Kosovo iqtisadiyyatı

Kosovo iqtisadiyyatı — keçid dövrü yaşayan, yeni qurulan ölkə. Kosovo iqtisadiyyatı faktiki olaraq alban diasporu və donor ölkələrdən gələn pul köçürmələri sayəsində inkişaf etməyə çalışır. İl ərzində adam başına 8 min dollar pul düşür.

Kosovo keçmiş Yuqoslaviya birliyinə daxil olan ölkələr arasında ən kasıb ölkə hesab edilir. 1990-cı illərdə planlı pis iqtisadi siyasət, beynəlxalq sanksiyalar, iqtisadi və etnik konfliktlər onsuzda zəif olan region iqtisadiyyatını daha da zəiflətmişdir.[1]

1999-cu ildən Kosovo iqtisadiyyatında dinamik inkişaf müşahidə edilir. Avro ölkənin əsas valyutasıdır.[2] Serbiya dinarı isə ölkənin serblər yaşayan şimal hissəsində istifadə edilir.

Müstəqillik dönəmi

[redaktə | mənbəni redaktə et]
Kosovoda elektrik stansiyası.

2009-cu ildə orta əmək haqqı hər iş saatına görə 2,98 $ təşkil etmişdir.

İqtisadiyyatı zəiflədən əsas amillərdən biri beynəlxalq statusun müəyyən edilməməsi olmuşdur. Bu isə Kosovoya kredit alınması və investisiya yatırılmasını çətinləşdirir.[3]

2009-cu ilin iyul ayından Kosovo Dünya BankıBeynəlxalq Valyuta Fondunun üzvüdür. Bundan 3,5 il sonra ölkə Avropa Yenidənqurma və İnkişaf Bankının tam hüquqlu üzvü olmuşdur.

Porsche Austria 2008-ci ildə[4] Kosovoda öz filialını açmışdır.

İşsizlik və məşğulluq

[redaktə | mənbəni redaktə et]

Kosovoda əsas problemlərdən biri işsizlikdir. 2013-cü il məlumatına görə əmək qabiliyyətli əhalinin 30,0 % işsizdir. Bununla belə ilbəil ölkədə işsizlik səviyəsi enməkdədir.

2013-cü ilə görə ölkədə 1 191 630 nəfər əmək qabiliyyətli insan vardır ki, bununda, 483 193 nəfəri işçi qüvvəsidir (338 364 nəfər işə sahib olsa da qalanları işsizdir). İşəgötürənlərin demək olar ki yarısı dövlət sektorunda cəmlənmişdir. 2013-cü ildə işləyən əhali aşağıdakı kimi paylanmışdır: 31,8 % - dövlət, ictimai xidmət və ordu, 13,3 % - dövlət təşkilatları, 46,7 % - özəl şirkətlər, 4,3 % - ailə biznesləri, 3,9 % - qeyri dövlət, humanitar və iyanə təşkilatları.

Şirkətlərin siyahısı

[redaktə | mənbəni redaktə et]

Bank və sığorta şirkətləri

[redaktə | mənbəni redaktə et]

2014-cü ilin əvvələrinə olan məlumata görə Kosovoda 9 kommersiya bankı və 13 sığorta şirkəti fəaliyyət göstərir.

  • Raifeisen
  • Procredit

Telekamunikasiya

[redaktə | mənbəni redaktə et]
  • Kosova Steel
  1. "Kosovo". 2013-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-22.
  2. "Архивированная копия". 2007-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-10-10.
  3. "BBC NEWS | Business | Brussels offers first Kosovo loan". 2021-11-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-22.
  4. "New Kosova Report — Porsche opens retail branch in Kosovo". 2016-03-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-05-22.