Bu məqalə Karvansaray adası haqqındadır. Digər mənalar üçün Karvansaray səhifəsinə baxın. |
Karvansaray adası[1] — Bakı buxtasında yerləşən ada. Sahəsinə görə çox kiçik adadır. Bakının Bayıl burnunun yaxınlığında yerləşir. Sahildən yaxın mövqedə yerləşir. Uzunluğu 180 m ,eni 35 m təşkil edir. Adanın üzərində tarixi Səbayıl qalası inşa edilmişdir.Bu qala adanın sahil xətlərinə uyğun gəlir. Alimlərin fikirincə Bayıl qalası 1232–1235 illərdə inşa edilmişdir. 1306-cı ildə zəlzələ nəticəsində suya batmışdır. Şirvan-Abşeron memarlıq məktəbinə xas tikilidir. Qala səbəbindən adaya Bayıl daşları, Səbayıl qalası, Gömrükxana, Karvansaray kimi adlar verilmşdir. Xəzər dənizinin qalxıb-enməsi adanın gah suyun üzünə çıxarır, gah da dibinə gömür.
Karvansaray adası | |
---|---|
Ümumi məlumatlar | |
Əhalisi | 0 nəfər (2013-cü il) |
Yerləşməsi | |
40°21′10″ şm. e. 49°50′27″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Arxipelaq | |
Akvatoriya | |
|
|
Karvansaray adası |