Xaraba karvansara

Orta əsrlər zamanı Naxçıvan bölgəsində fəaliyyət göstərən tanınmış karvansaralardan biri də hazırda Kəngərli rayonunun Xok kəndi yaxınlığında qalıqları qalan karvansaradır. Yerli əhali tərəfindən qalıqlarına əsasən “Xaraba karvansara” adlandırılan bu abidənin sahəsi 2 hektara yaxındır. Karvansaranın yerində xeyli kərpic qalıqlarına rast gəlinir. Bu qalıqlara əsasən demək olar ki, vaxtilə burada olan tikintilərin inşasında bişmiş kərpicdən geniş istifadə olunmuşdur. Hazırda tikintilərin yerində dördkünc formalı çalalar və kərpic təpəcikləri qalmışdır. Tikinti qalıqlarına əsasən karvansara kompleksinə daxil olan binaların bir-birinə bitişik yerləşdirilmiş, dörd¬künc formalı tikililərdən ibarət olduğunu demək olar.[1]

Karvansara ərazisindən əldə olunan yerüstü arxeoloji materiallar başlıca olaraq çəhrayı rəngli şirsiz və şirli keramika məmulatlarından ibarətdir. Aşkar olunan yerüstü keramika məmulatı başlıca olaraq Son Orta əsrlər dövrü üçün xarakterikdir. Arxeoloji materiallara əsasən karvansaranın qalıqlarını XIV-XVIII əsrlərə aid etmək olar[2].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Hacıfəxrəddin Səfərli. Naxçıvanın türk-islam mədəniyyəti abidələri. Naxçıvan: “Əcəmi” Nəşriyyat Poliqrafiya Birliyi, 2017, 115 s.
  2. Naxçıvan abidələri ensiklopediyası, 2008, s. 97