Latış atıcıları

Latış atıcıları (latış. Latviešu strēlnieki‎; rus. Латышские стрелки) — Birinci Dünya müharibəsi illərində Rusiya imperiyasının KurlandLivoniya quberniyalarını Almaniya qoşunlarının işğalından qorumaq üçün Rusiya İmperator Ordusunun tərkibində yaradılmış atıcı bölmələrinin şəxsi heyəti.[1]

Latış atıcıları
Ölkə
Döyüşlər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Latış atıcıları 1915-ci ilin yayında Almaniya qoşunlarının Baltikyanına hücumu zamanı Rusiya İmperator Ordusunun tərkibində yaradılmış latış milli hissələr idi. Hərbi hissə 1916-cı ildə atıcı polkları kimi yenidən təşkil edilmişdi. Əsgərlərin 80%-dən çoxu fəhlə və muzdur idi. 1917-ci il fevral inqilabından sonra polklarda sovetlər seçilmiş, latış atıcıları polklarının icraiyyə komitəsi, bolşevik partiya təşkilatı yaradılmışdı. Oktyabr inqilabından sonra latış atıcıları Petroqradda sovet idarələrini və Smolnını, sonralar Kremldə sovet hökümətini qoruyurdular. Köhnə ordunun buraxılması ilə əlaqədar latış atıcı polkları Qızıl Ordunun nizami hissələri kimi yenidən təşkil edilmişdi. 1918-ci ilin aprelində 9 polkdan ibarət Latış atıcı sovet diviziyası yaradılmışdı. Latış atıcıları Moskvada sol eserlərin qiyamının, Kaluqa, Saratov, Yaroslavl və s. şəhərlərdə əksinqilabi qiyamların yatırılmasında iştirak etmişdilər. 1918-ci ilin sonundan 1919-cu ilin əvvəllərinə qədər latış atıcıları demək olar bütün Latviya ərazisini alman qoşunlarından və Latviya hökumətinin qüvvələrindən təmizləmişdilər, Sovet Latviyası ordusunun özəyi olmuşdular. Sovet qoşunları 1919-cu ilin iyununda Riqadan çıxdıqdan sonra yaradılmış Latış atıcı diviziyası sentyabrda Cənub cəbhəsinə göndərilmişdi. Onlar qırmızı kazaklarla birlikdə Denikin ordusunun secmə hissələrini məğlub etmişdilər. 1920-ci ilin ilin aprelindən latış atıcıları Vrangelin qoşunlarına qarşı vuruşmuşdular. 1920-ci ilin noyabr ayının sonunda Latış atıcı diviziyası buraxılmışdır. Latış atıcılarının bir hissəsi Qızıl Orduda xidmət etmiş, Sovet Rusiyasında təsərrüfat işində qalmış, digər hissəsi Latviyaya qayıtmışdır.[2]

  1. Плеханов А. М. ЛАТЫШСКИЕ СТРЕЛКИ // Большая российская энциклопедия. Том 17. Москва, 2010, стр. 66
  2. Латыш атыҹылары // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VI ҹилд: КубаМисир. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1982. С. 170.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]
  • Вациетис И. И. Историческая роль латышских стрелков (на латышском языке)
  • «Военно-исторический журнал», Москва, 1997.
  • Гражданская война и военная интервенция в СССР. Энциклопедия / редколл., гл. ред. С. С. Хромов. — 2-е изд. — М.: «Советская энциклопедия», 1987.
  • Деникин А. И. Очерки русской смуты. — М.: Наука, 1991. — Т. 1 «Крушение власти и армии» — ISBN 5-02-008582-0
  • Зайончковский A. M. Первая мировая война. — СПб.: ООО «Издательство „Полигон“», 2002. — ISBN 5-89173-174-6
  • История латышских стрелков (1915—1920). — Рига: «Зинатне», 1972.
  • Кайминь Я. Латышские стрелки в борьбе за победу Октябрьской революции. — Рига, 1961.
  • Какурин Н. Е. Как сражалась революция (в 2-х тт.). — Том 2 (1919—1920). 2-е изд., доп. — М.: Политиздат, 1990.
  • Каппель и каппелевцы. 2-е изд., испр. и доп. — М.: НП «Посев», 2007. — ISBN 978-5-85824-174-4
  • Красные латышские стрелки // «Вече», 1982. №№ 4, 5, 6.
  • «Латвийская советская энциклопедия». — Рига, Главная редакция энциклопедий, 1985.
  • Латышские стрелки в борьбе за советскую власть 1917—1920. Воспоминания и документы / отв. ред. Я. П. Крастынь — Рига: Издательство Академии Наук Латвийской ССР, 1962. — 524 с.
  • Латышские стрелки и красногвардейцы в первый год Советской власти. — Москва, 1975.
  • Материалы Военного музея Латвии (Рига)
  • Революционные латышские стрелки (1917—1920) / колл. авт., ред. А. А. Дризул. — Рига: «Зинатне», 1980. — 352 с., илл.
  • Томан Б. А. За свободную Россию, за свободную Латвию. — М., 1975.
  • Трушнович А. Р. Воспоминания корниловца: 1914—1934 / Сост. Я. А. Трушнович. — Москва — Франкфурт: Посев, 2004. — 336 с., 8 ил. — ISBN 5-85824-153-0
  • Энциклопедия «Рига». — Рига, Главная редакция энциклопедий, 1989.
  • Andersons E.. Latvijas vēsture 1914-1920. Stockholm: Daugava. 1967. (latış.)
  • Valdis Bērziņš. «Latvija pirmā pasaules kara laikā», Rīga, 1987. (latış.) (Валдис Берзиньш. Латвия во время Первой мировой войны. — Рига, 1987)
  • Valdis Bērziņš. «Latviešu strēlnieki — drāma un traģēdija», Rīga, 1995. (latış.) (Валдис Берзиньш. Латышские стрелки — драма и трагедия. — Рига, 1995)
  • Jānis Lismanis. «1915—1920. Kauju un kritušo karavīru piemiņai». NIMS. Rīga, 1999. (latış.) (Янис Лисманис. 1915—1920. В память воевавшим и павшим воинам. — Рига, 1999)
  • Latvju revolucionarais strēlneeks. Red. R. Apinis, V. Strauss, K. Stučka, P. Vīksne. I; II sējums. Maskava: Prometejs, 1934; 1935 (latış.) OCLC Number 082234573, 494148838

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]