Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ağayrı
Ağayrı — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Ağayrı kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Kənd XX əsrin əvvəllərində Ağalıkənd əhalisinin bir hissəsinin Ağayrı adlanan sahəyə köçərək burada məskunlaşması nəticəsində yaranmışdır. Toponimiyada belə bir fikir mövcuddur ki, bu söz qədim türk dillərindəki ak (axın, çay) və əyri sözlərindən ibarət olub, "axının əyildiyi, burulduğu yer" mənasını verir. Bu da Ağayrı kəndinin məhz Bolqarçayın əyildiyi, burulduğu yerdə yerləşməsi ilə izah olunur. Türk dillərində ağayrı sözü "ağıldan (tövlədən) kənar", "kiçik çay", "ot, çiçək" adı kimi də izah olunur. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Muğan düzündə, rayonun qərb istiqamətində yerləşir. Nəsimi, Günəşli və İsmətli kəndləri ilə sərhəddir. == Əhalisi == == İqtisadiyyatı == Kənddə 543 təsərrüfat var. 2015-ci il iyun ayının 25-də kəndə ilk dəfə olaraq təbii qaz verilmişdir.
Qağayı
Qağayı (lat. Larus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinə aid heyvan cinsi. Onlar həm dəniz kənarlarında həmdə göllərdə yayılmışlar. Bir çox növləri sinantrop həyat sürərək insanla birgə yaşayışdan fayda əldə edir. Bir qayda olaraq bu cinsə daxil olan növlərdə ya boz ya da qara rəngli ləkələr müşahidə edilir. İri və orta ölçülərə malik olurlar. Qağayılar üçün növlər arası çütləşmə xarakterikdir.
Vaqadi
Vaqadi — Azərbaycan Respublikasının Astara rayonunun Siyaku kənd inzibati ərazi dairəsində kənd. == Etimologiyası == Vaqa (vaqo) komponenti talış dilində "ağac kömürü hazırlamaq üçün çala", di "kənd" mənasındadır.
Ağ qağayı
Ağ qağayı (lat. Pagophila) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinə aid heyvan cinsi.
Ağayri bələdiyyəsi
Biləsuvar bələdiyyələri — Biləsuvar rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Güləyən qağayı
Güləyən qağayı və ya böyük qarabaş qağayı – qağayıkimilər fəsiləsinə aid quş növüdür. == Təsviri == Olduqca iri ölçülü qağayı növüdür. Uzunluğu 58-67 sm, qanad açıqlığı isə 146-162 sm olur. Qamışlıqlarda, göl adalarında, dəniz sahilində iri koloniyalar halında yerdə 2-4 yumurta qoyaraq yuvalayır. == Ekologiyası == Bu quşlar balıqla, xərçəngkimilərlə, həşərat və hətta kiçik məməlilərlə qidalanır.Güləyən qağayı "Afrika-Avrasiya köçəri su quşunun qorunması haqqında saziş ("AEWA") tətbiq olunan növlərdən biridir.
Qarabaş qağayı
Qağayı abidəsi
"Qağayı" abidəsi və ya "Qağayı" heykəli — Sumqayıt şəhərinin girəcəyində Bakı-Quba yolunun üzərində ucaldılmış abidə. Abidə 24 ədəd üst-üstə spiral şəklində qoyulan daş və onların üzərində olan qağayı qanadlarından ibarətdir. == Tarixi == Abidə 1964-cü ildə Süleyman Hacıyev tərəfindən hazırlanmışdır. İlk əvvəllər abidə 15 daş blokdan ibarət idi. Bu isə memarın şəhərin 15 illiyi münasibətilə sumqayıtlılara ərmağanı olmuşdur. Abidənin üzərində əvvəllər Sumqayıt yazısı olmuşdur. Sonrakı illərdə aparılan dəyişikliklər zamanı isə 15 daş blok prinsipinə əməl edilməmişdir. Üstəlik abidə alüminium konstruksiyalı bloklarla əvəzlənmişdir. Hazırda abidənin hündürlüyü 13 metr təşkil edir. Blokların sayı isə 24 ədədə çatdırılmışdır.
Çəhrayı qağayı
Çəhrayı qağayılara nadir hallarda rast gəlmək mümkündü, belə ki, onlar sayca azdılar və Arktikanın çətinliklə gedilə bilən yerlərində yaşayırlar. Onlar - böyük olmayan (qarğadan yekə deyillər) quşdurlar. Bu qağayılar son dərəcə gözəldilər: dimdikləri qara, beli və quyruğu göyümtraq, ayaqları qırmızı, boyunlarının ətrafı - qara həmail (yalnız yayda!), başı, sinəsi və qarıncığında lələkləri isə xəfif çəhrayı çalara boyanıb. Şimal yarımkürəsində olan köçəri quşların heç də hamısı qış aylarında cənuba doğru uçmurlar. Şimal-şərqi Sibir və Qrenlandiyada yaşayan çəhrayı qağayılar şaxta düşən kimi, əksinə, şimala doğru uçurlar. Şimal Buzlu okeanın sahil boyunca çox yerləri var ki, su buzla tam örtülmür və burada çəhrayı qağayılar xərçəng və balıqla qidalanaraq qışlayırlar.
Ağ qağayı (cins)
Adi ağ qağayı
Adi ağ qağayı (lat. Pagophila eburnea) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinin ağ qağayı cinsinə aid heyvan növü. Yetkinləri ağ, körpələri tund ləkələri mövcuddur, göz ətrafinda qırmızı halqa var, ayaqları qaradır. Bədən uzunluğu 45 sm. == Yayılması == Ağ qağayı əsasən Arktik zonada yayılmışdır və Şimali Amerika və Avrasiyanın arktik və subartik iqlim qurşağda təsadüf edilir. Rusiya ərazisində Şimal Torpağı, Frans-İosif Torpağı və Kara dənizinin adalarında rast gəlinir. вов Карского моря. Yeni Torpaq adalarında bir yuva aşkarlanmışdır ki, oda qərbdə müşahidə edilmişdir. Vrangel adasında isə aşkarlanmamışdır. Qışlama dövrü onlar əsasən Barens dənizi və Berinq dənizi sahillərinə üz tuturlar.
Ağadi mehrəli (Zəngəzur)
Ağadi mehrəli – Zəngəzur qəzasında kənd adı. == Toponimik izah == Ağadi mehrəli - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Sisyan rayonunda) kənd adı. 1918-ci ildə əhalisi qovulduqdan sonra kənd dağılmışdır. Ağa şəxs adından (yaxud əxi) və farsca deh-kənd sözlərindən ibarətdir. Mehrəli adlı şəxsə məxsus Ağadi mənasındadır. == Həmçinin bax == Gəncə quberniyası Zəngəzur == Ədəbiyyat == Səbahəddin Eloğlu. Zəngəzur hadisələri, Bakı, 1992. Mirmahmudova S.N. Ermənistanda türkmənşəli yer adları. Bakı, 1995.
Qara qağayı (film, 1962)
"Qara qağayı" (rus. Чёрная чайка) — rejissor Qriqori Koltunovun filmi. == Məzmun == İnqilabdan sonra Kuba ərazisində dinc əhalidən balıqçılar normal yaşayışa qayıtmağa çalışırlar. Lakin inqilabın düşmənləri bu rayona təxribatçı dəstələr göndərirlər. Onlar dinc əhalini öldürürlər. Hadisələrin mərkəzində xəyalpərəst balaca Manolonun həyatı durur. Kubanın ərazisində köçəri sirk çıxış edir. Onlar öz çıxışlarını kəndlərdə təşkil edirlər. Orada sərrast zərbə endirən nişançı snayper var. Nəticədə elə onun düşmən təxribatçısı olduğu bilinir.