Bu məqalə qaralama halındadır. |
Cakomo Cirolamo Kazanova (it. Giacomo Girolamo Casanova) şevalye de Senqalt — zadəgan titulunu özünə vermiş, 2 aprel 1725-ci ildə Venesiyada anadan olmuş, 4 iyun 1798-ci ildə Çexiya respublikasındakı Duxsov qəsrində vəfat etmiş, məşhur italyan məcaraçı səyyahı və yazıçısı. Böyük Sovet Ensiklopediyasına görə Çovani Çakomo
Cakomo Kazanova | |
---|---|
Giacomo Casanova | |
| |
Doğum tarixi | |
Doğum yeri | Venesiya, İtaliya |
Vəfat tarixi | (73 yaşında) |
Vəfat yeri | Duxsov qəsri, Çexiya |
Təhsili |
|
Fəaliyyəti | tərcüməçi, şair, kitabxanaçı, bankir, romançı, diplomat, yazıçı, avtobioqraf[d] |
Mükafatları | "Qızıl şpor" |
Vikianbarda əlaqəli mediafayllar |
Kazanova XVII əsrin 28 noyabr 1742-ci ildə Padua universitetində dünyəvi və kilsə hüququnu öyrənərək doktor titulu alır. Neapol, Roma, Konstantinopol, Paris şəhərlərinə səyahət etdikdən sonra Venesiyaya dönən Kazanova küfürlikdə günahlandırılaraq 1755-ci ildə həbsxanaya atılır. Memuarına əsasən onun həbs edilməsi üçün əsas dəlil onda tapılmış Zoqar kitabı olmuşdur. 1756-cı ildə o, Parisə qaçaraq, orada yerli içtimayi və şəxsi həyat tərzlərini öyrənməyə başlayır. Memuarında yazmış olduğu kimi, yeni imiclə Avropada peyda olan Kazanova Berlinə gələrək Böyük Fridrixin pərəstişini qazanır. 1760-cı ildə XIII Kliment Roma papası elan olunur. Elə bu vaxt Kazanova "Qızıl şpor" ordeninə layiq görülür. 1764–1765-ci illərdə Rusiyaya gələrək Sankt Peterburqda II Yekaterina ilə görüşür. Daha sonra o, Avstriya, Almaniya, Fransa, İspaniya, İtaliyada səyyah və sərgərdan həyat sürür. Onun tanışlarının içində Volter, İohann Volfqanq Göte və Volfqanq Amadey Mosart kimi mütəfəkkirlər olmuşdur. 1775-ci ildə Venesiyaya dönmək üçün icazə alan Kazanova şəhəri daxili işlər xidmətinin inkvizisiya tribunalının gizli agenti olur. 1782-ci ildə alleqorik romanında zadəgən Grimaldini təhqir etdiyinə görə Venesiyanı tərk edərək Çexiyaya gələrək əlkimya və Kabbala ilə məşqul olan qraf Valdşteyn gəsrinə yerləşir.
1789-cu ildə fransız dilində ona ölümündən sonra şöhrət qazandırmış "Mənim həyat tarixim" adlı memuarını (fr. Histoire de ma vie) yazmağa başlamışdır. 1822–1828-ci ildə memuarın alman dilində müxtəsər tərcüməsi dərc olunur. 1826–1838-ci illərdə J. Laforqa tərəfindən redaktə olunmuş fransız nəşrləri dərc olunur. J. Laforqa redaktəsində seksual mövzular (xüsusilə homoseksual epizodlar) ixtisarlarla verilmişdir. Katoliklər və inqilab əleyhdarlarının gözündə Kazanova sərbəst siyasi və dini görüşlü opponentə çevrilmiş olur. Kazanovanın memuarının orijinal mətni tam şəkildə 1960-cı ildə işıq üzü görmüş olur.
O öz memuarına belə başlayır;
Mən öz oxucularıma bildirərək başlamaq istəyirəm ki, həyat mənə onun üçün etdiklərimə görə yaxşı və pisləri verdi və buna görə mən özümü azad hiss etməkdə haqlıyam.. Mən ürəyimdə köklənmiş ilahi prinsiplərlə labüd doğulmuş mənəvi hisslərin arasında öz hisslərimin qulu qalırdım. Mən onda həzzi sınayırdım, hiss edirdimki mən yanlış yaşayırdım və yalnız o mənim təskinliyim idi ki,mən öz günahlarımı anlayırdım..Siz görəcəksiniz ki mən gənclik ağılsızlıqlarımın üstündə gülürəm, əgər siz də xeyirxahsınızsa mənimlə birlikdə onların üstündə əylənəcəksiniz |
Cakomo Cirolamo Kazanova öz memuarında Luiza O`Merfi belə xatırlayır[1]:
Mən bir alman rəssamına 6 luidor (fransız qızıl pulu) verdim ki, onu naturadan çılpaq təsvir etsin, amma o, canlı çıxdı. O, onu qarnı üstə uzanmış, əlləri və sinəsi ilə yastığa dayanaraq çəkmişdir, başını elə tutmuşdur ki, sanki kürəyi üstə uzanmışdır. Mahir rəssam onun ayaq və budlarını elə təsvir etmişdir ki, göz oxşayır. Altında mən O-Morphi yazmasını tapşırdım. Bu söz Homerdən deyil, amma yunanca ola bilir; mənası o, Gözəldir. |