Qacini 25 dekabr 2008-ci ildə nümayiş etdirilmiş hind filmidir. Filmin rejissoru A. R. Murugadoss 2005-ci ildə tamil dilində çəkmiş olduğu Qacini filminin Hind dilindəki uyğunlaşdırılmasını çəkmişdir. Momentum filmindən uyğunlaşdırılan filmin baş rollarında Aamir Khan və Asin çəkilmişdirlər.
Qacini | |
---|---|
hind. गजनी | |
Janr | döyüş filmi[1], triller filmi, dram filmi[1], romantik film |
Əsas mövzu | Amneziya |
Rejissor | A. R. Murugadoss |
Prodüserlər |
Tagore Madhu Madhu Mantena |
Ssenari müəllifi | A. R. Murugadoss |
Baş rollarda | |
Distribütor | Netflix |
İlk baxış tarixi | 2008 |
Büdcə | 650 milyon (11 milyon $) |
Gəlir | 1,9 milyard Hindistan rupisi (32 milyon $) |
Ölkə | |
Dil | Hind dili |
Rəng | rəngli |
IMDb | ID1166100 |
Tədqiqat tapşırığı üçün getmiş olduqları arxivdə arxivi axtararkən tibb tələbəsi Sancay Sinqhaniyanın sənədlərini tapırlar. O, həmin kişinin qısamüddətli yaddaş itkisinin olduğunu öyrənir. O, tədqiqat işi üçün bu adamı seçməyə qərar verir. Lakin müəllimi buna etiraz edir. Çünki polis bu işə qarışmışdır. O, müəllimindən hadisəni danışmasını xahiş edir. O, Sancay Sinqhaniyanın başına sərt bir cisimlə vurulduğu üçün belə olduğunu, hər 15 dəqiqədən bir hər şeyi unutduğunu, bunları xatırlaması üçün şəkillər çəkdiyini və qeydlər apardığını öyrənir.
Bu vaxt Sancay Sinqhaniya qatar stansiyasında Qacininin adamlarından biri ilə döyüşür. Davadan sonra qarnına kran soxaraq o adamı öldürür. Kişi öləndən sonra meyitin fotosunu çəkir və şəklin üzərinə ÖLDÜ yazır. O, cəsədin üstünü axtarır və Qacininin qatılacağı konservatoriyanın yerini öyrənir. Unutmaması üçün telefonuna zəngli saat quraşdırır və siqnal mətnində Qaciniyi öldür yazır və onu saxlayır. Sonra oradan ayrılır. Orada işləyən işçilər meyiti tapırlar. Hadisə yerinə gələn polis meyitə baxış keçirir. İnspektor Arcun da hadisə yerinə gəlir. O, cinayət yerində Sancayın itirmiş olduğu taksi biletini tapır. Biletin nömrəsindən taksinin sürücüsünü tapır. Sürücü bileti verdiyini təsdiqləyir. Sancay Sinqhaniyanın daim hər şeyi unutması kimi əhəmiyyətli məlumatları sürücü müfəttiş Arcuna danışır. Və hər səhər eyni dayanacaqdan avtobusa mindiyini də bildirir.
Bu vaxt Sancay evində oyanır. Heç nə xatırlamadığı üçün ətrafa qəribə-qəribə baxır. Evi gəzərkən hamama çatır. Əlini krana uzadanda bir yazı görür. Yazıda KÖYNƏYİ ÇIXAR yazılmışdır. O, köynəyini çıxaranda bədənində müxtəlif yazıların yazıldığını görür. Amma ən çox diqqət çəkən yazı KALPANA ÖLDÜRÜLDÜ yazısıdır. Yazını görəndə ağlına sevgilisinin hissə-hissə üzü gəlir. Yaddaşını itirsə də, nişanlısı Kalpananı xatırlayır. Bunu öyrənəndə çox əsəbiləşir və qışqırır. Sonra kədərdən ağlayır. Daha sonra evdən çıxıb stansiyaya yollanır. Həmin dayanacaqda avtobus gözləyərkən müfəttiş Arcun onu görür. Sancay avtobusa minir və müfəttiş Arcun onun arxasınca qaçır. O, avtobusa çatmağa tələsir. O, Sancayı avtobusda tapa bilmir. Sancay artıq avtobusdan yerə enmişdir. Küçədə gedərkən Sancay tibb tələbəsi Sunitanı görür. Sunita onunla danışmağa başlayır. Sunita özünü ona təqdim edir. Sunita Sancaya suallar verir. Sancay da öz növbəsində Sunitaya özü haqqında danışır.
Daha sonra Sancay Sinqhaniya evə gəlir. Müfəttiş Arcun da onu evdə gözləyir. Sancay Sinqhaniya ona arxadan hücum edərək onun huşunun itməsinə səbəb olurl. Sonra onu kresloya bağlayır. Evdə axtarış apararkən şkafda Sancay Sinqhaniyanın gündəliyini tapır. Üzərində 2005 (3 il əvvəl) yazılıb. Gündəliyi açıb oxumağa başlayır.
Gündəliyə görə, Sancay Sinqhaniya əvvəllər Air Voice GSM şirkətinin sahibi olmuşdur. Hindistana iş üçün gəlmişdir. Hindistanda bir reklam şirkətində aktrisa işləyən Kalpana adlı bir qız vardır. Kalpana Sancay Sinqhaniyanın ona evlilik təklifi etdiyi barədə şayiələr yayır və bu şayiələr xəbərlərdə belə müzakirə olunur. Bu söz-söhbətlər axırda Sancay Sinqaniyanın da qulağına gəlib çatır. Şayiələrdən sonra Sancay Kalpananı axtarır. O, Kalpanadan təsirlənir, lakin ona Sancay Sinqhaniya olduğunu demir. Kalpana onun adının Saçin olduğunu düşünür. O, bir müddət Kalpana ilə gəzməyə başlayır. Bir gün Kalpananın direktoru ondan Sancay Sinqhaniya ilə birlikdə qonaqlığa gəlməsini xahiş edir. Kalpana etiraz edir, çünki Sancay Sinqaniyanı tanımır. Müxtəlif bəhanələr uydurur. Lakin o, əvvəllər heç kimin Sancay Sinqhaniyanı görmədiyini biləndə Saçini (Sancay Sinqhaniya) qonaqlığa aparıb onu Sancay Sinqhaniya kimi təqdim etməyi düşünür. Qonaqlıqdan sonra evə gedərkən Sancay Sinqaniya avtobusda Kalpanaya evlilik təklif edir. Kalpana düşünmək üçün vaxt istəyir və avtobusdan düşür. Kalpana onun təklifini qəbul edərsə, ona Sancay Sinqhaniya olduğunu deyəcək, qəbul etməsə, Saçin olaraq qalacaq və Kalpananın həyatından birdəfəlik ayrılacaqdır. Həmin gün yeni il günüdür. (6 yanvar 2006)
Gündəlik burada bitir. Arcun gündəliyin qalan hissəsini axtarır və gündəliyi tapır. Üzərində 2006 yazılmışdır. Onu oxuya bilmədən Sancay oyanır, iplərdən azad olur və inspektor Arcuna hücum edir. Arcunu məğlub edib, onu bağlayır və ağzını skoclayıb şkafın içinə qoyur. Ağzındakı skocda AÇMA yazılmışdır.
Sonra telefonda qurulmuş olan həyəcan siqnalı işə düşür. Siqnalda Qacinini öldür yazılmışdır. Dəvətnamədəki ünvana gedir. Orada Sunitanı da görür. Sunita onu tanıyır, amma Sancay tanımır. Sonra Qacinini görür. Onun şəklini çəkir. Şəkildə QACİNİ yazır. Daha sonra telefonla uzaqdan ona zəng edir və zəng etdiyi adamın konkret olaraq Qacini olduğundan əmin olmaq istəyir. O, Qacinini telefona cavab verərkən görür. Heç nə demədən telefonu söndürür. O, dayanacağa gedir və Qaciniyə yenidən zəng edir. Amma bu dəfə Qacininin adamlarından biri telefonla danışır. Sancay bu adamın Qacini olduğunu düşünür və ondan dayanacağa gəlməsini xahiş edir. Kişi dayanacağa gəlir. Sancay baş verənləri yadından çıxarır və həmin adamın Qacini olduğunu düşünərək onu döyməyə başlayır. Adam yaxşıca döyüldükdən sonra yerə uzanır. Sonra şəkli yoxlayanda bunun Qacini olmadığını başa düşür. Daha sonra Qacini və adamları dayanacağa gəlirlər. Onlar Sancay Sinqhaniyaya atəş açırlar, lakin onu vura bilmirlər. Sancay Sinqhaniya oradan qaçır. Sonra isə həmin adam ölür.
Sunita Sancay Sinqhaniyanın evinə gəlir, qapını döyür, amma qapı açıqdır. O evə gəlir, amma Sancay evdə deyildir. O, şkaflardan birinin qapısını açır və müfəttiş Arjun əli-ağızı bağlı halda oradan yerə düşür. Sunita qorxuya düşür və sonra Arcunu açar. Elə bu zaman Sancay Sinqaniya içəri daxil olur. O, onların heç birini tanımır, Sancay onlardan kim olduqlarını soruşur. Müfəttiş Arcun evdən qaçır, Sancay onun, Sunita isə onların hər ikisinin arxasınca düşür. Yolda Arcunu maşın vurur və polis oradaca ölür. Bir müddət gözlədikdən sonra Sunitanın arxasınca düşür. Sunita Sancayın onu izlədiyini başa düşəndə qaçmağa başlayır və bir mağazaya daxil olur. Sancay onun arxasınca mağazaya gəlir. Daha sonra Sunita Sancaydan canını xilas edir.
Sunita Sancay Sinqhaniyanın Qacinini öldürmək planının olduğunu başa düşür. O, gedib bu haqda Qaciniyə xəbər verir. O, Qaciniyə Sancay Sinqhaniyanın məlumatlarından ibarət qovluğunu verir. Qacini öyrənir ki, Sancayın qısamüddətli yaddaş itkisi var. O, evini boşaldır və adamları ilə bərabər çöldə Sancay Sinqhaniyanı gözləyir. Sancay onlara görünmədən içəri girir. Evdə heç kimi tapa bilmir. Bu zaman evdə Qacininin stasionar telefonu zəng çalmağa başlayır. Sancay telefonu götürür. Zəng edən Sunitadır. Sunita danışdığı şəxsin Sancay Sinqhaniya olduğunu başa düşmür. Sunita Qaciniyə Sancay Sinqhaniya haqqında xəbərdarlıq edir və ondan Sancayda özünün (Sunita) şəklinin olduğunu və həmin şəkili ona (Sunita) geri verməsini xahiş edir. Sancay ondan şəkli təsvir etməsini xahiş edir. Sunita da təsvir edir. Sonra Sancay qızdan ünvanını soruşur.
Sunita gecə pəncərədən bayıra baxarkən birdən Sancay peyda olur və Sunitanı boğur. Sunita bir müddət sonra canını ondan xilas edir. Sancay aşağı enir və qızlar yataqxanasının qapısından içəri daxil olur. Liftə minir və yuxarı qalxmaq istəyir. Sunita bunu görür və liftə gedən elektrik enerjisini kəsmək üçün rubilniki söndürür və beləliklə də bütün binaya gedən elektrik enerjisinin verilməsi dayanır. Sancay liftdə ilişib qalır. Sunita qışqıraraq hamını oyadır. Polis hadisə yerinə gəlir və rubilniki yandıraraq binaya elektrik enerjisinin verilməsini yenidən bərpa edir. Lift gələndə Sancay qaçır, lakin polislər onu saxlayırlar. Sonra polislər onu polis mərkəzinə aparırlar. Sunita sakitləşdikdən sonra çantasından Sancayın gündəliyini çıxarır. Onun 2 dostu da gündəlik ilə maraqlanır və Sunitanın yanına gəlirlər. Birlikdə əvvəlcə 2005-ci ili oxuyurlar. Bundan sonra 2006-cı ilə başlayırlar.
O, Air Voice GSM şirkətinin sahibidir. Bir iş görüşü üçün Hindistanda olarkən Kalpana adlı bir qızla tanış olur. Kalpana ilə görüşməzdən əvvəl onun əlil qızlara kömək etdiyini görür. Bu hadisə onun Kalpananın təsirinə düşməsinə səbəb olur. Kalpana onu Saçin kimi tanıyır. Sancay Kalpanaya əsl adını demir, çünki Kalpananın onu məşhur bir insan kimi yox, adi bir insan kimi sevməsini istəyir. 2006-cı ildə Sancay Sinqhaniya Kalpanaya evlilik təklif edir. Daha sonra Sancay başına sərt əşya ilə vurulan zərbə nəticəsində yaddaşını itirir. O, qısamüddətli yaddaş itkisindən əziyyət çəkir. Hər 15 dəqiqədən bir baş verən hadisələri unudur. Yadda saxlamaq üçün şəkillər çəkir və yazılar yazır. Vücuduna KALPANA ÖLDÜRÜLDÜ kimi yazılar yazmışdır. Bu şəkildə baş verən hadisələri xatırlayır. Daha sonra Qacini adlı bir adam Kalpananı öldürdüyü üçün ondan qisas almağı planlaşdırır. Bütün planlarını 15 dəqiqəyə sığışdıra bilir.
Hindistanda bir reklam şirkətində aktyor kimi fəaliyyət göstərir. Oynadığı reklamlarda o köməkçi rollarda çıxış edir, baş rollarda isə başqa aktyorlar oynayırlar. Kalpana onlara həsədlə baxır. Daha sonra Sancay Sinqhaniyanın adamları şirkətdə Kalpananı ziyarət etməyə gəlirlər. Kalpana onları otağında qəbul edir. Hamıya maraqlı gəlir ki, belə böyük bir iş adamının Kalpana kimi köməkçi bir aktyor ilə nə işi ola bilər?, məhz buna görə də Kalpananın işlədiyi reklam şirkətinin direktoru və digər işçilər Kalpananın otağının qapısından onların danışıqlarını dinləyirlər. Sancay Sinqhaniyanın adamları Kalpanaya evinin bağında hücrə qülləsi quraşdırmağı təklif edirlər. Sancay Sinqhaniya hücrə qülləsi üçün bu bağçanı müvafiq görmüş və bəyənmişdir. Kənardan qapıya qulaq asanlar səsləri aydın eşitmədikləri üçün Sancayın bağı deyil, Kalpananı bəyəndiyini düşünürlər. Sonra gələn adamlar oradan ayrılırlar. Rejissor Kalpana ilə maraqlanır. Kalpana bu oyunu oynamağa davam edir. Sancay Sinqhaniyanın ona evlilik təklif etdiyi barədə hər kəsə yalan danışır. Qəzetlərdə, hətta xəbərlərdə belə bu haqda danışılmağa başlanılır. Sancay Sinqhaniya özü ilə bağlı şayiələri xəbərlərdən izləyir. O, bu şayiələri kimin yaydığını bilmək istəyir. Bu söz-söhbətlər onu öz növbəsində Kalpanaya aparır. Sancaydan əvvəl Saçin adlı müştərini qəbul edən Kalpananın başı telefon danışığına qarışır. Saçin otaqdan çıxır və Sancay Sinqhaniya içəri daxil olur. Kalpana Saçinin getdiyini bilmir və Sancayı Saçin hesab edir.
O, məşhur bir iş adamı və eyni zamanda banda lideridir. O, Kalpananı öldürmüş və eyni zamanda da Sancayın başına vuraraq Sancayın yaddaşının itməsinə səbəb olmuşdur. Bu səbəbdən o, Sancay Sinqhaniyanın hədəfinə çevrilir. Daha sonra Sunita Qaciniyə xəbərdarlıq edir ki, Sancay Sinqhaniya onu öldürmək istəyir.
Tibb tələbəsidir. O, müəllimi tərəfindən verilən tədqiqat işi üçün Sancay Sinqhaniyanı seçir. Onunla görüşür və ondan onun özü barəsində məlumatlar əldə edir. Daha sonra Sancayın Qacinini öldürmək istədiyini biləndə Qaciniyə bu barədə xəbərdarlıq edir. Daha sonra Sancay Sunitanın Qaciniyə xəbərdarlıq etdiyini biləndə Sunitanın arxasınca gəlir. Onu gecə qızlar yataqxanasında tapır. Sancay liftə minən kimi Sunita rubilniki aşağı salır. Sancay liftdə ilişib qalır. Sunita qışqırır və yataqxanadakı hər kəsi yuxudan oyadır. Hadisə yerinə gələn polislər Sancayı aparırlar. Daha sonra Sunita Sancayın evindən götürdüyü gündəliyi oxumağa başlayır. Əslində, Sancay Sinqaniya haqqında bildiyi hər şeyin səhv olduğunu və Sancayın gözəl insan olduğunu başa düşür.
Bir polis müfəttişidir. Qacininin adamını öldürən Sancay Sinqhaniyanın arxasınca düşür, lakin onu tuta bilmir, daha sonra onun evinə gedir və onu gözləməyə başlayır. Sancay Sinqhaniya gələndə onunla döyüşərək onun məğlub edib onun huşunun özündən getməsinə səbəb olur və bundan sonra onu kresloya bağlayır və çəkməcələrdən birindən tapdığı 2005-ci ilin gündəliyini oxuyur, lakin 2006-cı ilin gündəliyini oxumağa macal tapmamış Sinqhaniya oyanır və bu dəfə Sinqhaniya Arcunu məğlub edir, onu şkafda bağlayır və ağzını AÇMA yazısı ilə bağlayır. Evə daha sonra gələn Sunita şkafı açanda detektiv Arcun onun üstünə düşür və qız onu açır. Arcun qıza Sancayın qatil olduğunu, bu evdən dərhal getmək lazım olduğunu bildirəndə, Sinqhaniya evə gəlir, lakin onların heç birini tanımır. Detektiv Arcun oradan qaçır, Sancay Sinqhaniya da onun arxasınca düşür, Sunita isə onların arxasınca düşür. Detektiv Arcun Sancaydan qaçarkən avtobus vurduğuna görə yolda ölür.