-ci ildə Ankara şəhərində vəfat etmişdir.
Qanuni oğru
Qanuni oğru və ya danışıq dilində vorzakon (rus. вор в законе) dövlət qanunlarına paralel, fərqli prinsiplərlə yaşayan, fərqli prinsiplər uğrunda mübarizə aparan mafiya titulu. Qanuni oğruların bütün nümayəndələri cinayət törətmiş şəxslərdir. Qanuni oğru - lotu anlayışı müxtəlif ölkələrdə və zamanlarda mövcud olub. Lotular əsasən Orta Şərqdə mövcud olub. Məsələn, İsfahan lotuları müəyyən funksiya daşıyırdılar və ümumi təsəvvürdən fərqli olaraq, hakimiyətlə əməkdaşlıq edirdilər ki, bu indiki oğruların bir çoxuna da aiddir. Sovet siyasi sistemində hakimiyətin xəbəri olmadan cinayət və qeyri-cinayət və ümumiyətlə hər-hansı strukturun yaranması ehtimalı çox aşağı idi. Odur ki, düşünmək olar ki, oğru aləmini sovet siyasi sistemi, əvvəllər də tarixdə olduğu kimi, cinayət aləmini nəzarətdə saxlamaq məqsədi ilə yaratmışdı. Bu qanunlara tabe olanların siyasətdən uzaq olması məsələsi də heç də təsadüfi deyil. == Tarixi == Formalaşmış kriminal aləm daha çox Rusiya mühitindən bəhrələnib.
Soka Qakkai
Soka Qakkai (yaponca: 創価学会, Hepbörn: Sōka Gakkai, "Dəyər yaranma cəmiyyəti") — yapon Niçiren buddist hərəkatı. Onun baş rəsmi məqsədi "sülhü, mədəniyyəti və təhsili" dəstəkləməkdir. İbadətində isə Lotus sutrası vacib rol oynayır. == İnancları == Soka Qakkai fəlsəfəsinin əsası 1222–1282 illərin arasında yaşayan Niçiren adlı rəhibdən gəlir. Niçiren Buddizmi Kamakura dövrünün "yeni Buddizm" məktəblərindən biridir. XIII əsrdən başlayaraq, Niçiren Buddizmin bir sıra məzhəbi formalaşıb və Soka Qakkai onlardan biridir. Hərəkətin təliminin tərkibi hissələrindən biri Lotus sutrası ilə bağlı Soka humanizmidir. Ona əsasən Soka Qakkai ibadətçiləri inanır ki, "Budda həyatın özüdür". == Tarixi == 1928-ci ildə Tsunesaburo Makiquçi və bəzi mənbələrinə görə həmin ildə, başqa mənbələrə görə isə 1928–1930 illərin arasında onun öyrəncisi Cosei Toda Niçiren Buddizmini qəbul ediblər. 1937-ci ildə Makiquçi başçısı olduğu Yaponiyada təhsil islhatı məsələsini araşdıran, 60 adamdan ibarət olan bir qrup Soka Qakkai hərəkətinin əsasını qoyub.
Veysəl Qarani
Veysəl Qərani və ya Üveys Qarani (Ərəbcə: أويس القاراني, Farsca: اویس , : اویس قرنی, Pəncabca: اویس قرنی) (d. 594, Mərib vilayəti]] Karen (Qarani) kəndi, Yəmən - ö. 657), Yəmənli və Türk əsilli bir Müsəlman, Övliya, mistik və Filosof. Veysəl Qaraninin soyu Yəmən tayfalarından olan "Beni Murad" (Muradoğullarından) gəlir. Murad tayfasının karan (Karen) (Qarani) qəbiləsindəndir.Məhəmməd Peyğəmbər dövründə yaşamasına baxmayaraq onu heç görməmişdir. Dinimizdə ana sevgisinin böyüklüyüylə anlamlandırılmış bir din böyüyümüzdür. İbn Battuta Veysəl Qarani'nin Siffeyn döyüşü 'ndə Əli' nin ətrafında döyüşərkən öldürüldüyünü söyləyir. Veysəlin qəbri Suriya 'nın Ər-Rəqqə mühafazasındadır. Övliyalar vilayəti olan Bursa vilayətinin Osmanqazi mahalında Veysəl Qarani məhəlləsi və Məscidi vardır. Veysəl Qaraninin müxtəlif dövlətlərdə türbəsi var.
Qanuni oğrular
Qanuni oğru və ya danışıq dilində vorzakon (rus. вор в законе) dövlət qanunlarına paralel, fərqli prinsiplərlə yaşayan, fərqli prinsiplər uğrunda mübarizə aparan mafiya titulu. Qanuni oğruların bütün nümayəndələri cinayət törətmiş şəxslərdir. Qanuni oğru - lotu anlayışı müxtəlif ölkələrdə və zamanlarda mövcud olub. Lotular əsasən Orta Şərqdə mövcud olub. Məsələn, İsfahan lotuları müəyyən funksiya daşıyırdılar və ümumi təsəvvürdən fərqli olaraq, hakimiyətlə əməkdaşlıq edirdilər ki, bu indiki oğruların bir çoxuna da aiddir. Sovet siyasi sistemində hakimiyətin xəbəri olmadan cinayət və qeyri-cinayət və ümumiyətlə hər-hansı strukturun yaranması ehtimalı çox aşağı idi. Odur ki, düşünmək olar ki, oğru aləmini sovet siyasi sistemi, əvvəllər də tarixdə olduğu kimi, cinayət aləmini nəzarətdə saxlamaq məqsədi ilə yaratmışdı. Bu qanunlara tabe olanların siyasətdən uzaq olması məsələsi də heç də təsadüfi deyil. == Tarixi == Formalaşmış kriminal aləm daha çox Rusiya mühitindən bəhrələnib.
İş qadını
İş adamı və ya biznes administratoru biznes sektorunda olan şəxsdir– xüsusi ilə iqtisadi, intellektual və fiziki kapitalın məcmusundan istifadə edərək satış həyata keçirmək və mənfəət əldə etmək məqsədilə fəaliyyətlər (kommersiya və ya sənaye) həyata keçirən və bu cür fəaliyyəti inkişaf etdirən şəxsdir.
Abşeron qabanı
Abşeron qabanı (lat. Sus apscheronicus), həmçinin və ya Abşeron donuzu və ya Binəqədi donuzu — müasir Şərqi Cənubi Qafqaz ərazisində orta pleystosen dövründə yaşamış çöl donuzunun nəsli kəsilmiş növü. Qalıqlar Azərbaycanın Binəqədi yaşayış məntəqəsi yaxınlığında dördüncü dövr çöküntülərində aşkar edilmişdir. == Xarakteristikası == Bu növ qaban yeni endemik növə aiddir. Şərqi Asiya zolaqlı donuzlar (Sus vittatus) qrupu ilə çox oxşarlıqlara malik olsa da, bir sıra özünəməxsus xüsusiyyətlərə malikdir. Xüsusilə, bu növ olduqca böyük bullae ossae ilə seçilir. Gözyaşı sümüyünün kvadrata yaxın forması var (uzunluğun eninə nisbəti – 0,75). Abşeron çöl qabanının kəllə sümüyündə alveolun kökündə nisbi qalınlıq göstəricisi (yuxarı-aşağı diametrin ön-arxaya nisbəti) 66,6, digər çöl donuzlarının kəllələrində isə (Sus cristatus, Sus vittatus, Sus scrofa nigripes, Sus scrofa attila) 75 ilə 81,8 arasında dəyişir. Həmçinin, Abşeron qabanının Sus scrofa kəllələrindəki yuxarı köpək dişləri ilə müqayisədə yuxarı köpəyin aşağı səthində daha kəskin və daha aydın uzununa yivlər və qabırğalar vardır. Abşeron qabanının iki alt çənəsindəki dişlər qorunmamışdır.
Avl Qabini
Avl Qabini (lat. Aulus Gabinius; e. ə. II əsr, Qədim Roma – e.ə. 47, Salona[d]) — Roma Respublikasının siyasətçisi və sərkərdəsi. O, əsasən Pompeyin himayəsi sayəsində eramızdan əvvəl e.ə. 58-ci ildə konsulluqla başa çatan mühüm bir karyeraya sahib idi. Onun adı daha çox e.ə. 67-ci ildə pleblərin tribunası kimi qəbul edilən "lex Gabinia" ilə əlaqələndirilir. Bu qanun Pompeyə Aralıq dənizində quldurlarla mübarizə aparmaq üçün fövqəladə komandanlıq vermişdir.
Qaani Şirazi
Mirzə Həbibulla Qaani Şirazi (Farsca: میرزا حبیب‌ا‌الله قاآنی شیرازی‎; 20 oktyabr 1808, Şiraz - 3 may 1854, Tehran) — İran şairi. == Həyatı == Mirzə Həbibulla 1808-ci ildə Fars əyalətinin mərkəzi Şiraz şəhərində anadan olmuşdu. Əslləri Kirmanşahlıdır və Zəngənə elindəndir. Atası Mirzə Məhəmmədəli Gülşən təxəllüsü ilə şeir yazırdı. Vaxtsız vəfat edən Gülşən Həbibullaha istedad miras qoymuşdu. Yetim böyüyən Həbibullah Fars əyalət valisinin yaxın yardımı ilə mədrəsə təhsili aldı. Fətəli şah Qacar oğlu Həsənəli mirzənin vasitəsilə onu Tehrana dəvət etdi. Sarayda şöhrət qazandı. Şah ona "Müctəhidəlşüəra" ləqəbini əta etdi. Qaani Şirazi divan müəllifidir.
İsmail Qaani
İsmail Qaani (fars. اسماعیل قاآنی‎; 8 avqust 1957, Məşhəd) — İranın İslam İnqilabı Keşikçiləri Korpusunun General-mayoru. 3 yanvar 2020-ci ildən etibarən ölkə xaricində keçirilən gizli hərbi əməliyyatlar icra edən xüsusi hərbi birləşmə olan Qüds qüvvələrinin komandiridir. == Həyatı == == Hərbi karyera == 1980–1988-ci illər İran-İraq müharibəsi zamanı Qaani 5-ci Nəsr Briqadasına və 21-ci İmam Rza Zirehli Briqadasına rəhbərlik etmişdir. İsmail Qaani 1997-ci ildə Qüds qüvvələrinin komandiri Qasım Süleymaninin təklifi ilə İslam İnqilabı Keşikçiləri Korpusunun Baş Qərargah rəisi Yəhya Rəhim Səfəvi tərəfindən İslam İnqilabı Keşikçiləri Korpusuna bağlı olan xüsusi hərbi birləşmə olan Qüds qüvvələri komandirinin müavini təyin edildi. Millət vəkili olduğu dönəmdə Qaani 2010-cu ilin oktyabrında Nigeriyada Hizbullah və Qambiya üçün nəzərdə tutulmuş silah tədarükü daxil olmaqla, hərbçilərin qruplarına edilən maliyyə ödənişlərini ələ keçirdi. 27 mart 2012-ci ildə Qaani ABŞ Maliyyə Nazirliyi yanında Xarici Aktivlərə Nəzarət İdarəsi tərəfindən Xüsusi Təyin olunmuş Vətəndaşlar və Qadağan Şəxslər siyahısına əlavə edildi, aktivləri donduruldu və ABŞ qurumları ilə əməliyyatlar aparılması qadağan edildi. İranın Ali Dini Lideri Əli Xamenei general-mayor Qasım Süleymaninin ABŞ-nin Bağdad Beynəlxalq Hava Limanı yaxınlığında hədəfə alınaraq öldürülməsindən sonra 3 yanvar 2020-ci ildə Qaanini İslam İnqilabı Keşikçiləri Korpusuna bağlı olan Qüds qüvvələrinin komandiri təyin etdi. == İran-ABŞ gərginliyinin artması == Qaani ABŞ-nin bölgədəki mövcudluğunu kəskin tənqid etmiş və zaman-zaman ABŞ prezidenti Donald Tramp və Amerika vətəndaşlarına qarşı döyüşçü üslubunda ritorikalarını bildirmişdir. O, 5 iyul 2017-ci ildə şəhidlərin anım mərasimində ABŞ-nin İrana hücum üçün İraq və Əfqanıstana 6 trilyon ABŞ dollarını boş yerə xərclədiyini iddia etmişdir.
Qarni döyüşü
Qarni döyüşü — 1225-ci ildə Gürcüstan çarlığı və Xarəzmşahlar arasında baş vermiş döyüş. Döyüş nəticəsində Gürcüstan çarlığı məğlub edildi və Gürcüstan çariçası Rusudan qərargahını Tiflisdən Kutaisiyə köçürməyə məcbur oldu. == Döyüşdən əvvəl == Bu dövrdə Cəlaləddin Mənguberdi çariça Rusudana məktub yazaraq tabelik göstərməsini istədi. Lakin Rusudan tabe olmaqdan imtina etdi və Cəlaləddinə Monqol imperiyasına məğlub olduğunu xatırladan məktub yazdı. Bundan sonra 1225-ci ildə Xarəzmşah ordusu sərhədi keçərək Gürcüstana daxil oldu və qısa bir müddət sonra iki tərəf arasında ağır döyüş baş verdi. == Tərəflərin hərbi potensialı == Çariça Rusudan əsgər toplamaq üçün Gürcüstan çarlığının bütün bölgələrinə elçilər göndərdi. Bu dövrdə çarlıq muzdlu əsgərlər də daxil olmaqla 100,000 yaxın əsgər toplamaq potensialına sahib idi. Bununla yanaşı gürcülər təhlükəsizlik səbəbindən qüvvələrinin bəzi hissələrini ayırdılar. Beləliklə, Cəlaləddinə qarşı gürcülərin əlində 60–70,000-ə qədər qüvvə var idi. Xarəzmşah ordusunun sayı isə gürcülərdən daha çox idi.
Alfredo Jakoni stadionu
Alfredo Jakoni stadionu (port. Estádio Alfredo Jaconi) — Braziliyanın ən böyük dördüncü stadionudur. Kaşias-du-Sul şəhərində yerləşir. Tamaşaçı tutumu 30,519 nəfərdir. "Juventude" klubu ev oyunlarını bu stadionda keçirir. == Tarixi == Açılışı 23 mart 1975-ci ildə olmuşdur.
Azərbaycan qadını (jurnal)
Azərbaycan qadını — ədəbi, ictimai və siyasi qadın jurnalı. Jurnalın əsası 1923-cü ildə qoyulmuş, 1938-ci ilə qədər “Şərq qadını” adlanmışdır. Bakıda nəşr olunur. Azərbaycanda ilk qadın jurnalıdır. == Tarixi == Azərbaycanda ilk qadın jurnalı 1923-cü ilin noyabrında təsis olunub. "Şərq qadını" adlanan həmin jurnalın adı 1938-ci ildə dəyişdirilərək "Azərbaycan qadını" adlandırılıb. 1920-ci illərdə onun redaktoru ilk azərbaycanlı inqilabçılardan biri olan Ayna Sultanova idi. Şəfiqə Əfəndizadə, Mirvarid Dilbazi, Nigar Rəfibəyli, Ələviyyə Babayeva, Xalidə Hasilova, Əzizə Cəfərzadə, Xanımana Əlibəyli və başqaları ilk burada əsərlərini nəşr etdilər. "Şərq qadını" jurnalının nəşrə başlaması Azərbaycanda qadın hərəkatı tarixində əlamətdar hadisə oldu. Gülarə Qədirbəyova (Köylüqızı) "Şərq qadını" jurnalı ilk fəaliyyətə başladığı gündən onun səhifələrində çıxış edən ilk müxbir qız olmuşdur.
Boyar qadını Morozova
Boyar arvadı Morozova (rus. Боярыня Морозова) — rus rəssamı Vasili Surikov (1848–1916) tərəfindən 1887-ci ildə tamamlanmış, XVII əsrdə Rus kilsəsinin parçalanmasını təsvir edə tablo. == Tarixçə == Vasili Surikovun köhnə təriqətçilər mövzusuna olan maraqları onun Sibirdəki uşaqlığı ilə bağlıdır. Köhnə təriqətçilərin olduğu Sibirdə, "Boyar arvadı Morozova haqqında povest" də daxil olmaqla dini rəvayətlər geniş yayılmışdı. Surikovun "Boyar arvadı Morozova" tablosu da buradan qaynaqlanır. == Rəsmin etüdləri == == Ədəbiyyat == Жуковский В. И., Пивоваров Д. В. Зримая сущность: (визуальное мышление в изобразительном искусстве). — Свердловск: Изд. Урал, ун-та, 1991. — 284 с. — 1000 экз.
Kinoda Türkiyə qadını
Kinoda Türkiyə qadını — Türkiyə kinosunda Türkiyə aktrisa və qadın rejissorlar. Türkiyə kinosunun birinci filmi 1914-cü ildə çəkilmişdir, lakin aktyor heyətində qadınların da iştirak etdiyi ilk Türkiyə filmi 1919-cu ildə çəkilmişdir. Türkiyə kinosunun ilk qadın baş rol ifaçısı 1923-cü ildə Bedia Müvahhit olmuşdur.
Qacini (film, 2008)
Qacini 25 dekabr 2008-ci ildə nümayiş etdirilmiş hind filmidir. Filmin rejissoru A. R. Murugadoss 2005-ci ildə tamil dilində çəkmiş olduğu Qacini filminin Hind dilindəki uyğunlaşdırılmasını çəkmişdir. Momentum filmindən uyğunlaşdırılan filmin baş rollarında Aamir Khan və Asin çəkilmişdirlər. == Süjet xətti == Tədqiqat tapşırığı üçün getmiş olduqları arxivdə arxivi axtararkən tibb tələbəsi Sancay Sinqhaniyanın sənədlərini tapırlar. O, həmin kişinin qısamüddətli yaddaş itkisinin olduğunu öyrənir. O, tədqiqat işi üçün bu adamı seçməyə qərar verir. Lakin müəllimi buna etiraz edir. Çünki polis bu işə qarışmışdır. O, müəllimindən hadisəni danışmasını xahiş edir. O, Sancay Sinqhaniyanın başına sərt bir cisimlə vurulduğu üçün belə olduğunu, hər 15 dəqiqədən bir hər şeyi unutduğunu, bunları xatırlaması üçün şəkillər çəkdiyini və qeydlər apardığını öyrənir.
Qanuni Sultan Süleyman
Sultan Süleyman Qanuni (Osmanlı Türkcəsi: سلطان سليمان اول, Sultan Süleyman-ı Evvel) (6 noyabr 1494, Trabzon – 6 sentyabr 1566, Siqetvar), Osmanlı imperiyasının 10-cu padşahı və 89-cu İslam xəlifəsidir. Qərb dünyasında Möhtəşəm Süleyman, şərqdə isə ədalətli idarəçiliyinə görə Qanuni Sultan Süleyman olaraq da tanınır. 1520-dən 1566-dakı ölümünə qədər təqribən 46 il sultanlıq etmiş və 13 dəfə səfərə çıxmış, səltənətinin ümumilikdə 10 il 1 ayını səfərlərdə keçirmişdir. Osmanlı tarixinin ən uzun müddət taxtda oturan, ən uzun müddət səfərdə qalan və ən çox səfərə çıxan sultanıdır. I Süleyman 1520 tarixində atası I Səlimin vəfatı ilə taxta çıxdı. Qərbdə Belqrad, Rodos, Boğdan (indiki Moldova) və Macarıstanın böyük hissəsini imperiya torpaqlarına birləşdirdi. 1529 tarixində Vyananı mühasirəyə alsa da, müxtəlif səbəblərdən bü mühasirə uğursuz oldu. Şərqdə Səfəvilərlə gedən döyüşlərdən sonra Orta Şərqin böyük bir qismini işğal etmişdir. Afrikada imperiya sərhədləri Əlcəzairə qədər uzanmış, Osmanlı donanması Aralıq dəniz və Qırmızı dəniz sahillərini fəth etmişdi. I Səlimdən 6.557.000 km2 olaraq aldığı Osmanlı mülkünü, oğlu II Səlimə 14.893.000 km2 olaraq miras buraxmışdır.
Sultan Süleyman Qanuni

Şərq qadını (jurnal)
Azərbaycan qadını — ədəbi, ictimai və siyasi qadın jurnalı. Jurnalın əsası 1923-cü ildə qoyulmuş, 1938-ci ilə qədər “Şərq qadını” adlanmışdır. Bakıda nəşr olunur. Azərbaycanda ilk qadın jurnalıdır. == Tarixi == Azərbaycanda ilk qadın jurnalı 1923-cü ilin noyabrında təsis olunub. "Şərq qadını" adlanan həmin jurnalın adı 1938-ci ildə dəyişdirilərək "Azərbaycan qadını" adlandırılıb. 1920-ci illərdə onun redaktoru ilk azərbaycanlı inqilabçılardan biri olan Ayna Sultanova idi. Şəfiqə Əfəndizadə, Mirvarid Dilbazi, Nigar Rəfibəyli, Ələviyyə Babayeva, Xalidə Hasilova, Əzizə Cəfərzadə, Xanımana Əlibəyli və başqaları ilk burada əsərlərini nəşr etdilər. "Şərq qadını" jurnalının nəşrə başlaması Azərbaycanda qadın hərəkatı tarixində əlamətdar hadisə oldu. Gülarə Qədirbəyova (Köylüqızı) "Şərq qadını" jurnalı ilk fəaliyyətə başladığı gündən onun səhifələrində çıxış edən ilk müxbir qız olmuşdur.
Şərq qadını jurnalı

Qeyri-qanuni tikinti
Qanunsuz tikinti və ya qeyri-qanuni tikinti — etibarlı tikinti icazəsi olmadan aparılan tikinti işi və ya bunun nəticəsi. Nəzarət olunmayan tikinti sahələrində və tikinti prosesi bitmiş binalarda potensial texniki təhlükələrdən başqa, qeyri-qanuni tikinti fəaliyyəti təbiət qoruqları kimi qoruq ərazilərinə təsir etdiyi halda böyük ekoloji pozuntu baş verə bilər. Eyni şəkildə, qeyri-qanuni tikililər xarici ərazilərdə torpaqların zəbt edilməsi və ya qeyri-qanuni məskunlaşma kimi həyata keçirildikdə ciddi siyasi nəticələr ortaya çıxa bilər.. == Ekoloji risklər == Artan torpaq sürüşməsi riskinin İtaliya və Bosniya və Herseqovinada sıx məskunlaşılan urbanizasiyalaşmış ərazilərinin dağlıq ərazilərində qeyri-qanuni tikinti ilə əlaqəli olduğu aşkar edilmişdir. == Aşkarlama == İnsan müşahidəsinə əlavə olaraq, qeyri-qanuni tikililərin geniş miqyasda yoxlanılması üçün peyk şəkilləri və geoməkan məlumat sistemlərindən istifadə etmək mümkündür.
Elflərin qanı
Elflərin qanı (pol. Krew elfów) — Polşa yazıçısı Andjey Sapkovskinin fentezi janrında yazdığı, "Cadugər Saqası"ndan olan ilk romandır. Roman ilk dəfə 1994-cü ildə Polşada çap edilmişdir. Əsərdəki hadisələr ümumi qəhrəman cadugər Riviyalı Geraltın iştirakı ilə birləşdirilən "Sonuncu arzu" və "Qismət qılıncı" hekayələr toplularında baş verən hadisələrin davamıdır. Roman, Polşada Yanuş Zeydel Ədəbiyyat mükafatına, Böyük Britaniyada isə Devid Gemmel Fentezi mükafatına layiq görülmüşdür. Əsərin ingiliscə tərcüməsi Böyük Britaniyada 2008-ci ildə (Gollancz nəşriyyatı tərəfindən), ABŞ-də isə 2009-cu ildə (Orbit nəşriyyatı tərəfindən) çap edilmişdir. == Məzmunu == Kitabdakı hadisələrin başlamasından təxminən bir il əvvəl Nilfqaard imperiyası Sintraya hücum edir. Ölümcül yaralanmış kraliça Kalante intihar edir, onun Siri adlandırılan nəvəsi Sirilla isə alovlar içində olan şəhərdən qaçır. Nilfqaard imperatoru Emqır var Emreys Sirinin tapılması üçün ,casuslarını qitənin dörd bir tərəfinə göndərir. Emqır bilir ki, bu balaca qız yalnız krallığın varisi olduğuna görə yox, həm də elflərin qanını daşıdığına və sehr potensialına görə böyük əhəmiyyət daşıyır.