Kvetta

Kvetta(puşt. کوټه — Pakistanın Bəlucistan əyalətinin mərkəzi.

Kvetta
کوئٹہ
30°11′31″ şm. e. 67°00′25″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 1876
Sahəsi
  • 265,3 km²
Mərkəzin hündürlüyü 1.680 ± 1 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 1.001.205 nəf. (2017)
Rəqəmsal identifikatorlar
Telefon kodu +92 81
Digər
balochistan.gov.pk
Xəritəni göstər/gizlə
Kvetta xəritədə
Kvetta
Kvetta
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mahmud Qəznəvi 1001-1026-cı illərdə 17 dəfə Hindistana hücum etmişdi. Onun şimal və şimal-şərq torpaqlarını, yəni Kəşmir, Pəncab, Qucarat vilayətlərini Qəznəvi dövlətinə qatmış, Hindistandan çoxlu qənimət əldə etmişdi. Onun hücumları sırasında Kvettanın adı ilk dəfə çəkilir.

Böyük Moqollar sülaləsinin hökmdarı Sultan Hümayun 1543-cü ildə Kvetta şəhərində dincəlmişdi.

Mərkəzi Kvetta şəhəri olan Pakistanın Belucistan əyaləti Cənubi Asiyada ən qaynar nöqtələrdən biridir. Burada çoxlu sayda daxili və xarici ekstremist, "Əl-Qaidə" terror təşkilatının nümayəndələri yaşayırlar. Həmçinin ölkənin şimal-qərbində Qəbilə Zonası adlı yer yaradılıb. Artıq burada hökumət qanunları işləmir. Zonada yeddi "mini-dövlət" fəaliyyət göstərir. Zona terrorçuların sığınacaq yeri sayılır. Burada yaşayan taliblər bildirirlər ki, Pakistan və Əfqanıstan "islam normalarını pozurlar" və buna görə də onlara qarşı mübarizə gedir.

Kvetta dəniz səviyyəsindən 1685 metr hündürlükdə yerləşir.

Şəhərin illərə görə əhalisi[1]:

1961 1972 1981 1998 2012
106 633 158 026 285 719 565 137 842 410
  1. "Quetta" (ingilis). World Gazetteer. 2012-06-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-03-04.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]