Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kuba
Kuba Respublikası (isp. República de Cuba) — bir ada dövləti. Havana Kubanın ən böyük şəhəri və ölkənin paytaxtıdır. Santyaqo de Kuba ikinci ən böyük şəhərdir. Kubanın şimalında ABŞ, qərbində Meksika, Baham adaları, cənubunda Kayman Adaları və Yamayka, cənub-şərqində Haiti və Dominikan Respublikası yerləşir. 28 oktyabr 1492 tarixində Xristofor Kolumb quruya çıxdı və hazırda Kubaya aid olan adada İspaniya Krallığı üçün haqq iddia etdi. 1898-ci ildə bitən İspaniya-Amerika müharibəsinə qədər İspaniyanın bir bölgəsi olaraq qaldı və 1902-ci ildə Birləşmiş Ştatlardan rəsmi istiqlaliyyət əldə etdi. Kuba 11 milyondan artıq insanın vətənidir və Qərb bölgəsində ən böyük əraziyə malik olmaqdan əlavə, ən sıx yerləşən ada millətidir. Ada, ətrafındakı sular tərəfindən ilıqlaşdırılmış bir tropik iqlimə sahibdir. Eyni zamanda Karib Dənizinin isti suları və adanın Meksika körfəzinə paralel yerləşməsi adanı qasırğalar üçün açıq hədəf vəziyyətinə gətirib.
Kumja
Kumja (lat. Salmo trutta) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin qızılbalıqkimilər dəstəsinin qızılbalıqlar fəsiləsinin qızılbalıq cinsinə aid heyvan növü. Nəsli kəsilmək üzrədir, pərakəndə yayılmış yarımnövdür. == Yarımnövləri == Salmo trutta aralensis — Aral kumjası Salmo trutta labrax — Qara dəniz kumjası Salmo trutta fario — Qızılxallı kumja Salmo trutta ciscaucasicus — Önqafqaz kumjası Salmo trutta ezenami — Eyzenam kumjası ? Ancaq Dağıstandakı Eyzenam gölündə yaşayır.
Yuja
Yuja (rus. Южа) — Rusiya Federasiyasında yerləşən şəhər, İvanovo vilayətinə daxildir.
Juja Konts
Juja Konts (tam adı: Juja Konts, mac. Zsuzsa Koncz; 7 mart 1946) — Macarıstan pop müğənnisi. Mahnılarının sözlərində bəzən ölkənin 1990-cı ilə qədərki siyasi sistemi hədsiz dərəcədə tənqid edilirdi. Bu mahnıların sözlərinin əsas müəllifi Yanoş Brudidir. Onun karyerası 1962-ci ildə Ki mit tud? istedad yarışmasında iştirakından sonra başlamışdı. O, illərdir müxtəlif orkestrlər və musiqiçilərlə, xüsusilə də İlliş orkestri və Yanoş Brudi ilə çalışır. 1970-ci illərdə xaricə, xüsusilə də Şərq bloku ölkələrinə, eləcə də Qərbi Almaniya, Fransa, ABŞ və Yaponiyaya bir neçə uğurlu turlar etmişdir. O, indi də Macarıstanda hədsiz məşhurdur və bəzi mahnıları macar folklorunun tərkib hissəsinə çevrilmişdir. Onların arasında "A Kárpáthyék lánya", "Ha én rózsa volnék" və "Valahol egy lány" də var.
Kuba Respublikası
Kuba Respublikası (isp. República de Cuba) — bir ada dövləti. Havana Kubanın ən böyük şəhəri və ölkənin paytaxtıdır. Santyaqo de Kuba ikinci ən böyük şəhərdir. Kubanın şimalında ABŞ, qərbində Meksika, Baham adaları, cənubunda Kayman Adaları və Yamayka, cənub-şərqində Haiti və Dominikan Respublikası yerləşir. 28 oktyabr 1492 tarixində Xristofor Kolumb quruya çıxdı və hazırda Kubaya aid olan adada İspaniya Krallığı üçün haqq iddia etdi. 1898-ci ildə bitən İspaniya-Amerika müharibəsinə qədər İspaniyanın bir bölgəsi olaraq qaldı və 1902-ci ildə Birləşmiş Ştatlardan rəsmi istiqlaliyyət əldə etdi. Kuba 11 milyondan artıq insanın vətənidir və Qərb bölgəsində ən böyük əraziyə malik olmaqdan əlavə, ən sıx yerləşən ada millətidir. Ada, ətrafındakı sular tərəfindən ilıqlaşdırılmış bir tropik iqlimə sahibdir. Eyni zamanda Karib Dənizinin isti suları və adanın Meksika körfəzinə paralel yerləşməsi adanı qasırğalar üçün açıq hədəf vəziyyətinə gətirib.
Kuba bayrağı
Kuba bayrağı — Kuba Respublikasının rəsmi dövlət bayrağı
Kuba inqilabı
Kuba inqilabı — 26 iyul 1953-ci ildə başlayan və 1959-cu ildə inqilabçıların qələbəsi ilə başa çatan inqilab. Fidel Kastro, Raul Kastro və Ernesto Çe Qevaranın başçılığı ilə inqilabçılar diktator Fulhensiyo Batistanın Hərbi-diktaturasını ləğv etdilər. == İnqilabın səbəbləri == XX əsrin 50-ci illərində Kuba ABŞ inhisarçılığının qurbanına çevrilmiş; tam şəkildə ABŞ investisiyasından asılı idi. Fulhensiyo Batista hakimiyyətə gələndən sonra isə Kuba başqa bu cür dövlətlərdən fərqli olaraq inkişaf edir; amma o, Kubada hərbi-diktatura elan edərək bir çox partiyaları, həmçinin Kommunist Partiyasını da ləğv edir. Ölkədə Konstitusiya ləğv olunur. Cavan ali təhsilli kubalılar diktatura ilə barışmaq istəmirdilər. Onların içərisində (Fidel Kastro və onun qardaşı Raul Kastro) Kastro qardaşları ortodoks partiyasının üzvləri idilər. Kastro qardaşları Ortodoks partiyasının diktataturayla mübarizə aparacağnı düşünürdülər amma ortodoks partiyasının qətiyətsizliyi nəticəsində Fidel və Raul partiyanı tərk etdilər olarla birlikdə bir neçə cavan kubalılarda partiyanı tərk etdilər və sərbəst mübarizəyə başladılar. Silahlar əldə etmək üçün Fidel Kastro və onun adamları Santyaqo-de-Kuba şəhərində Monkada kazarmasını və Bayamo şəhərindəki kazarmanı ələ keçirmək istəyirdilər.Bir il ərzində hücüma hazırlıq gedirdi.Silahlanmaq üçün bəzi Fidelin tərəfdaşları hər şeyi satmağa məcbur idilər. == İnqilabın gedişi == 26 iyul 1953-ci ildə bir qrup inqilabçı Fidel Kastronun başçılığı altında Santyaqo-De-Kuba da yerləşə Monkada kazarmasına hücüma keçirlər.
Kuba timsahı
Kuba timsahı (lat. Crocodylus rhombifer) — əsl timsahlar sinfinin dümayəndəsi. Yalnız Kubanın bəzi adalarında tapılmışdır. == Yayılması == Təbii şəraitdəki Kuba timsahı Xuventud adasında və Sapata bataqlığında aşkarlanmışdır. Bu bütün növ timsahlar arasında ən kiçik areala sahibdir. Bəlkədə bu baxımından bəlkə də yalnız Çin alliqatoru fərqlənə bilər. Bu növün qalıqlarına Kayman və Baham adaları tapıldığından onu demək olar ki, bu növ əvvəllər buradada aşkarlanmışdır. == Görünüşü == Kuba timsahı onu digər timsahlardan fərqləndirən bir sıra xüsusiyyətlərə malikdir: daha parlaq rəng, uzun və güclü ayaqlar, bütün bədəni əhatə edən böyük pulcuqlar. Dəridə sarı və qara ləkələrdən ibarət olan xarakterik naxışa görə bu növə bəzən inci timsahı da deyilir. Qarın daha açıq rəngdədir, qara ləkələri yoxdur.
Kuba zirehlisi
Kuba zirehlisi (lat. Atractosteus tristoechus) — atractosteus cinsinə aid heyvan növü.
Kujan (Əbyəlil)
Kujan kəndi (başq. Крутой Лог) - Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Taştimer kənd sovetliyinə daxil olan kənd. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Kujan kəndinin milli tərkibi: başqırdlar 99 %. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askorovo): 13 km., kənd sovetliyindən (Mixaylovka): 10 km., ən yaxın dəmiryol stansiyasından (Maqnitaqorsk): 42 km, == İstinadlar == == Mənbə == Совет муниципальных образований Республики Башкортостан.
Kujay (Uçalı)
Kujay (başq. Ҡужай, rus. Кажаево) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Tunqatar kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Uçalı): 73 km, ən yaxın dəmiryol stansiyasından (Kuramino stansiyası): 33 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (96 %) üstünlük təşkil edir.
Kula (Miyanə)
Kula (fars. كولا‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 274 nəfər yaşayır (46 ailə).
Kula Gradacac
Kula Gradacac — Bosniya və Herseqovinanın Qradaçats şəhərini təmsil edən qadın voleybol klubu. Klub CEV turnirlərinə az hallarda qatıldığı üçün Avropa idman dairələrinin maraq dairəsindən kənardadır. Ancaq qradaçatslılar çox kiçik bir büdcə ilə 2010-11 Avropa Qadınlar CEV Çağırış Kubokunda iştirak etmişdir. Komanda 2011-2012 idman mövsümündə Bosniya kubokunu qazanaraq tarixinin ən böyük uğuruna imza atdı. Komandanın heyəti əsasən bosniyalılardan təşkil olunmuşdur. Avropada az da olsa tanınan voleybolçuları isə Denisa Huseinbaşiç, Erna Sinanoviç və Kristine Misiçdir.
Kula Qradaçats
Kula Gradacac — Bosniya və Herseqovinanın Qradaçats şəhərini təmsil edən qadın voleybol klubu. Klub CEV turnirlərinə az hallarda qatıldığı üçün Avropa idman dairələrinin maraq dairəsindən kənardadır. Ancaq qradaçatslılar çox kiçik bir büdcə ilə 2010-11 Avropa Qadınlar CEV Çağırış Kubokunda iştirak etmişdir. Komanda 2011-2012 idman mövsümündə Bosniya kubokunu qazanaraq tarixinin ən böyük uğuruna imza atdı. Komandanın heyəti əsasən bosniyalılardan təşkil olunmuşdur. Avropada az da olsa tanınan voleybolçuları isə Denisa Huseinbaşiç, Erna Sinanoviç və Kristine Misiçdir.
Kuma çayı
Kuma çayı (kab.-çərk. Гум,qaraç.-balk. Къум, çeç. ГӀум-хи, qum. Кум) — Şimali Qafqazda çay. Uzunluğu 802 km, hövzəsi 33,5 min km²-dir. Kuma çayının əsas qolları: sağ qoları — Podkumok, Zolka, Darya; sol qolları — Surkul, Suxoy və Sulu Karamık, Tomuzlovka, Buyvola çaylarıdır. == Etimologiyası == Çayın adı əsasən türkcə "kum" sözündən("qum") əmələ gəlmişdir. Kuma çayı şağı axarlarında, həqiqətən də qumların arasından axır. XI–XIII əsrlərdə Kumanların ərazisi boyunca axırdı, buna görə də bəziləri çayın adını Kumanların öz adı ilə-"Kumanlar" ilə eyniləşdirirlər.
Küjü ağacı
Küjü (bəzən kücü) ağacı — xalça, palaz və digər xalça məmulatlarını toxuyarkən ərişləri dalqabaq etmək üçün ağac və ya qalın ipdən düzəlmiş alətdir. == Müasir küjü ağacı == Müasir dövrdə küjü ağacının yarımmexanikləşdirilmiş forması mövcuddur. Belə küjü ağaclarından əsasən metal dəzgahlarda istifadə edilir. Belə küjü ağaclardan istifadə zamanı ərişlərin vəziyyətini dəyişmək üçün əl əməyi və küjü ağacı tətbiq olunmur. Küjünü hərəkətə gətirən mexanizmin dəstəyi ilə ərişləri istənilən vəziyyətdə saxlamaq olur. Məhz buna görə ərişlərin hamısı küjü ağacına bağlanılır. Küjünü hərəkətə gətirən mexanizmin köməyi ilə ərişlər arğacı sərbəst qəbul edir. Hal-hazırda Azərbaycan xalçaçılığında belə küjü ağacından istifadə edilir.
Peça Kuça
Peça Kuça və ya PeçaKuça və ya Peça-Kuça (yap. ペチャクチャ, "[boş-boşuna] söhbət, laqqırtı") — qeyri-formal "PechaKucha Nights" konfranslarında xüsusi olaraq forma və davamlılığı baxımından məhdudlaşdırılmış qısa hesabatların təqdim olunması metodologiyasıdır. Çıxış edən şəxs 20 slayddan ibarət təqdimat-hesabat təqdim edir, hər bir slayd 20 saniyə nümayiş etdirilir, bundan sonra o avtomatik olaraq növbəti slaydla əvəz edilir. Beləliklə, təqdimatın ümumi müddəti 6 dəqiqə 40 saniyə ilə məhdudlaşır. Təqdimatlar bir-birinin ardınca gedir. Təqdimatların sayı adətən 8-12 aralığında dəyişir.
Qızılxallı kumja
Qızılxallı kumja (lat. Salmo trutta fario) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin qızılbalıqkimilər dəstəsinin qızılbalıqlar fəsiləsinin qızılbalıq cinsinin kumja növünə aid heyvan yarımnövü. Nəsli kəsilmək üzrədir, pərakəndə yayılmış yarımnövdür. == Ümumi xarakteristikası == Bədənin bel tərəfində tünd yaşıl rəngdə, yanlarında açıq rəngdə, qarın tərəfində isə qızılı rəngdə xallar olur. Ağızı böyük olub ucda yerləşir. Çənəsində dişlər olur, bu dişlər iri balıqlarda yaxşı, körpələrdə isə zəif inkişaf etmişdir. Bel üzgəcindən arxada piy üzgəci yerləşir. Bel üzgəcində 3-4 şaxəsiz, 7-12 şaxəli, anal üzgəcində 3 şaxəsiz, 7 - 10 şaxəli şüa vardır. Yan xətt pulcuqlarının sayı 111 - 128 arasında dəyişir. == Arealı və sayı == Qızılxallı kumja Azərbaycanın Kür hövzəsindəki dağ çaylarının çoxunda – Qanıxçay, Balakənçay, Silbançay, Katexçay, Əlcihançay, Turyançay, Dəyirmançay, Tərtərçay, Kurəkçay, Ağsuçay, Həkəri, Xaçınçay, Bazarçay, Qusarçay, Şəmkirçay, Xal-xalçay, Yalamaçay, Zabuxçay, Viləşçay, Lənkərançay, Astaraçay çaylarında, Quba-Xaçmaz düzənliyinin bulaq çaylarında (Qelçay, Nügədiçay, Qudyalçay, Vələmirçay, Dəvəçiçay), Göygöldə yayılmışdır.
Kuba şəhərləri
Bu, Kubada ən azı 20.000 əhalisi olan şəhərlərin azalan qaydada sadalanan siyahısıdır. Əhali haqqında məlumatlar bütün bələdiyyəyə deyil, müvafiq şəhərə aiddir, çünki onlar bir neçə kəndi olan böyük kənd ərazilərini əhatə edir. Bütün rəqəmlər 2016-cı il üzrə dəqiqdir və əyalət paytaxtları qalın hərflərlə göstərilmişdir.
Azərbaycan–Kuba münasibətləri
Azərbaycan–Kuba münasibətləri — Azərbaycan Respublikası ilə Kuba Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. == Tarixi == Kuba Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 26-da tanımış, iki ölkə arasında diplomatik münasibətlər 1992-ci il martın 27-də qurulmuşdur. Kuba özünün Rusiyadakı səfirini həm də Azərbaycana səfir təyin etmişdir. 2004-cü il aprelin 9-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Kubanın Rusiyada və eyni zamanda, Azərbaycandakı səfiri M.Xorxeni qəbul etmişdir. Qonaq etimadnaməsinin surətini təqdim etmiş, Azərbaycan-Kuba əlaqələri, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılmışdır. Elə həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev səfirin etimadnaməsini qəbul etmişdir. == Parlamentlərarası əlaqələr == Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Kuba parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Bu işçi qrupu 13 dekabr 2005-ci il tarixində yaradılmış və ilk rəhbəri Ağacan Abıyev olmuşdur. 4 mart 2016-cı il tarixindən də Ağacan Abıyev işçi qrupunun rəhbəridir. == İqtisadi əlaqələr == Azərbaycanla Kuba arasında iqtisadi əlaqələr çox zəifdir və ticarət dövriyyəsi təxminən 1 milyon ABŞ dolları təşkil edir.
Hayduk Kula FK
Hayduk (Kula) — Serbiyanın futbol klubu.
Kuba-Taba dağı
Kuba-Taba (kab.-çərk. Къуэбэ-Тӏэбэ) — Mərkəzi Qafqazın ön dağlıq zonasında yerləşən dağ massivi. Massivin ən yüksək nöqtəsi eyni adlı Kuba-Taba zirvəsidir. Kabarda-Balkariya Respublikasının Baksan və Zolski rayonları arasından keçən inzibati sərhəd massivin suayrıcı xəttindən keçir. == Coğrafiyası == Kuba-Taba dağı Baksan rayonun şimal-qərb hissəində yerləşən tənha dağ massividir. Massivin daha yüksək hissəsi onun cənub hissəsidir. Şimala doğru hündürlük tədricən alçalır və Kuba kəndi yaxınlığında, Malka çayı yatağında itir. Kuba-Tobanın dəniz səviyyəsindən mütləq hündürlüyü 672 metrdir. Dağ massivinin cənub yamacı yaxınlığından Qafqaz federal avtomobil magistiralı keçir. Dağa ən yaxın yaşayış məntəqəsi Kuba-Taba cənub-şərqdə, Malka cənub-qərbdə, Kuba isə şimal-şərqdə yerləşir.
Kuba Kommunist Partiyası
Kuba Kommunist Partiyası (abbr. KKP, isp. Partido Comunista de Cuba) — Kuba Respublikasının hakim partiyası == Tarixi == Kuba Kommunist Partiyası 1925-ci ilin avqustunda Havanada kommunist dərnəkləri və Kuba Fəhlə Sosialist Partiyası sol cinahının birləşməsi nəticəsində yaranmışdır.
Kuba–Mərakeş münasibətləri
Kuba–Mərakeş münasibətləri — Kuba Respublikası ilə Mərakeş Krallığı arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == İki ölkə arasında 1980-ci ildə diplomatik böhran yaranmışdır. Belə ki, rəsmi Havana Saxara Ərəb Demokratik Respublikasının müstəqilliyini tanımışdır ki, bu da Kuba–Mərakeş diplomatik münasibətlərinin dondurulması ilə nəticələnmişdir. Çünki Mərakeş Qərbi Saxaranı özünün ayrılmaz hissəsi hesab edərək, ona krallıq tərkibində geniş muxtariyyət statusun verilməsini mümkün sayır. Diplomatik münasibətlərin bərpası yalnız 37 il sonra - 2017-ci ilin aprelində baş tutmuşdur. Bununla bağlı sazişin imzalanma mərasimi Nyu-Yorkda olmuş, sənədə hər iki ölkənin BMT-dəki nümayəndələri Anayansi Rodriqes Kamexo və Ömər Hilal imza atmışlar.
Kuba–Özbəkistan münasibətləri
Özbəkistan–Kuba münasibətləri (özb. Oʻzbekiston va Kuba munosabatlari; isp. Relaciones de Cuba y Uzbekistán) — Kuba Respublikası ilə Özbəkistan Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. Hər iki ölkə bir-birlərini müstəqil dövlətlər və dünya birliyinin tam hüquqlu üzvləri kimi tanıyırlar. Ölkələr arasında diplomatik münasibətlər yalnız 13 mart 2006-cı ildə qurulmuşdur — SSRİ-nin dağılmasından 15 il sonra. Özbəkistanın paytaxtı Daşkənddə müvafiq ortaq bəyannamə imzalanmışdır. 2019-cu ilin iyun ayına olan məlumata görə ölkələrin bir-birlərinin ərazilərində birbaşa səfirlikləri və ya digər nümayəndəlikləriyoxdur. Kuba Özbəkistan Respublikasının Vaşinqtondakı (ABŞ) Səfirliyinin konsulluq dairəsinə daxil edilmişdir, Kubanın Özbəkistandakı diplomatik münasibətləri Kuba Respublikasının Bakıdakı (Azərbaycan) səfirliyi tərəfindən həyata keçirilir. Hər iki dövlət də Qoşulmama Hərəkatının tam üzvləridir. SSRİ ilə Kuba arasında güclü siyasi, iqtisadi, mədəni və humanitar əlaqələr mövcud idi.