Yan Kubiş

Yan Kubiş (çex. Jan Kubiš; 24 iyun 1913[1][2][…], Dolni Vilemovice[d][1][2][…]18 iyun 1942[3][4][…], Praqa[5][1][…]) — İkinci Dünya müharibəsi illərində Çexoslovakiya ordusunun rotmistrı, Antropoid əməliyyatının iştirakçısı. Əməliyyat zamanı Bohemiya və Moraviyanın nasist rəhbəri Reynhard Heydrix məhv edilib. Çexoslovakiya Sosialist Respublikasının Milli Qəhrəmanı. Milliyyəti çex idi.

Yan Kubiş
çex. Jan Kubiš
Şəxsi məlumatlar
Doğum tarixi 24 iyun 1913(1913-06-24)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 18 iyun 1942(1942-06-18)[3][4][…] (28 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Dablisk qəbiristanlığı[d]
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Xidmət illəri 1940-cı ildən
Rütbəsi çavuş[1]
Döyüşlər
Təltifləri 1939–1945 hərbi xaçı Czechoslovak War Cross 1939–1945 Commemorative medals of the Czechoslovak army abroad Czechoslovak Military Order for Freedom Milan Rastislav Stefanik Order
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

24 iyun 1913-cü ildə Trebiç yaxınlığındakı Dolni Vilemovice şəhərində Frantişek Kubiş və Kristina Mikiskovanın ailəsində anadan olub. Atası əslən Horni-Radslavitzdən idi. O, fabrikdə ayaqqabı ustası işləyirdi, bacısı Aloisiya Lişkovaya məxsus olan 14 nömrəli evdə yaşayırdı. Yan dörd uşağın ikincisi idi. Anası Kristina Mikiskova 1920-ci ildə vəfat etdi (Yan altı yaşında idi). Frantisek artıq dörd övladı olan Mariya Dusikova (qız soyadı Çexova) ilə ikinci dəfə evləndi. Frantisek dörd il nikahda, Vilemovicedəki 71 nömrəli evdə yaşadı.

Yan məktəbi bitirdikdən sonra Rudikov şəhərində təsərrüfat işçisi kimi işə düzəldi. Daha sonra kərpic zavoduna keçdi və orada anbarçı oldu. Orada “Qartal” gənclər hərəkatına qoşuldu.[6]

1935-ci ilin oktyabrında Çexoslovakiya ordusuna çağırıldı və Jihlavada 31-ci "Artso" piyada alayında xidmət etdi. Hərbi məktəbi bitirdikdən sonra komandir (kiçik serjant) rütbəsinə yüksəldi və Znoymoya göndərildi. Daha sonra Opavadakı 34-cü "Yan Çepek atıcıları" alayına yazıldı. Daha sonra Yan Cakartovitsidə təhlükəsizlik batalyonunda xidmət etdi.

19 oktyabr 1938-ci ildə o, üç illik xidmətdən sonra tərxis olundu və Vilemoviceyə qayıtdı. O yenidən kərpic zavodunda anbarçı kimi işləməyə davam etdi.[7][8]

Müharibə illərində

[redaktə | mənbəni redaktə et]
Yan Kubişin doğulduğu ev, hazırda muzeydir

Çexoslovakiyanın işğalından sonra nasistlərin təqibindən qaçan Yan Kubiş 1939-cu il iyunun 16-da qanunsuz olaraq Polşa sərhədini keçir. Krakovda yerli hakimiyyət orqanları ilə görüşdükdən sonra Polşadakı Çexoslovakiya legionuna qoşulur. Burada o, slovakiyalı Yozef Qabçiklə tanış olur. 1939-cu ilin iyulunda Malye Bronovitsi düşərgəsində qısamüddətli xidmətdən sonra onlar birlikdə Əlcəzairə yola düşürlər. Burda onlar avqustun 2-də Fransa Xarici Legionuna daxil olurlar. Yan Kubiş Kolom Beşar və Sidi Bel Abbes qarnizonlarında 1-ci təlim alayında xidmətə başlayır. O orada olanda İkinci Dünya müharibəsi başlayır. Yan Fransaya Aqd şəhərinə göndərilir. Burda o, 2-ci Piyada Alayında xidmətə başlayır. Bu alayın sıralarında o, Luarada döyüşmüş, buna görə Fransız Hərbi Xaçı ilə təltif edilmişdir. 22 dekabr 1939-da o, Fransa ordusunda baş serjant rütbəsinə yüksəldi.[7]

13 iyul 1940-cı ildə fransız qoşunlarının məğlubiyyətindən sonra Yan Kubiş Böyük Britaniyaya təxliyə edildi. Burda o, qarışıq briqadanın 1-ci Çexoslovakiya piyada batalyonuna qoşuldu. 1941-ci ilin martında rotmistrlərin qısa kursunu bitirdikdən sonra rotmistr rütbəsi aldı (gizirlər Çexoslovakiya ordusunda zabitlər sırasına aid idi).

1940-cı ilin dekabrından Yan xüsusi təyinatlıların təlimi üçün kurslara daxil oldu. 1941-ci il avqustun 15-dən dekabrın 27-dək Kubiş xüsusi təyinatlıların kurslarını keçərək özünümüdafiə üsullarını öyrənir, avtomobil və partlayıcı maddələrlə davranmağı öyrənirdi. Yan Kubiş təlim zamanı yaralanan başqa bir əsgər Karel Svobodanın əvəzinə Antropoid təxribat qrupuna daxil edildi.

Çexoslovakiyada fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Ölkəyə gəlməsi

[redaktə | mənbəni redaktə et]

Yan Kubiş 1941-ci il dekabrın 29-da Otto Strnad adına saxta sənədlərlə almanlar tərəfindən işğal olunmuş Çexiya ərazisinə endi. Kubişin də iştirak etdiyi xüsusi əməliyyatın məqsədi almanlar tərəfindən işğal olunmuş Çexiya ərazisində yaradılmış Bohemiya və Moraviya protektoratının rəhbəri Reynhard Heydrixin məhv edilməsi oldu.

Heydrixin həyatına sui-qəsd Edvard Beneşin Çexoslovakiyanın “sürgündə olan hökumət”i tərəfindən Britaniya "Xüsusi Əməliyyatlar İdarəsinin" iştirakı ilə planlaşdırılmışdı və "Müqavimətin" nüfuzunu artırmağa yönəldilmişdi. Eyni zamanda, almanların cəza tədbirləri qaçılmaz idi, lakin güman edilirdi ki, onlar da öz növbəsində əhalinin işğalçılara qarşı müqavimətini artıracaq.[9][10] "Antropoid" adlanan əməliyyatın birbaşa icraçıları ingilislər tərəfindən hazırlanan agentləri Yozef Qabçik və Yan Kubiş oldu.[11]

Kubiş Çexoslovakiyaya hava yolu ilə gəldi. Lakin pilot xətası ucbatından Yan mərkəzi Bohemiyanın Neqvizdı kəndi yaxınlığında deyil, 100 kilometr aralıda, Eypovitsə (oradan Pilsenə çox da uzaq deyildi) eniş etdi.[12] Yan adamları ilə əlaqə saxlamağa və Heydrixi məhv etməyə çalışmaq üçün Pilsendə məskunlaşmalı oldu.

Bəzi digər paraşütçülər "Kennonberri" əməliyyatında iştirak etdilər, bu müddət ərzində Pilsendə Heydrixi məhv etməyə cəhd edildi. Tezliklə Kubiş qohumları ilə əlaqə saxladı. Yanın qardaşlarından biri ona hərbi forma tikdirdi, Yan tezliklə Reyxin əsas simalarından olan Heydrixi məhv etmək tapşırığını yerinə yetirməyə getdi.[13]

Heydrixə sui-qəsd və həlak olması

[redaktə | mənbəni redaktə et]
Praqadakı Kiril və Mefodiy kafedralında Yan Kubişin qoyulmuş büstü

27 may 1942-ci ildə Kubiş İosif Qabçiklə birlikdə Kobylisski döngəsində Liben yaxınlığında Heydrixi gözləyirdi.[14] Yozef və Yan tapançalarla silahlanmışdılar. Bundan əlavə, Yan ingilis istehsalı 73 qumbarasına, Yosef isə STEN MK FF 209 avtomat silahına sahib idi. Heydrx saat 10:32-də üstü açıq avtomobildə döngəni dönərkən (cangüdənlər olmadan, yalnız bir sürücü ilə hərəkət etməyi üstün tuturdu) Qabçik Heydrixi güllə-baran etməyə çalışdı, lakin avtomat silahının çaxmağı ilişib qaldığından atəş aça bilmədi.[15] Heydrix sürücüyə maşını saxlamağı əmr etdi və xidməti silahını çıxartdı.[16]Kubiş vaxtında gəlib çatdı. Belə ki, o Heydrixin maşınına tərəf qumbara atdı. Amma düz atmadığından qumbara maşının sağ arxa təkəri arxasında partladı. Qabırğası qırılan və dalağı partlayan Heydrix (dalağına bir metal parçası və avtomobil oturacağının döşəməsinin bir parçası sancılmışdı) maşından düşdü, lakin çox keçmədən yerə sərildi. Sui-qəsd hadisəsi baş verən vaxt oradan keçən çex polisinin yük maşını tərəfindən Reynhard Bulovka hospitalına çatdırıldı.[17][18] Partlayış zamanı qırıntılar Yanı yaraladı: onlardan biri onun sol gözünün üstünü zədələdi. Günorta saatlarında Heydrix əməliyyat olundu. Cərrah onun zədələnmiş dalağını çıxardı.[19] Mayın 27-də Himmlerin şəxsi həkimi Karl Qebhard hospitala gəldi. O, xəstəyə böyük dozada morfin təyin etdi.[20] İyunun 3-də səhər saatlarında Heyrixin vəziyyətinin yaxşılaşması barədə məlumat gəldi, amma günorta saatlarında o, komaya düşdü və ertəsi gün öldü. Ölümün səbəbi kimi "septik orqan çatışmazlığı" qeyd edildi.[21] 1972-ci ildə ölüm səbəbi "anemik şok" göstərildi. Son diaqnoz bu günə qədər hələ də qoyulmayıb.[22]

Britaniya agentlərinin gizlədikləri yer (Çexiya və Slovakiya Pravoslav Kilsəsinin Praqadakı Kiril və Mefodiy kafedral kilsəsi), müqavimət hərəkatının iştirakçısı paraşütçü Karel Çurdanın xəyanəti nəticəsində Gestapoya məlum oldu.[23] İyunun 18-də kilsəyə basqın oldu. Döyüş zamanı Adolf Opalka və Yosef Bublik ilə birlikdə Yan kilsədə keşişə ayrılmış yerdən atəş açırdı. Düşmən qumbarasının partlamasından sonra ağır yaralanan Kubiş huşunu itirərək, digər altı desantçı kimi intihar edə bilmədi. Xəstəxanaya gedən yolda əsir Yan özünə gəlmədən qanaxma nəticəsində öldü.[24] Daha sonra kafedral kilsənin bütün keşişləri, Praqa Qorazd yepiskopu və Çex Pravoslav Kilsəsinin digər ruhaniləri güllələndilər. Çex Pravoslav Kilsəsinin özü isə qadağan edildi.

Yeddi paraşütçünün hamısının cəsədi yarılma və şəxsiyyətinin müəyyən edilməsi üçün Almaniya Məhkəmə Tibb İnstitutuna aparıldı. Yan Kubiş Dyablicadakı kütləvi məzarlıqda dəfn edildi. 1942-ci ildə ona ölümündən sonra piyada leytenantı (leytenantı) hərbi rütbəsi verildi.

Nasistlərin qisası

[redaktə | mənbəni redaktə et]

Heydrixin ölümü günü nasistlər çex əhalisinə qarşı kütləvi terror kampaniyasına başladılar. Nasisitlər Heydrixi aradan götürənlərin harada olduğunu bilən və onların yerini deməyən hər kəsin bütün ailə üzvləri ilə birlikdə güllələnəcəyini elan etdilər. Praqada kütləvi axtarışlara başlanıldı. Bu axtarışlar zamanı evlər və mənzillərdə sığınan müqavimət üzvləri, yəhudilər, kommunistlər və digər təqib olunan kateqoriyalı şəxsləri müəyyən edildi. 1331 min çex o, cümlədən 201 qadın güllələndi.[25]

1942-ci il iyunun 9-da Heydrixin dəfni günü qisas olaraq Lidiçe kəndi məhv edildi.[26] 16 yaşdan yuxarı bütün kişilər (172 nəfər) yerindəcə güllələndi, 195 qadın Ravensbrük həbs düşərgəsinə göndərildi, uşaqlar Litzmannstadt (alm. Umwandererzentralstelle Litzmannstadt‎) şəhərinin Miqrantlar Mərkəzi İdarəsinə aparıldı (Alman Umwandererzentralstelle Litzmannstadt) və sonradan alman ailələrinə paylandı və hələ də onların əksəriyyəti haqda məlumat yoxdur.[27]

Yanın bütün ailəsi də repressiyaya uğradı. Qohumlarının çoxunun yaşadığı Dolnya və Qornji Vilemovicedən 250-yə yaxın adam həbs edildi. Onlar dərhal Mauthauzen həbs düşərgəsinə göndərildi. 24 oktyabr 1942-ci ildə bu ailənin demək olar ki, bütün nümayəndələri, eləcə də İosif Valçikin bütün qohumları güllələndi:[7]

  • Frantişek Kubiş (1887-ci il təvəllüdlü), Yanın atası
  • Rudolf Kubiş (1912-ci il təvəllüdlü), Yanın qardaşı
  • Mariya Kubişova (1912-ci il təvəllüdlü), Yanın ögey anası
  • Frantiska Pravcova, qız soyadı Kubişová (1915-ci il təvəllüdlü), Yanın bacısı
  • Rudolf Pravieç (1912-ci il təvəllüdlü), Frantişkanın əri
  • Yaroslav Kubiş (1916-cı il təvəllüdlü), Yanın qardaşı
  • Mariya Kubişova (1920-ci il təvəllüdlü), Yanın ögey bacısı
  • Vlasta Kubisova (1924-cü il təvəllüdlü), Yanın ögey bacısı
  • Jitka Kubişova (1925-ci il təvəllüdlü), Yanın ögey bacısı
  • Aloisiya Kubişova, qız soyadı Lişkova (1881-ci il təvəllüdlü), Yanın xalası
  • Anezka Liskova, Yanın əmisi oğlu
  • Yozef Lişka, Yanın əmisi oğlu
  • Yan Lapeş (1909-cu il təvəllüdlü), Yanın əmisi oğlu

Yalnız bir neçə nəfər möcüzə nəticəsində sağ qaldı: ögey anası Mariya, Yanın ögey qardaşı kiçik Frantişek Kubiş (1928-ci il təvəllüdlü) və qızı Anezka Lişkova, həmçinin Rudolf Pravets və Rudolf Kubişin oğulları.

Rudikovda divara vurulmuş Yan Kubişin xatirə lövhəsi

1945-ci ildə Yan Kubiş ölümündən sonra piyada kapitanı hərbi rütbəsinə, 30 iyun 2002-ci ildə polkovnik rütbəsinə layiq görüldü. Praqanın 8-ci məhəlləsində, ölüm yerindən bir qədər də uzaq olmayan küçəyə onun adı verilib. Həmçinin, onun adına Trebiçe, Pardubiçe və digər şəhərlərdə küçələr adlandırılıb. Rudikovda Yan Kubiş adı ilə xatirə lövhəsi qoyulub[28][29] və digər oxşar lövhə Praqanın Resslova küçəsindəki kilsədə asılıb.

Dolnja Vilemoviçedə müharibə qurbanlarına abidə ucaldılıb. Burada Kubişin də adı var. Orada da xatirə lövhəsi qoyulub, kiçik muzey təşkil edilib. Yeni ekspozisiya açmaq üçün 79 nömrəli ev fəal şəkildə bərpa olunur. Yanın doğma kəndində xatirə lövhəsi ucaldılmış, xatirə abidəsi açılıb.[30][31]

Onun şəxsi əşyaları və paraşütçülərin bəzi əşyaları Müqəddəs Kiril və Mefodi kilsəsində Milli Qəhrəmanlar Memorialına daxil edilmiş Zizkov Hərbi Muzeyində sərgilənir.

1992-ci ildə Çexiya Postu Antropoid əməliyyatına həsr olunmuş Qabçik və Kubişin portretləri olan poçt markası buraxıb.[32]

27 may 2009-cu ildə Praqada sui-qəsd cəhdinin olduğu yerdə Antropoid əməliyyatı iştirakçılarının şərəfinə ucaldılmış abidənin açılışı oldu.[33]

2010-cu ildə Kiril və Mefodiy Praqa Pravoslav Katedralında 1995-ci ildə açılan Yan Kubişin də olduğu yeddi çexoslovak paraşütçünün şücaətinə həsr olunmuş ekspozisiya yeniləndi.[34]

Heydrixə qarşı sui-qəsd cəhdi hadisələri əsasında bir neçə bədii film, o cümlədən Ceymi Dornanın Yan Kubiş rolunu oynadığı Antropoid (2016, Böyük Britaniya, Çexiya, Fransa) filmi çəkilib.

2017-ci ildə çəkilmiş "Himmlerin Beyni Heydrix adlandırılır" filmdə Kubiş rolunu britaniyalı aktyor Cek O'Konnell canlandırıb.

2017-ci ilin may ayında Çexiya Poçtu Antropoid əməliyyatına həsr olunmuş kuponlarla xüsusi xatirə möhür vərəqi (blok) buraxdı. Burada paraşütçülərin endiyi Britaniya təyyarəsi "Handley Page Halifax", Heydrixin partladılmış avtomobili, Qabçikin "STEN" avtomatı, Kubişin qumbarası, Kiril və Mefodiy Praqa Katedralının güllələnmiş pəncərələri və faşistlər tərəfindən dağıdılmış Lidice kəndinin - simvolları gül və tikan təsvir edilmişdir. Marka vərəqinin müəllifi rəssam Karel Zemandır. Tirajı 45.000 ədəd olub.[32]

24 may 2017-ci il tarixində Çexiya Milli Bankı 200 CZK nominalında (diametri 31 mm, çəkisi 13 q) xatirə gümüş sikkəsini dövriyyəyə buraxdı. Sikkənin üz hissəsində “ČESKÁ REPUBLIKA” və “200 Kč” yazıları olan Heydrixin partlayış nəticəsində zədələnmiş avtomobilinin bir hissəsi təsvir edilib. Sikkənin arxa tərəfində Kiril və Mefodiyin kilsəsinin güllə ilə deşik-deşik pəncərəsi və hücumçuların köməyi ilə zirzəmiyə su vurulan yanğın şlanqları təsvir olunub. Arxa tərəfin aşağı hissəsində “OPERACE ANTHROPOID”, “1942-2017” yazıları və sikkənin tərtibatçısı İrena Hradetskayanın baş hərfləri – iç-içə “I” və “H” hərfləri əks edilib.[35]

  1. 1 2 3 4 5 6 7 8 Databáze Vojenského historického archivu.
  2. 1 2 3 4 The Fine Art Archive. 2003.
  3. 1 2 https://ipsofactodotme.wordpress.com/2014/01/03/hhhh-2/.
  4. 1 2 http://www.thefewgoodmen.com/thefgmforum/threads/interesting-facts-and-stories.6590/page-10.
  5. 1 2 http://www.assassinationinfo.com/timeline.htm.
  6. KÖSSL, Jiří; KRÁTKÝ, František; MAREK, Jaroslav. Dějiny tělesné výchovy II.. Praha : Olympia, 1986. Kapitola Podíl českých organizací.. na boji proti fašismu, s. 178.
  7. 1 2 3 Jan Kubiš Arxivləşdirilib 2012-11-02 at the Wayback Machine, obec Dolní Vilémovice
  8. Jan Kubiš Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine, obec Dolní Vilémovice (PDF)
  9. Хёне, Хайнц. Глава 15. СС и немецкое движение сопротивления // Черный орден СС. История охранных отрядов. М: Олма-Пресс. 2003. 542. ISBN 5-224-03843-X.
  10. Jaggers, R. C. "The Assassination of Reinhard Heydrich". CIA. 22 сентября 1993. 2018-03-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-06-19.
  11. Calic, 1985. səh. 254
  12. Operace Antropoid, díl 4/10, CRo 3, rozhlas.cz, 2009
  13. Dějiny tělesné výchovy II., str. 178
  14. Bryant, 2007. səh. 175
  15. Steven Lehrer. id=ahrZF9pAZJ0C&pg=PA13&pg=PA84 Wannsee house and the Holocaust (#bad_url). McFarland. 2000. 84. ISBN 9780786407927. (#missing_pipe)
  16. Батлер Р. Гестапо: история тайной полиции Гитлера / Пер. с англ. В. Феоклистовой — М.: Эксмо, 2006. — С. 108. — ISBN 5-699-15081-1
  17. Williams, 2003. səh. 155
  18. Steven Lehrer. Wannsee house and the Holocaust. McFarland. 2000. 85. ISBN 9780786407927.
  19. Defalgue, Ray J., Wright, Amos J. The Puzzling Death of Reinhard Heydrich (PDF) // Bulletin of Anesthesia History . 27 (1). январь 2009.
  20. Williams, 2003. səh. 165
  21. Höhne, 2000. səh. 495
  22. Defalgue, Ray J., Wright, Amos J. The Puzzling Death of Reinhard Heydrich (PDF). . 27 (1). Bulletin of Anesthesia History. январь 2009.
  23. Cowdery, Ray R.; Vodenka, Peter. Reinhard Heydrich: Assassination. Lakeville, MN: Victory WW2 Publishing Ltd. 1994. ISBN 978-0-91066-7-425.
  24. McDonald, Callum. The Killing of Reinhard Heydrich: The SS Butcher of Prague. New York City: Da Capo. 1989. 239. ISBN 978-0-306-80860-9. OCLC 722860441.
  25. Ширер, У. Смерть Гейдриха и уничтожение Лидице // Взлёт и падение Третьего рейха. 2. М: Захаров. 2009. səh. 704. ISBN 978-5-8159-0922-9.
  26. Gerwarth, 2011. səh. 280
  27. Ширер, Уильям. Смерть Гейдриха и уничтожение Лидице // Взлёт и падение Третьего рейха. 2. М: Захаров. 2009. səh. 704. ISBN 978-5-8159-0922-9.
  28. Stalo se tenkrat Arxivləşdirilib 2010-11-25 at the Wayback Machine Rudíkov
  29. Spolek pro vojenská a pietní místa: Rudíkov Arxivləşdirilib 2007-08-21 at the Wayback Machine
  30. Dolní Vilémovice veřejná sbírka Arxivləşdirilib 2012-06-09 at the Wayback Machine, citováno 12. května 2012
  31. Spolek pro vojevská a pietní místa: Dolní Vilémovice Arxivləşdirilib 2007-08-21 at the Wayback Machine, Jan Kubiš Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine
  32. 1 2 Каймаков, А. "Марка к 75-летию операции "Антропоид"". Ru:Radio Praha. Русская служба. 2017-05-17. 2018-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-10.
  33. Чеканова, А. "Памятник операции "Антропоид": лучше поздно, чем никогда". Ru:Radio Praha. 2009-05-27. 2011-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-06-26.
  34. Каймаков, А. "Открыта новая экспозиция, посвященная подвигу чехословацких парашютистов, совершивших покушение на Гейдриха". Ru:Radio Praha. Русская служба. 2010-02-06. 2018-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-21.
  35. "Commemorative silver coin to mark the 75th anniversary of Operation Anthropoid". Ru:Чешский национальный банк. 2017-05-24. 2018-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-12.
  • ČVANČARA, Jaroslav. Heydrich. České Budějovice : Gallery, 2004. ISBN 9788086990972.
  • ČVANČARA, Jaroslav. Někomu život, někomu smrt (1941 - 1943). Praha : Laguna, nakladatelství a vydavatelství, 2003. ISBN 978-80-86274-81-2.
  • LÁNÍK, Jaroslav a kolektiv. Vojenské osobnosti československého odboje 1939-1945. Praha : Ministerstvo obrany ČR-AVIS, 2005. ISBN 80-7278-233-9.
  • REICHL, Martin. Cesty osudu. Cheb : Svět křídel, 2004. ISBN 80-86808-04-1.
  • Bryant, Chad Carl. Prague in Black: Nazi Rule and Czech Nationalism. Cambridge, MA: Harvard University Press. 2007. ISBN 978-0-674-02451-9.
  • Burian, Michal; Knížek, Aleš; Rajlich, Jiří; Stehlík, Eduard. Assassination: Operation ANTHROPOID, 1941–1942. Prague: Ministry of Defence of the Czech Republic. 2002. ISBN 978-8-07278-1-584.
  • Höhne, Heinz. The Order of the Death's Head: The Story of Hitler's SS. London: Penguin. 2000 [1969]. ISBN 978-0-14-139012-3.
  • Williams, Max. Reinhard Heydrich: The Biography, Volume 2—Enigma. Church Stretton: Ulric Publishing. 2003. ISBN 978-0-9537577-6-3.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]