Azərbaycan–Kuba münasibətləri — Azərbaycan Respublikası ilə Kuba Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr.
Azərbaycan-Kuba münasibətləri | |||||
---|---|---|---|---|---|
|
|||||
Kubadaki Azərbaycanin səfirliyi | |||||
Səfir | Ruslan Rzayev[1] | ||||
Azərbaycandaki Kubanin səfirliyi | |||||
Səfir | HE. Mr. Alfredo Fidel Nieves Portuondo | ||||
Ünvan | Bakı, Teymur Elçin küç., 4 Ambassador Suites, 5 mərt. | ||||
Digər | |||||
Quruluş tarixi | 27 mart 1992 | ||||
Dövriyyə | 143,29 min doll. (2021) | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Kuba Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 26-da tanımış, iki ölkə arasında diplomatik münasibətlər 1992-ci il martın 27-də qurulmuşdur[2][3].
Kuba özünün Rusiyadakı səfirini həm də Azərbaycana səfir təyin etmişdir.[2] 2004-cü il aprelin 9-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Kubanın Rusiyada və eyni zamanda, Azərbaycandakı səfiri M.Xorxeni qəbul etmişdir.[2] Qonaq etimadnaməsinin surətini təqdim etmiş, Azərbaycan-Kuba əlaqələri, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılmışdır.[2] Elə həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev səfirin etimadnaməsini qəbul etmişdir.[2]
Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Kuba parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir[4]. Bu işçi qrupu 13 dekabr 2005-ci il tarixində yaradılmış və ilk rəhbəri Ağacan Abıyev olmuşdur[5]. 4 mart 2016-cı il tarixindən də Ağacan Abıyev işçi qrupunun rəhbəridir[4].
Azərbaycanla Kuba arasında iqtisadi əlaqələr çox zəifdir və ticarət dövriyyəsi təxminən 1 milyon ABŞ dolları təşkil edir.[2]
İl | İxrac | İdxal | Ümumi dövriyyəsi |
---|---|---|---|
2013 | 0.00 | 7.9 | 7.9 |
2014 | 0.0 | 44.1 | 44.1 |
2015 | 5.8 | 68.8 | 74.6 |
2016 | 1.1 | 69.9 | 71 |
2017 | 0.02 | 223.27 | 223.3 |
2018 | 0.01 | 167.52 | 167.53 |
2020[6] | 0,10 | 289,03 | 289,13 |
2021[7] | 19,79 | 123,50 | 143,29 |
Azərbaycan ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |