Kuba-Taba (kab.-çərk. Къуэбэ-Тӏэбэ) — Mərkəzi Qafqazın ön dağlıq zonasında yerləşən dağ massivi. Massivin ən yüksək nöqtəsi eyni adlı Kuba-Taba zirvəsidir. Kabarda-Balkariya Respublikasının Baksan və Zolski rayonları arasından keçən inzibati sərhəd massivin suayrıcı xəttindən keçir[1].
Kuba-Taba | |
---|---|
kab.-çərk. Къуэбэ-Тӏэбэ | |
Ümumi məlumatlar | |
Dağ sistemi | Böyük Qafqaz |
Dağ silsiləsi | Böyük Qafqaz |
Mütləq hündürlüyü | 672 m |
Yerləşməsi | |
43°48′57″ şm. e. 43°24′32″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
|
|
|
Kuba-Taba dağı Baksan rayonun şimal-qərb hissəində yerləşən tənha dağ massividir. Massivin daha yüksək hissəsi onun cənub hissəsidir. Şimala doğru hündürlük tədricən alçalır və Kuba kəndi yaxınlığında, Malka çayı yatağında itir. Kuba-Tobanın dəniz səviyyəsindən mütləq hündürlüyü 672 metrdir[2].
Dağ massivinin cənub yamacı yaxınlığından Qafqaz federal avtomobil magistiralı keçir. Dağa ən yaxın yaşayış məntəqəsi Kuba-Taba cənub-şərqdə, Malka cənub-qərbdə, Kuba isə şimal-şərqdə yerləşir.
Kuba-Taba sözünün kabardin dilindən tərcüməsi — "çoxlu quru dərə", къуэ — "dərə" və бэ — "çoxlu". Ehtimal olunur ki, massivi ərazidə olan çoxlu quru və ya müvəqqəti dərələrin olmasına görə belə adlandırıblar.
Digər versiyaya görə dağın adı kabardin və ərəb sözlərinin birləşməsindən yaranıb — къуба́, tərcümədə "günbəz" mənasını verir. Məhs dağ massivinin forması məscid günbəzini xatırladır deyə belə adlandırılıb.
1924-cü ildə dağ massivinin cənub-şərqində, dağ ətəyində yeni salınmış kənd Kuba-Taba adlandırılmışdır. Məhs yeni kəndin ilk sakinləri Kuba kəndindən olan iyirmi ailə olmuşdur. Onlar özü doğma kəndlərinin və Taba dağının şərəfinə yeni yaşayış yerini Kuba-Taba adlandırmışdılar.[3] Əhalisi 3000 nəfər olan kəndin 95 %-i kabardinlərdi.
Dağ zirvəsində Kuba-Tabin dolu əleyhinə heyət fəaliyyət göstərir. Heyət Şimali Qafqazda meteoroloji və digər geofiziki proseslərə aktiv təsir göstərmək üçün hərbi xidmət göstərir[4]. Dolu əleyhinə heyət ilk dəfə 1964-cü ildə yaradılmışdır. 1973-cü ildə isə bu ərazidə ilk dəfə olaraq xüsusi RLS MRL-5 təcrübədən keçirilmişdir. Xidmətin nəzarət etdiyi ümumi sahə 794 min hektardır. Onun 621 min hektarı kənd təsərrüfatı sahəsidir.