Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kolomar
Kolomar (fr. Colomars, it. Colomaro) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Nitsa dairəsi, Turrent-Levans kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Levens kantonunun (Nitsa dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi — 6,72 km², əhalisi — 3161 nəfərdir (2006) artım tendensiyası ilə: 3318 nəfər (2012), əhalinin sıxlığı 493,8 nəfər / km²-dir. == Əhalisi == 2011-ci ildə əhalinin sayı — 3330 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 94 nəfər.
Kolobar nunatakı
Kolobar nunatakı (bolq. Колобърски нунатак, ‘Kolobarski Nunatak’ \ko-'lo-b&r-ski 'nu-na-tak\) — Antarktidanın Qreyam torpağının Triniti yarımadası sahillərindən cənub-qərbdə yerləşən, 587 m hündürlüklü qaya nunatakıdır. Nunatak şimal-şərqi Bolqarıstanda yerləşən Kolobar şəhərinin adını daşıyır. == Yerləşməsi == Kolobar nunatakı 63°41′31″ c. e. 58°13′46″ q. u. koordinatlarında yerləşmişdir. Panhard nunatakından 3.59 km şimal-şərqdə, Çoçoveni nunatakından 4.29 km cənub-şərqdə, Levassor nunatakından 5.66 km cənub-qərbdə yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir.
Zolotoy burnu
Zolotoy burnu — Rusiya, Primorsk diyarının şimal-şərqində, Tatar boğazının sahilində yerləşən burun. Burundan 15,5 km cənub-qərbdə Samarqa kəndi yerləşir. Zolotoy burnu vilayətin əsas coğrafi nöqtələrindən biridir. Burun yarımadanın sonunda, dəniz daxilinə 3.5 km məsdafədə daxil olmuş bir ərazidədir. Vilayətin ucqar şərq nöqtəsini təşkil edir. Buradan Saxalin vilayətin ərazisinə olan məsasfə (Moneron adası) 205 km, ən yaxın şəhərə olan məsafə isə 228 km-dir (Nevelsk). Əslində isə vilayətin ucqar şərq nöqtəsi Zolotoy burnundan 9,3 km şimal-şərqdə yerləşir. Burun müxtəlif adlara sahib olmasına baxmayaraq, günəşin qürubu zamanı sahilı suları sarı-qızılı rəng alır. Burada il boyu fəaliyyət göstərən mayak vardır. Mayakda işləyənlər Zolotoy qəsəbəsində yaşayır.
Fabri Zoltan
Fabri Zoltan (15.10.1917, Budapeşt – 23.8.1994, Budapeşt) – Macar teatr və kino rejissoru, ssenarist, aktyor. == Həyatı == Fabri erkən yaşlarından rəssam olmağı arzulayırdı. O, rəsm çəkməyi öyrənibdir və Macar İncəsənət Kollecini bitirmişdir. 1950-ci ildə macar kino sənayesində quruluşçu dizayner kimi fəaliyyətə başlamışdır. O, ilk "fırtına" filmini 1951-ci ildə çəkmişdir. 1956-cı ildə özünün üçüncü "Şən karusel" filmi ilə dünya şöhrətli rejissor olmuşdur. O, 1980-ci illərin əvvəllərinədək rejissor və ssenarist kimi işləməyə davam etmişdir. Kino sənayesindən ayrıldıqdan sonra, Fabri Macarıstanın teatr və kino sənəti Universitetində müəllimlik etmişdir. Həyatının son illərində o, ssenari yazıb, lakin onlar hələ də işıq üzü görməyib. Fabri 1959-cu ildən 1981-ci ilə qədər Macarıstan kino İttifaqının prezidenti olmuşdur.
Zoltan Ambruş
Zoltan Ambruş (mac. Ambrus Zoltán; 22 fevral 1861, Debretsen – 28 fevral 1932, Budapeşt) — Macarıstan yazıçısı və tərcüməçisi. == Həyatı == Debreçendə gimnaziyanı bitirdikdən sonra Budapeştdə hüquq fakültəsində təhsil almışdır. 18 yaşı olarkən atasının vəfat etməsindən sonra bütün ailənin yükü onun çiyinlərinə düşdü. O, Pesti Naplo, Fővárosi Lapok və Budapest Szeml kimi qəzetlər üçün məqalələr və teatr əsərlərinin tənqidini yazırdı. 1885-ci ildə Parisə köçdü və burada Kollec-de-Fransda və Paris Universitetində ədəbiyyat ixtisasına yiyələndi. Peşt şəhərinə geri döndükdən sonra A Hét jurnalı üçün bir sıra qısa həcmli hekayələr yazdı. 1900-cü ildə Új Magyar Szemle qəzetinin redaktoru oldu və Nyuqat jurnalı üçün məqalələr yazdı. 1917–1922-ci illər arasında Milli Teatrın direktou oldu. == Əsərləri == Macarıstanın şəhər quruluşu haqqında yazırdı.
Zoltan Batorfi
Zoltan Batorfi (20 iyul 1975) — Macarıstanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Zoltan Batorfi Macarıstanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub.
Zoltan Koday
Zoltan Koday — macar bəstəkar, musiqiçi və müəllim. == Bioqrafiyası == Uşaqlığından , amatör musiqiçi olan atasından skripkada ifa etmeyi öyrəndi. 1900-cü ildə Budapeşt Universitetinin dil şöbəsinə və eyni zamanda Qans fon Kössler Macarıstan Musiqi Akademiyasında kompozisiya sinifinə daxil oldu. Kursun bitməsindən bir il sonra Şarl Vidor (ing. Charles Widor) ilə birlikdə Parisdə təhsil alıb. 1905-ci ildən etibarən Macarıstan xalq musiqisi irsinin əsərlərini toplayaraq məşğul olurdu, bu məqsədlə o, müxtəlif Macarıstan vilayətlərinin kəndlərinə səyahət etdi. 1906-cı ildən etibarən, Bela Bartok ilə birgə folklor mahnılarının çoxsaylı kolleksiyaları ilə nəşr etdi. Birinci Dünya müharibəsi zamanı Koday Bela Bartok ilə birlikdə Budapeştdə Avstriya-Macarıstan Hərbi Nazirliyinin mətbuat bölməsinin musiqi sektorunda çalışmışdır. 1919-cu ildə Macarıstan Sovet Respublikasının hökuməti onu Musiqi Akademiyasının vitse-prezidenti təyin etdi, Musiqili İncəsənət Ali Məktəbinin adı dəyişdirildi; hortum rejiminin yaradılmasından sonra, 1921-ci ilə qədər tədris fəaliyyətlərini müvəqqəti olaraq dayandırmağa məcbur olub. 1942-ci ildə təqaüdə çıxmış, fəxri professor unvanını alan İkinci Dünya müharibəsinin sonunda Macarıstan İncəsənət Şurasının prezidenti olmuşdur.
Lbov Qolota
Lbov Qolota (ukr. Любов Голота 31 dekabr 1949, Krivoy Roq, Dnepropetrovsk vilayəti) — Sovet və Ukrayna yazıçısı (şairə, publisist, nasir), jurnalist. Şevçenko mükafatı laureatı (2008) və Ukraynanın əməkdar mədəniyyət işçisi. == Bioqrafiya == Lbov Qolota 31 dekabr 1949-cu ildə Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərində mədənçi ailəsində anadan olub. 1972-ci ildə Dnepropetrovsk Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Dnepropetrovskda "Zarya", "Znamya Yunosti" regional qəzetlərində və regional radioda jurnalist kimi çalışıb. 1983-cü ildən Kiyevdə yaşayır. "Molod" və "Sovet yazıçısı" nəşriyyatlarında fəaliyyət göstərib. 1995-ci ildən ümumkrayna həftəlik "Slovo Prosvitı" qəzetinin baş redaktorudur. Lyubov Qolota Ukraynada ilk qadın kutroloji jurnalı olan "Pyataya para" mətbu orqanını təşkil edir və nəşr etdirir.
Zoltan Hajos
Zoltán George Hajós (doğulmuş Zoltán György Hajós ; 3 mart 1926 – 9 oktyabr 2022) Macarıstan-Amerika üzvi kimyaçısıdır . Doğma Budapeştdə əczaçılıq sənayesində əvvəlcə akademik, sonra isə sənaye kimyaçısı, o, ən yaxşı Hajos-Parrish-Eder-Sauer-Viechert reaksiyası ilə tanınır (əvvəlcə 1985-ci ildə Klod Ağami tərəfindən Hajos-Parish reaksiyası adlandırılmışdır) . == Tarix == === Kimya sahəsində təhsil === Hajos Macarıstanın Budapeşt Texniki Universitetində (TU Budapest) kimya üzrə təhsil alıb və magistr dərəcəsini bitirib. 1947-ci ildə 1950-ci ildə Üzvi Kimya Texnologiyaları İnstitutunda Zoltan Çsurosun rəhbərliyi altında doktorluq işini bitirmişdir. === İlk akademik fəaliyyət === Hajos 1948-ci ilə qədər, Budapeşt TU-da üzvi kimya üzrə dosent vəzifəsini qəbul edənə qədər orada qaldı. 1957-ci ilə qədər qaldı . 1956-cı ilin oktyabrında, 1956-cı il inqilabının ardınca müqavimətlə müşayiət olunan zaman, Hajos TU Budapeşti və kommunist Macarıstanı tərk edərək ABŞ-yə getdi və burada 1957-ci ildən Prinston Universitetinin Kimya Departamentində üzvi kimya üzrə elmi işçi kimi yüksək postdoktorluq vəzifəsində çalışdı. 1960-cı ildə Hajos Nyu Cersi ştatının Nutley şəhərindəki Hoffmann-La Roche Dərman Tədqiqatları İnstitutunda kimya üzrə vəzifə qəbul etdi . O, akademik karyerasının ikinci mərhələsi 1970-ci ildə Vermont Universitetinin Kimya fakültəsinə (1972–1973) və sonra Toronto Universitetinin Əczaçılıq fakültəsinə (1973–) köçənə qədər bu vəzifədə qaldı. 1974).
Zolotoy Roq buxtası
Zolotoy Roq buxtası — Yapon dənizində Şərq boğazında, ensiz ən uzun buxta.3 Buxtanın sahilləri boyunca Vladivostok şəhəri yerləşir. Buxtaya gəmilər aslıqla yan ala bilir. Burada Vladivostok ticarət və balıqçı limanı yerləşir. Buxta üzərindən asma körpü keçir. Su səthinin sahəsi 4,44 km²-dir. == Coğrafiyası == Buxta Şərqi Bosfor boğazının şimal sahilini təşkil edir. Buxta şimal-qərbdən Şkot yarımadası ilə əhatələnir. Buxtanın girəcəyində dərinliyi 20—27 metrdir. İçərilərə doğru isə dərinlik azalır. Sahilə yaxın dərinlik 5,2 - 15,2 metr arasında dəyişir.
Zolotıe vorota metrostansiyası
«Zolotıe vorota» (ukr. «Золоті́ воро́та», ; azərb. Qızıl darvaza‎) — Kiev metropoliteninin 29-cu stansiyası. Stansiya Sresko-Peçerski xəttində, «Lukyanovskaya» və «Dvores sporta» stansiyaları arasında yerləşir. Stansiya 31 dekabr 1989-cu ildə istismara verilib. Stansiya öz adını yaxınlıqda yerləşən şəhərin tarixi ərazisindən almışdır. Ümumi sərnişin istifadəsi — 19,9 min adam/sutka. 2011-ci ildən stansiya "mədəni irs yeri", memarlıq və şəhərsalma abidəsi, monumental sənət abidəsi statusunu əldə etmişdir. == Dizayn == Zolotıe vorota stansıyasının ilkin layihəsi daha sadə və bəsit idi. Sonradan həm dərinlik artırıldı, həm də həcmi genişləndirildi.
Lotar Matteus
Lotar Herbert Matteus (alm. Lothar Herbert Matthäus‎, 21 mart 1961[…], Erlangen, Bavariya) — görkəmli alman futbolçu və futbol mütəxəssisi. 1990-cı ildə Qızıl top mükafatına layiq görülmüş, 1991-ci ildə FİFA tərəfindən ilin oyunçusu seçilmişdir. == Ailə həyatı == Matteusun ilk həyat yoldaşı 47 yaşlı Silviya olub. Onların nigahı 1981-ci ilin iyulundan 1992-ci ilin dekabrına kimi davam edib. Bu nigahdan iki qızı olan Matteusun ikinci evliliyi İsveçrənin keçmiş gözəli Lolita Moreno ilə olub. Lotar televiziyada aparıcı olan Lolita ilə 1994-1999-ci ilə birgə yaşayıb və onların Loris adlı oğulları var. Əfsanəvi futbolçu üçüncü həyat yoldaşı Mariana Kostiçlə isə 2003-cü ilin Dunay çayında gəmi səyahəti zamanı tanış olub. Matteusu arzulanan həyat yoldaşı hesab edən Mariananın ondan üç uşağı var. Növbəti dəfə Lotar "Playbol" jurnalında çəkilən Ukraynalı fotomodel, özündən 26 yaş Liliana ilə 2007-ci ildə tanış olsa da, cütlüyün münasibətləri 2009-cu ilin yanvarın 1-də Las-Veqasda rəsmiləşib.
Zoltan Feyer-Konner
Zoltan Feyer-Konner (20 iyul 1978) — Almaniyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Zoltan Feyer-Konner Almaniyanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 9-cu pillənin sahibi olub.
Zoltan Layoş Bey
Zoltan Layoş Bey (24 iyul, 1900 Dyula - 4 oktyabr, 1992 Vaşinqton) — mikrodalğa texnologiyası, o cümlədən volfram lampalarını inkişaf etdirmiş macarıstanlı fizik, professor və mühəndis. O, Aydan radar əks-sədalarını müşahidə edən ikinci şəxs idi. 1930-cu ildən etibarən o, Segeda Universitetində nəzəri fizika professoru kimi işləməyə başladı. 1923-cü ildə Tungsram Ltd.-də işıq mənbələrini, əsasən də elektrik lampaları inkişaf etdirmək üçün tədqiqat laboratoriyası yaradıldı. Laboratoriyanın rəhbəri İqnas Pfayfer idi. Tədqiqat heyətinə isə Zoltan Beylə bərabər Tivadar Millner, İmre Brodi, Qyorq Sigeti, Ernö Vinter və başqaları daxil idilər. Qyorq Sigeti Zoltan Beylə birlikdə metal buxar lampaları və lüminessensiya işıq mənbələri üzərində işləyirdi. Onlar silisium karbiddən hazırladıqları "Elektrolüminissent işıq mənbələrinə" görə patent aldılar. Bu işıq mənbələri işıq diodlarının "əcdadları" hesab olunur. 1955-ci ildə Zoltan Bey Milli Standartlar Bürosunda (hal-hazırda Milli Standartlar və Texnologiya İnstitutu adlanır) Nüvə Fizikası şöbəsinin rəhbəri oldu.
Julius Lotar Meyer
Yulius Lotar Meyer
Yulius Lotar Meyer (19 avqust 1830 – 11 aprel 1895[…], Tübingen[d]) — alman kimyaçısı, Berlin Elmlər Akademiyasının müxbir üzvü, kimyəvi elementlərin dövri sisteminin yaradıcılarından biri == Həyatı == Julius Lotar Meyer 1830-cu il avqustun 19-da Oldenburq əyalətinin Farrel adlı kiçik bir şəhərində həkim ailəsində dünyaya gəlmişdi. Sağlamlığının zəif olduğuna görə o,orta məktəbi yalnız iyirmi bir yaşında bitirmişdi. Məktəbdən sonra, atası kimi Meyer də tibbi öyrənməyə başlamış və 1854-cü ildə Vürzburq Universitetində doktorluq dərəcəsi almışdı. Daha sonra o, Heidelberq və Köniqsberq Universitetlərində və Breslau Universitetində (fəlsəfə doktoru,1858) təhsilini davam etdirmişdi. 1859-cu ildən o, Breslau Universitetində çalışmağa başlamışdı. 1866-cı ildən etibarən o, Ebesvalde Universiteti, 1876-cı ildən Karlsruedə Politexnikum və 1876-cı ildən Tübingen Universitetinin kimya professoru kimi fəaliyyət göstərmişdi. 1888-ci ildə o, Berlin Elmlər Akademiyasının müxbir üzvü seçilmişdi. == Elmi fəaliyyəti == O, Heidelberqdə R.Bunzenin laboratoriyasında işləyərək insan orqanizmində baş verən qaz mübadiləsini öyrənmişdi. "Qan qazları" və "Qazvari karbon oksidinin qana təsiri haqqında" adlı əsərlərində Meyer göstərmişdi ki, tənəffüs zamanı oksigen qanın hemoqlobini ilə birləşir; karbon oksidi hemoqlobinə çox yaxın olduğundan onun oksigenlə birləşməsinə mane olur. A.Kekule və F.Beylşteynlə elmi əlaqələr qurduğu Heidelberqdə işləməsi Meyeri kimya ilə ciddi məşğul olmaq qərarına gətirib çıxartdı.