Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Latış
Latışlar və ya latviyalılar (latış. latvieši‎) — Latviyanın əhalisinin 62,1 % təşkil edən (2011 tarixinə olan məlumat) Baltika xalqı. Dili — hind-avropa dil ailəsinin baltik qrupuna (litva dili ilə birgə) daxil olan latış dili. Ənənəvi dinləri — lüteran və katolik, pravoslavlar da vardır. Belə götürülür ki, latışlar qədim Baltika xalqları olan latqalların, kurşilərin, zemqalların, sellərin və fin-uqor xalqlarının XVII əsrdə qovuşması nəticəsində yaranmışdır. İlk dəfə yazılı mənbədə latışlar haqqında 1613-cü ildə Georq Matsel tərəfindən qələmə alınmış "Latış katexizis"də qeyd edilir ("Lettisch Vademecum"). Latış dili haqqında 1525-ci ildə Almaniyada latış dilində nəşr edilmiş və saxlanmamış "Lüteran messe"sində də qeyd olduğu bildirilir. Sayları: Latviya: 1 330 769 ABŞ: 87 564 Rusiya: 28 520 Braziliya: 20 000 Avstraliya: 18 938 İrlandiya: 18 008 Ukrayna: 5079 Litva: 2,3 тыс. (2010) Estoniya: 2199 (2009) Belorusiya: 1549 (2009) == Mənbə == Кудрявцев И. Феномены политического национализма на примере Латвийской Республики Стродс Х. Начало переселения латышских крестьян в Россию в 40-е — 60-е гг. XIX в.
Latış dili
Latış dili ya da Leton dili (latviešu valoda) Hind-Avropa dillərinə mənsub, əsasən Latviyada istifadə edilən bir dil.
Latış qambiti
Latış qambiti — Şahmatda 1. e2-e4 e7-e5 2. Kg1-f3 f7-f5 gedişləri ilə başlanan debüt. K. Betinşemin başlanğıcı altında bu debütü təhlil edən Riqa şahmatçılarının şərəfinə adlandırılıb.
Latış xalqı
Latışlar və ya latviyalılar (latış. latvieši‎) — Latviyanın əhalisinin 62,1 % təşkil edən (2011 tarixinə olan məlumat) Baltika xalqı. Dili — hind-avropa dil ailəsinin baltik qrupuna (litva dili ilə birgə) daxil olan latış dili. Ənənəvi dinləri — lüteran və katolik, pravoslavlar da vardır. Belə götürülür ki, latışlar qədim Baltika xalqları olan latqalların, kurşilərin, zemqalların, sellərin və fin-uqor xalqlarının XVII əsrdə qovuşması nəticəsində yaranmışdır. İlk dəfə yazılı mənbədə latışlar haqqında 1613-cü ildə Georq Matsel tərəfindən qələmə alınmış "Latış katexizis"də qeyd edilir ("Lettisch Vademecum"). Latış dili haqqında 1525-ci ildə Almaniyada latış dilində nəşr edilmiş və saxlanmamış "Lüteran messe"sində də qeyd olduğu bildirilir. Sayları: Latviya: 1 330 769 ABŞ: 87 564 Rusiya: 28 520 Braziliya: 20 000 Avstraliya: 18 938 İrlandiya: 18 008 Ukrayna: 5079 Litva: 2,3 тыс. (2010) Estoniya: 2199 (2009) Belorusiya: 1549 (2009) == Mənbə == Кудрявцев И. Феномены политического национализма на примере Латвийской Республики Стродс Х. Начало переселения латышских крестьян в Россию в 40-е — 60-е гг. XIX в.
Latış atıcıları
Latış atıcıları (latış. Latviešu strēlnieki‎; rus. Латышские стрелки) — Birinci Dünya müharibəsi illərində Rusiya imperiyasının Kurland və Livoniya quberniyalarını Almaniya qoşunlarının işğalından qorumaq üçün Rusiya İmperator Ordusunun tərkibində yaradılmış atıcı bölmələrinin şəxsi heyəti. == Tarixi == Latış atıcıları 1915-ci ilin yayında Almaniya qoşunlarının Baltikyanına hücumu zamanı Rusiya İmperator Ordusunun tərkibində yaradılmış latış milli hissələr idi. Hərbi hissə 1916-cı ildə atıcı polkları kimi yenidən təşkil edilmişdi. Əsgərlərin 80%-dən çoxu fəhlə və muzdur idi. 1917-ci il fevral inqilabından sonra polklarda sovetlər seçilmiş, latış atıcıları polklarının icraiyyə komitəsi, bolşevik partiya təşkilatı yaradılmışdı. Oktyabr inqilabından sonra latış atıcıları Petroqradda sovet idarələrini və Smolnını, sonralar Kremldə sovet hökümətini qoruyurdular. Köhnə ordunun buraxılması ilə əlaqədar latış atıcı polkları Qızıl Ordunun nizami hissələri kimi yenidən təşkil edilmişdi. 1918-ci ilin aprelində 9 polkdan ibarət Latış atıcı sovet diviziyası yaradılmışdı.
Datis
Datis və ya Datus – I Daranın hakimiyyəti dövründə Fars Əhəməni ordusunda xidmət etmiş Midiyalı sərkərdə. O, daha çox, Yunan-İran müharibələrinin birinci kompaniyasında Artaferlə birgə Fars ordusuna rəhbərlik etməsi ilə yadda qalmışdır. Datis Naksos adasının mühasirəsinə cavabdeh olan ilk Əhəməni sərkərdəsi olmaqla yanaşı, e.ə. 490-cı ildə rəzil fars ordusuna rəhbərlik edərək Eretrianı fəth etmişdir. Həmin il yunanlara qarşı baş vermiş Marafon döyüşündə isə o, Əhəməni ordusunun hücumçu qüvvələrinə rəhbərlik etmişdir. Ktesi bildirir ki, Datis Marafon döyüşündə çətin hala düşərək afinalıların əlinə keçmişdir. Ancaq Herodot onun bu döyüşdən sağ çıxdığını qeyd etmişdir. Əslində Datisin vəzifəsi Artaferlə birgə yunan ordusunun yürüşünün qarşısını almaq idi. Çünki, I Dara Trakiyaya hərbi səfər zamanı çox əziyyət çəkmiş Mardoniusun hərbi yükünü müvəqqəti olaraq bir az azaltmaq qərarına gəlmişdi.
Latit
Latit — möhtəviləri və əsas kütləsi kaliumlu və kaliumlu-natriumlu çöl şpatlarından (ortoklaz, sanidin) və əsasən andezindən və ya bəzən labradordan ibarət olan traxiandezit bazalt süxur tərkibində müəyyən miqdarda rəngli minerallar (avgit, olivin, biotit), bəzən kvars möhtəviləri iştirak edir. Monsonitin effuziv anoloqu. Köhnəlmiş termin. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Boris Matis
Boris Matiz (15 avqust 1997-ci ildə anadan olub) — Everton klubundan icarə əsasında Liqa 1 təmsilçilərindən olan Northempton Taun klubunda hücumçu kimi çıxış edən peşəkar Fransa futbolçusudur. == Klub karyerası == Matis Olimpik Lion klubu ilə inkişaf etmişdir. Matis 2015-ci ildə Liqa 1 təmsilçilərindən olan Metz klubu ilə müqavilə imzalamışdır. O, Liqa 1-də debütünü 5 aprel 2017-ci ildə Lion klubuna qarşı oyunda etmişdir. Matis üç gün sonra Metz klubu ilə Liqa 1-də Bordo klubuna qarşı oyunda da iştirak etmişdir. Hər iki oyun Metz klubunun 0-3 hesablı məğlubiyyəti ilə başa çatmışdır. 5 iyul 2017-ci ildə Matis Everton klubunun U-23 yığması ilə iki illik müqavilə imzalamışdır. O, 2018-ci ilin yanvar ayında Northempton Taun klubuna icarəyə verilmişdir.
Erigeron latus
Erigeron latus (lat. Erigeron latus) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Lactococcus lactis
Lactococcus lactis — "pendir bakteriyası" olaraq da bilinən, pendir istehsalında starter olaraq istifadə olunan bakteriya növü.
Laliş məbədi
Laliş məbədi (kürd. Lalişa Nûranî) — yezdanizm dini inancını əsas məbədi. Yezidilər üçün həcc məkanı hesab edilən müqəddəs yer. Laliş və ya Lalişa olaraq adlandırılan məbəd, İraqın şimalında, Mosul şəhərindən 60 km şimal-qərbdə yerləşməkdədir. Yezidilərin əsas fiqurlarından olan Şeyx Adi bin Müsafirinin məzarı məbədin daxilində yerləşir. Yezidi olan bir şəxs ən azı həyatında bir dəfə olmaqla, Laliş məbədinə doğru 6 günlük həcc ziyarətini gerçəkəşdirməlidir. Bura gələn yezidilər müxtəlif dini rituallar icra edir və günşə doğru ibadətlər edirlər. Bölgədə yaşayan yezidilər isə illik təşkil edilən İçitma bayramı münasibətilə məbədə axın edirlər. Yezdanizm inancında ən müqəddəs yerlərdən biri olduğuna inanılan məbədə və ətrafına ayaqqabı ilə daxil olmaq qadağandır. Yezidilər bayramlarda və xüsusi günlərdə ailəlikcə məbədi ziyarət edərək, ətrafını süpür və təmizləyirlər.
Lapiş meşəsi
Lapiş meşəsi (rum. Pădurea Lapiș) — Rumıniyanın şimal-qərbində yerləşən, BTMİ-də IV kateqoriya təbiət qoruğu. Sahəsi 430,40 hektar olan meşə Rumıniya Hökumətinin 2004-cü il 2115 saylı qərarı ilə təbii qorunan ərazi elan edilmişdir. Lapiş meşəsi daha böyük meşə qrupu olan qədim Codrii Silvaniei meşələrinin qalığıdır. == Biomüxtəliflik == === Flora === ==== Ağaclar ==== Yay palıdı (lat. Quercus robur), qayalıq palıdı (lat. Quercus petraea), ürəkvari cökə (lat. Tilia cordata), Quercus frainetto, adi göyrüş (lat. Fraxinus excelsior), Avstriya palıdı (lat. Quercus cerris), Avstriya şamı (lat.
Latın Amerikası
Latın Amerikası — Amerika qitəsində bölgə. ABŞ-dən cənubda yerləşən Latın Amerikası regionuna 33 İEOÖ (İnkişaf etməkdə olan ölkə)-lər və 15 asılı ərazi daxildir. Latın Amerikası əhalisinin böyük əksəriyyəti roman (latın) dil qrupuna aid ispan (62%), portuqal (34%) və fransız dilində danışırlar. Regionu məhz bu cəhətinə görə Latın Amerikası adlandırırlar. Regiona daxil olan ölkələr ya respublikalar, ya da Ingiltərə birliyinə aid quruluşa malikdirlər. İqtisadi inkişafına görə bu region Asiya Afrikanın İOÖ-lərindən irəlidə olsa da, digər İOÖ-lər kimi bu region da dünya bazarına xammal çıxarır. ABŞ özünə zəruri olan xammalın 70%-ni məhz bu regiondan idxal edir. Regionun İCM (İqtisadi coğrafi mövqe)-nin başlıca xüsusiyyəti Atlantik və Sakit okeanları arasında yerləşməsi və ABŞ-la qonşu olmasıdır. Bu amil regionun ABŞ-dən asılılığını artırır. == Əhalisi == Əhalisi — yerli hindu; Ispaniya və Portuqaliyadan gələnlərin nəsillərindən (bunlara kreollar deyilir) və Afrikadan gətirilmiş qulların hesabına formalaşmışdır.
Latın Kuboku
Latın Kuboku — 1949–1957-ci illərdə futbol üzrə Fransa, İspaniya, İtaliya və Portuqaliya çempionları arasında keçirilmiş futbol çempionatı.
Latın dili
Latın dili — Hind-Avropa dillərinə daxil dillərdən biri. Qədim Roma ərazisində işlədilmişdir. Əksər elmi terminlər bu dildən götürülmüşdür. Məsələn, "hydro" — su, "ferrium" — dəmir, "vita" — həyat deməkdir. Hazırda Vatikanda latın dili dövlət dilidir. == Tarixi == Latın dili hind-avropa dil ailəsinin italyan dil qrupunun bir üzvüdür. Latın dilinin əlifbası qədim italyan əlifbası əsasında yaranıb və kökləri daha qədimə yunan və finikya əlifbasına qədər gedir. Latin dilinin tarixi bizim eradan öncəsinə aiddir və Tiber çayı ətrafındakı Latium bölgəsinin əsas istifadə etdiyi dil olub. Eyni zamanda Latium bölgəsi hazirdada böyük bir coğrafiyada öz təsirini göstərən roman sivilizasiyasının (Cənubi Avropa, Latın Amerikası və.s) ilk inkişaf etdiyi bölgə olub. Günü gündən Romada elit təbəqənin istifadə etdiyi dilə çevrilən latin dili b.e.ə I və b.e I əsrləri arasinda şimaldan gallarin, etruryalıların, liquriyalıların, venediklilərin və cənubdan yunan dilli xalqların təsiri ilə latin xalqı tarix səhnəsindən çixmis və bununlada bu dilin məişət həyatında istifadəsi mümkünsüz olmuşdur.
Latın ifadələri
Latın dilinin "ölü dil" sayılmasına baxmayaraq bu dilə aid bir çox söz və ifadələr digər dillərin leksikonunda, xüsusilə dini, elmi, hüquqi terminologiyada hələ də geniş istifadə olunmaqdadır. Yeni ümumiişlək söz və ifadələrin yaranmasında latın dilinin rolu çox olmuşdur. Təbabəti xüsusilə kimya, biologiya, anatomiya kimi elmləri, o cümlədən beynəlxalq hüququ latın söz və ifadələrsiz təsəvür etmək qeyri mümkündür. Latın ifadələri günümüzdə elmi və məntiqi fikirləri geniş auditoriyaya çatdırmaq üçün mühüm bir vasitəyə çevrilmişdir. Düzdür son zamanlar elm və texnikanın, iqtisadiyatın, ticarətin sürətlə inkişaf etməsi ilə meydana çıxan yeni termin və ifadələr ingilis dili əsasında formalaşsalar da latın dilindən digər dillərə oturmuş söz və ifadələr hələ də klassikliyini qoruyub saxlamaqdadır. Latın söz və ifadələri bu məqalədə əlifba sırası ilə təqdim olunmuşdur.
Latın imperiyası
Latın İmperiyası və ya Konstantinopol Latın İmperiyası — 1204-cü ildə Dördüncü Səlib Yürüşü nəticəsində Konstantinopolun işğalı ilə qurulmuş dövlət. Səliblərin Romaniya adlandırdığı bu dövlət 57 il ayaqda qalmış, 25 iyul 1261-ci ildə Nikeya imperatoru VIII Mixael Konstantinopolu işğal etdikdən sonra, imperiya süqut etmişdir.
Latın kvadratı
Latın kvadratı (n düzülüşlü) — L=(lij) və n × n ölçülü cədvəlin ixtiyari n elementləri ilə doldurulmuş elə bir M cədvəlinə deyilir ki, buradakı hər sətir və sütunlardakı elementlər yalnız bir dəfə istifadə olunsun. 3 sıralı latın kvadratının nümunəsi: [ A B C C A B B C A ] {\displaystyle {\begin{bmatrix}A&B&C\\C&A&B\\B&C&A\\\end{bmatrix}}} Hal-hazırda M-ə bir çox həqiqi ədədlər { 1,2,…, n} və ya çoxluq { 0,1,…, n-1} daxil etmək mümkündür. Ancaq Leonard Eyler latın əlifbasının hərflərindən istifadə etdiyinə görə bu əməliyyatı Latın kvadratı adlandırmışdı Latın kvadratları istənilən n üçün mövcuddur. Sadəcə Kelis cədvəlinin cəm qrupunun halqasını istifadə etmək kifayətdir Zn: lij= (i+j-1) mod n. == Latın kvadratlarının tədqiqat tarixi == İlk dəfə latın kvadratları (4 sıralı) Misirdə Əhməd əl-Buni tərəfindən təxminən 1200-cü ildə yazılmış "Şəms əl Maarif" kitabında dərc edilmişdi. İki ortoqonal latın kvadratı ilk dəfə 1725-ci ildə J.Ozanam tərəfindən qeyd edilmişdir.
Latın məhəlləsi
Latın məhəlləsi ya Latın kvartalı (fr. Quartier latin) — Parisin V və VI dairələrini əhatə edən, Sena çayının sol sahilində Sorbonna universitetinin əhatəsini təşkil edən ənənəvi tələbə məhəlləsi. Məhəllə kiçik dalan və küçələrə, bistro kafe və restoranlarla zəngindir. Cakomo Puççininin Bohema operasının II pərdəsindəki hadisələr məhz bu Latın məhəlləsində cərəyan edir.
Latın qrafikası
Latın əlifbası, müasir latın əlifbası — 26 hərfdən ibarət olaraq bir çox dillərin əlifbalarının qrafiki təsviri. Roman, german, kelt və baltik dillər qruplarında və slavyan, fin-uqor, türk, semit və İran dil qruplarında bəzi dillər, alban və bask dili, həmçinin Hind-Çin, Myanma, Zond arxipelaqı, Afrika (Saxaradan cənuba), Amerika, Avstraliya və Okeaniya dilləri latın qrafikası əsasında əlifbaya malikdirlər. Bəzi dillərin səs zənginliyini göstərməyə latın hərfləri azlıq etdiyindən onların müxtəlif modifikasiyasından istifadə edilir. Məsələn, Azərbaycan dilində: Ç (c-cedilla), Ə (Schwa), Ğ (g-breve), İ (I-dotted), Ö (O-diaeresis), Ş (s-cedilla) və Ü (u-diaeresis). Latın qrafikası latın mədəniyyətinin əsaslarından hesab edilir. == Hərflər == A, B, C, D, E, F, G, H, I, K, L, M, N, O, P, Q, R, S, T, V, X, Y, Z (J, U və W yox.) a, b, c, d, e, f, g, h, i, k, l, m, n, o, p, q, r, s, t, v, x, y, z (j ,u və w yox.) == Əlifbalar müqayisəsi == Š=Ť və Ž=Ď. Ķķ=Ⱪⱪ və Ḩḩ=Ⱨⱨ Uzun səslər: Â, Ê, Î, Ô, Û. Yarı səslər: Ă, Ĕ, Ĭ, Ŏ, Ŭ (Qırtlaq hərfləri). Ṫ hərfi əlifbada olmayan T-D səsidir (Ərəbcə:ط). Yalnız Ərəb və Osmanlıca tərcümələrində istifadə edilər. Ż hərfi əlifbada olmayan Z-S səsidir (Ərəbcə:ظ). Yalnız Ərəb və Osmanlıca tərcümələrində istifadə edilər.
Latın əlifbası
Latın əlifbası, müasir latın əlifbası — 26 hərfdən ibarət olaraq bir çox dillərin əlifbalarının qrafiki təsviri. Roman, german, kelt və baltik dillər qruplarında və slavyan, fin-uqor, türk, semit və İran dil qruplarında bəzi dillər, alban və bask dili, həmçinin Hind-Çin, Myanma, Zond arxipelaqı, Afrika (Saxaradan cənuba), Amerika, Avstraliya və Okeaniya dilləri latın qrafikası əsasında əlifbaya malikdirlər. Bəzi dillərin səs zənginliyini göstərməyə latın hərfləri azlıq etdiyindən onların müxtəlif modifikasiyasından istifadə edilir. Məsələn, Azərbaycan dilində: Ç (c-cedilla), Ə (Schwa), Ğ (g-breve), İ (I-dotted), Ö (O-diaeresis), Ş (s-cedilla) və Ü (u-diaeresis). Latın qrafikası latın mədəniyyətinin əsaslarından hesab edilir. == Hərflər == A, B, C, D, E, F, G, H, I, K, L, M, N, O, P, Q, R, S, T, V, X, Y, Z (J, U və W yox.) a, b, c, d, e, f, g, h, i, k, l, m, n, o, p, q, r, s, t, v, x, y, z (j ,u və w yox.) == Əlifbalar müqayisəsi == Š=Ť və Ž=Ď. Ķķ=Ⱪⱪ və Ḩḩ=Ⱨⱨ Uzun səslər: Â, Ê, Î, Ô, Û. Yarı səslər: Ă, Ĕ, Ĭ, Ŏ, Ŭ (Qırtlaq hərfləri). Ṫ hərfi əlifbada olmayan T-D səsidir (Ərəbcə:ط). Yalnız Ərəb və Osmanlıca tərcümələrində istifadə edilər. Ż hərfi əlifbada olmayan Z-S səsidir (Ərəbcə:ظ). Yalnız Ərəb və Osmanlıca tərcümələrində istifadə edilər.
Layiş rayonu
Layiş rayonu (tatar. Layış rayonı, Лае́ш районы́) — Rusiya Federasiyası, Tatarıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayon respublikanın qərbində, Volqa və Kama çaylarının birləşdiyi bölgədə yerləşir. Ən məşhur sakini rus şairi Qavril Derjavinə görə, rayon çox vaxt qeyri-rəsmi olaraq Derjavin diyarı adlanır. Rayonun inzibati mərkəzi Layiş şəhəridir. == Coğrafiyası == Kazan şəhəri, Pitrəç, Balık-Bistəse, Kuybışev su anbarının qarşı tərəfində isə Yuxarı Oslan, Kama Tamaqı, Alekseyevsk, Spas rayonları ilə həmsərhəddir. Böyük çayları Volqa, Kama və Moşadır. Rayon torpaqlarının təxminən üçdə biri (32.9%) suyun altında qaldmışdır. == Tarixi == Rayon 14 fevral 1927-ci ildə təsis edilmişdir. 4 avqust 1938 - 25 mart 1959-cu il tarixlərində ərazinin bir hissəsində Stolbişçı rayonu mövcud olmuşdur.
Mark Qatis
Mark Qatis (d. 17 oktyabr 1966, İngiltərə) — ingilis aktyor, ssenari müəllifi. The League Of Gentlemen adlı komediya klubunun üzvüdür. Doktor Kim, "Şerlok" və "Drakula" seriallarında həm aktyor, həm də ssenari müəllifidir.
Matis Burqis
Matis Burqis (31 avqust 1989) — Latviyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Matis Burqis Latviyanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub.
Meyerius latus
Meyerius latus (lat. Meyerius latus) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin meyerius cinsinə aid heyvan növü.