Lujin boğazı — Sakit okeanına daxil olan Ançiferova adasını Paramuşir adasından ayırır. Oxot dənizini Dördüncü Kuril boğazı ilə birləşdirir. Uzunluğu 20 km, ən dar eni isə 15 km təşkil edir. Dərinliyi 700 m-ə çatır. Şərq sahilində Fusso vulkanı vardır. Boğazda Neproydennıy, Kapustnıy (Paramuşir),Terkut (Ançiferova) burunları vardır. Bura Fusso və Selasura çayları tökülür. Mərkəzi hissədə Mayora körfəzi yerləşir. Kapustıy burnundan Lujina boğazı Dördüncü Kuril boğazına keçir. Boğazın sahillərində dərinlik 1 m təşkil edir. Kuril adalarını öyrənən Fedora Fedoroviç Lujinin şərəfinə boğaz Lujin boğazı adlandırılmışdır. Sahillərində yaşayış məntəqələri yoxdur. Saxalin diyarının ərazisinə daxildir.
Lujin boğazı | |
---|---|
Ümumi məlumatlar | |
Eni | minimum 14 km |
Uzunluğu | 20 km |
Ən böyük dərinliyi | 700 m |
Yerləşməsi | |
50°13′ şm. e. 155°07′ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Akvatoriyası | |
Ayırır | Ançiferova adasını Paramuşir adasından |
|