Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kovak
Krak
Krak — futbol topu Fərqli görünüşə və dizayna malik olan bu top ilk dəfə 1962-ci ildə Çili - İsveçrə oyununda sınaqdan keçirilib. Ancaq onun bir qədər sərtliyi FİFA-nı yenidən dəyişiklik etmək məcburiyyətində qoydu.
Kvark
Kvark — elementar (fundamental) hissəcik. Materiya daşıyıcısı. Kvarklar fermionlar ailəsindən olan elementar (subatomik) hissəciklərdir. Fermionlar ailəsinin digər üzvü leptonlardır. Kvarklar atomun nüvəsini təşkil edən protonların və neytronların tərkib hissələridir. Proton iki yuxarı kvarkdan və bir aşağı kvarkdan ibarətdir. Neytron bir yuxarı kvarkdan və iki aşağı kvarkdan ibarətdir. Təbiətdə ayrıca kvarka hələ rast gəlinməmişdir. Kvarklar mezonların və baryonların (proton və neytronun aid olduğu hissəciklər qrupu) tərkib hissələridir. Kvarklar birbirinə qluonlar vasitəsilə bağlı olurlar.
Kvas
Kvas (ukr. , belar. , mak. və serb-xorv. квас; lang-sk|kysel', kyselica, parovec}}, pol. kwas, kisiel, żur, lit. gira, latış. kvass‎, est. kali) — turş ənənəvi slavyan içkisi. == Kvasın növləri == === Çörək kvası === ==== Tərkibi ==== Çörək – 0.5 kq, su – 5 ml, kişmiş – 1 x.
ŞVAK
ŞVAK (rus: Шпитальный-Владимиров Авиационный Крупнокалиберный (ШВАК) Şpitalni-Vladimirov Aviatsionni Krupnokaliberni) Sovet istehsalı olan 20 mm-lik avtomatik topdur. Silah bir çox sovet təyyarələrinə quraşdırılmışdı və İkinci Dünya Müharibəsində istifadə edilmişdir. İkinci Dünya Müharibəsində geniş istifadə edilmişdir. Yüngül tanklar üçün istehsal edilən model TNŞ (ТНШ) kimi tanınır. Silahın istifadə etdiyi sursat 20×99mmR, kalibri 20 mm, atış sürəti dəqiqədə 700-800 mərmi, mərmisinin çıxış sürəti 750-790 m/s, effektli mənzili 600-800 m, maksimal mənzili 1000 m, bəsləmə sistemi kəmər olmuşdur.
Kva
Kva, həmçinin Yeni Kva və ya Qərbi Kva — Niger-Konqo makroailəsinə daxil olan dillər ailəsi. Qərbi Afrikanın cənub-mərkəzi hissəsində yayılmışdır: Kot-d'İvuarın cənub-şərqində, cənubda və Qananın mərkəzində, Toqo və Beninin cənubunda yayılmışdır. Ailəyə başqaları ilə yanaşı, Akan dilləri də daxildir. == Yazısı == Bəzi kva dilləri üçün yazı ortada missionerlər tərəfindən təqdim edilmişdir. Latın əlifbasına əsaslanır və XIX əsrdə yaradılmışdır. İbtidai məktəblərdə bir çox dillər tədris olunur, tədris və dini ədəbiyyat, əfsanələrin qeydləri var. Radio yayımı, mətbuat və bədii ədəbiyyat əsas dillərdə nəşr olunur. == İstinadlar == == Əlavə ədəbiyyat == Bennett, Patrick R. & Sterk, Jan P. (1977) 'South Central Niger-Congo: A reclassification'. Studies in African Linguistics, 8, 241–273. Hintze, Ursula (1959) Bibliographie der Kwa-Sprachen und der Sprachen der Togo-Restvölker (mit 11 zweifarbigen Sprachenkarten).
Avak Petrosyan
Avak Qeqamoviç Petrosyan (16 (29) mart 1912, Kəmrəz, İrəvan qəzası – 5 noyabr 2000, İrəvan) — erməni mənşəli Azərbaycan SSR xalq artisti (1962). == Həyatı == 29 mart 1912-ci ildə Ermənistanın Abovyan rayonunun Kəmrəz kəndidə anadan olmuşdur. 1941-ci ildən Yerevan Opera və Balet teatrının solisti olmuşdur. Ermənilər öz aləmlərində Petrosyanı Üzeyir Hacıbəyovun "Koroğlu" operasının ən yaxşı ifaçısı iddia edirlər.
Kvaq Donyon
Kwak Dong-yeon (kor. 곽동연; 19 mart 1997, Tecon) — Cənubi Koreyalı aktyor və musiqiçidir. O, 2012-ci ildə "Koreya Dram Mükafatları"nda "Ən Yaxşı Gənc Aktyor" mükafatını aldığı "My Husband Got a Family"(2012) serialında aktyorluq debütünü edib. Daha sonra "Adolescence Medley" (2013), " Modern Farmer" (2014) filmlərində rol aldı və 2016-cı ildə "Love in the Moonlight" tarixi draması ilə tanınıb. O, həmçinin "Gangnam Beauty" (2018), "My Strange Hero" (2018), "Never Twice" (2019), "Vincenzo" (2021) və "Big Mouth" (2022) filmlərindəki rolları ilə məşhurdur. == Erkən həyat və təhsil == Kvaq 19 mart 1997-ci ildə Cənubi Koreyanın Decon şəhərində iki bacı-qardaşdan sonra ailənin kiçik oğlu olaraq anadan olub. 13 yaşında rəssam olmaq arzusunu həyata keçirmək üçün daimi olaraq təkbaşına Seula köçdü. 2010-cu ildən FNC Academy-də musiqi təhsili alır, eyni zamanda aktyorluq dərsləri də alır. 2013-cü ilin fevral ayında "Munrae Junior" Liseyini bitirib və 2016-cı ilin fevralında Seul İfa Sənətləri Məktəbini bitirib. == Karyera == === 2012–2015:Başlanğıclar === Kvaq əvvəlcə FNC Entertainment tərəfindən idarə olunan stajçı qrupu olan Kokoma Bandın (hərfi mənada "Little Kids' Band") aparıcı gitaraçısı və vokalisti idi.
Kvark ulduzu
Kvark ulduzu — varlığı sübut edilməmiş və mövcud olma ehtimalı çox az olan ulduz növüdür. == Tarixi == Kvark ulduzu ilə bağlı ilk fərziyyə 1965-ci ildə sovet fiziklər Dmitri İvanenko və D. Kurdqelaidze tərəfindən irəli sürülüb. Lakin, bu ulduzun mövcudluğu haqqında olan bütün fərziyyələr indiyə kimi sübut edilməyib. == Xüsusiyyətləri == Kvark-qluon plazmasından ibarət olan kvark ulduzun mövcud olması üçün ulduz ölərkən baş verən cazibə içə çökməsi zamanı, protonları çox yüksək təziq altında kvarklara parçalanmalıdır. Amma, bu hadisənin baş vermə ehtimalı çox azdır, çünki protonun kvarklara parçalanması üçün lazım olan təziq və istilik o qədər yüksəkdir ki, ifratnəhəng ulduzlarda belə bunu ödəyəcək təziq və istilik yoxdur. Nəzəri olaraq, bu ulduzun plazmasının çoxu s-kvarklardan (qəribə kvark) ibarət olmalıdır, ona görə də, kvark ulduzu həm də qəribə ulduz adlandırılır. Bundan başqa, ölən ulduz ağ cırtdan ola bilməyəcək qədər böyük, qara dəlik ola bilməyəcək qədər də kiçik olmalıdır. Əgər bu ulduz varsa, sıxlığı neytron ulduzlarına nəzərən daha çox olmalıdır. Orta hesabla 5–10 km radiusunun, 7–10 milyon il ömürünün olduğu təxmin edilir. Öləndən sonra kvark ulduzunun qara dəliyə çevriləcəyi fərz edilir.
Subhash Kak
Subhash Kak (26 mart 1947, Srinaqar[d]) — Hindistan yazıçısı, şair, kompüter alim və riyaziyyatçı.
Subhaş Kak
Subhash Kak (26 mart 1947, Srinaqar[d]) — Hindistan yazıçısı, şair, kompüter alim və riyaziyyatçı.
İstanbul KVK
İstanbul Voleybol Klubu (türkcə: İstanbul Voleybol Kulübü) (Qısa: İVK), 2010-cu ildə İstanbulun Üsküdar səmtində yaradılmış bir idman klubudur.[1] Matçlarını TVF 50-də oynayır. 1288 nəfər tutumlu Yıl Deniz Esinduy İdman Salonunda. Əsas qolu voleyboldur və yalnız ox atma filialında fəaliyyət göstərir. Nüket Yolaç, Qırmızı-Ağ-Qara rənglərə sahib olan klubun prezidentidir. === Kişilər Voleybol Komandası === Komanda, 2010–2015-ci illər arasında İstanbul Böyüklər Liqasında mübarizə aparırdı. 2015–2016 mövsümündən etibarən Regional Liqada mübarizə aparan komanda, 2016–2017 və 2018–2019 mövsümlərində Regional Liqa İstanbul Çempionu olaraq Türkiyə 2. Liqasına yüksəlmək üçün Finallara qatıldı. 2016–2017 mövsümündə Yalovada keçirilən final mərhələsində Bursa Gemlikdən sonra turniri ikinci sırada tamamladı. 2018–2019 mövsümündə Kocaeli'deki finalda Yeniköyspor'a məğlub oldu və finalı ikinci sırada tamamladı. 2019–2020 mövsümündə, İstanbul Qrupundakı ilk matçdakı uğursuz məğlubiyyətdən sonra, İstanbul digər dörd matçını setsiz qazandı və mövsüm ikinci sırada bitdi.
Krak de Şevalye
Krak de Şevalye (fr. Crac des Chevaliers) və ya Qəl’ət əl-Hüsn (ərəb. قلعة الحصن‎) — Suriyada yerləşən səlib qəsri. Krak de Şevalye qəsri günümüzə qədər qorunmuş ən önəmli orta əsr qəsrlərindən biridir. Qəsrin yerləşdiyi ərazidə ilk olaraq kürdlər məskunkaşmışdır və bu səbəbdən qəsr Kürdlərin qəsri mənasını verən Hisn əl-Əkrad şəklində adlandırılmışdır. Səlib yürüşləri zamanı qəsr Tripoli qraflığının nəzarəti altına keçmiş və qəsr dönəminin qrafı olan II Raymond tərəfindən 1142-ci ildə Malta cəngavərləri təriqətinin ixtiyarına verilmişdir. Bu dövr ərzində qəsr Crac de l'Ospital adı ilə tanınırdı.
Fan Khak Şıu
Fan Khak Şıu (vyet. Phan Khắc Sửu; 9 yanvar 1905, Vinlonq[d] – 24 may 1970, Sayqon) — Vyetnam Respublikasının (Cənubi Vyetnam) dövlət xadimi, mühəndisi, Vyetnam Respublikasının dövlət başçısı (1964–1965). == Həyatı == Fan Khak Şıu 9 yanvar 1905-ci ildə anadan olmuşdur. Paris və Tunisdə kənd təsərrüfatı mühəndisliyi təhsili almışdır. O, 1930-cu ildə Vyetnama qayıdaraq İqtisadi İnkişaf Departamentində elmi işlər üzrə direktor vəzifəsində çalışmışdır. Fan Khak Şıu Kaoday dini təlimlərinin ilk tərəfdarlarından idi. O, sonradan müstəmləkəçilik əleyhinə hərəkat sıralarına qoşulmuşdur. 1940-cı ildə inqilabi hadisələrdə fəal iştirak etmiş, buna görə 8 il ağır işlərə məhkum olunmuşdur. Fan Khak Şıu 1945-ci ildə Fransanın dəstəklədiyi antiyapon mübarizəsində iştirak etmək üçün sərbəst buraxılmışdır. 1948-ci ildən Fransanın müstəmləkə hakimiyyətləri ilə əməkdaşlıq etmiş, 1949-cu ildə Bao-dayın hakimiyyəti altında qısa müddətə kənd təsərrüfatı naziri vəzifəsini icra etmişdir.
Kva Hye-Yon
Kva Hye-Yon (d. 16 may 1975) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Kva Hye-Yon Cənubi Koreya yığmasının heyətində 1996-cı ildə Atlanta şəhərinin ev sahibliyində baş tutan XXVI Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Danimarka yığmasına 37:33 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Atlanta Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı.
Kvay çayı üzərindən körpü (film, 1957)
"Kvay çayı üzərindən körpü" (ing. The Bridge on the River Kwai) — Pyer Bulun eyniadlı romanı əsasında rejissor Devid Lin tərəfindən 1957-ci ildə Seylonda çəkilmiş Britaniya-ABŞ istehsalı olan bədii film. Baş rollarda Uilyam Holden, Alek Ginness və Cek Hokins çəkilmişdir. Müasir kinoşünaslar tərəfindən tarixinin ən yaxşı kino işlərindən hesab olunur və rejissor Devid Linin karyerasının kulminasiya nöqtəsi (Linin digər bir epik blokbasteri olan "Ərəbistanlı Lourens"lə yanaşı) sayılır. Film 7 Oskar mükafatı qazanmış, o cümlədən ilin ən yaxşı filmi seçilməklə yanaşı, bir sıra kinematoqrafiya mükafatlarına layiq görülüb. == Süjeti == II Dünya müharibəsi zamanı ingilis hərbi əsirləri Birma cəngəlliklərində yapon düşərgəsinə düşürlər. Orada onlar keçən dəfəki əsirlər partiyasından qalan iki amerikalı əsirlə rastlaşırlar. İngilislərə polkovnik-leytenant Nikolson (Alek Ginness) rəhbərlik edir. O hesab edir ki, özü və adamları Sinqapurda ali komandanlığın əmrinə əsasən əsir düşdüyündən, onlar əsirlikdə olmasına baxmayaraq, hərbi xidmət başında olmuş kimi sayılırlar. O, öz adamları arasında ciddi ordu nizamını yürüdür, hətta onlar düşərgədə yaralar, xəstəliklər və yaponların onlara qarşı törətdiyi işgəncələrə baxmayaraq sıra addımları ilə gəzirlər.
2Pak
Tupak Amaru Şakur (16 iyun 1971, Nyu-York-13 sentyabr, 1996, Las-Veqas) afro-amerikan hip-hop ifaçısı, Qərbi Sahil repinin və qanqsta-repin ən görkəmli ulduzlarından biri və əfsanəvi reper. Dünya üzrə 75 milyondan artıq (onlardan 50 — ABŞ-də)musiqi albomlarını sata bilib. Bu da onu dünyada satış üzrə birinci ifaçıya çevirir. İki Qremmi mükafatı laureatı olaraq, altı filmdə çəkilmişdir. Bir sıra səbəbə görə həbsxanada cəza çəkmişdir. Musiqisində getto həyatının bir çox ağırlıqlarını təmsil edən Tupak ölümə "If I Die 2Nite" və "Death Around the Corner" mahnılarını == Həyatı == Afeni Şakur və Billi Qarland ailəsində doğulmuş Tupak II Tupak Amarunun şərəfinə adlandırılmışdı. 1988-ci ildə evi tərk etmiş Tupak "Strictly Dope" rep-qrupuna qoşuldu. 3 ildən sonra dostların "Digital Underground" qrupuna daxil etmiş Tupak onun 1991 il "Same Song" sinqlində oxumuşdur. Həmin ildə Şakur "Brenda's Got a Baby" hiti ilə "2Pacalypse Now" öz debüt solo albomu buraxdı. "Juice" filmində (1992) təsvir edildiyi aqressiv Bişop personajı və Laki rolu ("Poetic Justice", 1993) Şakurun şəxsi həyatının bir çox problemini əks etdi.
AKAK
Qafqaz Arxeoqrafiya Komissiyasının Aktları (QAKA) (rus. А́кты Кавка́зской археографи́ческой коми́ссии (АКАК)) — Qafqaz Canişini Baş İdarəsi arxivindən əldə edilmiş sənədlərin rəsmi nəşri. == Nəşrin içindəçilər == Aktlar 12 cilddən ibarətdir (VI cild 2 hissədə olmaqla).
Abak
Abak (lat. abacus – hesab taxtası) — b.e.ə. IV əsrdən başlayaraq Qədim Yunanıstanda, Romada və 18 əsrədək Qərbi Avropada hesablama üçün işlədilmiş lövhə. == Tarixi == Lövhə zolaqlara bölünürdü. Bu zolaqlardakı markaları (sümük, daş və s.) hərəkət etdirməklə hesablama aparılırdı. Azərbaycanda abak – hesab taxtası kimi tanınır. Çində abaka suan-pan deyirlər. Bu abak quruluşuna görə rus abakından fərqlənir. Onun hər milində 7 aşıq vardır və bu aşıqlar boyuna sədlə iki hissəyə ayrılır. Hissələrin birində 5, digərində isə 2 aşıq vardır.
Adak
Aksak
Aksak — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında kənd adı. İrəvan xanlığı dövründə bir mahal bu kəndin adı ilə Seyidli-Axsaqlı (Ayrım elinin Seyidli qolunun adı) adlanırdı. XIX əsrin II yarısında bu mahal İrəvan quberniyasının İrəvan qəzasının tərkibində idi. Axsaqlının əsl adı Aksakludur. Kəndin adı isə Türkiyədə orta əsrlərdə Aksakqala nahiyəsinin adı ilə bağlıdır. Ermənistan ərazisində XIX əsrdə Anqar-Saq (Əngər-sak), Sarsaxlı (Sarı-Saklı), Seyid-Axsaqlı, Talış dağ silsiləsində Mirzə-Saq dağ adı və Pir-Sak toponimləri ilə sıra təşkil edir. Türk dillərində rəng bildirən ak və sak — "içməli su" sözlərindən ibarətdir.
Aval
Aval (fr. aval, ehtimala görə ərəb. حوالة‎) — vekseli imzalamış şəxsin və ya veksel üzrə öhdəlik daşıyan digər şəxslərin öhdəliklərini yerinə yetirməsinə görə məsuliyyəti öz üzərinə götürən şəxsin veksel zəmanəti. Avalist vərəqçi ilə bərabər məsuliyyət daşıyır və onun öhdəliyi, hətta onun zəmanət verdiyi öhdəlik forma qüsurundan başqa hər hansı səbəbdən etibarsız olduğu halda da etibarlıdır. Bu baxımdan aval əsas öhdəliyə münasibətdə əlavə (aksesuar) olan təminata deyil, bank təminatına tam bərabərdir. Avalistin məsuliyyəti onun zəmanət verdiyi şəxslə birgə və bir sıra məsuliyyət daşıyır. Aval vekselə və ya çekə yazmaqla həyata keçirilir; o, öz adını ödəyicinin adına aid edir, bunun üzərinə “aval başına” (yaxud “aval üçün hesab” və ya hər hansı ekvivalent düstur) sözlərini əlavə edir və aval verənlərə imza qoyur. Lakin avalın etibarlılığı üçün vekselin və ya çekin üz tərəfində yalnız avalistin imzası kifayətdir, əgər bu imza ödəyici və ya veksel sahibi tərəfindən qoyulmursa. Aval kimin üçün verildiyini göstərməlidir. Belə bir əlamət olmadıqda çekin siyirtməsi və ya çekmecesi üçün verilmiş sayılır.
Avan
Avan (Ermənistan)
Avar
Avar dili — Qafqazda yaşayan xalqlardan biri olan avar xalqının dili. Avarlar (qafqazdilli) — Dağıstan Respublikasında ən böyük, Azərbaycanda sayca altıncı böyük etnik qrup. Avarlar — Avar xaqanlığını quran türk xalqı. Avar xaqanlığı — bugünkü Macarıstan, Slovakiya, Rumıniya və Serbiya torpaqlarında 562-823-cü illər arasında hökm sürən Türk dövləti. Ağ Hunlar — Hunların qərb qolu. Jujan xaqanlığı — Şimali Çin çöllərində türk dövləti.
Avaz
TRT Avaz — Avaz — Tovuz rayonu ərazisində dağ.
Avaş
Avaş — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Yardımlı rayonunun Avaş kəndi Kürəkçi kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Avaş kənd Soveti yaradılmışdır. == Toponimikası == XIX əsrin ortalarında Pirembel kəndindən çıxmış ailələrin Avaş adlanan yerdə məskunlaşması nəticəsində bu kənd yaranmışdır. Türk dillərində və monqol dilində ablav (aş) sözü "qoruq", "uzaq", "yaşayış məskənindən kənar", "boş yer" və "sakitlik" kimi izah olunur. XIX əsrin əvvəllərində İrəvan xanlığının Göyçə mahalında Abaş kəndi də mövcud idi. Avaş eyni zamanda Həbəşistanda dağ dərəsinin və çayın adıdır. == Coğrafiyası və iqlimi == Kənd Viləşçayın sahilində yerləşir.
Avka
Avka (iq. Ọka) — Nigeriyanın Anambra ştatının paytaxtı.