Adi ağ qağayı

Adi ağ qağayı (lat. Pagophila eburnea) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinin ağ qağayı cinsinə aid heyvan növü. Yetkinləri ağ, körpələri tund ləkələri mövcuddur, göz ətrafinda qırmızı halqa var, ayaqları qaradır. Bədən uzunluğu 45 sm.

Adi ağ qağayı
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Sinif:
İnfrasinif:
Klad:
Yarımdəstə:
Fəsilə:
Növ:
Adi ağ qağayı
Beynəlxalq elmi adı

Ağ qağayı əsasən Arktik zonada yayılmışdır və Şimali AmerikaAvrasiyanın arktik və subartik iqlim qurşağda təsadüf edilir. Rusiya ərazisində Şimal Torpağı, Frans-İosif TorpağıKara dənizinin adalarında rast gəlinir. вов Карского моря. Yeni Torpaq adalarında bir yuva aşkarlanmışdır ki, oda qərbdə müşahidə edilmişdir. Vrangel adasında isə aşkarlanmamışdır. Qışlama dövrü onlar əsasən Barens dəniziBerinq dənizi sahillərinə üz tuturlar. Yumurtalama dövrü onlar Rusiyadan başqa Qrenlandiya, KanadaABŞın Arktik qurşağında müşahidə edulir. Onlar həttda onlara şimal qütbünün yavınlığında 87–88° paralelə qədər olan ərazilərdə müşahidə edilir. Miqrasiyası əsasən uzaq məsafəyə olmur. Nisbətən cənuba miqrasiya edirlər.

Yumurtalama əraziləri qayalar üzərində olur və koloniya şəklində müəyyən ərazidə yuva qururlar. Çoxalma əsasən iyul ayına təsadüf edir və 1–2 yumurta qoyurlar. Yumurtaya hər iki valideyn bir aya yaxın baxır. Quşçuğazlar yumurtadan xüsusi sıx lələklərlə dünyaya gəlir. Ağ ayıların, morjların, suitilərin qidasını təşkil edir. Quruda yaxşı hərəkət edə bilir və üzməyi baçarır.