Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Karvansara
Karvanasara — karvanların dayanacaq yeri. == Ümumi məlumat == Böyük ipək yolunun magistralı boyunca Azərbaycanın ticarət əhmiyyətli şəhərlərində və karvan yolları üzərində karvanasaralar mövcud olmuşdur. Karvansaralarda karvanların dayanacaq yeri, mehmanxana tipli istirahət otaqları, minik və yük heyvanları üçün ayrıca yer (tövlə) və axurlar, ticarət mallarının saxlanması üçün anbarlar, müxtəlif dükanlar, yeməkxana və s. olurdu. Karvansaralar həmçinin müxtəlif ticarət əməliyyatlarını kecirilməsi üçün ən sərfəli obyektlər idi. Ona görə də karvansaralar, bir qayda olaraq, şəhərin qızğın ticarət gedən “qaynar nöqtələrində” tikilirdi. Etnoqrafik materiallardan aydın olur ki, iri karvansarlarda onun daimi xidmətçilərindən başqa, çoxlu çarvadar və hamballar da olmuşdur. Orta əsrlərdə və XIX əsrdə Təbriz, Şamaxı, Gəncə, Şuşa, Bakı, Naxçıvan, Ordubad, Marağa, Şəki və digər şəhərlərdə xeyli karvansara tikilmişdi. İri ticarət mərkəzlərində onlarca və daha cox karvansara olurdu. XV əsrə aid edilən, indi də Bakıda İçərişəhərdə qalmaqda olan Multani karvansarası hind tacirlərinin qaldığı yer idi.
Karvansaray

Karvansara (Göyçə)
Karvansara — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Qaranlıq (Martuni) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 10–12 km cənub-şərqdə, Mədinə kəndinin yanında, Əyriçay çayının sahilində yerləşir. Kəndin adı erməni mənbələrində Əyriçay Karvansara və Əyricə Karvansara kimi də qeyd edilmişdir. == Toponimi == Toponim "ticarət yolu üzərində tikili bina" mənasında işlənən karvansara sözü əsasında əmələ gəlmişdir. Relyef əsasında yaranan sadə quruluşlu toponimdir. == Əhalisi == Kənddə 1873-cü ildə 168 nəfər, 1886-cı ildə 205 nəfər, 1897-ci 309 nəfər, 1904-cü ildə 341 nəfər, 1914-cü ildə 441 nəfər, 1916-cı ildə 294 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1828–1832-ci illərdə əhalisi qovulmuş, lakin sonra qayıtmışdır. 1918-ci ildə əhali yenidən qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1935-ci ildə Icəvan adlandırılmışdır. Karvansara Səlim də adlanmışdır.
Karvansara (Həftkel)
Karvansara (fars. کاروانسرا‎) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Rüğeyvə bəxşinin Rüğeyvə dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 24 ailədə 48 nəfəri kişilər və 47 nəfəri qadınlar olmaqla cəmi 95 nəfərdir.
Karvansara (Sulduz)
Karvansara (fars. كاروانسرا‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 741 nəfər yaşayır (187 ailə). Kənddə yaşayanlar bütünlüklə azərbaycan türkləri və müsəlmandırlar.
Karvansara (Talin)
Karvansara - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Talın rayonu ərazisində kənd. == Tarixi == Alagöz dağının cənub ətəyində yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim «dəvə dəstəsi» mənasında işlənən karvan sözü ilə türk dilində «ev, təsərrüfat tikilisi» mənasında işlənən «saray» sözünün birləşməsindən əmələ gələn karvansara sözündən yaranıb «özgə yerlərdən gələn karvanların və yolçuların müvəqqəti qalması, qoşqu heyvanları və minik vəsaitinin saxlanması üçün böyük həyəti olan, xüsusi binası olan kənd» mənasını ifadə edir. Relyef əsasında yaranan sadə quruluşlu toponimdir. == Əhalisi == Kənddə 1873 - cü ildə 136 nəfər, 1886-cı ildə 155 nəfər, 1897-ci ildə 184 nəfər, 1908-ci ildə 140 nəfər, 1914 - cü ildə 148 nəfər, 1916-cı üdə 288 nəfər, 1918-ci ilin yanvarında 210 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-1919-cu illərdə kənd erməni təcavüzünə məruz qalaraq yerli sakinləri - azərbaycanlılar tarixi-etnik torpaqlarından qırğınlarla deportasiya olunmuş və kənd xarabalığa çevlilmişdir. 1920-ci ildə kənd ləğv edilmişdir. İndi ölü kənddir.
Karvansara (Talın)

Karvansara (Urmiya)
Karvansara (fars. كاروانسرا‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 177 nəfər. yaşayır (43 ailə).
Karvansara (dəqiqləşdirmə)
Karvansara — karvanların dayanacaq yeri. İranda kəndlər Karvansara — İranda Həftkel şəhristanının Rüğeyvə bəxşinin Rüğeyvə dehestanında kənd. Karvansara — İranda kənd. Karvansara — İranda kənd. ‎Karvansara (Mahnişan) Ermənistanda kəndlər Karvansara — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Qaranlıq (Martuni) rayonunda kənd. Karvansara — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Talın rayonu ərazisində kənd. Karvansara — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonu ərazisində kənd. Karvansara — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Alagöz (Araqadz) rayonunda kənd. Digər Karvansara dərəsi — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Çəmbərək (Krasnoselo) rayonu ərazisində qışlaq. Karvansara bulağı — Şahbuz rayonundakı Gömür kəndindən 7 km şimal-şərqdə, okean səviyyəsindən 2260 m.
Karvansara (karvan)
Karvanasara — karvanların dayanacaq yeri. == Ümumi məlumat == Böyük ipək yolunun magistralı boyunca Azərbaycanın ticarət əhmiyyətli şəhərlərində və karvan yolları üzərində karvanasaralar mövcud olmuşdur. Karvansaralarda karvanların dayanacaq yeri, mehmanxana tipli istirahət otaqları, minik və yük heyvanları üçün ayrıca yer (tövlə) və axurlar, ticarət mallarının saxlanması üçün anbarlar, müxtəlif dükanlar, yeməkxana və s. olurdu. Karvansaralar həmçinin müxtəlif ticarət əməliyyatlarını kecirilməsi üçün ən sərfəli obyektlər idi. Ona görə də karvansaralar, bir qayda olaraq, şəhərin qızğın ticarət gedən “qaynar nöqtələrində” tikilirdi. Etnoqrafik materiallardan aydın olur ki, iri karvansarlarda onun daimi xidmətçilərindən başqa, çoxlu çarvadar və hamballar da olmuşdur. Orta əsrlərdə və XIX əsrdə Təbriz, Şamaxı, Gəncə, Şuşa, Bakı, Naxçıvan, Ordubad, Marağa, Şəki və digər şəhərlərdə xeyli karvansara tikilmişdi. İri ticarət mərkəzlərində onlarca və daha cox karvansara olurdu. XV əsrə aid edilən, indi də Bakıda İçərişəhərdə qalmaqda olan Multani karvansarası hind tacirlərinin qaldığı yer idi.
Karvansara bulağı
Karvansara mineral su bulağı — Şahbuz rayonundakı Gömür kəndindən 7 km şimal-şərqdə, okean səviyyəsindən 2260 m. yüksək ərazidədir. Gömür çayın mənbəyində olan bulaqlar hidrogen-sulfidlidir. Hər iki bulaq suları termaldır. Ultrabərk qatılığa malik, zəif minerallaşmış, sulfadlı-hidrokarbonatlı, kalsiumlu-natriumlumaqneziumlu termal (qaynar) sudur. == Əhəmiyyəti == Daxili və xarici orqanların müalicəsində vanna qəbul etməklə (10 dəfə, T 30–40 Cº) əhəmiyyətlidir. Mineral sudan heyvanlarındakı qoturluğun müalicəsində də istifadə etmək olar. == İstinadlar == == Mənbə == Naxçıvan Ensiklopediyası, AMEA, Bakı, 2002, 596 səh. Bağırov, Feyruz Abdulla oğlu. Naxçıvanın təbii sərvətləri — Naxçıvan, 2008.
Xaraba karvansara
Orta əsrlər zamanı Naxçıvan bölgəsində fəaliyyət göstərən tanınmış karvansaralardan biri də hazırda Kəngərli rayonunun Xok kəndi yaxınlığında qalıqları qalan karvansaradır. Yerli əhali tərəfindən qalıqlarına əsasən "Xaraba karvansara" adlandırılan bu abidənin sahəsi 2 hektara yaxındır. Karvansaranın yerində xeyli kərpic qalıqlarına rast gəlinir. Bu qalıqlara əsasən demək olar ki, vaxtilə burada olan tikintilərin inşasında bişmiş kərpicdən geniş istifadə olunmuşdur. Hazırda tikintilərin yerində dördkünc formalı çalalar və kərpic təpəcikləri qalmışdır. Tikinti qalıqlarına əsasən karvansara kompleksinə daxil olan binaların bir-birinə bitişik yerləşdirilmiş, dördkünc formalı tikililərdən ibarət olduğunu demək olar. Karvansara ərazisindən əldə olunan yerüstü arxeoloji materiallar başlıca olaraq çəhrayı rəngli şirsiz və şirli keramika məmulatlarından ibarətdir. Aşkar olunan yerüstü keramika məmulatı başlıca olaraq Son Orta əsrlər dövrü üçün xarakterikdir. Arxeoloji materiallara əsasən karvansaranın qalıqlarını XIV–XVIII əsrlərə aid etmək olar.
Karvansara (Mahnişan)
Karvansara (fars. كاروانسر‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 140 nəfər yaşayır (23 ailə).
Ağkilsə (Karvansaray)
Ağkilsə (1978-ci ildən Çiçəkbunar, 1991-ci ildən Cermakavan) — Ermənistanın Tavuş mərzində kənd. == Haqqında == Ermənistan SSR-in İcevan (Karvansara) rayonunda, rayon mərkəzindən 30 km cənubda, azərbaycanlılar yaşamış kənd. Polad meşə təsərrüfatına birləşdirilmişdir. Azərbaycanlı əhalisi 1906-cı ildə 79, 1931-ci ildə 166, 1970-ci ildə 222 nəfər olub. == Tarixi == Ağkilsə kəndi Qafqaz və Zaqafqaziya diyarı idarəsinin dəyişdirilməsi haqqında 1867-ci il 9 dekabr tarixli çar fərmanı əsasında yaradılmış Yelizavetpol quberniyasının Qazax qəzasına aid olmuşdur. 1918-ci ildən 1920-ci ilə qədər Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi daxilində mövcud olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Qazax qəzasında hərbi inqilab komitəsi yaradıldı. Ermənistanda sovet hökuməti qurulduqdan (1920, 29 noyabr) sonra Qazax qəzası ərazisinin 44,5%-i, o cümlədən 1874-cü il inzibati bölgüsünə görə Azasu, Qaradaş, Qılınc kənd, Uzuntala, Baranin, Qalaçı, Kötikənd, Qoşqotan Külpi, Yeni Dilican, Köhnə Dilican, Karvansara, Qaraqoyunlu, Polad-Ayrım, Xaştar, Başkənd, Küləli, Mixaylovsk, Tatlıkənd, Tovuzqala kəndləri Ermənistanın tərkibində qaldı. Qazax qəzasının Azərbaycanın tərkibində qalan torpaqlarında Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Şamxor rayonları, Ermənistana verilmiş torpaqlarda isə Karvansara (İcevan), Çəmbərək (Krasnoselsk), Şəmşəddil, Dilican rayonları yaradıldı.
Karvansaray (Orenburq)
Karvansaray (başq. Каруанһарай) — Orenburq şəhərində (Rusiya Federasiyası) yerləşən tarixi-memarlıq kompleksi. 1837-1846-cı illərdə Başqır-Məşçəriyyə ordusunun komandirini yerləşdirmək üçün könüllü ianələrlə tikilmiş, Orenburqda "öz ehtiyacları və işi üçün" gələn başqaları üçün otellər, başqırdlar üçün seminar və məktəb olmuşdur. Tarixi-memarlıq kompleksi Başqır xalqının evi və məsciddən ibarətdir. Memar Aleksandr Bryullovun orijinal layihəsi ənənəvi Başqır kəndinə stilizasiya kimi hazırlanmışdır: ansamblın mərkəzi hissəsi - səkkizbucaqlı məscid başqırd alaçığı formasını əks etdirir. == Ədəbiyyat == Загидуллин И. К. Из истории Караван-сарайской мечети в Оренбурге (до 1917 г.) // Фаизхановские чтения : материалы четвёртой ежегодной научно-практической конференции: "Развитие институтов многонационального и поликонфессионального Российского государства", [22 марта 2007 г.]. — Нижний Новгород: Медина, 2008. — С. 32-37. — 209 с. Загидуллин И. К. Исламские институты в Российской империи: Мечети в европейской части России и Сибири.
Karvansaray (ada)
Karvansaray adası — Bakı buxtasında yerləşən ada. Sahəsinə görə çox kiçik adadır. Bakının Bayıl burnunun yaxınlığında yerləşir. Sahildən yaxın mövqedə yerləşir. Uzunluğu 180 m ,eni 35 m təşkil edir. Adanın üzərində tarixi Səbayıl qalası inşa edilmişdir.Bu qala adanın sahil xətlərinə uyğun gəlir. Alimlərin fikirincə Bayıl qalası 1232–1235 illərdə inşa edilmişdir. 1306-cı ildə zəlzələ nəticəsində suya batmışdır. Şirvan-Abşeron memarlıq məktəbinə xas tikilidir. Qala səbəbindən adaya Bayıl daşları, Səbayıl qalası, Gömrükxana, Karvansaray kimi adlar verilmşdir.
Karvansaray (şəhər)
İcevan, Karvansara — Ermənistanda Tavuş regionunun İcevan rayonu ərazisində, İrəvan-Tiflis şose yolunun üstündə Ağstafa çayı sahilində yerləşən şəhər. İcevan rayonunun mərkəzi. == Tarixi == Ermənistan hakimiyyət orqanları tərəfindən şəhərin adı dəyişdirilərək İcevan adlandırılıb. 1961-ci ildən respublika tabeli şəhərdir. == İstinadlar == == Xarici keçidlər == Qərbi Azərbaycan: azərbaycanlılara qarşı genosid demoqrafik statistika güzgüsündə Arxivləşdirilib 2015-11-16 at the Wayback Machine Qərbi Azərbaycanın türk mənşəlli toponimləri Arxivləşdirilib 2014-09-04 at the Wayback Machine Vandalizm: tarixi adlara qarşı soyqırımı. Bakı, «Təhsil», 2006, 92 səh. İndiki Ermənistan qədim türk yurdu idi Qərbi Azərbaycan ərazilərində yer adlarının soyqırımı == Həmçinin bax == Qərbi Azərbaycan Azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyası Erməni əhalisinin tarixi miqrasiyası == Mənbə == Əziz Ələkbərli, "Qədim türk-oğuz yurdu "Ermənistan"", Bakı, "Sabah", 1994. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov.
Karvansaray adası
Karvansaray adası — Bakı buxtasında yerləşən ada. Sahəsinə görə çox kiçik adadır. Bakının Bayıl burnunun yaxınlığında yerləşir. Sahildən yaxın mövqedə yerləşir. Uzunluğu 180 m ,eni 35 m təşkil edir. Adanın üzərində tarixi Səbayıl qalası inşa edilmişdir.Bu qala adanın sahil xətlərinə uyğun gəlir. Alimlərin fikirincə Bayıl qalası 1232–1235 illərdə inşa edilmişdir. 1306-cı ildə zəlzələ nəticəsində suya batmışdır. Şirvan-Abşeron memarlıq məktəbinə xas tikilidir. Qala səbəbindən adaya Bayıl daşları, Səbayıl qalası, Gömrükxana, Karvansaray kimi adlar verilmşdir.
Karvansaray rayonu
İcevan rayonu — Ermənistan SSR və Ermənistan Respublikasında mövcud olmuş rayon. İnzibati mərkəzi İcevan şəhəri olmuşdur. == Tarixi == 1930-cu il sentyabrın 9-da yaradılıb. Ərazisi 1336 kv. km-dir. Rayon mərkəzi respublika tabeli Karvansara (dəyişdirilmiş adı İcevan) şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 142 km-dir. İcevan rayonunun ərazisinə Qaraqoyunlu dərəsinin də bir hissəsi daxildir. Rayonun ərazisi Pəmbək, Murğuz, Hələb və Karvansara dağ silsilələri ilə əhatə olunub. Ağstafa çayı (Kür hövzəsi) rayon boyu axır.
Kiçik karvansaray
Xan karvansarası və ya Kiçik karvansara — İçərişəhər ərazisində yerləşir, bir fasadı Həqiqət Rzayeva, digər fasadı isə Asəf Zeynallı küçəsinə baxır. Xan karvansarası, Şirvanşahlar sarayı və Bakı xan sarayı ilə birlikdə İçərişəhərin ən böyük memarlıq komplekslərindən biri olan Bakı orta əsr ticarət kompleksinə daxil olan ən böyük tikilidir. Kompleksə xan karvansarası ilə yanaşı daha üç kiçik ölçülü karvansara, ticarət sıraları və Seyid Yəhya Murtuza məscidi daxil idi. Xan karvansarası Azərbaycan ərazisində dövrümüzə çatmış karvansaraların ümumi xüsusiyyətlərini özündə cəmləşdirir. Karvansara planda kvadrat formaya malikdir. Karvansaranın iki qapısından biri dəniz sahilinə, digəri isə şəhərin əsas ticarət küçəsinə açılır. Buna görə də karvansaranın daxili həyəti bir növ, şəhərdən dənizəə keçid yolunu oynayırdı. == Tarixi == Xan karvansarası, Şirvanşahlar sarayı və Bakı xan sarayı ilə birlikdə İçərişəhərin ən böyük memarlıq komplekslərindən biri olan Bakı orta əsr ticarət kompleksinə daxil olan ən böyük tikilidir. Kompleksə xan karvansarası ilə yanaşı daha üç kiçik ölçülü karvansara, ticarət sıraları və Seyid Yəhya Murtuza məscidi daxil idi. S. Q. Qmelin Bakıya səfərindən bəhs edərkən Xan karvansarasını da xatırlayaraq yazır: "Karvansara həqiqətən də, haqqında bəhs edilməyə layiqdir; o, düz dənizin kənarında yerləşir və buna görə də gəmilərdən malların onun vasitəsiylə şəhərə keçirilməsi rahatdır." Bakı qala divarlarının dənizə baxan hissəsinin mərkəzində yerləşən Ticarət kompleksi dənizdən baxarkən çox yaxşı görünürdü.
Qafqaz Karvansaray
"Qafqaz Karvansaray" — Azərbaycan Respublikasının Qəbələ rayonunda yerləşən otel kompleksi. "Qafqaz Karvansaray" otel kompleksi təkcə Qəbələ rayonu deyil, bütün bölgə üçün də əhəmiyyətli turizm obyekti olan bu kompleks mükəmməl turizm infrastrukturuna malikdir. Kompleksin təchizatı da ən müasir standartlara uyğundur. Otel beş hektar sahədə inşa edilmişdir. Tikinti işlərinə 2012-ci ilin may ayında başlanmış, 2013-cü ilin avqust ayında başa çatdırılmışdır. Yüksək xidmətin göstəriləcəyi bu kompleks, eyni zamanda, nadir memarlıq incilərindən biridir. Avanqard və modern arxitektura üslublarının sintezi əsasında inşa edilən binanın interyerinin tərtibatında xaricdə hazırlanan mebel və aksessuarlardan istifadə olunmuşdur. Oteldə qonaqların rahat istirahəti üçün hər cür şərait yaradılmışdır. Dördmərtəbəli kompleks ən müasir standartlar səviyyəsində inşa olunmuşdur. Otelin zirzəmi hissəsində avtomobil qarajı, camaşırxana, hovuz və digər yardımçı otaqlar vardır.
Qaraqaya (Karvansaray)
Qaraqaya (1991-ci ildən Dzoravank) — Qаrаqоyunlu mahalında kənd. == Haqqında == Qaraqaya (1991-ci ildən Dzoravank) Ermənistan SSR-in Mixaylovka – Çəmbərək rayonunda, Tərsəçayın sol sahilində, rayon mərkəzindən 27 km şimal-qərbdə azərbaycanlılar yaşamış kənd. Meşəkənd (1991-ci ildən Antarameq) heyvandarlıq sovxozu ilə birləşdirilmişdi. Əhalisi 1907-ci ildə 228, 1914-cü ildə 265, 1931-ci ildə 205 nəf-ər azərbaycanlı olub. 1988-ci ilin faciəli olayları zamanı onların hamısı qovulmuşlar. == Tarixi == Qaraqaya kəndi Qafqaz və Zaqafqaziya diyarı idarəsinin dəyişdirilməsi haqqında 1867-ci il 9 dekabr tarixli çar fərmanı əsasında yaradılmış Yelizavetpol quberniyasının Qazax qəzasına aid olmuşdur. 1918-ci ildən 1920-ci ilə qədər Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi daxilində mövcud olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Qazax qəzasında hərbi inqilab komitəsi yaradıldı. Ermənistanda sovet hökuməti qurulduqdan (1920, 29 noyabr) sonra Qazax qəzası ərazisinin 44,5%-i, o cümlədən 1874-cü il inzibati bölgüsünə görə Azasu, Qaradaş, Qılınc kənd, Uzuntala, Baranin, Qalaçı, Kötikənd, Qoşqotan Külpi, Yeni Dilican, Köhnə Dilican, Karvansara, Qaraqoyunlu, Polad-Ayrım, Xaştar, Başkənd, Küləli, Mixaylovsk, Tatlıkənd, Tovuzqala kəndləri Ermənistanın tərkibində qaldı. Qazax qəzasının Azərbaycanın tərkibində qalan torpaqlarında Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Şamxor rayonları, Ermənistana verilmiş torpaqlarda isə Karvansara (İcevan), Çəmbərək (Krasnoselsk), Şəmşəddil, Dilican rayonları yaradıldı.
Çaxmaq Karvansaray
Çaxmaq Karvansara (ərəb. خان جقمق‎) — Dəməşqin qədim şəhərində olan azsaylı karvansaralardan biridir.
Karvansaray (dəqiqləşdirmə)
Karvansaray Karvansaray (ada) — Bakı buxtasında yerləşən ada. Karvansaray (şəhər) — Qərbi Azərbaycanda Karvansaray rayonunun mərkəzi. Karvansaray rayonu — Qərbi Azərbaycanda rayon. Karvansaray (Orenburq) — Orenburq şəhərində yerləşən tarixi-memarlıq kompleksi.
Aşağı Karvansara (Şəki)
Aşağı Karvansara — qədim Şəki şəhəri ərazisində yerləşən karvansara. == Yerləşməsi == Şəki şəhərinin Mirzə Fətəli Axundov küçəsində yerləşir. Gürcənçayın qövsvari sahilində bir sıra obyektlər- şəhərin biznes mərkəzi olan Yuxarı və Aşağı Karvansaralar yerləşir. Karvansaralar feodal Şərqin labüd hissəsi olub, bura gəlib-getmiş bütün tarixçi və səyyahlar həmişə Azərbaycan haqqında danışarkən karvansaralara ayrıca yer ayırmış, çox vaxt isə onları təsvir etmişlər. == Tarixi == Şəki Azərbaycanın ən qədim ticarət və sənətkarlıq şəhərlərindən biri olduğundan burada çoxlu bazar və karvansaralar tikilmişdir. XVIII-XIX əsrlərdə Şəkidə olan 5 böyük karvansaradan (“İsfahan”, “Təbriz”, “Təzə Karvansara”) dövrümüzə qədər yalnız ikisi - Yuxarı Karvansara və Aşağı Karvansara gəlib çatmışdır. XVIII əsrə aid olan hər iki abidə yerli ustalar tərəfindən tikilmişdir. Bu abidələr həm tikiliş həm də şərait baxımından çox rahat və gözəl olub, irimiqyaslı sövdələşmələrin, alış-verişlərin aparılması üçün əlverişli şəraitə sahib olmuşdur. Aşağı Karvansara tarixi abidənin XVI-XVIII əsrlərə aid olunmağı da iddia olunur. Hal-hazırda tikilinin təxminən 35-40% itirilmişdir.