Qaçış — İdmanın ən sadə, mümkün, faydalı növlərindən biridir. Hər gün, səhər və ya axşam, dünyada yüzlərlə və minlərlə insan qaçışa çıxır. Bu, yalnız intensiv bir ritmdə gəzmək deyil, həm də öz sağlamlığınıza və formanıza qayğı göstərməkdir.
Qaçış hər şeydən əvvəl ürək üçün bir fiziki gərginlikdir. Praktik olaraq onun üçün əks-göstəriş yoxdur (aşağı təzyiqdən başqa), hətta yastıpəncə insanlar da düzgün seçilmiş ayaqqabı ilə qaça bilər. Qaçış bütün orqanizmə silkələnmə verir, bu hipertoniyadan, təngənəfəslikdən, zökəmdən ən yaxşı vasitədir. O, həmçinin qan dövranını yaxşılaşdırır və tonusda qalmağa kömək edir. Bundan başqa, qaçış bütün əzələ qruplarını formaya salır: siz qaçarkən yalnız baldır və bud işləmir, həm də qarın, əl, boyun fəaliyyətdə olur. Bununla bərabər fiziki gərginliyin bütün bədənə təsiri çox yumşaqdır. Ümumiyyətlə qaçış düzgün qidalanma ilə birgə arıqlamaq üçün ən yaxşı vasitədir. Lakin qaçışın ən əsas üstünlüyü ondan ibarətdir ki, o stresi götyürmək qabiliyyətinə malikdir. Quşların oxumasına qulaq asaraq parkda və ya stadionda qaçmaq- bu sizin öz seçiminizdir. Hər halda yaxşı qaçışı uçuşla müqayisə etmək olar. O sözün əsl mənasında insana sanki ruh verir, bu da xüsusi ilə meqapolisdə yaşayanlar üçün çox vacibdir.
Belə bir fikir vardır ki, səhər qaçmaq ziyanlıdır və bu fikrin müəyyən əsasları vardır: belə ki, orqanizm tam oyanmayıbsa və yaxşı istirahət etməyibsə, qaçış da sözsüz ki, orqanizm üçün bir gərginlikdir. Lakin siz əgər yaxşı yatıb istirahət etmisinizsə və özunüzü qızışdırıcı hərəkətlərlə qaçışa yaxçı hazırlamısınızsa, səhər qaçış üçün ən əlverişli vaxtdır.
Bir çox idman fanatiki gecə qaçmağın daha faydalı olduğunu deyir. Hətta araşdırmalar da gecə qaçan idmançıların performansının daha yüksək olduğu qənaətindədirlər. Gecə məşqlərində metabolizm onsuz da fəaliyyətdə olduğu üçün sərf edilən enerjini artırmağa və məşq müddətini optimallaşdırmağa kömək edir.
Qaçış zamanı çalışmaq lazımdır ki, əzələləri boşalmış saxlayasan və hər-hansı bir tənəffüs ritmini gözləməyəsən. Əksinə ritm özü gəlməlidir və sən onu pozmalı deyilsən. Qidalanmaya gəldikdə isə, qaçışla əlaqədar iştaha güclənir. Ona görə də, ilk vaxtlar bir az çətin olacaqdır, xüsusi ilə də arıqlamaq istəyənlər üçün, qidalanmağa daha ciddi nəzarət etmək lazım gələcəkdir. Amma elə adamlar var ki, müntəzəm qaçışa başladıqdan sonra, əksinə, onların iştahası mötədil olur. Qaçışdan 30 dəqiqə qabaq yemək olar, lakin yemək yüngül və yaxşı olar ki, meyvə-tərəvəzdən ibarət olsun. Əgər siz möhkəm yemisinizsə, ən azı bir saat gözləməlisiniz. Məşqdən dərhal sonra yeməyə başlamaq olar.
Coqqinq qaçışın daha yavaş bir növündən başqa bir şey deyil və heç bir xüsusi məşq tələb etməyən populyar idmandır. Sən öz təlimatçın ola bilərsən və hara, nə qədər və nə vaxt qaçmağa özün qərar verə bilərsən.
Bir çox idman növü arasında ən populyar qısa məsafəyə qaçışdır və burada qaçışın sıxlığı o qədər yüksəkdir ki, son olaraq ən son qaçan birinci gələ bilər, çünki rəqabət nəticələri baxımından ən gözlənilməz qaçış növü adlanır.
Məsafə uzunluğu 40 kilometri keçməyən bir yarışdır. Bütün ölkələr buna sahib olmasa da, bütün dünya bunu izləyir, çünki marafonçu yaxşı bir məşqə və dözümlülüyə, yarışı qazanmaq arzusuna sahib olmalıdır.