Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nikolay Lisenko
Nikolay Vitalyeviç Lısenko (ukr. Мико́ла Віта́лійович Ли́сенко; 22 mart 1842[…] – 6 noyabr 1912[…], Kiyev) — Ukrayna bəstəkar, pianoçu, dirijor və ictimai xadimi. Hazırda Ukrayna milli mədəniyyətinin görkəmli nümayəndələrindən hesab olunur. == Həyatı == Nikolay Lısenko əslən qədim kazak olan Lısenko nəslindəndir. Atası Vitali Romanoviç Lısenko 13-cü draqun alayında polkovnik olmuşdur. Ana, Olqa Yeremeyevna poltava mənşəlidir. Erkən yaşlarından Nikolay Taras Şevçenkonun və Ukraynanın xalq mahnılarının şeirlərini sevirdi, nənələri - Nikolay və Mariya Bulubaşini onda bu sevgini daha ds dərinləşdirmişlər. Ev tərbiyəsi başa çatdıqdan sonra Nikolay gimnaziyaya hazırlaşmaq üçün Kiyevə getdi, burada ilk öncə Veyl pansionatında, daha sonra isə Geduen pansionatında oxudu. 1855-ci ildə Nikolay 1859-cu ilin yazında gümüş medal ilə bitirdiyi ikinci Xarkov gimnaziyasına köçürülmüşdür. Gimnaziyadakı təhsil əsnasında, o, xüsusi olaraq musiqini (müəllimi - N.D.Dmitriyev) öyrəndi və tədricən Xarkovda pianoçu kimi tanındı.
Nikolay Lısenko

Trofim Lısenko
Trofim Denisoviç Lısenko Ukrayna və Sovet aqronomu və bioloqudur. Biologiya- Miçurin aqrobiologiyasında yalançı elmi istiqamətin banisi və ən böyük nümayəndəsi, SSRİ Elmlər Akademiyasının (1939), Ukrayna Elmlər Akademiyasının (1934), VASXNİL-in akademikidir (1935). Sosialist Əməyi Qəhrəmanıdır (1945). Üç dəfə birinci dərəcəli Stalin mükafatı laureatıdır (1941, 1943, 1949). 1934-cü ildə elmi rəhbər, 1936-cı ildə isə Odessada Ümumittifaq Seleksiya və Genetika İnstitutunun direktoru təyin edilir. 1940-1965-ci illərdə SSRİ Elmlər Akademiyasının Genetika İnstitutunun direktoru olub.. Trofim Lısenko bir aqronom kimi bir sıra aqrotexniki üsulları (vernalizasiya, pambıq budanması, kartofun yay əkini) təklif və təbliğ etmişdir. Lısenkonun təklif etdiyi üsulların əksəriyyəti hələ sovet kənd təsərrüfatında geniş tətbiq olunduğu dövrdə də P.N. Konstantinov, A.A. Lyubişev, P.İ. Lisitsyn və başqaları tərəfindən tənqid edilmişdir. Lısenkonun nəzəriyyələrinin və aqronomik metodlarının ümumi çatışmazlıqlarını üzə çıxaran elmi rəqibləri də onu dünya elmi və təsərrüfat praktikasından ayrıldığına görə qınayırdılar. Bəzi üsullar (məsələn, macar entomoloqu Yablonovskinin təklif etdiyi Asproparthenis punctiventris ilə mübarizə üsulu) Lısenkodan çox-çox əvvəl məlum idi, lakin gözləntiləri doğrultmadı və ya köhnəlmişdi..
N.V.Lısenko adına Xarkov Opera və Balet Teatrı
N. V. Lısenko adına Xarkov Opera və Balet Teatrı (ukr. Харківський національний академічний театр опери та балету імені Миколи Лисенка) — ilk Ukrayna stasionar opera teatrı. Teatrın repertuarında ukrayna, rus, fransız və italyan dillərində opera tamaşaları, klassik və müasir balet tamaşaları var. == Memarlığı == === Köhnə binası === Rımar küçəsi 21 ünvanındakı bina 1829-cu ildə naməlum memar tərəfindən tikilib. 1855-ci ildə sahibkar Zarudnı tərəfindən satın alındı ​​və tamaşalara ev sahibliyi etmək üçün yenidən quruldu. Sonra bina kommersiya klubunun mülkiyyətinə çevrildi və 1884–1885-ci illərdə opera binası (memar B. G. Mixalovski) üçün tamamilə yenidən quruldu. Bağ tərəfinə səhnə hissəsi əlavə edilib və tamaşa zalı Parisdəki Tüilri sarayının dövlət salonlarından birinin motivlərindən istifadə edilməklə Fransız İntibahı üslubunda bəzədilib. Zalın divarları boyunca boş antablaturlu Korinf ordeninin qoşalaşmış yivli sütunları vardır. Hər bir cüt sütunun üstündə yuxarı mərtəbənin eyvanını dəstəkləyən qanadlı qadın heykəlləri qoyulmuşdur. Balkonun kənarları və benuar qutuları dekorativ qəliblərlə bəzədilib.
Aleksandr Mişenko
Aleksandr Mişenko (ukr.
Lisensov qalası
Livensov qalası — Livenson arxeoloji kompleksinin bir hissəsini təşkil edən, Şimali Qafqaz mədəniyyətinə aid olan XVII əsr abidəsi. Rostov-na-Donu şəhərinin Sovetski rayonu, Karataevo və Livenskova qəsəbələri arasında yerləşir. Myortvı Dones çayının sağ sahilində yerləşir. == Təsviri == Arxioloji kompleks 1920-ci illərdə A.A. Millerin rəhbərlik etdiyi ekspedidiya zamanı aşkarlanmışdır. Burada tarixi araşdırmalar 10 illiklərlə davam etmişdir. Bu gündə davam edir. Qalalanın özü isə 1950-ci illərdə aşkarlanmışdır. Bu elmi-tarixi dairələr arasında sensasiya yaratmışdır. Onun yaşı Troya ilə eyni olması fikiri irəli sürülmüşdür. Bu isə onun Şərqi Avropsnın ən qədim qalası olması fikrini irəli sürməyə imkan verir.
Mişenko zümrüdçiçəyi
Mişenko zümrüdçiçəyi (lat. Scilla mischtschenkoana) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin zümrüdçiçəyi cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir, Qafqazın endemik növüdür. == Qısa morfoloji təsviri == Çoxillik, soğanaqlı ot bitkisidir. Soğanaq 1-1,5 sm enində, üzəri boz qınla örtülüdür. Gövdə zəif, 15-20 sm hündürlükdə, yarpaqları 2-4 ədəd yaşıl, tərs-xətvari-neştərşəkilli, küt ucludur. Çiçəkləri ağ rəngdə, bəzən mavi çalarlıdır. Salxım çiçək qrupuna toplanmış çiçəkləri az saylıdır. Çiçək altlığının yarpacıqları 10–12 mm uzunluğunda, iti ucluqlu, uzunsov–ellipsivaridir.
Peterburqski listok
Peterburqski listok (rus. Петербургский листок; 1864—1918) — Peterburq siyasi, ictimai və ədəbi qəzeti. Zarudnı qardaşıları tərəfindən təsis olunmuşdur, hansılar ki redaktor qismində yazıçı Aleksandr Afanasyev-Çujbinskini dəvət etmişdilər ki, o da 23 fevral 1864-cü ildə həftədə 4 dəfə (bazar, çərşənbə axşamı, cümə axşamı və şənbə) qəzet nəşr etmək üçün Peterburq Senzura Komitəsinə müraciət etmişdir. Elə həmin ilin sonunda (30.11.1864 tarixindən) o, vəzifəsindən imtina etdi və onun yerinə redaktor köməkçisi V. M. Sikeviç təyin olundu. Cəmi üç aydan sonra İlya Arsenyev redaktor oldu. Qəzetin ilk sayı 15 mart 1864-cü ildə çap olundu. O, Sankt-Peterburqdakı beşinci özəl qəzet idi. Qəzetin nəşrinə ilkin kapital P. V. Vasilyev və İ. A .Tatarinov tərəfindən qoyulmuşdur. Nəşrin ilk ilində qəzetdə Vsevolod Krestovskinin "Peterburq xarabalıqları" romanı nəşr olunmağa başlandı. 6 aprel 1865-ci ildə qəzet ilkin senzurasız yayımlanmağa başlandı; 1865-ci ilin sentyabr ayında qəzetə aylıq əlavələr dərc etməyə icazə verildi.
Şuşinski listok
Şuşinski listok (rus. Шушинский листок, mənası "Şuşa vərəqi") — Rusiya imperiyasında liberal ictimai-siyasi və ədəbi qəzet. == Tarixi == 1911-ci ilin iyunundan 1914-cü ilin avqustuna qədər Şuşada həftədə 2–4 dəfə çıxmışdır. Tam olmayan məlumata görə, 63 nömrə çıxmışdır. Redaktoru və naşiri Ş. A. Melik-Qaraközov idi.
Bakinski listok
"Bakinskiy listok" (rus. Бакинский листок) — Bakıda rus dilində çap olunmuş ilk qəzet. == Qəzet haqqında məlumat == Azərbaycanda çıxan ilk rusdilli nəşr "Bakinskiy listok" hesab edilir. Qəzetin baş redaktoru Bakı real gimnaziyasının müəllimi Xristian Sink idi. 1870-ci il dekabr ayının 3-də qəzetin nəşrinə rəsmi icazə verildi. Qəzetin ilk nömrəsi 1871-ci ilin martın 6-da çıxmış, iyun ayında bağlanmışdır. 1872-ci ilin yanvarında qəzetin nəşri yenidən bərpa olunmuşdur. Həmin il iyunun 3-dək davam etmişdir. Qəzet İçərişəhərdə, Mixail Voliçkin adlı şəxsin xüsusi mətbəəsində çap olunurdu. Bu qəzetdə rəsmi xəbərlər, qərarlar, elanlar və teleqramlar geniş yer tuturdu.
Bakinski listok (qəzet)