Yulius Lotar Meyer (19 avqust 1830[1][2] – 11 aprel 1895[3][4][…], Tübingen[d][6]) — alman kimyaçısı, Berlin Elmlər Akademiyasının müxbir üzvü, kimyəvi elementlərin dövri sisteminin yaradıcılarından biri
Julius Lotar Meyer | |
---|---|
alm. Julius Lothan Von Meyer | |
Doğum tarixi | 19 avqust 1830[1][2] |
Vəfat tarixi | 11 aprel 1895[3][4][…] (64 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | insult[5] |
Dəfn yeri |
|
Təhsili |
|
Fəaliyyəti | kimyaçı |
Elmi dərəcələri | |
Üzvlüyü |
|
Vikianbarda əlaqəli mediafayllar |
Julius Lotar Meyer 1830-cu il avqustun 19-da Oldenburq əyalətinin Farrel adlı kiçik bir şəhərində həkim ailəsində dünyaya gəlmişdi. Sağlamlığının zəif olduğuna görə o,orta məktəbi yalnız iyirmi bir yaşında bitirmişdi. Məktəbdən sonra, atası kimi Meyer də tibbi öyrənməyə başlamış və 1854-cü ildə Vürzburq Universitetində doktorluq dərəcəsi almışdı. Daha sonra o, Heidelberq və Köniqsberq Universitetlərində və Breslau Universitetində (fəlsəfə doktoru,1858) təhsilini davam etdirmişdi. 1859-cu ildən o, Breslau Universitetində çalışmağa başlamışdı. 1866-cı ildən etibarən o, Ebesvalde Universiteti, 1876-cı ildən Karlsruedə Politexnikum və 1876-cı ildən Tübingen Universitetinin kimya professoru kimi fəaliyyət göstərmişdi. 1888-ci ildə o, Berlin Elmlər Akademiyasının müxbir üzvü seçilmişdi.
O, Heidelberqdə R.Bunzenin laboratoriyasında işləyərək insan orqanizmində baş verən qaz mübadiləsini öyrənmişdi. "Qan qazları" və "Qazvari karbon oksidinin qana təsiri haqqında" adlı əsərlərində Meyer göstərmişdi ki, tənəffüs zamanı oksigen qanın hemoqlobini ilə birləşir; karbon oksidi hemoqlobinə çox yaxın olduğundan onun oksigenlə birləşməsinə mane olur. A.Kekule və F.Beylşteynlə elmi əlaqələr qurduğu Heidelberqdə işləməsi Meyeri kimya ilə ciddi məşğul olmaq qərarına gətirib çıxartdı. 1859-cu ildə o, "Bertolletdən Bertseliusa qədər kimyəvi nəzəriyyələr" adlı tarixi və tənqidi əsər üzrə dissertasiya müdafiə etmişdi. 1860-cı ildə Meyer, D.İ.Mendeleyev kimi, kimyanın əsas anlayışlarının müəyyənləşdirildiyi Karlsruhe Beynəlxalq Kimyaçılar Konqresində iştirak etmişdi. Bu konqressdə S.Kannitsaronun təşəbbüsü ilə "atom", "molekul" və "ekvivalent" anlayışlarını aydın müəyyənləşdirmək qərara alınmışdı. Nəticədə, əsasən, atom kütlələri problemi həll olunmuş, bu da kimyəvi elementlərin sistemləşdirilməsinə və dövri qanunun yaradılmasına yol açmışdı. 1864-cü ildə Meyer "Kimyanın müasir nəzəriyyələrii" adlı əsərini nəşr etdirmişdi. Burada onun ilk cədvəlində 42 element (63-dən) öz valentliklərinə və atom kütlələrinə görə yerləşdirilmişdi. 1870-ci ildə Meyerin "Kimyəvi elementlərin təbiəti onların atom kütlələrinin bir funksiyası kimi" adlı məqaləsi nəşr olunmuşdu. Meyerin elementləri sistemləşdirməsinin əsası onların atom kütlələri ilə atomların həcmləri arasında olan dövri funksiya formalı asılılıq idi. 1870-ci ildə tərtib etdiyi cədvəldə Meyer elementləri əsasən düzgün yerləşdirmiş (boş yerlə qoyaraq!), lakin nə atom kütlələrinə düzəliş etmək, nə də hələ aşkar edilməmiş elementlərin xüsusiyyətlərini proqnozlaşdırmaq üçün öz nəticələrini tətbiq etməmişdi. 1882-ci ildə London Kral Cəmiyyəti "Atom çəkilərinin dövri nisbətlərinin aşkar edilməsinə görə" Mendeleyev və Meyeri Davie adına qızıl medalla təltif etmişdi. Meyerin eksperimental tədqiqatları, əsasən, fiziki kimya sahəsinə aid idi. Bunlardan, karbohidrogenlərin xlorlaşması və oksidləşmə reaksiyalarında müxtəlif metalların katalitik aktivliyinin öyrənilməsini; doymuş karbohidrogenlərin fiziki xüsusiyyətlərinin (qaynama temperaturları, kritik temperatur və kritik təzyiqlər) öyrənilməsini; müxtəlif temperaturda mayeləşdirilmiş qazvarı doymuş karbohidrogenlərin elastikliyinin və sıxlığının müəyyən edilməsini və s.göstərmək olar.