Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dyakоvо
Dyakоvо (xorv. Đakovo) — Xorvatiyanın Slavoniya bölgəsindəki bir şəhərdir. Şəhər Оsiеçkо-Bаrаnskаya bölgəsində yerləşir. Şəhərin dənizdən yüksəkliyi 111 m, Osiyekə qədər məsafə isə 37 km-dir. Əhalisi (2011-ci il siyahıyaalma məlumatlarına görə) 27,745 nəfərdir.
Kakapo
Kakapo (mao. Kākāpō; lat. Strigops habroptilus) və ya bayquş tutuquşu — Yeni Zelandiyanın təbii meşələrində yayılmış taksonomik ranq olan Yeni Zelandiya tutuquşularının böyük növlərindən biri olan tutuquşu növü. Kakapo dünyada uça bilməyən yeganə tutuquşu növüdür. Sayıları həddən artıq azdır. Strigopidae fəsiləsinin yeganə yaşayan növüdür. Gecə həyat tərzi keçirmələri, yumuşaq lələklərə malik olmaları, bayquşlara oxşamalarına görə bəzən bayquş tutuquşu adlandırılırlar. == Təkamül == Aparılan araşdırmalar kakapoların digər quşlardan 82.000-85.000 il əvvəl ayrılmışlar. Kakapoların nə zaman Yeni Zelandiyaya köç etdikləri məlum deyil. Amma onların buraya gəlməzdən əvvəl uça bildikləri məlumdur.
Kakuro
Kakuro — rəqəmlərdən təşkil olunan tapmaca. Kakuro adının mənşəyi oyunu ixtira edən yaponlar tərəfindən kasan kurosu (加算クロス, kəsişən toplamalar) sözündən götürülüb; Bu tapmaca ABŞ-də həmçinin Cross Sums (kəsişən cəmlər) kimi də adlandırılır == Oyunun qaydaları == Oyunun sahəsi qara və ağ rəngli xanalardan ibarətdir. Vertikal və ya horizontal ardıcıl qurulan bir neçə ağ xana qrupu blok adlanır. Hər bir blokda yerləşməli olan rəqəmlərin cəmi yazılır. Şaquli bloklar üçün bu cəm adətən blokdan bilavasitə yuxarıda, horizontal bloklar üçün isə bilavasitə solda yazılır.Bütün ağ xanalara şaquli və üfüqi kəsişmələrdə unikallığı gözləməklə, 1-dən 9-a qədər elə rəqəmlər yazılmalıdır ki, bu rəqəmlərin cəmi tapmacanın şərtindəki cəmə bərabər olsun.
Konakovo
Konakovo — Rusiya Federasiyasında yerləşən şəhər. Tver vilayətinə daxildir.
Kosovo
Kosova (alb. Kosova), Kosovo (serb. Косово) və ya rəsmi adı ilə Kosova Respublikası (alb. Republika e Kosovës, serb. Република Косово) — Şərqi Avropada bölgə və eyni zamanda müstəqilliyi mübahisəli dövlət. Kosovo Balkan yarımadasında dənizə çıxışı olmayan ölkədir. Şimal və şərqdə Serbiya, cənub-şərqdə Şimali Makedoniya, cənub-qərbdə Albaniya, qərbdə isə Monteneqro ilə həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Priştina şəhəri, ümumi sahəsi 10,887 kvadrat kilometrdir. Kosovo ərazisindəki alban çoxluğu Kosovo Respublikasının müstəqilliyinin dünya dövlətləri tərəfindən diplomatik tanınmasına cəhd edir. Serbiya isə bu bölgəni öz daxilində Kosovo və Metohiya muxtar vilayəti kimi tanıyır.
Krakov
Krakov (pol. Kraków [ˈkrakuf]), tam rəsmi adı — Krakov kral paytaxt şəhəri (pol. Stołeczne Królewskie Miasto Kraków) — Polşanın ikinci ən böyük şəhər. 2014-cü ilin hesablamalarına görə şəhərində özündə 760.000, ətraf ərazilərlə birlikdə isə 1,8 milyon əhali yaşayır. Krakov Polşanın elm, incəsənət və mədəniyyət mərkəzi, eləcə də ölkənin keçmiş krallarının köhnə paytaxtı və bir çox tarixi hadisələrin şahidi olduğuna görə Polşanın qəlbi hesab olunur. Şəhər öz gözəlliyi ilə turistləri də özünə cəlb edir. Dünyanın ən qədim ticarət mərkəzlərindən biri olan Cloht Hall burada yerləşir.
Qukovo
Qukovo — Rusiya Federasiyasında yerləşən şəhər. Rostov vilayətinə daxildir.
Kakava
Kakava — Türkiyədə qaraçıların bayram tədbiri. Mənşə ərazisi Türkiyənin Şərqi Frakiya regionudur. == Tədbirlər == Xilaskar Baba Finqonun gəlib onları xilas edəcəyi inancı Türkiyədə yaşayan qaraçıların folklorunda əhəmiyyətli rola malikdir. Bu fiqurun Qədim Misir ordusundan olan firon qoşunlarının komandiri olduğu güman edilir. Türkiyə qaraçılarına görə, Tunca çayının kənarına enərək mayın 5-dən 6-na keçən gecə "Xilasetmə hadisəsi" baş verir. Möcüzəli günün xatirəsi üçün çaya şam qoyulur, iştirakçıların əlləri, üzləri və ayaqları suda yuyulur. Əsas qeyd edilən mövzu Xilaskar Baba Finqonun ölməzliyidir. Türk dilində belə bir deyimdən istifadə edilir: Baba Finqo gələcək, bütün dərdlər bitəcək (türk. Baba Fingo Gelecek, Bütün Dertler Bitecek). Bu konsepsiya əsas götürülərək əyləncə tədbirləri həyata keçirilir.
Kakao
Kakao ağacı (lat. Theobroma cacao) — əməköməcikimilər fəsiləsinin teobrom cinsinə aid bitki növü.
Kamov
Kamov — Nikolay İliç Kamov və dostu N. K. Skrzhinskii tərəfindən 1929-cu ildə yaradılmış rotorlu təyyarə şirkəti. Helikopterə oxşamasına baxmayaraq rotorlu təyyarələrin arxa pəri olmur. 1929-cu ildən etibarən Kamov dizayn bürosu köhnə SSRİ zamanından müasir dövrə kimi hərbi məqsədli helikopter və rotorlu təyyarə istehsal edir.
Yakov
Yakov — ad. Yakov Cuqaşvili Yakov Sverdlov — rus inqilabçısı, sovet siyasətçisi və dövlət xadimi. Yakov Nikoladze Yakov Kozin — Yakov Kostyukovski — sovet və rus şairi, dramaturq və ssenaristi.
Antonio Kanova
Antonia Kanova (it. Antonio Canova; 1 noyabr 1757[…] – 13 oktyabr 1822[…], Venesiya[…]) — incəliklə işlədiyi çılpaq bədənlər təsvir olunan mərmər heykəlləri ilə məşhur olan italyan heykəltaraşı. Neoklassisizm tərzində hazırladığı əsərlər barokko heykəlinin teatr artıqlığından sonra klassik zərifliyə qayıdışı göstərir. Riçard Vestmakott və Con Qibson Kanovanın ingilis şagirləri arasındadır. == Həyatı == Antonio Kanova Venesiya Respublikasında Alp dağlarının ətəyində Asolo yüksəkliklərində yerləşən Possaqno qəsəbəsində anadan olmuşdur. Üç yaşında olarkən hər iki valideynindən ayrı düşüb, atası vəfat edib, anası isə başqası ilə ailə həyatı qurub. Ona babası və nənəsi baxıb. Atası və babası bənna idi, bu iş ailələrində illərdir davam edirdi. Kanovanın əli qələm tutan kimi babası ona rəsmxətin prinsiplərini öyrətməyə başladı. Babası həm rəsmxət, həm də memarlıq sahəsində biliyə malik idi, dekorasiya və layihələşdirmə işlərindən zövq alırdı.
Cakomo Kazanova
Cakomo Cirolamo Kazanova (it. Giacomo Girolamo Casanova) şevalye de Senqalt — zadəgan titulunu özünə vermiş, 2 aprel 1725-ci ildə Venesiyada anadan olmuş, 4 iyun 1798-ci ildə Çexiya respublikasındakı Duxsov qəsrində vəfat etmiş, məşhur italyan məcaraçı səyyahı və yazıçısı. Böyük Sovet Ensiklopediyasına görə Çovani Çakomo == Həyatı == Kazanova XVII əsrin 28 noyabr 1742-ci ildə Padua universitetində dünyəvi və kilsə hüququnu öyrənərək doktor titulu alır. Neapol, Roma, Konstantinopol, Paris şəhərlərinə səyahət etdikdən sonra Venesiyaya dönən Kazanova küfürlikdə günahlandırılaraq 1755-ci ildə həbsxanaya atılır. Memuarına əsasən onun həbs edilməsi üçün əsas dəlil onda tapılmış Zoqar kitabı olmuşdur. 1756 cı ildə o, Parisə qaçaraq, orada yerli içtimayi və şəxsi həyat tərzlərini öyrənməyə başlayır. Memuarında yazmış olduğu kimi, yeni imiclə Avropada peyda olan Kazanova Berlinə gələrək Böyük Fridrixin pərəstişini qazanır. 1760-cı ildə XIII Kliment Roma papası elan olunur. Elə bu vaxt Kazanova "Qızıl şpor" ordeninə layiq görülür. 1764–1765 ci illərdə Rusiyaya gələrək Sankt Peterburqda II Yekaterina ilə görüşür.
Cakomo Puççini
Cakomo Puççini (it. Giacomo Antonio Domenico Michele Secondo Maria Puccini, 22 dekabr 1858[…], Lukka, Böyük Toskana hersoqluğu – 29 noyabr 1924[…], Brüssel, Brabant əyaləti[d]) — görkəmli italyan bəstəkarı. == Həyatı == == "Madam Batterflay" əsəri == Cakomo Puççini yeni operası üçün mövzunu "Madam Batterflay"(digər adı "Çio Çio San")və "Manon Lesko" operalarının Metropoliten Operada premyerasında iştirak etmək üçün 1907-ci ildə Nyu-Yorkda gəldiyi zaman tapmışdı. Böyük bəstəkar o zaman Amerika auditoriyası qarşısında çıxış etmişdi. Amerika Puççini, Puççini isə Amerikanı sevirdi. Amerikalı dramaturqun tamaşası ingilis dilində bir söz bilməyən Cakomo Puççininin çox xoşuna gəlmişdi. Bəstəkar Madam Batterflay və Toska kimi faciəli taleyə malik qadınlardan fərqli bir obraz yaratmaq ideyası ilə yaşayırdı. 1910-cu ildə Cakomo Puççini yenidən Nyu Yorka qayıdır. Bu dəfə "La Fanciulla del West" operasının ilk tamaşasında iştirak etmək üçün. Operada əsas partiyaları əfsanəvi Enriko Karuzo və Emmi Destinin ifa etməsi, Arturo Toskanininsə dirijorluq etməsi ona böyük şöhrət gətirmişdi, lakin operada mürəkkəb partiyaların olması onun tamaşaya qoyulmasını çətinləşdirirdi.
Kekova adası
Kekova adası (türk. Kekova) — Türkiyə sahillərində yerləşən ada. == Coğrafiyası == Kekova adası Aralıq dənizində, Kaş şəhərindən bir qədər aralıda yerləşir. Adanın sahəsi 4,5 km²-dir. Adada təxmini olaraq 1850-ci ildən bəri yaşayış yoxdur. İnzibati baxımından eyni adlı dairəyə daxildir. dairənin sahəsi 260 km²-dir. Dairəyə Kekova adasından əlavə Kaleköy və Uçaız kəndləri daxildir. Bura Simen və Teymus qalıqlarında başqa antik dövrə aid olan Aperlai və Dolixiste şəhərlərinin xarabalıqlarıda daxildir. == Tarixi == Adanın şimal hissəsində b.e II əsrində zəlzələdən dağılmış dolixiste şəhərinin su altındakı qalıqları bu gündə qalır.
Kirovo-Çepetsk
Kirovo-Çepetsk — Rusiya Federasiyasında yerləşən şəhər. Kirov vilayətinə daxildir.
Kosovo dairəsi
Kosovo dairəsi (serb. Косовски округ) — Serbiyanın cənubunda, Kosovo və Metohiya muxtar vilayətində yerləşən bölgə (faktiki olaraq qismən tanınmış Kosovo Respublikasının hakimiyyəti tərəfindən idarə olunur). Rayonun mərkəzi Priştina şəhəridir. == İcmaları == == Əhalisi == Dairə ərazisində 672,3 min nəfər yaşayır.
Kosovo gerbi
Kosovo gerbi — Kosovonın Dövlət gerbi.
Kosovo himni
Kosovo himni (alb. Himni i Republikës së Kosovës) və ya rəsmi adı: "Europe" — Kosovo Respublikasının milli marşı. Bəstəkarı Mendi Mengjiqidir. Marşın sözləri yoxdur, yalnız musiqidən ibarətdir. Marş 11 iyun 2008-ci ildə qəbul edilmişdir. Həmin vaxt Kosovo Məclisi tərəfindən keçirilən səsvermə 72 lehinə, 15 əleyhinə və 5 bitərəf səslə nəticələnmişdir. Marşın sözsüz olması çox etnikli Kosovo Respublikasının quruluşuna uyğundur.
Kosovo iqtisadiyyatı
Kosovo iqtisadiyyatı — keçid dövrü yaşayan, yeni qurulan ölkə. Kosovo iqtisadiyyatı faktiki olaraq alban diasporası və donor ölkələrdən gələn pul köçürmələri sayəsində inkişaf etməyə çalışır. İl ərzində adam başına 8 min dollar pul düşür. Kosovo keçmiş Yuqoslaviya birliyinə daxil olan ölkələr arasında ən kasıb ölkə hesab edilir. 1990-cı illərdə planlı pis iqtisadi siyasət, beynəlxalq sanksiyalar, iqtisadi və etnik konfliktlər onsuzda zəif olan region iqtisadiyyatını daha da zəiflətmişdir. == 1999—2007 == 1999-cu ildən Kosovo iqtisadiyyatında dinamik inkişaf müşahidə edilir. Avro ölkənin əsas valyutasıdır. Serbiya dinarı isə ölkənin serblər yaşayan şimal hissəsində istifadə edilir. == Müstəqillik dönəmi == 2009-cu ildə orta əmək haqqı hər iş saatına görə 2,98 $ təşkil etmişdir. İqtisadiyyatı zəiflədən əsas amillərdən biri beynəlxalq statusun müəyyən edilməməsi olmuşdur.
Kosovo meşələri
Kosova meşələri — Kosovo Respublikasının meşə təsərrüfatına aid olan ərazilər. Meşələr ölkə ərazisinin 41 %-ni təşkil edir. Meşələr əsasən ölkənin cənub-qərb zonasında cəmləşib. Bundan başqa meşələr Peç, Deçan, İstok, Yunik və Caykov şəhərləri ətraflarında da mövcuddur. Bu ərazilər ölkə qanunvericiliyi əsasında qorunur. Kosovoda bir neçə meşə tipi mövcud olsa da, daha çox şam meşələri üstünlük təşkil edir. Kosovo meşələri zəngin flora və faunaya malikdir. Balkan yarımadası üçün böyük əhəmiyyətə malik bu meşələrdə balkanların flora ehtiyatının 25 % cəmləşib. Biomüxtəliflik baxımdan Şar dağları və Albaniya alpları daha zəngindir. Kosovo meşələri zaman zaman baş verən meşə yanğınlarından və qanunsuz meşə qırımından əziyyət çəkir.
Kosovo müharibəsi
Kosovo müharibəsi — fevral ayında Albaniyalı üsyançılar və Yuqoslaviya Federal Respublikası arasında baş verən silahlı qarşıdurmadır. Döyüş Kosovo və Metohija üçün müstəqillik əldə edən Kosovalı Albanların təşəbbüsü və hər iki tərəfdəki vətəndaşların çox sayda itki verməsinə səbəb oldu. 1999-cu ilin martında NATO, FRY-nin bombalanmasına başlayan münaqişəyə müdaxilə etdi. 1999-cu ilin iyun ayında NATO-nun və Kumanovoda Yuqoslaviya Ordusunun nümayəndəsi tərəfindən imzalanmış Hərbi Texniki Konvensiyaya əsasən, bölgənin nəzarəti KFOR qüvvələrinə verilib. Alban olmayan əhalinin (Sırplar, Çernoqoriya və Çingeneler) kütləvi şəkildə xaric olması və vilayətdə qalanlara qarşı çox sayda cinayət törətməsi olmuşdur. Kosovo Albaniyası 17 Fevral 2008-ci ildə Kosovanı elan etdi. Kosovada yaşanan gərginlik Yuqoslaviya iqtisadiyyatına mənfi təsir etdi və siyasi və ideoloji böhrana səbəb oldu. Albaniyadakı danışmalara əlavə olaraq əyalətdə mövqeyi tədricən pisləşən Kosovalı serblər də diqqəti çəkdi. Diqqət çəkmək üçün Kosovada yaşayan Sırpların nümayəndələri ali hakimiyyət orqanlarına kollektiv ərizələr verməyə başladı və Belqradda etiraz yürüşləri təşkil etdi. Bir müddətdən sonra, Yuqoslaviya hakimiyyəti YTU Mərkəzi Komitəsi Rəyasət Heyətində Sloveniyanın nümayəndəsi Milan Kuçanın başçılıq etdiyi işçi qrupu yaratdı.
Kosovo münaqişəsi
Kosovo müharibəsi — fevral ayında Albaniyalı üsyançılar və Yuqoslaviya Federal Respublikası arasında baş verən silahlı qarşıdurmadır. Döyüş Kosovo və Metohija üçün müstəqillik əldə edən Kosovalı Albanların təşəbbüsü və hər iki tərəfdəki vətəndaşların çox sayda itki verməsinə səbəb oldu. 1999-cu ilin martında NATO, FRY-nin bombalanmasına başlayan münaqişəyə müdaxilə etdi. 1999-cu ilin iyun ayında NATO-nun və Kumanovoda Yuqoslaviya Ordusunun nümayəndəsi tərəfindən imzalanmış Hərbi Texniki Konvensiyaya əsasən, bölgənin nəzarəti KFOR qüvvələrinə verilib. Alban olmayan əhalinin (Sırplar, Çernoqoriya və Çingeneler) kütləvi şəkildə xaric olması və vilayətdə qalanlara qarşı çox sayda cinayət törətməsi olmuşdur. Kosovo Albaniyası 17 Fevral 2008-ci ildə Kosovanı elan etdi. Kosovada yaşanan gərginlik Yuqoslaviya iqtisadiyyatına mənfi təsir etdi və siyasi və ideoloji böhrana səbəb oldu. Albaniyadakı danışmalara əlavə olaraq əyalətdə mövqeyi tədricən pisləşən Kosovalı serblər də diqqəti çəkdi. Diqqət çəkmək üçün Kosovada yaşayan Sırpların nümayəndələri ali hakimiyyət orqanlarına kollektiv ərizələr verməyə başladı və Belqradda etiraz yürüşləri təşkil etdi. Bir müddətdən sonra, Yuqoslaviya hakimiyyəti YTU Mərkəzi Komitəsi Rəyasət Heyətində Sloveniyanın nümayəndəsi Milan Kuçanın başçılıq etdiyi işçi qrupu yaratdı.
Kosovo sahəsi
Kosovo sahəsi (serb. Косово поље; alb. Fusha e Kosovës) — Dinar yaylasında yerləşən dağarası hövzə. Bu yer daha çox 1389-cu ildə serb və osmanlı ordularının arasında baş verən Kosovo döyüşü və bir çox digər döyüşlərin məkanı kimi tanınır. == Adı == "Kosovo" sözü serb dilindən qısaldılmış tərcümədə "qara qaratoyuqların yeri" mənasınl verir. Serb dilində кос sözü "qara qaratoyuq" deməkdi. == Coğrafiyası == Yayla Mitrovitsa tərəfindən cənuba uzanır, Obiliç, Kosovo Polye və Liplyan şəhərləri buranın ərazisinə daxildi. Kosovo regionu təxminən Ferizovikdən Vıçıtırına qədər uzanır. Dəniz səviyyəsindən 500–600 m yuxarıda yerləşir. Şimaldan Kopaonik dağı ilə, cənubdan isə Şar dağlarından əhatə olunub.
Kosovo vilayəti
Kosovo vilayəti — Osmanlı İmperiyası tərkibində, 1877–1913–cü illərdə mövcud olmuş I dərəcəli inzibati–ərazi vahidi. İnzibati mərkəzi Skopye şəhəri idi.