Emerald adası (ing. Emerald Island) — Avstraliyadan cənubda Sakit okeanın sularında (Cənub okeanı) yerləşmiş kabus adası. Ada ilk dəfə 1821-ci ildə kəşf edilmişdir. Bir müddət sonra isə ada aşkarlanmamışdır.
Bir çox mənbələrdə adanın Antarktida və Avstraliya arasında, Makkuori adasından cənubda yerləşirdi. Adanın müşahidəsi 1821-ci ildə «Emerald» (Emerald) gəmisindən aparılmışdır. Emerald adasından aparılan müşahidədə adanın elədə böyük olmamasına baxmayaraq hündür olması qeyd edilirdi 57°30′ c. e. 162°00′ ş. u..
Ancaq 1840-ci ildə ABŞ araşdırma ekspedisiyasının (United States Exploring Expedition) Çarlz Vilks[1] başda olmaqla apardığı araşdırmalar bir nəticə verməmişdir. Ernest Şekltonun apartığı 1909-cu il tətqiqatıda uğula nəticələnməmişdir.[2]
Adaya heç kəs eniş etməmişdir. Bu səbəbdən onun duman yığınağı, optik illyuziya və ya iri ayzberq olması ehtimal edilir.
Nəticəsin cəhdlərə baxmayaraq ada bir çox xəritələrdə təsvir edilmişdir: «Cənub yarımkürəsinin qütb ölkələri», fundamental Sovet «Antarktida Atlası» " xəritəsində[3] təsvir edilmişdir. Onlar hətta 1987 il American Express xəritələrində belə təsvir edilmişdir.
Adanın ehtimal edildiyi ərazinin dibində abbisial düzənlik aşkarlanmışdır. Hazırda bü düz Emerald düzənliyi (ing. Emerald Basin) adlanır.
Emerald Island not found where laid down.