Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zaqes
Zaqes (gürc. ზაჰესი ზაჰესი, Zaqsi) — Gürcüstan, Tbilisi şəhərinin inzibati tabeliyindəki şəhər tipli qəsəbə. Qəsəbə Tbilisi bələdiyyəsinin (bölgəsinin) şimalında, Kür çayının sahilində yerləşir. 1967-ci ildən bəri şəhər tipli qəsəbənin statusuna malikdir. 2008-ci ilə qədər Mtsxeta-Mtianeti bölgəsinin Mtsxeta bələdiyyəsinin bir hissəsi idi. 2008-ci ildə Tiflis bölgəsinə daxil edildi. Mövcud statistikada qəsəbə Tbilisi şəhərinin daxilində hesaba alınır. Kənd Zemo-Avçal Su Elektrik Stansiyasında və ya ZASES-də (rusca ZAQES) yaradıldı.
Raceş Xanna
Raceş Xanna (ing. Rajesh Khanna, hind. राजेश खन्ना — əsl adı azərb. Catin Xanna‎, ing. Jatin Khanna, hind. जतिन खन्ना; 29 dekabr 1942, Amritsar, Britaniya Hindistanı – 18 iyul 2012, Mumbay) — Hindistanlı aktyor, prodüser və siyasətçi. == Filmoqrafiya == Raceş Xanna bütün aktyorluq karyerası boyunca 163-ü tammetrajlı, 17-si isə qısametrajlı olmaqla 180 bədii filmdə rol almışdır.
Alces alces
Sığın (lat. Alces alces) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin sığınkimilər cinsinə aid heyvan növü. Fəsiləyə daxil olan ən iri növ hesab olunur. Erkəyinin bədəninin uzunluğu 3 metrdək, süysününün hündürlüyü 2,3 metrədək, kütləsi 570 kq-dək olur. Dişisi erkəkdən nisbətən kiçikdir. Ayaqları uzun, dırnaqları ensiz və itidir. Başı uzun, burnu donqar, ətli üst dodaqı sallaqdır. Quyruqu qısadır. Erkayinin kürəşəkilli buynuzu var. Dişisi buynuzsuzdur.
Arceş
Arçeş (rum. Râul Argeș) — Rumıniyada çay Dunay çayının sol qolu.Uzunluğu 335 km Hövzəsinin sahəsi 12400 kvkm. Cənubi Karpat dağlarında Fegeraş massivindən başlanır. Taxta-şalban axıdılır. Oltenitsa şəhəri Arceş çayınin sahilində yerləşir.
Fales
Fales (yun. Θαλής; təq. e.ə. 625[…], Milet – ən geci e.ə. 548 və ən geci e.ə. 545[…], Milet) — Qədim yunan filosofu, Miletli (Kiçik Asiya) riyaziyyatçı. Milet (İon) fəlsəfə məktəbinin yaradıcısı, riyaziyyatçı, fizik, astronom. Fales Aristotelin zamanından etibarən ilk yunan filosofu hesab edilir. Onun "Yeddi yunan müdriklərdən" biri olduğunu iddia edənlər də var. == Həyatı == Falesin əslən haralı olması bir qədər mübahisə doğurur.
Hacər
Hacər — İbrahim peyğəmbərin zövcəsi. == Tövratda Həcər == İbranicə Hagər olaraq adlandırılan bu sözün mənası “qaçmaq, qaçış” deməkdir. Həcər isə “getmək, hicrət etmək, şirkdən uzaq olmaq, yaşıdlarından üstün olmaq mənasını verən hecr kökünə aid ola bilər və Cənubi Ərəbistanda məskunlaşma mərkəzi olan Hecerlə əlaqəli olduğu güman edilir. Tövrata görə, Quranda adı çəkilməyən Həcər Misirli cariyədir. Tövratda açıq şəkildə bildirilməsə də, Həcər də Hz.İbrahimə verilən cariyələr arasında olmalıdır. Tövrata görə, uzun müddət övladı olmayan Sara dövrün qaydalarına uyğun olaraq Həcəri ərinə ikinci arvad kimi təqdim edir. Həcər hamilə qalanda Saraya münasibəti dəyişir; Sara onunla pis davranır və onu qaçmağa məcbur edir. == İslama görə == İslami mənbələrdə Həcərin Misir və Kıpt padşahlarından birinin qızı olduğu bildirilir. Atasının Menfis əhlindən olduğu və oranın şahı olduğu bildirildiyi kimi Həcərin Hz. İbrahimin Misirə gəldiyi zaman işdə olan fironun cariyələrindən olduğu da bildirilir.
Hades
Aid və ya Hades (yun. ᾍδης və ya Ἅιδης) — Yunan mifologiyasında yeraltı dünyanın və ölülərin tanrısı. Tanrı Zevs və Poseydonun qardaşı, Persefonanın əri. Qədim Roma mifologiyasında Pluton kimi tanınır. == Doğulması == Aid Kron və Reyanın oğludur. Rəvayətə görə Kron digər uşaqları kimi onu da doğulduqdan sonra udaraq yemişdir. Zevs atası Kronu əvvəlcə daşı, sonra uşaqları qusaraq geri qaytarmağa məcbur edir. O, qardaşları Aid və Poseydonun köməyilə atasını taxtdan salır. Onlar özləri taxt-taca sahib olurlar.Dünyanı bir yerdə idarə etməyin çətin olduğunu görüb 3 yerə bölürlər. Beləliklə, bütün yerüstü dünyanın tanrısı Zevs, yeraltı dünyanın – cəhənnəmin tanrısı Aid və dənizlərin tanrısı isə Poseydon olur.Yer altının bütün xəzinəsi Aidin olduğu üçün Romalılar onun adını dəyişib Pluton qoymuşdur.Arvadı Persefona ilə insafsız tanrılar olaraq yadda qalıblar.
Jacea
Jacea Mill. — Centaurea bitki cinsinin sinonimi. Jacea Opiz — Viola bitki cinsinin sinonimi.
Kadeş
Kadeş — indiki Suriya ərazisində, qərbdə Orent çayı üzərində salınmış qədim şəhər. Kadeş adına əsasən Kadeş döyüşü ilə əlaqəli səlnamələrdə rast gəlinir. E.ə. 1472-ci ildə qadın firon Hatşepsutun hökmranlığı dövründə Kadeş hakimi Misirin əsas rəqibi olan Mitanni dövlətinin dəstəyi ilə üsyan qaldıraraq şərqi Aralıq dənizi şəhərlərindən təşkil olunmuş Misir əleyhinə koalisiyaya rəhbərlik edir. E.ə. 1468-ci ildə Megiddo yaxınlığında Kadeş hökmdarı III Tutmosis tərəfindən məğlub edilir və e. ə. 1460 cu ildə şəhər yerlə-yeksan edilir. Kadeş hakimi döyüş zamanı həlak olur.
MacOS
macOS — personal kompüterlər istehsal edən Apple şirkətinin bir məhsulu olan əməliyyat sistemidir. Adını Macintosh alma növündən alır. macOS — Apple şirkətinin Power Macintosh kompüterləri üçün hazırladığı əməliyyat sistemi kimi istifadə edilir. System adlandırılan ilk versiyası 1984-cü ildə, macOS 10 versiyası isə 2001-ci ildə meydana çıxıb. İlk qrafik interfeysə malik olan sistemdir. Zamanın ən qabaqcıl sistemidir. 2002-ci ildən satışa çıxarılan versiyalar Unix üzərində yaradıldığı üçün çox stabildir və təhlükəsizdir. Bu versiyalar üçün demək olar ki, virus yoxdur. Son versiyası macOS Mojave adı altında satılır. Yeni funksiyalarla genişləndirilən macOS Mojave Azərbaycanda da satış və istismardadır.
Qacet
Qacet (ing. gadget — uyğun gələn, əlavə) və ya mini-proqramlar — əldə gəzdirilə bilən orijinal, qeyri-standart texniki qurğu. Qacet kimi əl fənəri, mobil telefonu, fləş götürülə bilər. == Xüsusiyyətləri == Portativliyi! O az çəkidə olmalı və cibdə yerləşə bilinməlidir. Funksiyalı . Müxtəlif funksiyaları yerinə yetirə bilməlidir. Məsələn, saat göstərməli, radioqəbuledicisi olmalı, pleyer kimi istifadə ediə bilməli, informasiya daşıyıcısı kimi istifadə edilə bilinməlidir. Məhdud imkanlı. Onun özü sərəbəst funksiya yerinə yetirən olmamalıdır.
Qaçış
Qaçış — İdmanın ən sadə, mümkün, faydalı növlərindən biridir. Hər gün, səhər və ya axşam, dünyada yüzlərlə və minlərlə insan qaçışa çıxır. Bu, yalnız intensiv bir ritmdə gəzmək deyil, həm də öz sağlamlığınıza və formanıza qayğı göstərməkdir. == Haqqında == Qaçış hər şeydən əvvəl ürək üçün bir fiziki gərginlikdir. Praktik olaraq onun üçün əks-göstəriş yoxdur (aşağı təzyiqdən başqa), hətta yastıpəncə insanlar da düzgün seçilmiş ayaqqabı ilə qaça bilər. Qaçış bütün orqanizmə silkələnmə verir, bu hipertoniyadan, təngənəfəslikdən, zökəmdən ən yaxşı vasitədir. O, həmçinin qan dövranını yaxşılaşdırır və tonusda qalmağa kömək edir. Bundan başqa, qaçış bütün əzələ qruplarını formaya salır: siz qaçarkən yalnız baldır və bud işləmir, həm də qarın, əl, boyun fəaliyyətdə olur. Bununla bərabər fiziki gərginliyin bütün bədənə təsiri çox yumşaqdır. Ümumiyyətlə qaçış düzgün qidalanma ilə birgə arıqlamaq üçün ən yaxşı vasitədir.
Alces
Alces (lat. Alces) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinə aid heyvan cinsi.
Fasces
Fasces (latınca "bağlama" mənasını verən fascis sözündən götürülmüşdür) sadəcə olaraq gücü və yurisdiksiyanı və/və ya "birlikdə güc vardır" deyimini simvollaşdırır. Ənənəvi bir Roma fascesi silindrik formada olan tüklü ağcaqayın çubuqlarından hazırlanmış olan silindr formalı dəyənəyin və adətən bürünc baltanın iti tərəfi çölə baxan formada bağlamanın içərisinə yerləşdirilmiş və qırmızı dəri zolaqla möhkəm bağlanması ilə hazırlanırdı. Roma Respublikasında təntənəli paradlar da daxil olmaqla bir çox vəziyyətlərdə müasir bayraqlara oxşayan bir simvol kimi istifadə edilmişdir. == Simvolizm == Bir çox hökumətlər və hakimiyyət nümayəndələri Roma İmperiyasının dağılmasından müasir dövrə qədər "güc"ün simvolu olaraq fasces istifadə etməyə davam etmişdirlər. Hətta özünü Roma Respublikası ilə eyniləşdirən və onun ideallarına tabe olanlar tərəfindən istifadə olunmağa davam belə etdirilmişdir. Adını fascesdən götürmüş olan italyan faşizmi XX əsrin uzun bir dövründə bu simvoldan istifadə etməyə davam etmişdir. == Birinci dövr == “Liktorlar bağlaması” kimi tanınan Fasces lictoriae Qədim Romada güc və hakimiyyəti (imperium) simvolizə etmişdir. Lictors kimi tanınan aşağı səviyyəli məmurlar magistratların qarşısında hərəkət edir və onlar daşıdıqları fasceslərin sayına görə Roma Dövləti strukturundakı statuslarını nümayiş etdirirdilər. Fasces daşıyan Liktorlar tərəfindən müşayiət olunmaq hüququna malik yüksək rütbəli məmurlar arasında Praetorlar, Propraetors, Konsullar, Prokonsullar, Magister Equitum, Diktatorlar və Sezarlar var idi. Bəzi hallarda hərbi qələbələrdən sonra keçirilmiş olan paradlar zamanı; Yaralı və qəhrəman əsgərlərə fascesləri daşımağa icazə verilirdi.
2K Games
2K Games – ABŞ videooyun şirkəti.
Bacey Darxan
Bacey — (saxa Бадьы, Bacı) XVI əsrdə Yakutiyanın Xanqalas ulusunda yaşamışdır. Müstəqil Yakutiya toyonlarının sülaləsini başlatmışdır. Bacey özünə Tüsülge Darxan titulunu seçmişdi. == Həyatı == Həyatı haqqında çox şey bilinmir. Bacey toyon yakut xalqının əfsanəvi qəhrəmanlarından biri hesab olunur. Yerli inanca görə o çox varlı biri olmuşdur. == Ailəsi və ölümü == 4 həyat yoldaşı və 2 oğlu olduğu məlumdur. Oğulları: Munnan Darxan Moldoqor XVI əsrdə Bacey Darxan tunquslarla müharibə zamanı öldürülmüşdür.
Cakes Markault
Rene Rillon (7 dekabr 1883 — 18 yanvar 1979) — Fransalı keçmiş peşəkar velosiped yarışçısı. Rene Rillon Fransanı 1912-ci ildə V Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Rene Rillon birinci dəfə Olimpiya Oyunlarına 1912-ci ildə qatıldı. O, Stokholmda baş tutan V Yay Olimpiya Oyunlarında iki yarışda iştirak etdi. Yarışı sona qədər başa vura bilmədi.
Claire Danes
Kler Deyns, (ing. Claire Danes; 12 aprel 1979, Nyu-York, ABŞ) — ABŞ aktrisa və müğənnisi.
Daues adası
Daues adası — Frans-İosif Torpağı arxipelaqı daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Adanın maksimal hündürlüyü 10 metrdir. == Yerləşməsi == Arxipelaqın cənub-şərqində, Vilçek Torpağında yerləşən Hyofer burnundan 3 km aralıda yerləşir. Daues adasının ətrafında daha üç ada yerləşir: Derevyannıy (200 km şərqdə), Mak-Kulta və Tillo (cənub-qərbdə). == Təsviri == Uzunsov formaya malikdir. Uzunluğu 1 km-dir. Buzdan tam azaddır. Yüksəklik yoxdur. Şərqində adanın ən hündür hissəsi yerləşir.
Daues planı
Alman məsələsində konstruktiv dialoqa dönüş Rur böhranının sona çatması və ABŞ iqtisadçısı general Çarls Dauesin rəhbərliyi ilə beynəlxalq komissiyanın yaradılması oldu. Komissiya təzminat məsələsində 2 ekspert komitəsi yaratmaq haqqında qərar qəbul etdi: Birinci komitə alman markasının sabitləşdirilməsi və büdcənin sağlamlaşdırılması ilə məşğul olmalı idi. İkinci komitə Almaniyadan xaricə çıxarılan kapitalı geri qaytarmaq üçün mümkün olan vasitələri araşdırmalı idi. Ekspertlər komitəsinin iclasları 1924-cü ilin yanvarın 14-dən aprelin 9-a qədər London şəhərində keçirildi. Birinci ekspertlər komitəsinin sədri Daues seçildi. Komitənin başlıca vəzifəsi təzminatla bağlı məsələyə dair tövsiyələr vermək idi. Müzakirələr nəticəsində belə bir qənaətə gəldilər ki, Almaniyanın təzminat ödəmək qabiliyyətinin bərpası üçün işğal edilmiş ərazilər iqtisadi və maliyyə cəhətdən yenidən ölkəyə birləşdirilməli və Almaniyaya beynəlxalq istiqrazlar verilməlidir. Burada təqdim olunan ekspertlərin məruzəsi "Daues planı" adlandırıldı. Bu plan 3 hissədən ibarət idi: 1. Ekspertlərin nəticələri və komitənin mövqeləri.
Devid Hoces
Devid Holl Hoces (ing. David Hall Hodges) 60 milyondan çox albomu satılaraq uğur qazanmış Amerikalı mahnı yazar, produser və bəstəkardır. O həmçinin Evanescence qrupunun keçmiş üzvü olub. Qrupdan ayrıldıqdan sonra şəxsi karyerasını davam etdirən Devid özünün Trading Yesterday qrupunu yaratdı, sonradan isə o, Avox, və Arrows to Athens qruplarının üzvü kimi fəalyyət götərdi. == Karyera == === 1999-2002: Evanescence === Devid 1999-cu ilin sonlarında Evanescence qrupuna qatıldı və Origin adlı ilk CD-lərini hazırladılar. Ardınca Fallen adlı albomlarını satışa çıxartdılar. İlk sinqlları olan Bring Me to Life Billboard Top 40 başda olmaqla bir çox çartlarda birinci pilləyə yüksəldi. 2003-cü ilin mart ayında işıq üzü görən Fallen albomu həftələr ərzində 16 milyondan çox satılaraq böyük bir uğura imza atdı. 2004-cü ildə Devid qrup ilə birgə Qremmi mükafatının Ən Yaxşı Rok və Ən Yaxşı Artist nominasiyaları üzrə qalib oldu. === 2003-2007: Trading Yesterday vəThe Age of Information === Fallen-dən sonra Devid qrupu tərk etdi.
Dördayaq (qaçış)
Dördayaq — atların və digər bəzi heyvanların (məsələn, it, pişik və s.) üçtaktlı allyuru. Ən sürətli olan bu formada qaçış zamanı atların sürəti bəzən 60 km/saat-a çatır. == Haqqında == Üçtempdə allür, dördüncüsü havadanasılmış olur. Məs; sol arxa, sol diaqonal (sol qabaq - sağ arxa), sağ qabaqvə havadan asılma. Qalop orta, toplu, artırılmış, sol və ya sağ ayaqlaolur. Ayaqların qoyuluş ardıcıllığı pozularsa, qalop yanlış olur. YANLIŞ QALOP. At əgər irəli həriki sol ayağını və ya hər iki sağ ayağını atmırsa, onları çarpaz qoyursa,atın hərəkəti yanlış hesab olunur.Məs: qabaq sağ ayağı ilə gedərkən,arxa sol ayağını qoyur. Belə at haqqında deyirlər: at “xaç vurur”.
Epic Games
Epic Games, Inc. baş ofisi Şimali Karolina ştatının Kari şəhərində yerləşən Amerika videooyun və proqram təminatı tərtibatçısı və yayımcısıdır. Şirkət 1991-ci ildə Tim Suini tərəfindən Potomac Computer Systems kimi təsis edilib və əvvəlcə onun ailəsinin Merilend ştatının Potomak şəhərindəki evində yerləşirdi. İlk kommersiya videooyunu olan ZZT-dən (1991) sonra şirkət 1992-ci ilin əvvəlində Epic MegaGames, Inc adını aldı və o vaxtdan vitse-prezident vəzifəsini Mark Reyn icra edir. 1999-cu ildə baş qərargahını Kariyə köçürən studiyanın adı Epic Games olaraq sadələşdirilib. Epic Games Fortnite, Unreal, Gears of War və Infinity Blade seriyaları kimi daxili istehsal videooyunlarına da dəstək verən və kommersiya məqsədli oyun mühərriki olan Unreal Engine-nin inkişaf etdiricisidir. Unreal Engine 2014-cü ildə Ginnesin Rekordlar Kitabı tərəfindən "ən uğurlu videooyun mühərriki" seçilib. Epic Games, Chair Entertainment, Psyonix, Mediatonic və Harmonix oyun tərtibatçılarına, həmçinin bulud əsaslı proqram təminatçısı Cloudgine-ə sahibdir və Sietl, İngiltərə, Berlin, Yokohama və Seulda studiyaları idarə edir.
Fales (Miletli)
Miletli Fales (yun. Θαλής; təq. e.ə. 625[…], Milet – ən tezi e.ə. 548 və ən geci e.ə. 545[…], Milet) — Qədim yunan filosofu, Miletli (Kiçik Asiya) riyaziyyatçı. Milet (İon) fəlsəfə məktəbinin yaradıcısı, riyaziyyatçı, fizik, astronom. Fales Aristotelin zamanından etibarən ilk yunan filosofu hesab edilir. Onun "Yeddi yunan müdriklərdən" biri olduğunu iddia edənlər də var. == Həyatı == Falesin əslən haralı olması bir qədər mübahisə doğurur.
Fales teoremi
Fales teoremi — bucağın tərəflərini kəsən paralel düz xətlər bu bucağın bir tərəfi üzərində konqruyent parçalar ayırırsa,onda həmin düz xətlər o biri tərəf üzərində də konqruyent parçalar ayırır.A¹A²=A²A³ olarsa, B¹B²=B²B³ olar.