Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sayeret Matkal
Sayeret Matkal (ivr. ‏סיירת מטכ"ל‏‎) — İsrail Silahlı Qüvvələri Baş Qərargahının Xüsusi Təyinatlı Bölməsi. Bu bölmə kəşfiyyat, terrorizmlə mübarizə və ölkə hüdudlarından kənarda girovların azad edilməsi əməliyyatlarında iştirak edir. Sayeret Matkalın əsası 1957-ci ildə qoyulub. Buraya dəqiqliklə seçilmiş, yüksək fiziki və əqli qabiliyyətləri ilə fərqlənənlər düşə bilir. 18-19 ay davam edən təlimlərə baza piyada məktəbi, paraşüt məktəbi, terror hücumlarının qarşısının alınması üzrə dərslər və kəşfiyyat nəzəriyyəsinin öyrənilməsi daxildir. Bölmə 1960-cı ildən başlayaraq, bir sıra irimiqyaslı əməliyyatlarda iştirak edib. Onlardan ən məşhuru Entebbe əməliyyatıdır. Xüsusi təyinatlıların qətiyyət və bacarıqlarını nümayiş etdirdikləri bu əməliyyatda terrorçular tərəfindən Uqandanın Entebbe hava limanında eniş edən təyyarənin göyərtəsindən girov götürülərək terminal binasında saxlanılan 100-dən çox insan azad edilib. == Tarixi == 1954-cü ildə İsrailin ilk xüsusi təyinatlı birliyi olan 101 saylı hərbi hissənin ləğv edilməsindən sonra İsrail Silahlı Qüvvələrinin tərkibində Hərbi Dəniz Qüvvələrinə tabe olan Şayetet 13-dən başqa heç bir xüsusi təyinatlı bölmə qalmamışdı.
Zamanət İbrahimov
Zamanət Gülhəsən oğlu İbrahimov (11 may 1989; Salyan rayonu, Azərbaycan SSR — 27 sentyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Zamanət İbrahimov 1989-cu il mayın 11-də Salyan rayonunun Sarvan kəndində anadan olub. 1997-2007-ci illərdə İ. Həsənov adına tam orta məktəbdə təhsil alıb. == Hərbi xidməti == Zamanət İbrahimov 2007-2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2009-cu ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi. 2009-2011-ci illərdə Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissədə, 2011-2014-cü illərdə Göygöl rayonuda yerləşən "N" saylı hərbi hissədə, 2014-2017-ci illərdə Goranboy rayonunda yerləşən "N" saylı hərbi hissədə, 2017-ci ildən isə Naftalanda yerləşən "N" saylı hərbi hissədə xidmət edirdi. Azərbaycan Ordusunun giziri olan Zamanət İbrahimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Zamanət İbrahimov sentyabrın 27-də Madagizin azad edilməsi zamanı şəhid olub. Salyan rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Zamanət İbrahimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Emeret adası
Emerald adası (ing. Emerald Island) — Avstraliyadan cənubda Sakit okeanın sularında (Cənub okeanı) yerləşmiş kabus adası. Ada ilk dəfə 1821-ci ildə kəşf edilmişdir. Bir müddət sonra isə ada aşkarlanmamışdır. == Açılış tarixi == Bir çox mənbələrdə adanın Antarktida və Avstraliya arasında, Makkuori adasından cənubda yerləşirdi. Adanın müşahidəsi 1821-ci ildə «Emerald» (Emerald) gəmisindən aparılmışdır. Emerald adasından aparılan müşahidədə adanın elədə böyük olmamasına baxmayaraq hündür olması qeyd edilirdi 57°30′ c. e. 162°00′ ş. u..
Zamirə Hacıyeva
Zamirə Hacıyeva (tam adı: Zamirə Şirəli qızı Hacıyeva; d. 18 iyul 1963) — Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı və Böyük Britaniyanın korrupsiyaya qarşı mübarizə qanunu olan İzahedilməmiş Sərvət Sərəncamının şərtlərinin ilk hədəfi olan şəxs. Britaniya KİV-ləri Zamirə Hacıyevanı "Missis Makmafiya" (ing. Mrs McMafia), Avropa KİV-ləri isə "Ledi Şoppinq" (ing. Lady Shopping) kimi işıqlandırıblar. == Həyatı == Zamirə Hacıyeva 1963-cü il iyulun 18-də anadan olub. Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevlə ailə qurub və bu cütlüydən bir qızı və iki oğlu dünyaya gəlib. Qızı Leyla Azərbaycan Respublikasının Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu ilə ailə qurub. Zamirə Hacıyevanın həyat yoldaşı Cahangir Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 oktyabr 2016-cı il tarixli hökmü ilə 15 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunub. O, 42 mln.
Amerə (Komican)
Amerə (fars. امره‎; azərb. Amara‎) — İranda, Mərkəzi ostanında, Komican şəhristanının Mərkəz bəxşinin Vəfs dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 104 ailədə 114 nəfəri kişilər və 167 nəfəri qadınlar olmaqla cəmi 281 nəfərdir. Kəndin əhalisini türklər təşkil edir, türkcə danışırlar və şiə müsəlmandırlar.
Aleks Meret
Aleks Meret (22 mart 1997, Udine) — İtaliyalı peşəkar futbolçu, "Napoli" klubunun və İtaliya millisinin qapıçısı. Futbol üzrə 2020-ci il Avropa çempionatının qalibi. == Karyerası == === Klub === Aleks "Udineze" klubunun yetirməsidir. O, 2012-ci ildə "Udineze" klubunun uşaq komandasının sıralarına qoşulur. 2015-ci ildə "Udineze"nin əsas komandasının məşqçilərinin diqqətini çəkir və əsas komanda dəvət edilir. Udine klubunun heyətində debütu, 2015-ci il fevralın 12-də Atalanta ilə ölkə kuboku oyununda baş tutur. 2016-cı ilin yayında Aleks, İtaliya B Seriyasına mübarizə aparan "SPAL" klubuna icarəyə verilir. 5 iyul 2018-ci ildə Aleks Meret 22 milyon avroya "Udineze"dən "Napoli"yə keçir. Futbolçunun "Napoli" klubu ilə bağladığı müqavilə beş illik olur. === Milli komanda === 2013-cü ildə İtaliyanın 17 yaşadək futbolçulardan ibarət komandasının tərkibində on üç oyun keçirərək debüt etdi.