Kroda

Kroda — paganfolk metal üslubunda musiqi ifa edən Ukraynalı musiqi qrupu. Qrupun musiqi mətnlərinin mövzusu Təbiət, PaqanizmTarixdir[1].

Kroda
Крода
Əsas məlumatlar
Üslub blək metal
Fəaliyyət illəri 2003-сü ildən günümüzədək
Ölkə Ukrayna
Şəhər Lvov
Dil Ukrayna dili,Rus dili,İngilis dili
Leybl Purity Through Fire
rəsmi saytı

Qrup iki musiqiçi Eisenslav və Viterzgir tərəfindən 2003-cü ilin mart ayında yaradılmışdır. Eisenslav və Viterzgir qrupu yaradarkən hər ikisi artıq başqa proyektlərdə təcrübəyə malik idilər. Eisenslav və Viterzgir avropa folklor musiqisi və pagan konsepsiyalı Black Metal ifa etmək üçün səylərini birləşdirmək qərarına gəlirlər."Kroda" sözü qədim qərbi slavyan dilindən götürülmüşdür və tərcümədə "dəfn tonqalının tüstüsü" mənasını verir. Əfsanəyə görə qəhrəmanların cəsədini tonqalda yandırdıqdan sonra onların ruhu tüstü vasitəsilə tanrıların dərgahına qalxırdılar. Tüstü bir növ Roda vasitəçi rolunu oynayırdı.Sanskrit dilində Kroda sözü qəzəb, şiddət mənasın verir. Beləliklə, adın mənası qrupun konsepsiyasını göstərir[2]. Bu ilin may ayından oktyabr ayınadək qrupun debüt albomu "Поплач мені, річко…" yazılmışdır.

2004-cü ilin yazında qrup "Поплач мені, Річко… " Rarog Prodsda kaset variantın yazdırır[3]. Materialın əsasında melodik, lakin kifayət qədər düzxətli folklor alətlərin harmonik sıxlığı olan black metal, həmçinin klassik isveç məktəbinin det metalı dayanır. Bir qədər "ruhsuz" səslənməsinə baxmayarq bu albom artıq pərəstiş obyektinə çevrilmişdir. Yay ərzində qrup "Легенда: Мак Цвіте" mini-albomunu yazdırıb. İlin sonunda "Поплач мені, Річко…"-nun Hammermark Art-da CD-də alman leyblin buraxmışdır

Nömrəli albomları

[redaktə | mənbəni redaktə et]

Digər ifaçıları ilə spliti

[redaktə | mənbəni redaktə et]
  1. "Kroda - Encyclopaedia Metallum: The Metal Archives". Encyclopaedia Metallum. 23 November 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 May 2015.
  2. Інтерв’ю з групою Крода (журнал Amosfear № 4) [ölü keçid]
  3. "List of releases". Stellar Winter Records. 22 July 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 May 2015.