Pyotr Kurışko (1894, Rusiya imperiyası – 1921, Dedoplistsğaro rayonu) — Sovet Rusiyasının hərbi xadimi, Rusiya vətəndaş müharibəsində və Gəncə üsyanının yatırılmasında iştirak edib.[1]
Pyotr Kurışko | |
---|---|
rus. Петр Васильевич Курышко | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Ostradovka kəndi, Don vilayəti Rusiya İmperiyası |
Vəfat tarixi | (26 yaşında) |
Vəfat yeri | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Qızıl Ordu |
Xidmət illəri | 1918-1921 |
Döyüşlər | Gəncə üsyanı |
25 oktyabr 1894-cü ildə Don vilayətinin Ostradovka kəndində anadan olub. 3-cü sinifə qədər təhsil alıb. 1915-ci ildə orduya çağırılır və Yekatirinodarda yerləşən süvari hissələrinin birində xidmətə başlayır. 1917-ci ildə xidmətdən sonra öz kəndinə qayıdıb 1918-ci ildə Qırmızı ordunun Aleksandrovskiy eskadronunda xidmətə başlayır. 1919-cu ildə 400 atlısı olan süvari dəstəyə rəhbərlik edir. 13 iyul 1919-cu ildə onun dəstəsi I Kuban süvari alayı adlandırılır. 6 noyabr 1919-cu ildə döyüşlərdə fərqləndiyinə görə Qırmızı bayraq ordeni ilə təltif olunur. 18-ci süvari diviziyasının komandiri kimi o 1920-ci ildə Gəncə üsyanının yatırılmasında iştirak edir. Üsyan zamanı Yelenendorf istiqamətində yaralanır. 1920-ci ilin yay və payız aylarında daşnak əksinqilabçılarına qarşı döyüşən Zəngəzur dəstəsinə rəhbərlik edib.
1920-ci ilin noyabrın axırında Ermənistanın şimal bölgələrində bolşeviklər üsyan qaldırırlar. Onlara dəstək üçün tərkibində 18-ci süvari diviziyanın da olduğu XI Qızıl Ordu bölgəyə gedir. Pyotr Kurışko burada 20-ci atıcı diviziyanın komandiri Mixail Velikanovun müavini təyin olunur. 1921-ci ildə Gürcüstanın bolşeviklər tərəfindən işğalında iştirak edir. Gürcüstanın Dedoplistskaro bölgəsində ürəyindən aldığı güllə yarası ilə dünyasını dəyişib.