Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kvetera
Kvetera (gürc. კვეტერა) — Gürcüstanın Kaxetiya ölkəsində Axmeta bələdiyyəsi ərazisində tarixi qala-şəhər və kilsə. 1968-ci ildə qala ərazisində arxieloji qazıntılar aparılmış və burada Orta əsrlərə aid xeyli keramika nümunələri tapılmışdır. 2007-ci ildən UNESCO-nun beynəlxalq irs siyahısına daxil edilib. Qaladakı Kvetera kilsəsi X əsrin ikinci yarısında tikilib. Bu gürcü arxitekturası stilində çox da böyük olmayan kilsədir və üstü günbəzlə örtülüb. Kvetera şəhəri Kaxeti knyazlığının siyasi-dini mərkəzlərindən biri idi. Vaxuşti Baqrationiyə görə Kveteranın əsası ən geci VIII əsrdə qoyulub , bu şəhər XI əsr yazılı sənədlərində xatırlanır.
Vətər
Vətər - çevrənin iki müxtəlif nöqtəsini birləşdirən düz xətt parçası adlanır. Çevrənin mərkəzindən keçən vətərə diametr deyilir. Başqa sözlə ən uzun vətər elə diametrin özüdür. Vətər başqa adla xorda da adlanır. Vətərlə ayrılan çevrənin hissələrinə qövs deyilir. Eyni çevrənin qövsləri bərabərdirsə uyğun vətərlər də bərabərdir. Vətərə perpendikuliyar olan çevrə diametri onun əmələ gətirdiyi qövsləri və və vətərin özünü tən yarıya bölür. Bir çevrə daxilində istənilən kəsişən vətərlərin ikiyə bölünmüş hissələrinin hasilləri bir-birilərinə bərabərdir. Dairənin vətər və onun ayırdığı qövs arasında qalan sahəyə seqment (şətri işarəsi: ⌓)) deyilir.
Veter xətti
Veter xətti, veter cizgisi və ya kord xətti, aerofoilin hücum kənarı və stabilizatorun arxa tərəfindən keçən xəttdir. Hücum kənarı və stabilizatorun arxa tərəfi arasındakı məsafəyə veter uzunluğu deyilir. Aerofoildən asılı olaraq veter xəttinin bir hissəsi qanadda olmaya bilər. Aerodinamik mərkəzin yerləşdiyi nöqtəni özündə cəmləşdirən veterə orta veter deyilir. Orta veter uzunluğu bir çox hesablamada bir komponent olduğundan, təyyarələrin dizaynında və/və ya uçuş mexanikasının təhlilində böyük əhəmiyyət daşıyır.
Vətər (anatomiya)
Vətər (yun.tenon, lat.tendo) — əzələnin quruluş hissəsi. Əzələ liflərinin ucları nazikləşərək sərt kollagen birləşdirici toxuma ya vətər liflərinə keçirlər. Bir neçə vətər lifi toplaşaraq ilkin vətər dəstələri əmələ gətirir, bunların birləşməsindən ikinci dərəc bunlardan da üçüncü və dördüncü dərəcə dəstələr əmələ gəlir. Nəhayət son dəstələr toplaşaraq vətəri təşkil edirlər.
Peter Kremer
Peter Kremer (18 fevral 1958) — alman aktyor.
Kateter
Kateter (yun. καθíημιburaxmaq, düşürtmək) boşluqlu üzv və orqanlara: sidiklik, mədə, vena, arteriya, ürək, peridural boşluq, sinir kələfləri və s.) diaqnostik müayinə və müalicə məqsədilə yeridilmək üçün plastik, rezin ya silikon, şüşədən hazırlanmış müxtəlif ölçülü boru. Onun yeridilməsinə isə kateterizasiya deyilir.
Ketlər
Ketlər (rus. Кеты) - Rusiya Federasiyası Sibir Federal Dairəsinin Krasnoyarsk diyarının Yenisey vadisində yaşayan az saylı xalq. Ket xalqı tərəfindən danışılan Ket dili Yenisey dillərinə daxildir. Yenisey dillərinə daxil olan bütün dillər ölü dil siyahısına daxil olduğu halda, yalnız Ket dili ölü dil sayılmır. Ket dili bu gün iki yüzə yaxın insan tərəfindən danışılır. Ketlərin böyük bir qismi Pravoslavlıq məzhəbinə mənsubdurlar. Əhalinin kiçik bir qismi ənənəvi olaraq Şamanizm və Animizm təriqətlərinə etiqad edir. Son siyahıya alınmaya əsasən Ketlərin ümumi sayı 1.600 nəfərə yaxındır. Bu şəxslərdən cəmi 200 nəfəri ana dili kimi Ket dilindən istifadə edir.
Krater
Krater (vulkan) — Yer kürəsi və digər nəhəng səma cismlərinin səthi üzərində, bir neçə səbəbdən yaranan relyef forması. Krater (qab) — çaxır və suyu qarışdırmaq üçün antik qab.
Kretey
Kretey (fr. Créteil) — Parisdən 11.5 km aralıqda , Marna çayı üzərində yerləşən şəhər. 1965-ci ildən Val-de-Marn departamentin paytaxtı, eparxiyanın mərkəzi olan Kretey rayonun subprefekturasıdır. Əhalisi — 89,845 nəfər (2012), bir neçə böyük xəstəxana mövcuddur. İlk 865-ci ildə Kristoliy olaraq tanınıb. Paris ilə əsas nəqliyyat əlaqələri Paris Metrosunun 8 nömrəli dörd stansiyasıdır və şəhərin kənarında A və D RER xətlərinin stansiyası yerləşir.. Şəhər əhalisinin 24,4% -i yəhudilərdir.
Kvebek
Kvebek — Kanadada əyalət. Mərkəzi Kvebek şəhəridir. Kvebek Kanadanın ən böyük əyaləti olmaqla yanaşı, Kanadada yalnız fransız dilinin rəsmi dil olduğu yeganə əyalətdir.
Kvestor
Kvestor (lat. quaestor < quaerere — hərfi "soruşmaq", "araşdırmaq") — Qədim Romada magistrat ordinarlarından biri. İlk olaraq heçbir xüsusi xüsusi səlahiyyətə malik olmayan konsulun ümumi köməkçisi kimi, fəaliyyət göstərən kvestor vəzifəsi, sonralar komisiya tribununa seçilməyə başladıqdan sonra iki sahə: cinayət mühakiməsi hüququ və dövlət xəzinəsi və dəftərxanası idarəçiliyi üzrə ixtisaslaşaraq səlahiyyətləri artmağa başlamışdır. Lakin cinayət mühakiməsi hüququna rəhbərlik konsulun səlahiyyətlərinə daxil olduğu üçün kvestor ibtidai müayinə və sorğunu aparırdı (lat. quaestores parricidii). Roma Respublikası dövrünün ortalarında cinayət mühakiməsi hüququna rəhbərlik xalq yığıncağının əlində olduğu üçün kvestor səlahiyyəti bu imkanlardan məhrum olmuş olur, ancaq xəzinə və dəftərxana idarəçiliyi ilə məhdudlaşır. Onların vəzifəsi xəzinədarlıq (lat. pecuniam publicam custodire), gəlir-çıxar dəftərinin aparılmasından (lat. rationes referre) ibarət olur. Sonralar dövlət arxivlərinin mühafizəçisi olduqlarına görə magistrların qanuna sədaqət andları kvestorların önündə içilirdi.
Kvetta
Kvetta(puşt. کوټه — Pakistanın Bəlucistan əyalətinin mərkəzi. == Tarixi == Mahmud Qəznəvi 1001-1026-cı illərdə 17 dəfə Hindistana hücum etmişdi. Onun şimal və şimal-şərq torpaqlarını, yəni Kəşmir, Pəncab, Qucarat vilayətlərini Qəznəvi dövlətinə qatmış, Hindistandan çoxlu qənimət əldə etmişdi. Onun hücumları sırasında Kvettanın adı ilk dəfə çəkilir. Böyük Moqollar sülaləsinin hökmdarı Sultan Hümayun 1543-cü ildə Kvetta şəhərində dincəlmişdi. Mərkəzi Kvetta şəhəri olan Pakistanın Belucistan əyaləti Cənubi Asiyada ən qaynar nöqtələrdən biridir. Burada çoxlu sayda daxili və xarici ekstremist, "Əl-Qaidə" terror təşkilatının nümayəndələri yaşayırlar. Həmçinin ölkənin şimal-qərbində Qəbilə Zonası adlı yer yaradılıb. Artıq burada hökumət qanunları işləmir.
Sviter
Sviter- toxunma vasitəsi ilə düzəldilən geyim. Bədənin yuxarı hissəsini və qollarını əhatə etmək üçün nəzərdə tutulub. Bütün yaşlarda olan kişi, qadın və uşaqlar arasında populardır.
Kemer
Kəmər — Türkiyə Respublikası Antalya əyalətində rayon. Aralıq dənizi sahilində, Antalya əyalət mərkəzindən 40 km uzaqlıqda yerləşir. 1980-cı ildən etibarən sürətlə inkişaf edən Kəmər bölgəsi 1991-ci ildə rayon adı aldı və ölkə turizminin mühüm mərkəzlərindən birinə çevrildi. Rayonun şimalında Konyaaltı rayonu, qərbində və cənub-qərbində Kumluca rayonu, cənubunda, cənub-şərqində və şərqində isə Aralıq dənizi yerləşir == Adlandırılması == XX əsrin 10-cu illərində Köhnə kənd (Eski köy) xalqı, kəndi sellərdən qorumaq məqsədi ilə dağın ətəklərində 23 km uzunluğunda bənd hörmüşlər. Sonralar bu divara görə kəndi Kəmər adlandırmışlar == Tarixi == Kəmər rayonunun tarixi E.ə. 690-cı ilə dayanır. Tarixi Likiya şəhərləri olan Faselis, Olimpos, İdyros Kəmər rayonu ərazisində yerləşir. E.ə. 690-cı ildə Rodos kralı I Oleios tərəfindən Faselis şəhərinin əsası qoyuldu. Şəhərin qalıqları bu gündə qalmaqdadır.
Kədər
Kədər və ya qəm — mənfi duyğu və ya bədbəxt olmaq hissi.
Kəmər
Kəmər (geyim)
Kəvər
Yaşayış məntəqələri Kəvər (şəhər) — Qərbi Azərbaycanda (indiki Ermənistan Respublikası) Göyçə gölü sahilindən bir neçə km aralıda yerləşən şəhər. Kəvər rayonu — Qərbi Azərbaycanda (indiki Ermənistan Respublikası) Göyçə gölü sahilində rayon. Kəvar — İranın Fars ostanının şəhərlərindən və Kəvar şəhristanının mərkəzi Gavar (Təbriz) Bitkilər Kəvər (bitki) — kəvərkimilər fəsiləsinə aid bitki cinsi. Tikanlı kəvər — kəvərkimilər fəsiləsindən bitki növü. Digər Kabar — Xəzər tayfalarının tərkibinə daxil olan tayfa.
Qətər
Qətər (ərəb. قطر) və ya rəsmi adı ilə Qətər Dövləti (ərəb. دولة قطر) — Qərbi Asiyada dövlət. Qətər Ərəbistan yarımadasının şimal-şərqində Fars körfəzinə uzanan eyni adlı yarımadada yerləşir. Qurudan yalnız cənubda Səudiyyə Ərəbistanı ilə həmsərhəddir. Sudan şimalda Bəhreyn, şərqdə isə Birləşmiş Ərəb Əmirlikləri ilə sərhədə malikdir. Paytaxtı və ən böyük şəhəri Doha, ümumi sahəsi 11,581 kvadrat kilometr, əhalisinin sayı 2.5 milyon nəfərdən çoxdur. Monarxiya ilə idarə olunan Qətər artan neft qiymətləri və sahib olduğu təbii qaz ehtiyatları sayəsində adam başına düşən gəlirə görə dünyanın ən zəngin 6-cı ölkəsidir. == Tarixi == Qətərin ərazisi qədim dövrlərdən bəri yaşayış məskəni olub. Bu ölkənin adı Roma tarixçisi Böyük Plini (I əsr) tərəfindən də xatırlanır.
Sətər
Sətər — İranın Kirmanşah ostanının Sonqur şəhristanının Kolyai bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,284 nəfər və 354 ailədən ibarət idi.
Veber
Veber – Beynəlxalq vahidlər sistemində maqnit seli vahidi. Veber alman fiziki Vilhelm Eduard Veberin adı ilə adlandırılmış və ya ilə işarə olunur. Elə maqnit seli 1 Veber adlanır ki, həmin sel sıfradək azaldıqda, müqaviməti 1 olan konturda onun yaratdığı qısa müddətli cərəyan zamanı bu konturdan keçən elektrik yükü 1 kulon olsun. İnduksiyası 1 tesla olan bircinsli maqnit sahəsinə perpendikulyar qoyulmuş 1 müstəvi səthindən keçən maqnit seli də 1 Veberdir.
Vətən
Vətən — İnsanın anadan olduğu, dədə-babaların, qohum-əqrəbalarının yaşadığı, soykökü ilə bağlı olduğu ölkə və fərdi inkişaf zamanı bu ölkə ilə əlaqəli olan emosional məfhum. Vətənə bağlılıq insanlarda vətənpərvərlik ilə səciyyələndirilir.
Peter
Peter — ad. Peter Bartşi — İsveçrəli keçmiş üzgüçü. Peter Pokornı — Avstriya Birinci Liqa təmsilçilərindən olan Liferinq klubunda yarımmüdafiəçi Peter Qutyan — Slovakiyalı üzgüçü. Peter Stormare — isveçli aktrisa. Peter Farmer — Britaniyanın səhnə tərtibatçısı, teatr rəssamı və kitab illüstrisayıçısı. Peter Şmeyxel — Danimarkalı qapıçı.
Adlinda (krater)
Adlinda – Yupiterin təbii peyki Kallistoda yerləşən ən böyük üçüncü çoxqatlı struktur (zərbə krateri). Diametri təxminən 1000 kilometrdir. Kallistonun cənub yarımkürəsində yerləşir. Adını İnuit mifologiyasından almışdır. Nisbətən daha gənc olan böyük Lofn krateri Adlindanın üzərində yerləşir. Bu kraterin parlaq səthi Adlindanın səthinin 30%-ni tutur və onun ətraflı tədqiqini əngəlləyir. Lofn da zərbə krateridir.
Ajun Kurtər
Ajun Kurtər - türk coğrafiyaçısı, dəniz tədqiqatçısı və iqlimşünasdır. 1930-cu ildə İstanbulda anadan olmuşdur. Həmin şəhərdə orta məktəbə getmişdir. Sonra İstanbul Universitetinin Coğrafiya fakültəsinə daxil olub və 1955-ci ildə həmin fakültənin məzunu olmuşdur. Sonrada Coğrafiya ixtisasının aspirantı olmuşdur. İstranca dağlarının morfologiyası üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir. 1963-cü ildə coğrafiya üzrə elmlər doktoru olmuşdur. 5 ildən sonra isə "Kasqamo dairəsinin fiziki coğrafiyası" adlı dosentlik dərəcəsini almışdır. 1976-cı ildə professor, Coğrafiya fakültəsinin dekanı, fiziki coğrafiya kafedrasının isə rəhbəri olmuşdur. 1983-cü ildə İ.Ü.Dəniz Bilimləri və Coğrafiya İnstitutunundə dənizin fiziki və kimyası rəhbəri olmuşdur.
Alan Kalter
Alan Robert Kalter (21 mart 1943, Nyu-York, Nyu-York ştatı – 4 oktyabr 2021, Stamford) ― Amerika televiziya aparıcısı.