Qarabaş qağayı

Qarabaş qağayı (lat. Larus melanocephalus) — Qağayılar fəsiləsinə aid quş növü.

Qarabaş qağayı
Larus melanocephalus aka Mediterranean Gull rare guest in Sweden2.jpg
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Sinif:
İnfrasinif:
Klad:
Yarımdəstə:
Fəsilə:
Yarımfəsilə:
???:
Qarabaş qağayı
Beynəlxalq elmi adı

Statusu[redaktə | mənbəni redaktə et]

Nadirdir.

Kateqoriyası[redaktə | mənbəni redaktə et]

(EN). Təhlükə altındadır.

Genefond əhəmiyyəti[redaktə | mənbəni redaktə et]

Azərbaycanda cinsin 8 növün-dən biridir.

Qısa təsviri[redaktə | mənbəni redaktə et]

Başı və boynunun yuxarı hissəsi parlaq qara, qanadlarının ucu ağdır. Dimdiyi iri və qırmızıdır, amma qara zolağı var [1, 6].

Yayılması[redaktə | mənbəni redaktə et]

Avropa və Asiyada yayılıb, qışlamaq üçün Aralıq dənizinə qədər miqrasiya edir [7]. Azərbaycanda Bakı arxipelaqında nəsil verir [2, 6]. Miqrant populyasiyası Xəzər dənizi sahilində və daxili su hövzələrində müşahidə olunur [2].

Yaşayış yeri və həyat tərzi[redaktə | mənbəni redaktə et]

Bitki örtüyündən məhrum olan kiçik adada nəsil verir [2]. Yem üçün materikə uçur [5]. Əsasən miqrasiya dövründə olur, kiçik bir populyasiyası Bakı arxipelaqının Babur-Qutan adasında nəsil verir. May ayında gəlir. Adada yosundan suya yaxın yuva tikir, içəri¬si¬nə lələk döşəyir, 2-3 açıq rəngli (ağımtıl-boz) yumurta verir, 27-28 gün kürt yatır, iyun ayının ikinci yarısında körpə ba¬la¬ları olur, avqustda isə pərvaz balaları müşahidə edilir. Adanın və dənizin sahilindən xırda balıq ovlayır, lakin çox vaxt materikə uçub həşərat və başqa onurğasızları, bəzən də siçanabənzər gəmiriciləri ovlayır [2, 4, 7].

Sayı[redaktə | mənbəni redaktə et]

1980-ci illərə qədər Azərbaycanda nəsil verməsi məlum olmayıb. 1982-ci ildə Q.T. Mustafayev Bakı arxipe-laqının Babur-Qutan adasında nəsil verməsini öyrənib və öz diplomçu tələbəsi Yaşar Hüseynovun diplom işi əsərinə daxil etdirib. Sonrakı sayı 04. 01. 1998-ci ildə Samur çayının deltasında 49 fərd (Mustafayevin şifahi gündəliyi), 13. 05. 1989-cu ildə Bakı arxipelaqının Qutan adasında 28 cüt (reproduktiv) [8], 13. 04. 1990-cı ildə Kiçik Qızılqaz gölündə (Şirvan Milli Parkı) 1 [9] fərd olub. 2002-ci ildə Azərbaycanda 350 [3,6], 2009-cu ildə isə 140 fərd qarabaş qağayı qeyd olunub (Mustafayev, 2009, Şəxsi gündəliyi).

Məhdudlaşdırıcı amillər[redaktə | mənbəni redaktə et]

Adaların yaxınlığında icazəli ovçuluq edilməsi, qağayıların yumurtasından ərzaq kimi istifadə olunması, səs-küyün çoxalması.

Əhali üçün əhəmiyyəti[redaktə | mənbəni redaktə et]

Elmi və estetik əhəmiyyəti var. Əsas yemi çəyirtkə və siçandır.

Qorunması üçün qəbul edilmiş tədbirlər[redaktə | mənbəni redaktə et]

Ovlanması və yumurtasının yığılması qadağandır. Faydalı fauna sta-tusu ilə qorunur. Qızılağac Dövlət Təbiət Qoruğu, Şirvan, Abşeron, Ağgöl Milli Parkları və su-bataqlıq ərazilərində olan yasaqlıqlar əsas biotopudur. Ramsar, Bern, Bonn konvensiyalarına və AEWA sazişinə daxil edilib.

Qorunması üçün məsləhət görülmüş tədbirlər[redaktə | mənbəni redaktə et]

Bakı və Abşeron arxipelaqlarının Dövlət Təbiət Yasaqlığı statusu ilə qorunması çox faydalı olar [6].

Məlumat mənbələri[redaktə | mənbəni redaktə et]

1. Mustafayev Q.T. Azərbaycanda ornitofaunanın taksonomik spektri. Bakı, BDU, 2004, s. 7-32;
2. Mustafayev Q.T., Məmmədov A.T. Azərbaycanın kolonial quşları. Bakı, “Nasir”, 2006, s. 62;
3. Mustafayev Q.T., Babayev İ.R. Lənkəran-Talış bölgəsində nadir və nəsli kəsilmək qorxusu olan quşlar // Zoologiya İnstitutunun əsərlər toplusu (Musayev-85). Bakı, “Elm”, 2006, s. 80-82;
4. Mustafayev Q.T., Babayev İ.R. və b. Quşlar sinfi-Aves // Azərbaycanın heyvanlar aləmi. III cild. Onurğalılar. Bakı, “Elm”, 2004, s. 281-282;
5. Mustafayev Q.T., Sadıqova N.A. Təbiətdə quşların yemlənmə qaydalarına görə yaranan qrupları // XXI əsrdə “Biologiyanın aktual problemləri” mövzusunda Respublika elmi konf. mat-rı., Bakı, BDU, 2010, s. 126-132;
6. Mustafayev Q.T., Sadıqova N.A. Azərbaycanın quşları. Bakı, “Çaşıoğlu”, 2005, s. 206;
7. Дементьев Г.П., Гладков Н.А. (ред.). Птицы Советского Союза. М.Л., “Советская наука”, 1951, том III, с. 524-528.
8. Патрикеев М.В. Первая гнездовая находка черноголовой чайки на Каспийском море (Азербайджан) // Редкие, малочисленные и малоизученные птицы Северного Кавкааза. Материалы научно-прак. кон. ции. Ставрополь, 1990, с. 76-77;
9. Патрикеев М.В. К весеннее-летней авиафауне юго-восточной Ширвани и сопредельных территорий // Фауна, население и экология птиц Северного Кавказа. Мат. начно-практической конференции. Ставрополь, 1991, с. 34-40.
10. Mustafayev Q.T., Babayev İ.R. Quşların qorunması (monoqrafiya). Bakı, "Elm", 2012, 255 s.

  1. Integrated Taxonomic Information System (ing.). 2011.
  2. IOC World Bird List Version 6.3. 2016. doi:10.14344/IOC.ML.6.3