Kvetera

Kvetera (gürc. კვეტერა) — Gürcüstanın Kaxetiya ölkəsində Axmeta bələdiyyəsi ərazisində tarixi qala-şəhər və kilsə.

Kvetera
კვეტერა
Xəritə
42°03′22″ şm. e. 45°05′58″ ş. u.HGYO
Ölkə
Yerləşir Axmeta
Tikilmə tarixi X əsr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1968-ci ildə qala ərazisində arxieloji qazıntılar aparılmış və burada Orta əsrlərə aid xeyli keramika nümunələri tapılmışdır.

2007-ci ildən UNESCO-nun beynəlxalq irs siyahısına daxil edilib.

Kverira qalasının planı.

Qaladakı Kvetera kilsəsi X əsrin ikinci yarısında tikilib. Bu gürcü arxitekturası stilində çox da böyük olmayan kilsədir[1][2] və üstü günbəzlə örtülüb.

Kvetera şəhəri Kaxeti knyazlığının siyasi-dini mərkəzlərindən biri idi. Vaxuşti Baqrationiyə görə Kveteranın əsası ən geci VIII əsrdə qoyulub [3], bu şəhər XI əsr yazılı sənədlərində xatırlanır.

  1. "Kvetera Church". 2019-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-16.
  2. ციციშვილი ირ., ქართული არქიტექტურის ისტორია, თბ., 1955.
  3. The Spiritual Treasure of Georgia, 2005 (ing.)