Kuba–Özbəkistan münasibətləri

Özbəkistan–Kuba münasibətləri (özb. Oʻzbekiston va Kuba munosabatlari; isp. Relaciones de Cuba y Uzbekistán) — Kuba Respublikası ilə Özbəkistan Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. Hər iki ölkə bir-birlərini müstəqil dövlətlər və dünya birliyinin tam hüquqlu üzvləri kimi tanıyırlar. Ölkələr arasında diplomatik münasibətlər yalnız 13 mart 2006-cı ildə qurulmuşdur[1]SSRİ-nin dağılmasından 15 il sonra. Özbəkistanın paytaxtı Daşkənddə müvafiq ortaq bəyannamə imzalanmışdır. 2019-cu ilin iyun ayına olan məlumata görə ölkələrin bir-birlərinin ərazilərində birbaşa səfirlikləri və ya digər nümayəndəlikləriyoxdur. Kuba Özbəkistan Respublikasının Vaşinqtondakı (ABŞ) Səfirliyinin konsulluq dairəsinə daxil edilmişdir[2], Kubanın Özbəkistandakı diplomatik münasibətləri Kuba Respublikasının Bakıdakı (Azərbaycan) səfirliyi tərəfindən həyata keçirilir[3]. Hər iki dövlət də Qoşulmama Hərəkatının tam üzvləridir.

Özbəkistan–Kuba münasibətləri
Kuba və Özbəkistan
 Kuba  Özbəkistan

SSRİ ilə Kuba arasında güclü siyasi, iqtisadi, mədəni və humanitar əlaqələr mövcud idi. Əslində Kuba ilə Özbəkistan arasında münasibətlər 1959-cu ildə Kubada başa çatan Kuba inqilabından sonra başlayır. Sovet dövründə Kubadan olan heyətlər dəfələrlə Özbəkistan SSR-də olmuşlar. Xüsusilə 1963-cü ilin may ayında Fidel Kastro Özbəkistan SSR-i ziyarət edir. O ziyarətin şahidlərinə görə, on minlərlə insan Daşkənd küçələrində onunla görüşə gəlir. Fidel Kastro və digər rəsmilərin kortejinin keçdiyi küçələr Kuba inqilabçısını görmək istəyən çox sayda insan olduğu üçün polis və DTK tərəfindən mühasirəyə alınır. Sovet Özbəkistanında Fidel Kastro, Daşkənddən əlavə Səmərqənddə olur və burada qədim şəhərin bir sıra memarlıq abidələri və görməli yerləri ilə tanış olur. Səfər zamanı Kastro Daşkənd bölgəsindəki Kuba liderinin gəlişindən bir il əvvəl açılan Tuyabuquz su anbarını da ziyarət edir. Eyni zamanda Qırmızı Özbəkistan bölgəsindəki nümunəvi kolxozda respublikanın inkişaf etmiş kənd təsərrüfatı ilə tanış olur. Kastronun gəlişi şərəfinə, kolxozda respublika rəhbərliyi və SSRİ-nin mərkəzi orqanlarının iştirakı ilə geniş bir ziyafət təşkil edilir. Özbəkistan SSR-dən getdikdən sonra Kastro da Kubanı inkişaf etmiş əkinçilik ölkəsinə çevirmək qərarına gəldir və SSRİ-dən, xüsusən Özbəkistan SSR-dən kənd təsərrüfatı mütəxəssisləri Kubaya dəvət edilir. Kastronun respublikaya səfəri zamanı onu Özbəkistanın o zamankı lideri Şərəf Rəşidov müşayiət edir[4].

2019-cu ilin iyun ayına olan məlumata görə ölkələr arasında viza rejimi mövcuddur. Kuba vətəndaşları Özbəkistana girməsi üçün elektron viza tələb olunur və Özbəkistan vətəndaşlarının Kuba səyahət etmələri üçün Kuba dünya ölkələrindəki nümayəndəliklərindən birində müvafiq viza almalıdır. 2018-ci ilin sonunda 35 Kuba vətəndaşı Özbəkistanı ziyarət etmişdir[5]. Ölkələr arasındakı zəif əlaqələrin əsas səbəblərindən biri ölkələrin bir-birindən coğrafi uzaqlığı (təxminən 15 min km), birbaşa uçuşların olmaması, viza rejiminin mövcudluğu və digər səbəblərdir.

Özbəkistan Respublikasının Xarici İşlər Nazirliyi rəsmi saytında Kuba da daxil olmaqla bir sıra Latın Amerikası ölkələri ilə münasibətlərdə müəyyən dinamikanın müşahidə olunduğunu qeyd edilir[6].

Rəsmi məlumatlara görə 2 sentyabr 2016-cı ildə vəfat edən Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovun ölümü ilə əlaqədar olaraq, Kuba Respublikası Dövlət Şurası fərmanı ilə ölkədə rəsmi matəm elan edilmişdir[7][8][9][10]. Kubada rəsmi yas 5 sentyabr saat 06: 00-dan həmin gün gecə 24: 00-a qədər davam etmişdir. Yas mərasimində Kuba Respublikasının bütün dövlət və hərbi qurumlarında Kuba Respublikasının dövlət bayrağı yarıya qədər endirilmişdir. Kuba İslam Kərimovun ölümü ilə əlaqədar matəm elan edən (Özbəkistanın özü xaricində) dünyada yeganə ölkə olur. Bəzi məlumatlara görə, Fidel Kastro və Kuba hökumətinin bəzi üzvləri İslam Kərimova rəğbət bəsləyirdi.

2018-ci ilin sentyabr ayında Kuba rəsmilərinin Daşkəndə işgüzar səfəri baş tutur. Nazirlərarası siyasi məsləhətləşmələrin ilk mərhələsi baş tutur. Özbəkistan xarici işlər nazirinin Kuba xarici işlər nazirinin müavini ilə görüşü baş verir. Görüş zamanı "coğrafi uzaqlığa baxmayaraq, Özbəkistan və Kuba hər iki tərəfdə mövcud olan kifayət qədər yüksək potensialdan və real imkanlardan istifadə edərək iqtisadi əlaqələri inkişaf etdirməyə hazır olduqları" vurğulanır. İclasda Kuba səfiri də iştirak etmişdir (iqamətgahı Bakıdadır)[11].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Страны, с которыми Узбекистан установил дипломатические отношения". Министерство иностранных дел Республики Узбекистан. 2019-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-6-25.
  2. "О консульских округах дипломатических представительств и консульских учреждений Республики Узбекистан за рубежом". Министерство иностранных дел Республики Узбекистан. İstifadə tarixi: 2019-6-25.[ölü keçid]
  3. "Встреча с послом Кубы". Министерство иностранных дел Республики Узбекистан. İstifadə tarixi: 2019-6-25.[ölü keçid]
  4. "На тракторе и в чапане: Узбекистан вспоминает Фиделя Кастро". Sputnik. 2019-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-6-25.
  5. "Распределение по странам числа иностранных лиц, въехавших в Республику Узбекистан в 2018 году". Государственный комитет Республики Узбекистан по статистике. 2020-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-6-25.
  6. "Двусторонние отношения между Республикой Узбекистан и странами Америки". Министерство иностранных дел Республики Узбекистан. İstifadə tarixi: 2019-6-25.[ölü keçid]
  7. "Decreta el Consejo de Estado de Cuba duelo oficial por fallecimiento de Presidente uzbeko" (ispan). Cubadatabate. 2017-08-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-6-25.
  8. "Куба объявила траур по случаю кончины президента Узбекистана". ТАСС. 2016-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-6-25.
  9. "Джабаров: на Кубе любили и уважали Ислама Каримова". Sputnik. 2023-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-6-25.
  10. "Куба объявила траур по случаю кончины Ислама Каримова". МТРК «Мир». 2021-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-6-25.
  11. "Узбекистан и Куба обсудили состояние двусторонних отношений". UzDaily.uz. 2021-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-6-25.