Karvansara — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Qaranlıq (Martuni) rayonunda kənd.[1][2]
kənd | |
Karvansara | |
---|---|
40°02′34″ şm. e. 45°14′38″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | [[Göyçə mahalı]] |
Rayon | [[Aşağı Qaranlıq rayonu]] |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | UTC+4 |
Rayon mərkəzindən 10–12 km cənub-şərqdə, Mədinə kəndinin yanında, Əyriçay çayının sahilində yerləşir. Kəndin adı erməni mənbələrində Əyriçay Karvansara və Əyricə Karvansara kimi də qeyd edilmişdir[3].
Toponim "ticarət yolu üzərində tikili bina" mənasında işlənən karvansara sözü əsasında əmələ gəlmişdir. Relyef əsasında yaranan sadə quruluşlu toponimdir.[4]
Kənddə 1873-cü ildə 168 nəfər, 1886-cı ildə 205 nəfər, 1897-ci 309 nəfər, 1904-cü ildə 341 nəfər, 1914-cü ildə 441 nəfər, 1916-cı ildə 294 nəfər yalnız azərbaycanlı yaşamışdır[5]. 1828–1832-ci illərdə əhalisi qovulmuş, lakin sonra qayıtmışdır. 1918-ci ildə əhali yenidən qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1935-ci ildə Icəvan adlandırılmışdır. Karvansara Səlim də adlanmışdır. Digər adı Ayrıca. 1806-cı ildə Gürcüstandan İrəvan xanlığına qaçıb gəlmiş 400 azərbaycanlı ailəsinin məskunlaşması nəticəsində yaranmış kəndlərdəndir. 1918-ci ildə kəndin sakinləri ermənilər tərəfindən qırğınlarla qovulmuşdur. İndiki Ermənistanda Sovet hökuməti qurulandan sonra sağ qalan azərbaycanlılar öz doğma yurdlarına dönə bilmişlər. Burada 1922-ci ildə 78 nəfər, 1926-cı ildə 45 nəfər azərbaycanlı, 1931-ci ildə 80 nəfər azərbaycanlı, 69 erməni, 29 kürd yaşamışdır[5]. Ermənilər kəndə 1928–1930-cu illərdə köçürülmüşdür.[3] SSRİ Nazirlər Sovetinin xüsusi qərarları ilə kənddə yaşayan azərbaycanlılar 1948–49-cu illərdə tarixi-etnik torpaqlarından deportasiya olunmuş və kənd Mədinə kəndi ilə birləşdirilmişdir.