Epic Games, Inc. baş ofisi Şimali Karolina ştatının Kari şəhərində yerləşən Amerika videooyun və proqram təminatı tərtibatçısı və yayımcısıdır. Şirkət 1991-ci ildə Tim Suini tərəfindən Potomac Computer Systems kimi təsis edilib və əvvəlcə onun ailəsinin Merilend ştatının Potomak şəhərindəki evində yerləşirdi. İlk kommersiya videooyunu olan ZZT-dən (1991) sonra şirkət 1992-ci ilin əvvəlində Epic MegaGames, Inc adını aldı və o vaxtdan vitse-prezident vəzifəsini Mark Reyn icra edir. 1999-cu ildə baş qərargahını Kariyə köçürən studiyanın adı Epic Games olaraq sadələşdirilib.
Epic Games | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | özəl şirkət[d] |
Sənaye | videooyun sənayesi[d] |
Məhsulları | proqram təminatı[1], video oyun |
Təsis tarixi | 15 yanvar 1991 |
Struktur | |
İşçi sayı |
|
Tərəfdaşlar | Bandcamp[2] |
epicgames.com epicgames.com/site/en-US… |
|
Vikianbarda əlaqəli mediafayllar |
Epic Games Fortnite, Unreal, Gears of War və Infinity Blade seriyaları kimi daxili istehsal videooyunlarına da dəstək verən və kommersiya məqsədli oyun mühərriki olan Unreal Engine-nin inkişaf etdiricisidir. Unreal Engine 2014-cü ildə Ginnesin Rekordlar Kitabı tərəfindən "ən uğurlu videooyun mühərriki" seçilib.[3]
Epic Games, Chair Entertainment, Psyonix, Mediatonic və Harmonix oyun tərtibatçılarına, həmçinin bulud əsaslı proqram təminatçısı Cloudgine-ə sahibdir və Sietl, İngiltərə, Berlin, Yokohama və Seulda studiyaları idarə edir.