Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kubinka
Kubinka — Rusiya Federasiyasında yerləşən şəhər. Moskva vilayətinə daxildir.
Kubinka Tank Muzeyi
Kubinka Tank Muzeyi (rus. Центральный музей бронетанкового вооружения и техники, Ro: Tsentralni muzey bronetankovogo voorujeniya i tehniki) — Rusiyanın Kubinka şəhərində yerləşən bir müharibə muzeyidir. Muzey 1978-ci ildə yaradılıb və orada 14 ölkədən 350-dən çox tank, zirehli döyüş avtomobilləri və onlar haqqında məlumatlar nümayiş etdirilir və sərgilənir. Muzey XX və XXI əsrlərdə (1917-ci ildən bu günə qədər) istehsal edilmiş bir çox məşhur tank və zirehli texnikanın açıq havada və qapalı yerdə daimi sərgilərindən ibarətdir. Burada həm də çox az nümunəsi olan bir çox unikal, qeyri-adi və bənzərsiz hərbi texnikalar yerləşdirilmiş və nümayiş etdirilir. Belə hərbi texnikalar sırasına Hitler Almaniyasının Panzer VIII Maus super ağır tankı, Karl-Gerät ağır özüyeriyən artilleriyası, SSRİ-nin Troyanovun Object 279 Kotin ağır tankı, Object 120 Su-152 "Taran" tank qatili kimi nadir və ya məhdud sayda istehsal edilmiş prototiplər daxildir. == Haqqında == Kubinka Tank Muzeyi tarixən "təsnif edilmiş" Qırmızı Ordunun zireh sınaq obyektində yerləşir. Muzeydəki ekspozisiyalarının əksəriyyəti hələ də fəaliyyət göstərən Kubinka zireh sınaqları və testləri poliqonunun tədqiqat kolleksiyasından əldə edilmişdir. Soyuq müharibə dövrünün Qərb tanklarının əksəriyyəti (ABŞ və ya Qərbi Avropadan) Yaxın Şərq, Afrika, Vyetnam və Latın Amerikasındakı döyüşlərdə ələ keçirilmiş olan döyüş kubokları idi və bunların hamısı onların hər birinin güclü və zəif tərəflərini diqqətlə öyrənmək və onların hər birini diqqətlə tədqiq etmək üçün Kubinkadakı zireh sınaq müəssisəsinə göndərilirdi. Gizli tarixi və hərbçilərlə sıx əlaqəsi sayəsində muzey bu gün də tamamilə Rusiya Ordusunun şəxsi heyəti tərəfindən idarə edilir.
Kutişxa
Kutişxa (gürc. კუტიშხა) – Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd. Dəniz səviyəsindən 110 m hündürlüktə, Qara dənizdən 10 km və Suxumidən 0,5 km uzağlıktadır. 2008-ci ildə Rusiya Federasiyası tərəfindən işğal edilib. == Ədəbiyyat == ქართული საბჭოთა ენციკლოპედია, ტ. 6, თბ., 1983. — გვ. 89.
I Kanişka
I Kanişka — 78-144-ci illərdə Kuşan imperiyasının xaqanı. == Həyatı == Kuşan dövləti, ən parlaq zamanını Kanişka dönəmində (78-144) yaşadı. Pişəvər şəhərinin səs-sorağı hər yana yayıldı. == I Kanişka və Hindistan mədəniyyəti == Maurilərin ardınca Kuşanlar sülaləsi (b.e-nın I-III əsrləri) qədim Hindistanın tərəqqisini yüksəklərə qaldırdı. Xüsusilə, Kanişkinin hakimiyyəti dövrü (b.e. 78-144) buraya aid edilir. B.e-nın I-III əsrlərində handhar incəsənət məktəbi mühüm yer tutdu. Bu məktəbdə Şimali Hindistan, Orta Asiya, Yunan-Roma məktəbinin ənənələri üstünlük təşkil edirdi. Bu məktəbin özüməxsusluğu Buddanın ideallaşdırılmış gözəl insan obrazında antropomorf təsvirdə verilməsi ilə izah edilir.
Pyotr Kurışko
Pyotr Kurışko (1894, Rusiya imperiyası – 1921, Dedoplistsğaro rayonu) — Sovet Rusiyasının hərbi xadimi, Rusiya vətəndaş müharibəsində və Gəncə üsyanının yatırılmasında iştirak edib. == Həyatı == 25 oktyabr 1894-cü ildə Don vilayətinin Ostradovka kəndində anadan olub. 3-cü sinifə qədər təhsil alıb. 1915-ci ildə orduya çağırılır və Yekatirinodarda yerləşən süvari hissələrinin birində xidmətə başlayır. 1917-ci ildə xidmətdən sonra öz kəndinə qayıdıb 1918-ci ildə Qırmızı ordunun Aleksandrovskiy eskadronunda xidmətə başlayır. 1919-cu ildə 400 atlısı olan süvari dəstəyə rəhbərlik edir. 13 iyul 1919-cu ildə onun dəstəsi I Kuban süvari alayı adlandırılır. 6 noyabr 1919-cu ildə döyüşlərdə fərqləndiyinə görə Qırmızı bayraq ordeni ilə təltif olunur. 18-ci süvari diviziyasının komandiri kimi o 1920-ci ildə Gəncə üsyanının yatırılmasında iştirak edir. Üsyan zamanı Yelenendorf istiqamətində yaralanır.
Kiska adası
Kiska adası ((ing. Kiska, aleut. Qisxa) — Aleut adaları qrupuna, Siçovul adalarına daxil olan ada. Təxminən 35 km uzunluğa və 2,5 ilə 10 km enində malikdir. Adanın sahəsi 277,7 km²-dir. Adanın ən yüksək nöqtəsi Kiska vulkanıdır (1229,4 m). Vulkanda son püskürmə 1964-cü ildə müşahidə edilmişdir. Daimi əhali yoxdur. == Tarix == Ada 25 oktyabr 1741-ci ildə Georg Steller tərəfindən açılmışdır. 1758-ci ilin avqustunda "St.
Kubik Rubik
Rubik kubu (danışıq variantı Kubik Rubik, ilk vaxtlar Sehrli kub kimi tanınırdı) — daha kiçik ölçülü 27 kubdan ibarət, xaricdən görünməyən oxlar ətrafında fırlana bilən plastmas kub. Hər bir tərəfdəki 9 kvadrat 6 rəngdən biri ilə boyanır. Adətən qarşı-qarşıya dayanan rənglər: ağ-sarı, göy-yaşıl, qırmızı-narıncı olur. Ümumilikdə 54 rəngli kvadratdan ibarətdir. Kubun tərəflərinin döngəsi rəngli kvadratları müxtəlif üsullarla düzməyə imkan yaradır. Oyunçunun vəzifəsi kubun tərəflərini fırladarkən onu elə bir vəziyyətə qaytarmaqdır ki, hər bir tərəf eyni rəngli kvadratlardan ibarət olsun. == Tarixi == Rubik Kubu 1974-cü ildə macar heykəltəraşı və arxitektura müəllimi Ernö Rubik tərəfindən ixtira edilmiş mexaniki tapmacadır. 1975-ci ildə HU170062 nömrəli Macar patentini alan Rubik beynəlxalq patent üçün müraciət etməyib. 1977-ci ilin sonunda ilk yoxlama istehsalı edilmiş və Budapeştdəki oyuncaq mağazalarına paylanılmışdır. Bu gün Rubik Kubu və Ernö Rubikin digər tapmacalarının hüquqları Ernö Rubikin dostu – Tom Kremerin artıq 40 ildir ki, sahib olduğu Seven Towns Ltd.
Kubik funksiya
Cəbrdə kubik funksiya f ( x ) = a x 3 + b x 2 + c x + d , {\displaystyle f(x)=ax^{3}+bx^{2}+cx+d,\,} f ( x ) = 0 {\displaystyle f(x)=0} olarsa, kubik funksiya a x 3 + b x 2 + c x + d = 0. {\displaystyle ax^{3}+bx^{2}+cx+d=0.\,} Bu tənliyin həlləri f ( x ) {\displaystyle f(x)} çoxhədlisinin kökləri adlanır Əgər a , b , c {\displaystyle a,b,c} və d {\displaystyle d} sabitləri həqiqi ədədlərdirsə, o zaman bu tənliyin ən azı bir həqiqi kökü vardır (Bu, bütün tək dərəcəli çoxhədlilər üçün doğrudur). Kubik funksiyanın bütün kökləri cəbri yolla tapıla bilər. Köklər həmçinin triqonometrik yolla da tapıla bilər. Alternativ olaraq köklər Nyuton metodunun köməyi ilə də tapıla bilər. Sabitlər kompleks ədəd olmaya da bilər. Həllərin sabitin aid olduğu sahəyə aid olması vacib deyil. Məsələn sabitləri rasional ədədlər olan kubik funksiyaların kökləri irrasional hətta həqiqi olmayan kompleks ədələr də ola bilər. == Kub funksiyanın böhran nöqtələri və bükülmə nöqtəsi == Funksiyanın böhran (kritik) nöqtələri x`in elə qiymətləridir ki orada funksiyanın toxunanı 0`dır. f(x) = ax3 + bx2 + cx + d funksiyasının böhran nöqtələri x`in elə qiymətində təyin olunur ki, o qiymətdə funksiyanın birinci törəməsi 0 olsun: 3 a x 2 + 2 b x + c = 0.
Kubik sinqoniya
Kubik sinqoniya — ali kateqoriyalı kristalloqrafik sinqoniya. Bir-birinə perpendikulyar və eyni ölçü vahidinə malik üç kristalloqrafik oxla səciyyələnir (α=β=γ=90°, α=b=c). Kubik sinqoniya kristallarında məchul həndəsi sabit yoxdur. Kubik sinqoniya kristallarının fəza şəbəkəsində elementar özək kubdur. 5 sinfi var. Bunların hər birində 4 üçlük simmetriya oxunun (4L³) iştirakı zəruridir. Kubik sinqoniya kristalları elektrik və istilikkeçirmələrinə, həmçinin optik xassələrinə görə izotropdur. == Həmçinin bax == Polidimit == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006. Кубик сингонија // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә].
Yan Kubiş
Yan Kubiş (çex. Jan Kubiš; 24 iyun 1913[…], Dolni Vilemovice[d][…] – 18 iyun 1942[…], Praqa[…]) — İkinci Dünya müharibəsi illərində Çexoslovakiya ordusunun rotmistrı, Antropoid əməliyyatının iştirakçısı. Əməliyyat zamanı Bohemiya və Moraviyanın nasist rəhbəri Reynhard Heydrix məhv edilib. Çexoslovakiya Sosialist Respublikasının Milli Qəhrəmanı. Milliyyəti çex idi. == Həyatı == 24 iyun 1913-cü ildə Trebiç yaxınlığındakı Dolni Vilemovice şəhərində Frantişek Kubiş və Kristina Mikiskovanın ailəsində anadan olub. Atası əslən Horni-Radslavitzdən idi. O, fabrikdə ayaqqabı ustası işləyirdi, bacısı Aloisiya Lişkovaya məxsus olan 14 nömrəli evdə yaşayırdı. Yan dörd uşağın ikincisi idi. Anası Kristina Mikiskova 1920-ci ildə vəfat etdi (Yan altı yaşında idi).
Kiçik Kiska adası
Kiçik Kiska adası (ing. Little Kiska Island) — Aleut adaları qrupuna, Sıçovul adalarına daxil olan kiçik ada. Kiska adasından şərqdə yerləşir Adanı Fyodor Litke tərəfindən adlandırılmışdır. == Tarixi == Digər Aleutlar adaları kimi Kiçik Kiska adası 1741-ci ildə Böyük Şimal Ekspedisiyası zamanı kəşf edilmişdir. İkinci dünya müharibəsi zamanı kiska adasıı ilə birlikdə 1942-ci ildə ada yaponlar təşkil edilmişdir.