Fasces

Fasces

Fasces (latınca "bağlama" mənasını verən fascis sözündən götürülmüşdür[1]) sadəcə olaraq gücüyurisdiksiyanı və/və ya "birlikdə güc vardır" deyimini simvollaşdırır.

Ənənəvi bir Roma fascesi silindrik formada olan tüklü ağcaqayın çubuqlarından hazırlanmış olan silindr formalı dəyənəyin və adətən bürünc baltanın iti tərəfi çölə baxan formada bağlamanın içərisinə yerləşdirilmiş və qırmızı dəri zolaqla möhkəm bağlanması ilə hazırlanırdı. Roma Respublikasında təntənəli paradlar da daxil olmaqla bir çox vəziyyətlərdə müasir bayraqlara oxşayan bir simvol kimi istifadə edilmişdir.

Bir çox hökumətlər və hakimiyyət nümayəndələri Roma İmperiyasının dağılmasından müasir dövrə qədər "güc"ün simvolu olaraq fasces istifadə etməyə davam etmişdirlər. Hətta özünü Roma Respublikası ilə eyniləşdirən və onun ideallarına tabe olanlar tərəfindən istifadə olunmağa davam belə etdirilmişdir. Adını fascesdən götürmüş olan italyan faşizmi XX əsrin uzun bir dövründə bu simvoldan istifadə etməyə davam etmişdir.

Fasces daşıyan liktorlar

Liktorlar bağlaması” kimi tanınan Fasces lictoriae Qədim Romada güc və hakimiyyəti (imperium) simvolizə etmişdir. Lictors kimi tanınan aşağı səviyyəli məmurlar magistratların qarşısında hərəkət edir və onlar daşıdıqları fasceslərin sayına görə Roma Dövləti strukturundakı statuslarını nümayiş etdirirdilər. Fasces daşıyan Liktorlar tərəfindən müşayiət olunmaq hüququna malik yüksək rütbəli məmurlar arasında Praetorlar, Propraetors, Konsullar, Prokonsullar, Magister Equitum, DiktatorlarSezarlar var idi. Bəzi hallarda hərbi qələbələrdən sonra keçirilmiş olan paradlar zamanı; Yaralı və qəhrəman əsgərlərə fascesləri daşımağa icazə verilirdi.

Roma tarixçiləri uzaq keçmişdə Romanın Etrusk mənşəli krallarını mərasimlərdə on iki likorun müşayiət etdiyini qeyd etmiş və bu ənənənin romalılar tərəfindən də davam etdirildiyini bildirmişdirlər.

İnanca görə, o, Etrusk sivilizasiyası dövründən bəri "birlikdən güc yaranır" ifadəsini simvollaşdırmışdır. Dəstəyə möhkəm bağlanmış çubuqlar vəhdətdən əldə edilən gücü, balta dövlətin qüdrətini və nüfuzunu, çubuqları bir-birinə bağlayan qırmızı dəri zolaqlar isə bu gücdən istifadə zamanı dövlətin hüdudlarının olduğunu simvolizə edirdi. Ən yüksək rütbəli magistraların liktorları qadağaların həddinə yaxınlaşdıqlarını nümayiş etdirmək üçün qırmızı lentlə bağlanmamış fasceslərdən istifadə edirdilər.

Fasces simvolizmi çox güman ki, Şərqi Aralıq dənizi vasitəsilə - Etrusklar vasitəsilə AnadoluMino sivilizasiyalarında müntəzəm olaraq istifadə edilən "iki başlı balta" kimi tanınan Labrysdən götürülmüşdür.

Ənənəvi olaraq, Pomeriumun içərisində fasceslərin baltaları çıxardılırdı. Bu onu göstərirdi ki, normal siyasi şəraitin mövcud olduğu hallarda magistratların ölüm hökmü vermək səlahiyyətləri yoxdur və bu səlahiyyəti vətəndaşların mənsub olduğu məclislər həyata keçirirlər. Lakin Roma Respublikası mövcud olduğu vəziyyəti təhlükəli hesab edib diktator təyin etdiyi hallarda, Liktorlar Pomeriumdakı fasceslərə baltalar əlavə edərdilər və bu da diktatorun əlində fövqəladə bir gücün cəmləşdiyini nümayiş etdirirdi.

  1. Pearson, Patricia O'Connell; Holdren, John. World History: Our Human Story. Versailles, Kentucky: Sheridan Kentucky. May 2021. 152. ISBN 978-1-60153-123-0.