Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Lujo Brentano
Lujo Brentano (18 dekabr 1844[…], Aşaffenburq, Aşağı Frankoniya – 9 sentyabr 1931[…], Münxen) — alman iqtisadçısı. == Həyatı == == Fəaliyyəti == L. Brentano – Breslav, Strasburq, Vyana, Leypsiq və Münhen Universitetlərinin professoru, iqtisadi və sosial siyasət, iqtisadiyyat, tarix, fəhlə hərəkatı məsələləri üzrə çoxsaylı əsərlərin müəllifi. Öz iqtisadi baxışlarında həmçinin iqtisad nəzəriyyəsindən imtina edilməsini təbliğ edirdi. Vyana universitetində mühazirələrlə çıxış edərək (1888-ci il), Brentano ümumi və ya nəzəri iqtisada "iqtisadi hadisələrin bilavasitə müşahidə" vəzifəsini qarşı qoyaraq onun "ikinci dərəcəli əhəmiyyətindən" danışırdı, çünki "siyasi iqtisad bir zaman təbiət elmlərinin təbiətdə müşahidə olunan fakt və proseslərin təsvirinə keçməsinin aprior mühakimələrinə əsaslanmalıdır. Brentano belə hesab edirdi ki, iqtisadi həyatın hətta ən sadə təzahürlərinin dəqiq təsviri eqoizmdən olan ən ağıllı deduksiyadan da müqayisəolunmaz dərəcədə daha qiymətlidir". Qeyd etmək lazımdır ki, iqtisad nəzəriyyəsində abstrakt metoda qarşı mübarizədə həm Şmoller, həm də Brentano klassik məktəbin istehsal münasibətlərinə və deməli kapitalizmin iqtisadi kateqoriyalar məcmusunu əbədi, dəyişməz elementlər kimi nəzərdə tutan metodoloji zəifliklərindən istifadə etmişlər. Yeni tarix məktəbinin nümayəndələri müasir kapitalist ölkələrinin təsərrüfat inkişafını tədqiq edərkən bu ölkələrin təsərrüfat quruluşunun dəyişkənliyini sübut etmiş və cəmiyyətin iqtisadi həyatının inkişafının və obyektiv iqtisadi qanunların qanunauyğun xarakterini inkar etmişlər. Brentano yuxarıda qeyd olunan mühazirədə merkantilistləri hətta siyasi iqtisadın klassiklərindən yüksəkdə tuturdu, belə ki, onun fikrincə, merkantilistlər sənaye və ticarətə dövlət təsirinin müxtəlif üsullarını tədqiq edərək, iqtisadi qanunlar üzə çıxarmağa cəhd etməmişlər. Yeni tarix məktəbi dəyər, izafi dəyər, kapitalist yığımının tarixi meyli qanununun problemlərini süni və uydurma hesab edərək, klassik siyasi iqtisadın və marksist təliminin kəskin tənqidi ilə çıxış etdi. Şmoller göstərirdi ki, Karl Marksın ümumiləşdirmələri abstrakt anlayışlar və ümumi tarixi – fəlsəfi obrazlardan başqa bir şey deyildir.
Kubok
Kubok— ilk dövrlərdə şərab içilməsi üçüm istifadə edilən qab. Metaldan hazırlanırdı, bəzən sümükdən, şüşədən də hazırlanırdı. Orta əsrlərdə cəngavər döyüşlərindən sonra qalib şəxsə kubok işərisində şərab verilirdi. XIX əsrin ortalarından isə idman yarışlarında hədiyyə kimi verilməyə başlandı.
Lugoa
Luton
Luton (ing. Luton [ˈluːtən]) — Böyük Britaniyada, İngiltərədə şəhər.
Lutsk
Lutsk (ukr. Луцьк, pol. Łuck, alm. Luzk‎) — Ukraynanın şimal-qərbində, Volın ərazi vahidinin mərkəzi şəhəri. Ukraynanın ən qədim şəhərlərindən hesab edilir. Lutsk haqqında ilk yazılara 1085-ci ilin sənədlərində rast gəlinir.
Luzon
Luson adası (taqal Luzon, isp. Luzón) — Filippin adaları arasında ərazisinə görə ən böyük ada. Adaların dünyada sahəsinə görə sıralamasında 15-ci yerdə gedir. Adanın sahəsi 109 964,9 km² təşkil edir. Burada 52 990 000 nəfər (2015) yaşayır. Adanın cənubunda Filippinin ən böyük iki şəhəri yerlışir: Manila və Keson. Manila ölkənin paytaxtıdır. Keson isə ölkədə ən çox əhalisi olan şəhərdir. Qədim xəritələrdə adanın adı Lusoniya və ya Yeni Kastilya olmuşdur. Adada yaşıyanlara hər zaman Lusonlular deyilirdi.
Lübek
Lübek (alm. Lübeck‎ [ˈlyːbɛk]) — Almaniyanın şimalında (Şlezviq-Holşteyn federal torpağının cənub-şərqi) şəhər. Şəhər Şimali Almaniya ovalığında, Baltik dənizi sahilində Travemünde rayonunda axan Trave çayının mənsəbinin yaxınlığında yerləşir. Tarixə Hanza ittifaqının ən böyük mərkəzi kimi düşmüşdür. Əsas abidələri Almaniyada YUNESKO-nun Ümumdünya irsi obyektlərinin siyahısına salınıblar. Lübek şəhəri 10 rayona bölünür. == Əhali == 2015-ci il hesablamalarına görə, şəhərdə 216,253 nəfər əhali yaşayır.
Lünak
Lünak (fr. və oks. Lunac) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Najak kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12135. Kommuna təxminən Parisdən 520 km cənubda, Tuluza şəhərindən 90 km şimal-şərqdə, Rodezdən isə 39 km qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 450 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 217 nəfər arasında (15-64 yaş arasında) 164 nəfər iqtisadi cəhətdən fəal, 53 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 75.6%, 1999-cu ildə 71.6%).
Lugo
Luqo (qalis. Lugo) — İspaniyanın tarixi Qalisiya muxtar regionunda yerləşən şəhər. Lugo vilayətinin mərkəzidir.
Luik
Luik — Estoniya soyadı. Leyla Luik — Estoniya idmançısı. Liina Luik — Estoniya idmançısı. Lili Luik — Estoniya idmançısı.
Luqo
Luqo (qalis. Lugo) — İspaniyanın tarixi Qalisiya muxtar regionunda yerləşən şəhər. Lugo vilayətinin mərkəzidir.
Lüno
Lüno (fr. Luneau) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Le-Donjon kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03154. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 284 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 164 nəfər (15-64 yaş) arasında 121 nəfər iqtisadi fəal, 43 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73,8%, 1999-cu ildə 67.9%). Fəal 121 nəfərdən 116 nəfəri (67 kişi və 49 qadın), 5 nəfəri işsizdir (2 kişi və 3 qadın). Fəal olmayan 43 nəfər arasında şagird və ya tələbə, 16 nəfər təqaüdçü, 20 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Ukok
Ukok – Rusiya Federasiyasında yerləşən yayla == Coğrafiyası == Ukok yaylası Altay Respublikasının ən cənubunda, Qazaxıstan, Çin, Rusiya və Monqolustanın sərhəd qovşağında yerləşir. Ukok yaylası 2200–2500 metr mütləq yüksəkliklərə malik dağlıq düzən, dağlıq və yüksək dağlıq səviyyəli səthin reliktidir. Yaylanın üzərində 500-600 metr sıra dağlar yüksəlir. Dağ silsiləsinin maksimum mütləq yüksəkliyi (əvvəllər Nairamdal adlandırılan Kuyten-Uul şəhəri) 4374 metrə çatır Kuyten-Uul dağı, Beluxadan sonra, Altay dağlarının ikinci ən yüksək zirvəsidir.
Aechmea lugoi
Aechmea lugoi (lat. Aechmea lugoi) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin bromeliyakimilər fəsiləsinin exmeya cinsinə aid bitki növü.
Dulok Krallığı
Dulok Krallığı və ya sadəcə Dulok (ing. Duloc Kingdom) — 2001-ci ildə çəkilmiş "Şrek" animasiya filmində təsvir olunan utopik krallıq. "Şrek" filminin rejissoru Duqlas Rocers və komandası Fransanın Dordon bölgəsində gəzintiyə çıxmış və bölgə Dulok Krallığının yaradılması üçün ilham mənbəyi olmuşdur. == Haqqında == 2001-ci ildə çəkilmiş "Şrek" animasiyasında ilk dəfə görülmüşdür. Kralı monarşist Ford Farquaaddır. Paytaxtı Dulokdur. Dulok şəhər-dövlətdir. Ölkənin əhalisi onun sərhədləri içərisində yaşayanlardan ibarətdir. Krallıqda nağıl qəhrəmanları da yaşayır. == Tarixi == Dulok Krallığının tarixi və əvvəlki kralları bilinmir.
Feliks Aubök
Feliks Aubök (19 dekabr 1996) — Avstriyalı üzgüçü. Feliks Aubök Avstriyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Feliks Aubök birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 1500 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 15:36.24 saniyəlik nəticəsi ilə 42-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Hubert Lukot
Hubert Lukot (1935 - 18 Yanvar 2017) — Fransalı şair və metaalətlər yazarı. Lukot 60-dan çox kitabın müəllifidir. == Həyatı == Hubert Lukot 1935-ci ildə Parisdə anadan olmuşdur. == Karyerası == Lukot ədəbi yaradıcılığına şeirlə başlamışdır. 1960-cı illərdə düz yazı və meta fantastikanı ehtiva edən kitablar yazmağa başlamışdır. Ömrü ərzində Lukot 60-dan çox kitab nəşr etdirmişdir. == Ölümü == Lukot 18 yanvar 2017-ci ildə vəfat etmişdir.
Kopi Luvak
Kopi Luvak (ind. Kopi luwak) — İndoneziyanın Sumatra adasında istehsal edilən qəhvə çeşidi. Kopi Luvak hazırlanma texnologiyası və az məhdud sayda istehsal edilməsi səbəbindən dünyanın ən bahalı qəhvəsi hesab olunur.
Lajoş Poşa
Lajoş Poşa (mac. Pósa Lajos; 9 aprel 1850 – 9 iyul 1914, Budapeşt) — Macarıstan şairi və yazıçısı. O, uşaq ədəbi jurnalının yaradıcısı və redaktoru olmuşdur.
Lopi Luvak
Kopi Luvak (ind. Kopi luwak) — İndoneziyanın Sumatra adasında istehsal edilən qəhvə çeşidi. Kopi Luvak hazırlanma texnologiyası və az məhdud sayda istehsal edilməsi səbəbindən dünyanın ən bahalı qəhvəsi hesab olunur.
Lugoa revoluta
Lujin boğazı
Lujin boğazı — Sakit okeanına daxil olan Ançiferova adasını Paramuşir adasından ayırır. Oxot dənizini Dördüncü Kuril boğazı ilə birləşdirir. Uzunluğu 20 km, ən dar eni isə 15 km təşkil edir. Dərinliyi 700 m-ə çatır. Şərq sahilində Fusso vulkanı vardır. Boğazda Neproydennıy, Kapustnıy (Paramuşir),Terkut (Ançiferova) burunları vardır. Bura Fusso və Selasura çayları tökülür. Mərkəzi hissədə Mayora körfəzi yerləşir. Kapustıy burnundan Lujina boğazı Dördüncü Kuril boğazına keçir. Boğazın sahillərində dərinlik 1 m təşkil edir.
Luqov kərtənkələsi
Luqov kərtənkələsi (lat. Darevskia praticola) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin qayalıq kərtənkələsi cinsinə aid heyvan növü. == Təsviri == Elədə böyük olmayan, 5 — 10 sm uzunluğa malik olan (bədəni 6 — 7 sm, quyruğu 3 sm) kərtənkələ. Tünd-yaşıl rəngə malikdir. Başı yuxarıdan bütünlüklə tünd qəhvəyidir. == Arealı == Növ əsasən Şimali Qafqaz və Cənubi Qafqaz ərazilərdə rast gəlinir. Azərbaycan, Gürcüstan, Ermənistan, Türkiyə və Bolqarıstan ərazilərində yayılmışdır. == Həyat tərzi == Günlük aktiv canlıdır. Əsasən açıq çəmənliklərə daha çox əhəmiyyət verir.
Luson adası
Luson adası (taqal Luzon, isp. Luzón) — Filippin adaları arasında ərazisinə görə ən böyük ada. Adaların dünyada sahəsinə görə sıralamasında 15-ci yerdə gedir. Adanın sahəsi 109 964,9 km² təşkil edir. Burada 52 990 000 nəfər (2015) yaşayır. Adanın cənubunda Filippinin ən böyük iki şəhəri yerlışir: Manila və Keson. Manila ölkənin paytaxtıdır. Keson isə ölkədə ən çox əhalisi olan şəhərdir. Qədim xəritələrdə adanın adı Lusoniya və ya Yeni Kastilya olmuşdur. Adada yaşıyanlara hər zaman Lusonlular deyilirdi.
Luzon adaları
Luzon adaları (taqal Luzon) — Filippin arxipelaqına daxil olan üç əsas qrupdan biri olaraq, arxipelaqın şimalında yerləşir. Luzon adalarına, Luzon adası, onun şimalında Batan və Babuyan adalar qrupları, şərqdə Polilo adaları, cənubda Katanduanes, Marinduke və Mindoro adaları daxildir. Həmçinin, Masbate, Palavan və Romblon adaları da Luzon adalarında daxildir, baxmayaraq ki, bu üç ada bəzən digər arxipelaq olan Visayla qruplaşdırılır. == Coğrafiyası == Adalar qrupuna daxil olan əsas adalar: Luzon — 109 965 km², Palavan — 12 189 km², Mindoro — 10 572 km², Babuyan arxipelaqı — 620 km². Palavan adası bu qrupa daxil olması bir çox alimlər tərəfindən inkar edilir, onu həm Luzon həmdə Viday adalar qrupuna daxil edilir. == Əhalisi == 2010-ci il sıyahıya alınmasına görə adalarda 52 363 492 nəfər insan yaşayır.