Corc Koval

Corc Abramoviç Koval (ing. George Abramovich Koval, rus. Жорж Абрамович Коваль, translit. Jorj Abramoviç Koval; 25 dekabr 1913, Su-Siti[d], Ayova, ABŞ31 yanvar 2006, Moskva, Rusiya) — Sovet atom bombası layihəsi üçün Sovet İttifaqı adına kəşfiyyat vəzifəlisi olaraq xidmət edən Amerika Birləşmiş Ştatları vətəndaşı casus, alim, texnika elmləri namizədi. Sovet mənbələrinə görə Kovalın Sovet Baş Kəşfiyyat İdarəsinin (BKİ) agenti olaraq Manhetten layihəsinə sızıb məlumat ötürməsi Sovet İttifaqının nüvə silah inkişaf etdirməsi üçün lazım olan müddəti böyük ölçüdə azaldıb.

Corc Koval
ing. George Abramovich Koval
rus. Жорж Абрамович Коваль
Doğum tarixi 25 dekabr 1913(1913-12-25)
Doğum yeri
Vəfat tarixi 31 yanvar 2006(2006-01-31) (92 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Danilov qəbiristanlığı[d]
Həyat yoldaşı Lüdmila İvanova
Elmi dərəcəsi
İş yeri
  • D. Mendeleyev Rusiya Kimya Texnologiyası Universiteti[d]
Təhsili
Tanınır Delmar
Mükafatları Rusiya Federasiyasının Qəhrəmanı — 2007
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Koval Rusiyadan köçmüş yəhudi bir ailənin uşağı olaraq Amerika Birləşmiş Ştatlarının Ayova ştatına bağlı Su-Sitidə anadan olub. Yetkinlik dövrünə çatdıqdan bir müddət sonra ailəsiylə birlikdə Sovet İttifaqı, Birobicana köçüb. Sonradan, Baş Kəşfiyyat İnstutuna daxil olaraq burada ali təhsilini davam etdirib və buranı bitirdikdən sonra "Delmar" kod adı ilə vəzifəyə başlayıb. 1940-cı ildə Amerika Birləşmiş Ştatlarına geri qayıtdıqdan sonra 1943-cü ilin əvvəllərində Amerika Birləşmiş Ştatları Silahlı Qüvvələrinə sızdı. Koval Amerika Birləşmiş Ştatlarının atom tədqiqat laboratoriyalarında çalışdı və ölkənin atom silahlarında istifadə etdiyi polonium, plutoniumuranium elementlərinin istehsal prosesləri və həcmləri haqqında Sovet İttifaqına gizli məlumatlar ötürdü. II Dünya Müharibəsindən sonra isə silahlı qüvvələrdən qovuldu. 1948-ci ildə ölkədən bir daha geri qayıtmamaq üzrə ayrılıb. Kovalın casusluq fəaliyyətlərinin üstünün açılması isə 2002-ci ildə baş tutdu.

2007-ci ildə Rusiya prezidenti Vladimir Putin tərəfindən Corc Kovala "xüsusi vəzifələrdə nümayiş etdirdiyi cəsarət və qəhrəmanlıq" fəaliyyətinə görə Rusiya Federasiyasının Qəhrəmanı adı verilmişdir.

Corc Kovalın atası Abram Koval 1910-cu ildə doğulduğu Telexanı tərk edərək Amerika Birləşmiş Ştatlarının Ayova ştatının, Su-Siti şəhərində məskunlaşaraq dülgərlik etməyə başlayıb. Həyat yoldaşı Etel Şenitski Kovalla birlikdə İsa, Corc və Qabriel adlarında üç oğlunu böyütmüşdür.[1]

Mərkəz Liseyində təhsil alan Corc Koval qonşularının dediyinə görə kommunist ideyalarından açıq şəkildə danışırdı. O, Mərkəz Liseyində təhsilinə davam edərkən uğurlu tələbələrdən ibarət olan Fəxri Cəmiyyətin və debat komandasının üzvü idi. O, 1929-cu ildə 15 yaşında liseydən məzun oldu. Bu müddət ərzində Böyük böhran dərinləşdiyindən ailəsi Su-Sitidən ayrılıb. Abram Koval Sovet İttifaqında Yəhudi Müstəmləkəçiliyi Təşkilatının katibi olub.[2] Koval ailəsi 1932-ci ildə yəhudilərin çoxluqda yaşaması səbəbilə Amerika Birləşmiş Ştatları ailə pasportu ilə səyahət edərək Birobicana köç etdi.[3]

Koval ailəsi, kollektiv bir fermada işlədi. Pol Novik, Nyu-Yorkda dərc olunan kommunist fikirləri ilə məşhur olan yerli bir qəzetdə yer alan Koval ailəsinin başlıq olduğu məqalədə, ailənin "kiçik tacirlik qeyri-müəyyənliyini geridə qoyub, özləri və uşaqları üçün narahatsızlıqdan uzaq bir həyata üstünlük verdiyini" yazmışdır.[4] Corc Koval, özünün rus dili bacarıqlarını inkişaf etdirdi və 1934-cü ildə Rusiya Kimya Texnologiyası Universitetində oxumağa başladı. Universitetdə tanış olduğu Lüdmila İvanova ilə daha sonra zamanda evləndi. Beş il sonra məzun olan Koval, Sovet vətəndaşlığı aldı. Uğurlu bir tələbə olduğu qəbul edildi və imtahansız doktorantura oxumasına icazə verildi.[5]

Fəaliyyət və casusluq

[redaktə | mənbəni redaktə et]
Corc Kovalın da işlədiyi Oak Ridge şəhərindəki uran zənginləşdirmə təsisindəki "Calutron qızları" adlandırılan işçilər.[6]

Universitetdən məzun olduqdan sonra Sovet Baş Kəşfiyyat İdarəsi (BKİ) tərəfindən işə qəbul olundu. Diplomunu aldığı zaman casusluq vəzifəsinin hissəsi olan bir əmr altında Moskvanı tərk etdi. 1939-cu ildə, birdən-birə ortadan yox olduğunu açıqlamaq üçün Qızıl Orduya hərbi xidmətə çağırıldı. Ailəsinin Amerika Birləşmiş Ştatları ailə pasportundan imtina etməsinə baxmayaraq Koval, 1940-cı ildə qeyri-qanuni yollar ilə Amerika Birləşmiş Ştatlarına bir casus kimi qayıtdı.[4][5] Kod adı Delmar olaraq müəyyənləşdirildi.[7] Əvvəlcə San-Fransiskoya, sonra isə Nyu-Yorka getdi. Koval, iş yoldaşlarına Nyu-Yorklu olduğunu və ailənin yeganə uşağı olduğunu dedi.[8] Kovalın kimyəvi silahlarda istifadə ediləcək toksinlər haqqında məlumat toplayarkən taxma adla çalışması planlaşdırsa da[4], sonrakı dövrdə işlədiyi yer rəhbərləri əsl adı ilə işləməsinə qərar verdilər.[9]

II Dünya Müharibəsinin əvvəllərinə təsadüf edən sentyabr 1940-cı ildə, ABŞ Prezidenti Franklin D. Ruzvelt məcburi hərbi xidmətə dair bir bəyanat verdi. Bu hadisələrdən sonra, Koval 2 yanvar 1942-ci ildə rəsmi olaraq Amerika Birləşmiş Ştatları Silahlı Qüvvələri tərkibinə girdi. Reyvn Elektrik Şirkətinin rəhbərliyi, onun hərbi vəzifəsini bir il müddətinə 1942-ci il fevral ayına qədər müvəqqəti olaraq hərbi xidmətdən azad edildi. Bu müddət ərzində Baş Kəşfiyyat İdarəsinin rəhbərləri kimyəvi silahlarla bağlı məlumatları bir an əvvəl Sovet İttifaqına verilməsinin zəruri olduğunu, məcburi hərbi xidmət azad olunması üçün verildiyi vaxt bitdiyi təqdirdə bunu edə bilməyəcəyini bildirdi. Müvəqqəti azad olunma başa çatdıqdan sonra Koval, Amerika Birləşmiş Ştatları Ordusunda yenidən çağırıldı.[10] Nyu-Cersidəki Fort Diksdə əsas hərbi təhsilini almasının ardından Çarlston Qalasına sövq edildi və buradakı 3410-cu Xüsusi Təhsil və Vəzifə Vahidində əsgər olaraq fəaliyyət göstərdi. 11 avqust 1943-cü ildə, istedadlı seçicilərə təhsil və texniki təhsil vermək üçün 1942-ci ilin dekabrında qurulan bir məntəqə olan Ordu İxtisas Təhsil Proqramına köçürüldü.[11] Koval, Nyu-York Şəhər Kollecinə girərək elektrik mühəndisliyi oxudu. Bu dövrdəki sinif yoldaşları Kovala "tapşırıqlarını həll etməyən zəif tələbə" olaraq baxdıqlarını, Sovet təhsili və həyat yoldaşı haqqında heç nə bilmədiklərini ifadə etmişlər. Kollec dövründən olan dostları da siyasət və Sovet İttifaqı haqqında birlikdə heç mübahisə etmədiklərini də bildirmişlər.

Atomla bağlı gizli sirləri

[redaktə | mənbəni redaktə et]
Hazırda Moskva Politexnik Muzeyində olan ilk Sovet nüvə silah modeli RDS-1. Kovalın verdiyi məlumatlar sayəsində Sovet İttifaqı RDS-1-i daha tez sınamaq şansı əldə etmişdir.

Müharibənin Antihitler koalisiyasının xeyrinə ilərləməsi ilə birlikdə İxtisas Təhsil Proqramı 1944-cü ilin əvvəllərində dayandırıldı və Nyu-York Şəhər Kollecində sinif yoldaşlarının çoxu piyada olaraq xidmət göstərərkən, Koval ilə bir sinif yoldaşı Xüsusi Mühəndis Falanqa İttifaqına seçilmişdi. Bu prosesdə Amerika Birləşmiş Ştatları, KanadaBirləşmiş Krallıq tərəfindən atom bombası hazırlamaq, mühəndisliyini və emalını həyata keçirmək məqsədilə birgə qurduğu gizli Manhetten layihəsində işləmək tapşırıldı.[6] Tennessidəki Ok-Ridceyə təyin edildi. O vaxt layihədə vəzifə alan elm insanları, zənginləşdirilmiş uraniumplutonium əsaslı bombaları araşdırırdılar. Ok-Ridcdəki laboratoriyalar, hər ikisinin inkişaf mərkəzi oldu. Layihə, insan ehtiyatlarının çatışmazlığı səbəbindən pisə getdi və ordudan texniki olaraq xüsusi bacarıqlı adamlar tələb olundu.[9]

Koval, Ok-Ridcdəki bir çox məsələyə xüsusi giriş hüququna malik idi. Sonradan səhiyyə fizika zabiti olub, müəssisədəki radiasiya səviyyələrini müşahidə etməklə məşğul idi. Federal Təhqiqat Bürosunun (FBI) qeydlərinə görə, iş, Kovala çox gizli bir təhlükəsizlik icazəsi verdi. O vaxtlar layihədəki elm insanları reaktordan istehsal olunan plutoniumun qarşıya qoyulan bomba layihələri üçün çox qərarsız olduğunu və lazım olan zəncirvari reaksiyaların meydana gəlməsi üçün polonium katalizatorlarına ehtiyac duyulduğunu kəşf etdilər. Koval, özünü bu vəzifəyə tapşıranlar tərəfindən Ok-Ridcdəki polonium tədarükünü izləməklə əldə etdiyi məlumatları "Klayd" adlı bir Sovet əlaqəçisi vasitəsilə ötürüb. Əldə etdiyi məlumatlar; Kodlanmış mesajlar, kuryerlər və Sovet Səfirliyi vasitəsilə Moskvaya çatdırıldı.[12]

Koval, vəzifəsi artırılaraq, 27 iyun 1945-ci ildə Ok-Ridcdəki polonium katalizatorlarının emal edildiyi bir yer olan Dayton layihəsi çərçivəsində toplanan gizli bir laboratoriyaya göndərildi. Dünyanın ilk atom bombası həmin ilin 16 iyul günü Nyu-Meksikoda partladıldı. Atom bombalarının 6 avqust9 avqust tarixlərində Yaponiyaya atılmasından sonra Yaponiya təslim oldu və II Dünya Müharibəsi başa çatdı. Sovet İttifaqı, öz atom bombasını inkişaf etdirmək istiqamətində səylərini artırdı. Mərkəzi Kəşfiyyat İdarəsi (CIA), Sovet İttifaqının, 1950-1953-ci illərə qədər uğurlu olmayacağını təxmin edərkən 29 avqust 1949-cu ildə ilk Sovet RDS-1 atom bombasının sınağı həyata keçirildi.[12] Sovet hərbi rəsmilərinə görə, hərbi kəşfiyyat agenti "Delmar Koval" tərəfindən hazırlanan "tarif", hazırlanan plutoniumun katalizatoru rolunu oynadı. Kovalın informasiya təminatı Sovet İttifaqının nüvə silah inkişaf etdirməsi üçün lazım olan müddəti dəfələrlə azaldıb.[12]

Sovet atom bombası layihəsinin bir hissəsi kimi gizli araşdırma və təkmilləşdirmələrdən sonra, Qazaxıstan Sovet Sosialist Respublikasının Semipalatinsk test sahəsində həyata keçirilən partlayış, amerikalılar tərəfindən İosif Stalinə həsr olunmuş "Co" kod adı ilə anıldı.[13]

Müharibədən sonrakı illərdə

[redaktə | mənbəni redaktə et]

Koval II Dünya Müharibəsindən sonra silahlı qüvvələrdən qovuldu. Nyu-York Şəhər Kollecinə qayıdaraq bakalavr təhsilini 1 fevral 1948-ci ildə elektrik mühəndisliyi fakultəsini tamamladı. Dostlarına Polşa və ya İsrailə səyahət etməyi düşündüyünü deyən Koval, altı ay ərzində Avropa səyahəti üçün pasport hazırlayıb. rus Qəzetinə görə Kovalın Amerika Birləşmiş Ştatlarından ayrılmasının səbəbi qarşı kəşfiyyat agentlərinin bir Sovet yığıncağından sonra, Kovalın ailəsinin Sovet keçmişinə dair məlumatları kəşf etməsi olmuşdur. oktyabr 1948-ci ildə dəniz yolu ilə Amerika Birləşmiş Ştatlarından ayrıldı və ölkəyə bir daha qayıtmadı.[7] Təhsil və tədqiqat vəzifələrini rədd edən Koval, sonradan Sovet Baş Kəşfiyyat İdarəsinin (BKİ) əlaqə bölməsinə müraciət edərək D. Mendeleyev Rusiya Kimya Texnologiyası Universitetinin laboratoriya assistentliyi vəzifəsini yerinə yetirdi.[14] Sonra burada müəllimliyə başladı. 1949-cu ildə Qızıl Ordudakı vəzifəsindən ayrılıb D. Mendeleyev Rusiya Kimya Texnologiya Universitetinə qayıdandan sonra bir alim olaraq həyatını davam etdirdi. Universitetdə tədqiqatlar aparmağa başladı və iki il sonra tezisini təqdim edib. 1953-cü ildən etibarən dosent olaraq təxminən 40 il akademik olaraq dərslər verdi.

1999-cu ildə Rusiyadaki evində yaşayarkən, Amerika Birləşmiş Ştatlarının II Dünya Müharibəsi veteranlarına sosial təhlükəsizlik təqaüdü edəcəyini eşitdi. Müraciət edən Koval, 2000-ci ildə İctimai Təhlükəsizlik Mərkəzi Təhlükəsizlik Ofisi "Sizə təqaüd yardımı almağa layiq görülmədiyinizi demək üçün yazırıq" yazılı tək cümləlik məktub aldı.[8]

Koval, casusluqdan sonrakı həyatını "hadisəsiz bir həyat" kimi səciyyələndirdi. Ailəsinin Baş Kəşfiyyat İdarəsi üçün işlədiyini bilirdi, lakin bu məsələ sonradan heç vaxt danışılmadı. Sovet İttifaqına qayıdanda yüksək bir Sovet mükafatı almaması Kovalı narahat etdi. Verdiyi bir müsahibədə, "Karyera adamlarına çox böyük mükafatlar verildi" ifadələrini istifadə etmişdir. Həmçinin "Şükür edirəm ki, özümü bir QULAQ-da tapmadım, düşündüyüm kimi" dedi. 1985-ci ildə ona 2-ci dərəcə Vətən Müharibəsi Ordeni verildi. Koval, 31 yanvar 2006-cı ildə Moskvadakı mənzilində 92 yaşında həyatını itirdi.[9] Koval, ölümündən bir neçə gün əvvəl özünü ziyarətə gələn Baş Kəşfiyyat İdarəsi nümayəndələrinə, "Artıq məndən bağlı danışmağınızda bir zərər yoxdur" demişdir.[5]

Kimliyinin ortaya çıxması və sonrası

[redaktə | mənbəni redaktə et]
Rusiya prezidenti Vladimir Putin Corc Koval adına verilən Rusiya Federasiyası Qəhrəmanı mükafatını Rusiya Müdafiə Naziri Anatoli Serdyukova təqdim edir. 2 noyabr, 2007.

Müharibədən sonra EthelYulius Rozenberq ilə Klaus Fuks kimi casuslar yaxalanarkən Kovalın illərlə fərq edilmədiyi məlum oldu. Bəzi mənbələr fərq edilməməsinin səbəbləri arasında, xidmət daxili siyasətlərdə çalışan insanlar üzərində sıx təhlükəsizlik yoxlamalarının edilməməsini və Amerika Birləşmiş Ştatları hökumətinin siyasi məsələlər qədər elmi məsələlərin üzərində olmamasını göstərirdi. 1950-ci illərdə FBI, əhatəli olaraq döyüş hadisələrini araşdırıb və bu çərçivədə Kovalın keçmiş həmkarları ilə görüşlər keçirib.[15] Danışıqlar nəticəsində Kovalın bir casus ola biləcəyi təəssüratı yarandı. Buna qarşı Amerika Birləşmiş Ştatları hökuməti Kovalın fəaliyyətlərinin ortaya çıxmasından qaynaqlanacaq siyasi zədədən və yaranacaq mənfi təəssüratdan çəkindiyi üçün casusluq fəaliyyətlərinin açıqlanması təxminən altmış il gizli saxlanılıb.[16]

2000-ci illərə qədər gizli olan Kovalın casusluq fəaliyyətləri 2002-ci ildə nəşr olunan "Baş Kəşfiyyat İdarəsi və Atom Bombası" adlı kitab dərc olunandan sonra ortaya çıxdı.[17] Kitabda Kovalın kod adından bəhs edilib və əks-kəşfiyyat qruplarından qaçan bir neçə casus kimi tanıdılıb.[18] Ölümündən təxminən 22 ay sonra, 3 noyabr 2007-ci ildə Rusiya prezidenti Vladimir Putin Kovala Rusiya Federasiyası Qəhrəmanı mükafatının verilməsinə qərar verib. Mükafatı Kovalın adına Rusiya Müdafiə Naziri Anatoli Serdyukov aldı.[19] Koval bu mükafatla təltif olunanda Rusiya Dövlət Rəhbərliyi "Delmar kod adı altında fəaliyyət göstərən Cənab Koval, Sovet İttifaqının özünə xas bir atom bombası inkişaf etdirməsi üçün lazım olan əhəmiyyətli dərəcədə sürətləndirməyə köməkçi olan məlumatları ötürmüşdür" ifadələrindən istifadə etmişdir.[20]

  1. Valş, 2009
  2. Valş, 2009 və 42
  3. Valş, 2009 və 43
  4. 1 2 3 Valş 2009, səh. 43. İstifadə tarixi: 2 may, 2019
  5. 1 2 3 Taşpınar, Suat (4 oktyabr 2007). "Denizden gelen casus Arxivləşdirilib 2017-09-23 at the Wayback Machine". Radikal Qəzeti. İstifadə tarixi: 22 sentyabr 2017.
  6. 1 2 Robert Meeropol (17 noyabr, 2007), The Case of the Rosenbergs: Their Sons' View, The New York Times. İstifadə tarixi: 2 may, 2019
  7. 1 2 Doyle, Leonard (13 oktyabr 2007). "US embarrassed as Putin honours spy who came in from the cornfields Arxivləşdirilib 2017-09-21 at the Wayback Machine". The Independent (İngiliscə). İstifadə tarixi: 21 sentyabr 2017.
  8. 1 2 Soldatov, Andrei. "The Soviet Atomic Spy Who Asked for a U.S. Pension" (İngiliscə). The Daily Beast. 22 Mart 2017 tarixində bu mənbədən arxivləndi. İstifadə tarixi: 21 sentyabr 2017.
  9. 1 2 3 Broad, William J. (12 oktyabr 2007). "A Spy's Path: Iowa to A-Bomb to Kremlin Honor Arxivləşdirilib 2018-01-17 at the Wayback Machine". The New York Times (İngiliscə). İstifadə tarixi: 22 sentyabr 2017
  10. Righter, Rosemary (31 iyun 2002). "The nuclear guinea pigs". 16 İyun 2007 tarixində bu mənbədən arxivləndi. İstifadə tarixi: 13 avqust 2016.
  11. Valş 2009, səh. 44. İstifadə tarixi: 2 may, 2019
  12. 1 2 3 Valş 2009, səh. 45. İstifadə tarixi: 2 may, 2019
  13. Kjelstrup, Christian (11 avqust 2013). "Dette er stedet der Sovjet testet atombombene sine". Dagens Næringsliv. 14 avqust 2013 tarixində bu mənbədən arxivlənib. İstifadə tarixi: 13 avqust 2016.
  14. Valş 2009, səh. 46. İstifadə tarixi: 2 may, 2019
  15. Valş 2009, səh. 47. İstifadə tarixi: 2 may, 2019
  16. "President Vladimir Putin handed over to the GRU (military intelligence) Museum the Gold Star medal and Hero of Russia certificate and document bestowed on Soviet intelligence officer George Koval" (ingiliscə). Kremlin. 2 oktyabr 2007. 23 Mart 2018 tarixində bu mənbədən arxivləndi. İstifadə tarixi: 12 sentyabr 2018
  17. "Кафедра общей химической технологии" (Rusca). Muctr.ru. 8 oktyabr 2017 tarixində bu mənbədən arxivləndi. İstifadə tarixi: 7 oktyabr 2017.
  18. "Надгробный памятник Ж. А. Ковалю на Даниловском кладбище Москвы" (Rusca). Warheroes.ru. 1 dekabr 2017 tarixində bu mənbədən arxivləndi. İstifadə tarixi: 29 oktyabr 2017
  19. Moscow Kremlin (2 oktyabr 2007). "President Vladimir Putin handed over to the GRU (military intelligence) Museum the Gold Star medal and Hero of Russia certificate and document bestowed on Soviet intelligence officer George Koval". Kremlin.ru (ingiliscə). President of Russia. 3 fevral 2009 tarixində bu mənbədən arxivləndi. İstifadə tarixi: 17 sentyabr 2017.
  20. Vadim, Stejn (5 avqust 2015). "Аллею героев в Биробиджане пополнят два новых пилона"(Rusça). Dvnovosti.ru. 19 Aprel 2017 tarixində bu mənbədən arxivləndi. İstifadə tarixi: 29 sentyabr 2017.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]