Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kirovka
Yaşayış məntəqələri Azərbaycanda Kirovka (Ağstafa) — Ağstafa rayonunun Həsənsu kəndinin 29 dekabr 1992-ci ilə qədərki adı. Kirovka (Biləsuvar) — Biləsuvar rayonunun Günəşli kəndinin 1 sentyabr 2005-ci ilə qədərki adı. Kirovka (Saatlı) — Saatlı rayonunun Mircəlal kəndinin 7 fevral 1991-ci ilə qədərki adı. Kirovka (Şamaxı) — Şamaxı rayonunun Nağaraxana kəndinin 5 oktyabr 1999-cu ilə qədərki adı.
Kovlar
Kovlar (əvvəlki adı: Qovlar) — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Sabirabad rayonunun Quruzma kənd inzibati ərazi dairəsi tərkibindəki Qovlar kəndi Kovlar kəndi adlandırılmışdır. == İqtisadiyyatı == 2015-ci ilin iyun ayının 24-də kəndə təbii qazın verilişi bərpa edilmişdir.
Krouli
Krouli (ing. Crawley — Böyük Britaniyada, İngiltərədə (İngiltərə Boyük Britaniya dövlətinin vilayətidir) vilayətində şəhər.
Koala
Koala (lat. Phascolarctos) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin i̇kikəsicidişlilər dəstəsinin koalalar fəsiləsinə aid heyvan cinsi.
Kovğa
Kovğa — təndirdə çörəkbişirmə işlərində istifadə edilən, dəmir materialdan hazırlanmış, bir ucu qarmaqşəkilli alət. Qulpunun uzunluğu 70-80 sm olan kovğanın digər ucu ərsin olur. Təsadüfi hallarda isə koğa ayrı, ərsin də ayrı hazırlanır. Kovğadan bir çox kəndlərimizdə hal-hazırda da geniş istifadə olunur ki, bu da həmin alətlərin Azərbaycan xalqının məişətində uzun müddət işlədildiyini göstərir.
Kroda
Kroda — pagan və folk metal üslubunda musiqi ifa edən Ukraynalı musiqi qrupu. Qrupun musiqi mətnlərinin mövzusu Təbiət, Paqanizm və Tarixdir. == Tarixi == === 2003 === Qrup iki musiqiçi Eisenslav və Viterzgir tərəfindən 2003-cü ilin mart ayında yaradılmışdır. Eisenslav və Viterzgir qrupu yaradarkən hər ikisi artıq başqa proyektlərdə təcrübəyə malik idilər. Eisenslav və Viterzgir avropa folklor musiqisi və pagan konsepsiyalı Black Metal ifa etmək üçün səylərini birləşdirmək qərarına gəlirlər."Kroda" sözü qədim qərbi slavyan dilindən götürülmüşdür və tərcümədə "dəfn tonqalının tüstüsü" mənasını verir. Əfsanəyə görə qəhrəmanların cəsədini tonqalda yandırdıqdan sonra onların ruhu tüstü vasitəsilə tanrıların dərgahına qalxırdılar. Tüstü bir növ Roda vasitəçi rolunu oynayırdı.Sanskrit dilində Kroda sözü qəzəb, şiddət mənasın verir. Beləliklə, adın mənası qrupun konsepsiyasını göstərir. Bu ilin may ayından oktyabr ayınadək qrupun debüt albomu "Поплач мені, річко…" yazılmışdır. === 2004 === 2004-cü ilin yazında qrup "Поплач мені, Річко… " Rarog Prodsda kaset variantın yazdırır.
Sovla
Sovla — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Sovla oyk. Kürdəmir r-nunun Köhünlü i.ə.v.-də kənd. Şirvan düzündədir. Bəzi tədqiqatçılar oykonimi ərəb dilindəki sofla (asağı) sözü ilə əlaqələndirir və ehtimal edirlər ki, kənd coğrafi mövqeyinə, Kür çayının asağı axarına yaxın olan ərazidə yerləşdiyinə görə bələ adlandırılmışdlr. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1113 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Alister Krouli
Alister Krouli (ing. Aleister Crowley; doğum adı Edvard Aleksandr Krouli (ing. Edward Alexander Crowley); 12 oktyabr 1875[…] – 1 dekabr 1947[…], Hastinqs[d], Şərqi Susseks qraflığı[d]) — ən tanınmış okkultistlərdən kabbalaçılardan biri. Telema təliminin banisi, bir çox okkult əsərin o cümlədən "Qanun kitabı"nın müəllifi. == Həyatı == Alister Krouli 12 oktyabr 1875-ci ildə İngiltərənin Uorikşir qraflığının Liminqton-Spa şəhərində anadan olmuşdur. Atası Edvard Krouli əvvəllər pivə fabriki işlətmiş, Alister doğulandan sonra isə təqaüdə çıxmışdır. Kökləri Devon və Somerset ailələrinə qədər gedib çıxan anası Emili Bert Bişop və atası protestantlığın ən uc qanadı olan və Exclusive Brethren olaraq bilinən Darbyte`nin üzvləri idilər. Alisterin atası gündəlik işlərini bitirəndən sonra xütbələr deyərdi. Aleister üçünsə müqəddəs kitabı öyrənməsi üçün müəllim tutmuşdu. Atasının ölümündən sonra anasının Aleister üzərindəki diqqəti isə onun xristianlığa olan şübhəsini artırmaqdan başqa bir işə yaramamışdı.
Froyla Tsalam
Froyla Tsalam (ing. Froyla Tzalam; XX əsr, San-Antonio[d]) — belizeli antropoloq və icma lideri. == Həyatı == Tsalam Toledo şəhərinin San Antonio kəndində anadan olub. Texasdakı Triniti Universitetindən antropologiya ixtisası üzrə bakalavr dərəcəsi ilə məzun olub. Daha sonra, Susseks Universitetindən kənd inkişafı üzrə magistr dərəcəsi əldə edib. Hal-hazırda Sarstun Temaş Yerli İdarəetmə İnstitutunun icraçı direktorudur. == Fəaliyyəti == 22 aprel 2021-ci ildə Beliz Baş naziri Conni Briseno ser Kolvill Yanqın təqaüdə çıxmasının ardından Belizin növbəti general-qubernatoru olaraq onu namizəd olaraq açıqladı. Üçüncü general-qubernator, bu vəzifəyə təyin edilmiş ikinci qadın və ilk yerli amerikalı general-qubernatoru olaraq Tsalam vəzifəsinə başladı. Tsalam 2017-ci ilin yanvarında senata namizədlik verdi və siyahıya alındı, lakin STYİİ-dakı işinə yönəlmək üçün sonradan imtina etdi.
Kirovka (Ağstafa)
Həsənsu (əvvəlki adı: Kirovka) — Azərbaycan Respublikasının Ağstafa rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Ağstafa rayonunun Kirovka kəndi Həsənsu kəndi adlandırılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 8 iyun 1999-cu il tarixli, 680-IQ saylı Qərarı ilə Ağstafa rayonunun Həsənsu kəndi Vurğun qəsəbə inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Həsənsu kənd inzibati-ərazi vahidi yaradılmışdır.
Kirovka (Biləsuvar)
Günəşli (əvvəlki adı: Kirovka) — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Günəşli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2005-ci il tarixli, 976-IIQ saylı Qərarı ilə Biləsuvar rayonunun Kirovka kənd inzibati ərazi vahidi tərkibindəki Kirovka kəndi Günəşli kəndi, Kirovka kənd inzibati ərazi vahidi Günəşli kənd inzibati ərazi vahidi adlandırılmışdır. == Toponimikası == Yaşayış məntəqəsi Rusiyanın köçürmə siyasəti nəticəsində rus kəndlilərinin Azərbaycanda yerləşdirilməsi ilə əlaqədar olaraq 1905-ci ildə yaranmış və Alekseyevka adlandırılmışdı. Sovet hakimiyyəti illərində S. M. Kirovun (1886–1934) adı ilə Kirovka adlandırılmışdır. 1998-ci ildən kəndin adı Azərbaycan yazıçısı M. C. Paşayevin şərəfinə Mircəlal kimi rəsmiləşdirilmişdir. Memorial toponim olmuşdur. Kənd 2005-ci ildən Günəşli adlanır. == Tarixi == Kənd Nadir şah dövründə onun qışlaq etdiyi ərazilərdən biri olub. === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Muğan düzündə, rayonun qərbində, rayon mərkəzindən təxminən 7–10 km məsafədə yərləşir.
Kirovka (Saatlı)
Mircəlal (əvvəlki adı: Kirovkənd; Kirovka) — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Saatlı rayonunun Kirovka kəndi Mircəlal kəndi və müvafiq olaraq Kirovka kənd Soveti Mircəlal kənd Soveti adlandırılmışdır. == Toponimikası == Kəndin keçmiş adı Kirovkənd olmuşdur. Ağamalıyevka və Aqrabaz məntə­qələrinin birləşməsi nəticəsində yaradıl­mışdır. Görkəmli yazıçı Mircəlal Paşayevin adı ilə adlandırılmışdır. Antropooykonimdir. == Tarixi == == Coğrafiyası və iqlimi == == Əhalisi == Əhalisinin sayı 2360 nəfərdir. == Din == Kənddə Mircəlalkənd kənd məscidi dini icması fəaliyyət göstərir.
Kirovka (Şamaxı)
Nağaraxana (əvvəlki adları: Maryevka; Kirovka) — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şamaxı rayonunun Kirovka kənd inzibati-ərazi vahidi tərkibindəki Kirovka kəndi Nağaraxana kəndi, Kirovka kənd inzibati-ərazi vahidi Nağaraxana kənd inzibati-ərazi vahidi adlandırılmışdır. == Toponimikası == Kənd qurulanda ilkin adı Maryevka olmuşdur. Kəndin əsasının 1830–1840-cı illər arası, çar Rusiyası dövründə əraziyə köçürülmüş malakan ailələrinin qoymuş olduğu düşünülür. Sovet dönəmində kəndin adı S.M.Kirovun şərəfinə Kirovka olaraq dəyişdirilmişdir, burada böyük kolxoz təsərrüfatı inkişaf etmiş və maldarlıq geniş yayılmışdır. Sovet İttifaqı dağılan zaman bir çox malakan ailəsi evlərini sataraq kənddən Rusiyaya köçmüş, kənd əhalisinin çox hissəsini isə Ermənistan SSR-dən köçmüş köçkünlər təşkil etmişdir. Müstəqillik illərində şəhərlər və kəndlərin adlarının bərpası nəticəsində 5 oktyabr 1999-cu ildə Kirovka kəndi yenidən Nağaraxana olaraq qeydə alındı. Günümüzdə Nağaraxana kəndi Pirqulu istirahət bölgəsinin ən məşhur turizm məkanıdır. == Tarixi == == Əhalisi == Kənd əhalisi 727 nəfərdir ki, onun da 383 nəfəri kişi, 344 nəfəri isə qadınlar təşkil edir.
Kirovka bələdiyyəsi
Biləsuvar bələdiyyələri — Biləsuvar rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Kiçik Kovlar
Kiçik Kovlar — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd.
Pinus arolla
Sibir sidrağacı (lat. Pinus sibirica) - şam ağacı cinsinə aid bitki növü. == Arealı == Sibir sidrağacı növü Rusiyanın Avropa hissəsindən Uzaq Şərq hissəsinə qədər ərazidə yayılmışdır. == Sinonim == Pinus arolla Petrov Pinus cembra f. coronans (Litv.) Krylov Pinus cembra var. sibirica (Du Tour) A.E.Murray Pinus cembra var. sibirica (Du Tour) G.Don Pinus cembra subsp. sibirica (Du Tour) Krylov Pinus coronans Litv. Pinus hingganensis H.J.Zhang Pinus sibirica var. hingganensis (H.J.Zhang) Silba Pinus sibirica subsp.
Rövlan Muradov
Rövlan Muradov (28 mart 1998, Azərbaycan) – Azərbaycan Premyer Liqasında çıxış edən Qəbələnin futbolçusu. == Karyerası == === Qəbələ === Qəbələdə ilk matçına 11 may 2019-cu ildə keçirilən Sumqayıt-Qəbələ matçında çıxıb.Matça start heyətdə başlayan Rövlan 78-ci dəqiqədə əvəzlənib. Eyni zamanda matçın 45-ci dəqiqəsində sarı vərəqə ilə cəzalanıb.Matç Sumqayıtın 1-0 hesablı qələbəsi ilə başa çatıb. Qəbələdə ilk qolunu isə 21 sentyabr 2019-cu ildə keçirilən Səbail-Qəbələ matçının 17-ci dəqiqəsində vurub. Matça start heyətdə başlayan Rövlan 78-ci dəqiqədə əvəzlənib.Matç 1-1 hesablı bərabərliklə başa çatıb.
Rövlan Məmmədov
Rövlan Qurban oğlu Məmmədov (24 may 2001, Qaraxanbəyli, Füzuli rayonu, Azərbaycan — 15 oktyabr 2020;, Cəbrayıl, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rövlan Məmmədov 2001-ci il mayın 24-də Füzulidə anadan olub. Xətai rayon 194 nömrəli tam orta məktəbdə təhsil almışdır. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Rövlan Məmmədov Füzuli, Cəbrayıl, Kəlbəcər döyüşlərində savaşıb. 15 oktyabr 2020-ci ildə Cəbrayıl istiqamətində şəhid olmuşdur. Rövlan Məmmədov I Zabrat qəbristanlığında torpağa tapşırılmışdır. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rövlan Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rövlan Məmmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rövlan Məmmədov "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Rövlan Məmmədov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Kola
Kola — qazlı, spirtsiz sərinləşdirici içki. Kola (ing. "coke" və ya "cola") — təbii və ya süni dadlar — vanil, darçın, sitrus yağları və digər dadlar əlavə edilən qazlı sərinləşdirici içki növü. Coca-Cola brendini 1886-cı ildə əczaçı Con Pemberton icad etdikdən sonra kola bütün dünyada məşhurlaşdı və sonradan digər istehsalçılar onu təqlid etdilər. Kola tipli içkilərin əksəriyyətində kofein var, bu kola qozundan götürülüb və bu içkinin adının yaranmasına səbəb olub, baxmayaraq ki, hazırda başqa mənbələrdən istifadə olunur. Pembertonun orijinal kola içkisi də koka yarpaqlarından kokain ehtiva edirdi. Onun alkoqolsuz resepti əczaçı Angelo Marianinin 1863-cü ildə yaratdığı koka şərabından ilhamlanıb. Müasir kola içkilərinin əksəriyyəti şəkər boyası əlavə edildiyi üçün tünd rəngdədir və şəkər və/və ya yüksək fruktoza qarğıdalı siropu ilə şirinləşdirilir. Hal-hazırda onlar bir çox müxtəlif markalar altında istehsal olunur. Onların arasında ən məşhurları Coca-Cola və Pepsi-dir.
Corc Koval
Corc Abramoviç Koval (ing. George Abramovich Koval, rus. Жорж Абрамович Коваль, translit. Jorj Abramoviç Koval; 25 dekabr 1913, Su-Siti[d], Ayova, ABŞ – 31 yanvar 2006, Moskva, Rusiya) — Sovet atom bombası layihəsi üçün Sovet İttifaqı adına kəşfiyyat vəzifəlisi olaraq xidmət edən Amerika Birləşmiş Ştatları vətəndaşı casus, alim, texnika elmləri namizədi. Sovet mənbələrinə görə Kovalın Sovet Baş Kəşfiyyat İdarəsinin (BKİ) agenti olaraq Manhetten layihəsinə sızıb məlumat ötürməsi Sovet İttifaqının nüvə silah inkişaf etdirməsi üçün lazım olan müddəti böyük ölçüdə azaldıb. Koval Rusiyadan köçmüş yəhudi bir ailənin uşağı olaraq Amerika Birləşmiş Ştatlarının Ayova ştatına bağlı Su-Sitidə anadan olub. Yetkinlik dövrünə çatdıqdan bir müddət sonra ailəsiylə birlikdə Sovet İttifaqı, Birobicana köçüb. Sonradan, Baş Kəşfiyyat İnstutuna daxil olaraq burada ali təhsilini davam etdirib və buranı bitirdikdən sonra "Delmar" kod adı ilə vəzifəyə başlayıb. 1940-cı ildə Amerika Birləşmiş Ştatlarına geri qayıtdıqdan sonra 1943-cü ilin əvvəllərində Amerika Birləşmiş Ştatları Silahlı Qüvvələrinə sızdı. Koval Amerika Birləşmiş Ştatlarının atom tədqiqat laboratoriyalarında çalışdı və ölkənin atom silahlarında istifadə etdiyi polonium, plutonium və uranium elementlərinin istehsal prosesləri və həcmləri haqqında Sovet İttifaqına gizli məlumatlar ötürdü.
Komla Dumor
Komla Dumor (ing. Komla Afeke Dumor; d. 3 oktyabr 1972, Akkra, Qana – ö. 18 yanvar 2014, London, İngiltərə, Böyük Britaniya) — məşhur afrikalı jurnalist; Böyük Britaniyanın "BBC World News" telekanalında Afrika ilə bağlı xəbərlər proqramının (ing. "Focus on Africa") məşhur aparıcısı. == Həyatı == Komla Dumor 3 oktyabr 1972-ci ildə Qananın paytaxtı Akkrada doğulmuşdur. Atası Ernest Dumor bir sosiologiya professoru və anası Seselya Dumor isə kütləvi kommunikasiya üzrə magistr dərəcəsinə malik idi. Babası Filip Qbeho, Qana himninin bəstəkarı idi. == Ailəsi == Komla Dumor 2001-ci ildə Kvansema Quansah ilə evlənmişdir. Bu evlilikdən onların üç övladı dünyaya gəlmişdir.
Kriva Palanka
Kriva Palanka — Şimali Makedoniyanın şərqində, Bolqarıstan sərhəddindən təxminən 5 km uzaqlıqda, Kriva Palanka bələdiyyəsinin mərkəzi olan şəhərdir. Əhalisi 14558 nəfərdir. Kriva Palanka şəhəri 21,000 əhalisi olan Kriva Palanka Bələdiyyəsinin ərazisində yerləşir. Şəhər respublikanın şimal-şərqində, Osogovo dağ silsiləsindən bir qədər uzaqda, Kriva çayının hər iki sahilində yerləşir. Şəhər Kumanovo şəhərindən 60 km, ölkənin paytaxtı Skopye şəhərindən isə 100 km məsafədə yerləşir. Çayın kənarında yerləşən şəhərin adı, Osmanlı İmperiyası dövründə "Eğri-Dərə" (əyri çay), sonralar isə "Eğri-Palanka" adlanıb. == Tarixi == Kriva Palanka ölkənin "ən gənc" şəhərlərindən biridir. Şəhər 1633-cü ildə Bayram Paşanın göstərişi ilə türklər tərəfindən qurulmuşdur. 20-ci əsrin əvvəllərində şəhərin çoxmillətli əhalisi var idi: 1900-cü ildə Vasil Kançevin "Makedoniya. Etnoqrafiya və statistika" kitabında şəhərdə 1,5 min xristian bolqar, 2,5 min türk, 20 Vlax və 320 qaraçı yaşadığı göstərilir.
Midori (koala)
Midori (みどり, azərb. "yaşıl"‎) – qeydə alınmış ən yaşlı koala. 2021-ci ildə Ginnesin Rekordlar Kitabına düşmüşdür. Yaponiyanın Hyoqo prefekturasındakı İngiltərə parkında saxlanılır. == Həyatı == Midori 1 yanvar 1997-ci ildə Avstraliyada doğulmuşdur. 2003-cü ildə Qərbi Avstraliya hökumətinin hədiyyəsi kimi Yançep Milli Parkından Hyoqo prefekturasına göndərilmişdir. O, həmin il Minamiavaci şəhərindəki İngiltərə parkına gətirilmiş 4 koaladan biri idi. İşçilər Midorinin bu qədər uzun yaşayacağını gözləmirdilər. İngiltərə parkı Yaponiyada Viktoriya koalalarının saxlanıldığı yeganə yerdir. Kaolalar orta hesabla 15-16 il yaşasalar da, parkda yaradılmış şərait və qayğı nəticəsində Midori uzunömürlü olmağa bacarmışdır.
Məmməd Kovxa
Məhəmməd Mahmud oğlu Kovxa(Mahmudov) (1859 – 1933) xalq arasında Məmməd Kovxa kimi məşhur olmuşdur - Qazaxın general-qubernatoru (1918-1919). == Faəliyyəti == 1859-cu ildə Qazax qəzasının Daş salahlı kəndində anadan olub. M.Kovxa öz xeyirxah əməlləri ilə hələ general - qubernator vəzifəsinə təyin edilməmişdən əvvəl el-oba arasında böyük hörmət qazanmışdı . M.Kovxa hələ 1914-cü ildə Avey dağından camaata bulaq çəkdirmişdi. M.Kovxa 1914-1920-ci illərdə erməni-daşnak dəstələrinə zərbə vuranlardan biri idi. == AXC dövründə fəaliyyəti == Azərbaycan Cümhuriyyəti dövründə türklərin köməyə gəlişi zaman (1918-ci ilin iyununda) Qazaxın general-qubernatoru olmuşdu. Nuru Paşanın polkovnik rütbəsi ilə təltif etdiyi Məmməd Kovxa 800 atlı dəstəsi ilə Bakının işğaldan azad olunmasında iştirak edib. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə general-qubernator vəzifəsinə təyin edilmişdi. General-quberator işlədiyi dövrdə (1919-cu ilin oktyabrı-nadək) Qazaxda ciddi qayda-qanun yaratmışdır. Aprel işğalından sonra Məmməd Kovxa da repressiya qurbanlarından biri olan şəxsiyyətlərimizdən, milli istiqlal fədailərimizdəndir.
Sovla bələdiyyəsi
Kürdəmir bələdiyyələri — Kürdəmir rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.