Datis

Datis və ya DatusI Daranın hakimiyyəti dövründə Fars Əhəməni ordusunda xidmət etmiş Midiyalı sərkərdə. O, daha çox, Yunan-İran müharibələrinin birinci kompaniyasında Artaferlə birgə Fars ordusuna rəhbərlik etməsi ilə yadda qalmışdır.

Datis
yun. Δάτης
Şəxsi məlumatlar
Doğum tarixi e. ə. VI əsr
Doğum yeri
Vəfat tarixi e.ə. 490
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Əhəmənilər imperiyası
Rütbəsi Admiral
Döyüşlər

Datis Naksos adasının mühasirəsinə cavabdeh olan ilk Əhəməni sərkərdəsi olmaqla yanaşı, e.ə. 490-cı ildə rəzil fars ordusuna rəhbərlik edərək Eretrianı fəth etmişdir. Həmin il yunanlara qarşı baş vermiş Marafon döyüşündə isə o, Əhəməni ordusunun hücumçu qüvvələrinə rəhbərlik etmişdir. Ktesi bildirir ki, Datis Marafon döyüşündə çətin hala düşərək afinalıların əlinə keçmişdir.[1] Ancaq Herodot onun bu döyüşdən sağ çıxdığını qeyd etmişdir.[2]

Əslində Datisin vəzifəsi Artaferlə birgə yunan ordusunun yürüşünün qarşısını almaq idi. Çünki, I Dara Trakiyaya hərbi səfər zamanı çox əziyyət çəkmiş Mardoniusun hərbi yükünü müvəqqəti olaraq bir az azaltmaq qərarına gəlmişdi.

  1. I Foti, Excerpts of Ctesias' "Persica", Paragraph 22, available online at http://www.livius.org/ct-cz/ctesias/photius_persica.html Arxivləşdirilib 2012-07-16 at the Wayback Machine
  2. Herodot, Tarix,I. 6.119; VI.94.