Laliş məbədi

Laliş məbədi (kürd. Lalişa Nûranî) — yezdanizm dini inancını əsas məbədi. Yezidilər üçün həcc məkanı hesab edilən müqəddəs yer. Laliş və ya Lalişa olaraq adlandırılan məbəd, İraqın şimalında, Mosul şəhərindən 60 km şimal-qərbdə yerləşməkdədir. Yezidilərin əsas fiqurlarından olan Şeyx Adi bin Müsafirinin məzarı məbədin daxilində yerləşir.

Laliş məbədi
kürd. Lalişa Nûranî
Laliş məbədinin xarici görünüşü
Laliş məbədinin xarici görünüşü
Xəritə
36°46′17″ şm. e. 43°18′12″ ş. u.HGYO
Ölkə İraq İraq
Şəhər Mosul şəhərindən 60 km şimal-qərbdə
Yerləşir Ninəvə mühafazası, Şeyxan qəzası
Aidiyyatı Yezdanizm
Tikilmə tarixi təxm. e.ə. 2000
Laliş məbədi (İraq)
Laliş məbədi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yezidi olan bir şəxs ən azı həyatında bir dəfə olmaqla, Laliş məbədinə doğru 6 günlük həcc ziyarətini gerçəkəşdirməlidir. Bura gələn yezidilər müxtəlif dini rituallar icra edir və günşə doğru ibadətlər edirlər. Bölgədə yaşayan yezidilər isə illik təşkil edilən İçitma bayramı münasibətilə məbədə axın edirlər. Yezdanizm inancında ən müqəddəs yerlərdən biri olduğuna inanılan məbədə və ətrafına ayaqqabı ilə daxil olmaq qadağandır.

Yezidilər bayramlarda və xüsusi günlərdə ailəlikcə məbədi ziyarət edərək, ətrafını süpür və təmizləyirlər. Bununla da hər bir yezidinin məbədə xidmət etməli olduğu fikiri aşılanır. Mələk Tavusa inanmaqları səbəbindən İraq Şam İslam Dövləti tərəfindən kafir elan edilən yezidilərin 500 nəfərə yaxını 2014-cü ilin avqust ayında Sinjar qətliamı əsnasında öldürmüşdür. Bu səbəbdən İraqda İŞİD nəzarəti altında olan bölgələrdən qaçan yezidilər, Laliş məbədinə gərək burada sığınmaq məcburiyyətində qalmışdılar.