Fan Khak Şıu

Fan Khak Şıu (vyet. Phan Khắc Sửu; 9 yanvar 1905[1], Vinlonq[d]24 may 1970, Hoşimin) — Vyetnam Respublikasının (Cənubi Vyetnam) dövlət xadimi, mühəndisi, Vyetnam Respublikasının dövlət başçısı (1964–1965).

Fan Khak Şıu
vyet. Phan Khắc Sửu
Şəxsi məlumatlar
Doğum tarixi 9 yanvar 1905(1905-01-09)[1]
Doğum yeri
Vəfat tarixi 24 may 1970(1970-05-24) (65 yaşında)
Vəfat yeri
Fəaliyyəti siyasətçi
Hərbi xidmət
Döyüşlər

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Fan Khak Şıu 9 yanvar 1905-ci ildə anadan olmuşdur.[2] ParisTunisdə kənd təsərrüfatı mühəndisliyi təhsili almışdır. O, 1930-cu ildə Vyetnama qayıdaraq İqtisadi İnkişaf Departamentində elmi işlər üzrə direktor vəzifəsində çalışmışdır. Fan Khak Şıu Kaoday dini təlimlərinin ilk tərəfdarlarından idi. O, sonradan müstəmləkəçilik əleyhinə hərəkat sıralarına qoşulmuşdur. 1940-cı ildə inqilabi hadisələrdə fəal iştirak etmiş, buna görə 8 il ağır işlərə məhkum olunmuşdur.[3]

Fan Khak Şıu 1945-ci ildə Fransanın dəstəklədiyi antiyapon mübarizəsində iştirak etmək üçün sərbəst buraxılmışdır. 1948-ci ildən Fransanın müstəmləkə hakimiyyətləri ilə əməkdaşlıq etmiş, 1949-cu ildə Bao-dayın hakimiyyəti altında qısa müddətə kənd təsərrüfatı naziri vəzifəsini icra etmişdir.[4] O, Nqo Din Zyemin prezidentliyi dövründə də eyni vəzifəni tutmuşdu, lakin hakim elitanın aqrar islahatlar aparmaq istəyinin olmaması səbəbindən istefa vermişdir.

  1. 1 2 Phan Khac Suu // Munzinger Personen (alm.).
  2. Theo Trần Sinh Cát Bình, nguyên Chủ tịch Ủy ban Nghi lễ Quốc táng Quốc trưởng Phan Khắc Sửu.
  3. Theo Trần Sinh Cát Bình, nguyên Chủ tịch Ủy ban Nghi lễ Quốc táng Quốc trưởng Phan Khắc Sửu.
  4. Theo Trần Sinh Cát Bình, nguyên Chủ tịch Ủy ban Nghi lễ Quốc táng Quốc trưởng Phan Khắc Sửu.