Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Olenok
Olenok (saxa Өлөөн) — Rusiya ərazisində Şərqi Sibirdən axan çay. Krasnoyarsk diyarı ərazisindən axaraq Yakutiya ərazisində dənizə tökülür. Rusiyanın ən uzun çaylarından biridir. Cəmi 92 km məsafədə naviqasiya mümkündür == Coğrafiyası == Çay Orta Sibir öndağlığı ilə Şimali Sibir çökəkliyi ilə axır. Laptevlər dənizinə daxil olan Olenok körfəzinə tökülür. Dənizə töküldüyü yerdə sahəsi 475 km² olan delta əmələ gətirir. Çayın uzunluğu 2292 km, hövzəsinin sahəsi 219 min. km² təşkil edir. Çayın deltasında bir qrup adalar vardır: Canqılax, Kuqun-Arıta, Ulaxan Arı (iri adalar), Bılıktax-Arıta, Oççuquy-Arı, Oqonner-Arıta, Ot-Arı, Bolder-Arıta, Syuqyulder-Arlta, Olete-Arıta, Okuollax-Arıta, Kersyose-Arıta, Xobuox-Arıta, Kasyan-Arıta, Şved-Mayaktax-Arıta, Eppet-Belkey, Kyiryor-Arı, Tonqolox-Belkee, Xastax-Arı, Tiqyan-Arı, Xaxıs-Belkee, Borid-Arıta, İsay-Belkee (kiçik adaları). Çayın dənizə töküldüyü yerdə Şaxtalax-Arı adası yerləşir.
Venosk
Venosk (fr. Venosc) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38534. Kommunanın 2007-ci il üçün əhalisi 849 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 816 ilə 3465 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 520 km cənub-şərqdə, Liondan 135 km cənub-şərqdə, Qrenobldan 38 km şimal-qərbdə yerləşir.
Lensk
Lensk (rus. Ленск, IPA: [lʲɛnsk]; yakut. Лиэнскэй, Lienskey) — Rusiya Federasiyasının Saxa Respublikasının Lenski rayonunun şəhər və inzibati mərkəzi. 2010-cu il siyahıyaalınmasına əsasən, əhalisi 24,966 nəfər idi. == Coğrafiya və iqlim == Lensk Lena çayının sol sahilində, Lena yaylasının cənub kənarında, respublikanın paytaxtı Yakutskdan təxminən 800 kilometr (500 mil) qərbdə yerləşir. Şəhər alçaq dağlarla əhatə olunmuş vadidə yerləşir. Lena çayı bölgənin əsas su yoludur və nəqliyyat və balıq ovu üçün istifadə olunur. Lensk subarktik iqlimə malikdir (Köppen iqlim təsnifatı Dfc). Qışlar çox soyuq və uzun, orta temperatur yanvarda -34,1 ilə -25,3 °C (-29,4 ilə -13,5 °F) arasında dəyişir. Yay mülayim, lakin qısadır, orta temperatur 10 ilə 23,9 °C (50,0 ilə 75,0 °F) arasında dəyişir.
Venom
Venom (ing. Venom) — Marvel Comics nəşriyyatı tərəfindən yayımlanan, əsasən Hörümçək-adamla əlaqəli komiks kitablarında görünən uydurma personaj. Personaj maye formalı amorf yad planetli Simbiot olmaqla, yaşaması üçün daşıyıcı - əsasən insanla əlqəyə girməsi vacibdir. Daşıyıcı ilə əlaqəyəgirdikdən sonra, Simbiot inkişaf etmiş güc və bacarıqlarını onun istifadəsinə verir. Venom Simbiotu insanla əlaqəyə girdikdən sonra yaranan yeni ikili varlıq özünü adətən “Venom” adlandırır. Personaj ilk dəfə canlı yad planetli kostyum kimi “The Amazing Spider-Man #252” (may, 1984) komiksində təqdim edilmiş, onun tam görünməsi isə “The Amazing Spider-Man #300” (may, 1988) baş tutmuşdur. Venom Simbiotunun ilk daşıyıcısı Piter Parker olmuş, lakin, Simbiotun pis xasiyyətini başa düşdükdən sonra Parker onu özündən ayıra bilmişdir. Simbiotun sonrakı daşıyıcıları arasında ən məşhuru Eddi Brok olmuş, məhz onun Venom olduğu dövrdə personaj Hörümçək-adamın əsas düşməninə çevrilmişdir. Q.A.L.X.A.N.-ın məlumatlarında Venom, Maqneto, Doktor Dum və Qırmızı kəllə ilə birlikdə insanlıq üçün əsas təhlükə hesab edilir. Komiks müxbiri və tarixçisi Mayk Konroy personaj haqqında yazır: “Hörümçək-adam üçün dəyişik kostyum kimi başlayan bir şey, Marvelin ən böyük qarabasmalarından birinə çevrilmişdir.” IGN tərəfindən təşkil edilmiş “Bütün zamanların ən böyük 100 komiks canisi” siyahısında Venom iyirmi ikinci yerdə qərarlaşmışdır.
Venon
Venon (fr. Venon) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Sen-Marten-d'Er kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38533. Kommunanın 2012-ci il üçün əhalisi 732 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 395 ilə 525 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 100 km cənub-şərqdə, Qrenobldan 7 km şərqdə yerləşir.
Vənək
Vənək — İranın İsfahan ostanının Səmirom şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,509 nəfər və 653 ailədən ibarət idi.
Olenok körfəzi
Olenok körfəzi — Laptevlər dənizində yerləşən körfəz. Körfəzin uzunluğu 65 km, eni isə 130 km-dir. Ən dərin yeri 15 metrdir. Lena deltasından qərbdə yerləşir. İlin böyük qismi buzla örtülüdür. Avqust-sentyabr ayları buzdan azad olur. Körfəzin suyu az duzludur. Bu səbəbdən burada şirin su balıqlarını görmək olar. Körfəzə Olenok çayı tökülür. Şərq sahillərini Lena deltası şəkilləndirir.
Olenok ulusu
Olenok ulusu (saxa Өлөөн улууһа) — Rusiya Federasiyası, Saxa Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Olenok kəndidir. == Coğrafiyası == Ulusun sahəsi 318.0 min km²-dir. Saxanın ən böyük ulusudur. Sahəsi Saxa Respublikasındakı ən kiçik olan Meqino-Xanqalas ulusundan 27 dəfə daha böyükdür. Ulus şimaldan Anabar ulusu, şimal-şərqdən Bulun ulusu, şərqdən Jıqan, Vilyoy ulusu, Yuxarı Vilyoy ulusu, cənub-şərqdən Nyurba ulusu, cənubdan Mirnı ulusu ilə həmsərhəddir. Həmçinin Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ilə həmsərhədə malikdir. Respublikanın şimal-qərbində, Arktika Dairəsindən kənarda, Olenok və Anabar çaylarının hövzələrində yerləşir. Yakutskdan rayon mərkəzinə getmək üçün min kilometrdən çox yol qət etmək lazımdır. Avtomobil yolu ilə 2026 km, su ilə 3989 km.
Evenk dili
Evenk dili, evenki dili (köhnə — tunqus dili) — evenklərin dili. Rusiyada, əsasən Şərqi Sibirdə — Yenisey çayının sol sahilindən Saxalin adasına qədər yayılıblar (4,8 min nəfər 2010), həmçinin Çinin şimalında Daxili Monqolustanda, Sinyan-Uyğur muxtar vilayətində və Monqolustan yaşayan 9 min nəfər solonlar da evenklərə aiddir. Even dili və negidal dili ilə yanaşı tunqus-mancur dillərinin şimal qrupuna aiddir. == Həmçinin bax == Kiril qrafikalı əlifbalı dillər siyahısı == İstinad == Эвенгус — сайт о языке: учебники, словарь, разговорник. Эвенкийский для начинающих — Электронная онлайн-версия обучающей программы на сайте электронного журнала "Языки и фольклор народов Сибири". (Access denied!) == Mənbə == Болдырев Б. В. Эвенкийско-русский словарь (Эвэды-лучады турэрук). — Новосибирск: Изд-во СО РАН, филиал "Гео", 2000. — Ч. 2: Р—Я. — 484 с.
Venoz kateter
Venadaxili ya venoz kateter, periferik vena daxili kateter, PVK ( istehsalçı firma adları: Abbokath®, Braunüle®, Flexüle®, Venflon®, Viggo®) vena daxilinə müəyyən müddətə maye və dərman preparatlarının yeridilməsi ya applikasiyası üçün periferik xüsusən yuxarı ətraf venaların daxilinə qoyulan plastik və elastik bir borucuq. Venadaxili kateter qoyulduğundan sonra bir neçə gün ərzində istifadə oluna bilinir. == Qoyulma texnikası == == Tarixçəsi == 1962 ci ilə qədər vena daxilinə inyeksiya və infuziyalar dəmir iynələr vasitəsilə aparılırdı. Dəmir iynələr həm xəstələrin həm də tibbi personalın rahatlığı və təhlükəsizliyi baxımından çox əlverişsiz olduğundan, venadaxili elastik və plastik kateterlər ilk dəfə 1962 ci ildə kimyaçı həkim Bernd Braun tərəfindən icad edilmişdir. Tibbidə bəzən bu kateterləri "Braun kateterləri" də adlandırırlar.
Venoz sistemi
İnsan bədəni damarlarının siyahısı — İnsan bədənindəki damarların siyahısıdır.
Venom (film)
Venom (ing. Venom) — Marvel Comics tərəfindən nəşr edilmiş Venom komiksinə əsaslanan və 2018-ci ilin oktyabr ayında çıxarılması gözlənilən ABŞ epik superqəhrəman filmidir. Columbia Picturesin prodüserliyi ilə çəkilmiş film, Sony Picturesin distribütorluğu ilə çıxarılacaq. Bu, Marvel Kinematoqrafiya Kainatından fərqlənən Sony Marvel Kainatının ilk filmidir. Skott Rozenberq, Ceff Pinkner və Kelli Marsel tərəfindən yazılmış ssenari əsasında Ruben Fleyşerin rejissorluğu ilə çəkilmiş filmdə əsas rolları Tom Hardi və Mişel Vilyams canlandırmışlar. == Süjet xətti == Eddi Brok – kifayət qədər tanınan araşdırmaçı-jurnalistdir. Daima sensassiyalı layihələrin dalınca düşür, nəticələrdən qorxub-çəkinmədən işini həmişə sona çatdırır. Ancaq alim və biznesmen Karlton Dreydən aldığı son müsahibə onun sevimli işini itirməsi bahasına başa gəlir. Tezliklə o Dreykin həmkarı ilə söhbətləşir. Həmin şəxs ona and-aman edir ki, alim insanlar üzərində misli görülməmiş eksperimentlər keçirir, insanların bədəninə yadplanetli parazitləri yeridir.
Venöz bucaq
Venöz bucaq (lat. angulus venosus) həmçinin Pirogov venoz bucağıda adlanır — körpücükaltı və daxili boyun venalarının birləşməsi. O, brakiosefalik damar əmələ gətirir. Torakal kanal sol venoz bucaqda, sağ limfa kanalı isə sağ venoz bucaqda axır. Venöz bucaqda, yuxu qişası və qoltuqaltı qişa bir-birinə qarışaraq davamlı neyrovaskulyar örtük əmələ gətirir.
Cekson-Venik düzəlişi
Cekson-Venik düzəlişi (ing. Jackson-Vanik amendment) – 1974-cü ildə Konqres tərəfindən yəhudilərin azad mühacirət hüquqlarını məhdudlaşdıran dövlətlərə qarşı ticarət sanksiyalarının tətbiq edilməsini nəzərdə tutan ABŞ Ticarət Aktına edilən düzəliş. Düzəlişdə nəzərdə tutulan sanksiyalar ABŞ tərəfindən əsasən MDB dövlətləri və Çin Xalq Respublikasına qarşı tətbiq edilir. 2008-ci ildə Senator Riçard Luqar düzəlişin Azərbaycana qarşı tətbiq edilməsinin ləğv edilməsi haqqında qanun layihəsini ABŞ Konqresinə təqdim etmişdir.
Mərkəzi venoz kateter
Mərkəzi venoz kateter qısa olaraq MVK (ing. CVC - central venous access catheter, alm. ZVK - Zentralvenöser Katheter‎) intensiv infuzion terapiyanı aparmaq, mərkəzi venoz təzyiqi ölçmək məqsədilə mərkəzi vena damarlarına: yuxarı boş venaya açılan sağ və sol daxili və xarici vidaci venalara, aşağı boş venaya açılan sağ və sol qalça venalarına yeridilmək üçün nəzərdə tutulmuş süni plastik nazik bir boru. MVK bir, iki, üç və s. lüləli ya mənfəzli olurlar. Periferik venadaxili kateterdən vərqli olaraq, mərkəzi venoz kateter yüksək faizli elektrolitlərin xüsusən KCl məhlulunun, parenteral qidalandırıcı məhlulların, qan və qanəvəzedici preparatların yeridilməsi, katoxolamin terapiyasının aparılması, mərkəzi venoz təzyiqin ölçülməsi, laborator müayinələr üçün dəfələrlə qanın alınması üçün daha əlverişlidir. === Qoyulma metodları === Seldinger texnikası Seldinger texnikasının icrası üçün xüsusi punksiyon iynə-şpris, mandren - istiqamətləndirici tel, dilotator - genişləndirici və katheterdən istifadə olunur. Standartlara uyğun olaraq punksiya olunan nahiyyə dezinfeksiya olunaraq sterill materialla izolə edilir. Şpris taxılmış punksion iynə aspirasiya olunmaq şərti ilə damar istiqamətində yeridilir. Damar əldə edilərkən şprisə dərhal qan aspirasiya olunur.
Venom (film, 2018)
Venom (ing. Venom) — Marvel Comics tərəfindən nəşr edilmiş Venom komiksinə əsaslanan və 2018-ci ilin oktyabr ayında çıxarılması gözlənilən ABŞ epik superqəhrəman filmidir. Columbia Picturesin prodüserliyi ilə çəkilmiş film, Sony Picturesin distribütorluğu ilə çıxarılacaq. Bu, Marvel Kinematoqrafiya Kainatından fərqlənən Sony Marvel Kainatının ilk filmidir. Skott Rozenberq, Ceff Pinkner və Kelli Marsel tərəfindən yazılmış ssenari əsasında Ruben Fleyşerin rejissorluğu ilə çəkilmiş filmdə əsas rolları Tom Hardi və Mişel Vilyams canlandırmışlar. == Süjet xətti == Eddi Brok – kifayət qədər tanınan araşdırmaçı-jurnalistdir. Daima sensassiyalı layihələrin dalınca düşür, nəticələrdən qorxub-çəkinmədən işini həmişə sona çatdırır. Ancaq alim və biznesmen Karlton Dreydən aldığı son müsahibə onun sevimli işini itirməsi bahasına başa gəlir. Tezliklə o Dreykin həmkarı ilə söhbətləşir. Həmin şəxs ona and-aman edir ki, alim insanlar üzərində misli görülməmiş eksperimentlər keçirir, insanların bədəninə yadplanetli parazitləri yeridir.
Artur Lenk
Artur Lenk (10 fevral 1964, Paterson, Nyu Cersi) — İsrailin Azərbaycanda Fövqəladə və Səlahiyyətli səfiri. == Həyatı == Artur Lenk 1964-cü ildə ABŞ-nin Nyu-Cersi ştatında doğulub. 1983-cü ildə İsrailə köçüb. 1990-cı ildə Yerusəlimin Hebryu Universitetinin hüquq fakültəsində bakalavr pilləsini bitirib. 2003-cü ildə həmin universitetdə beynəlxalq hüquq üzrə magistr dərəcəsini alıb. 1990-1994-cü illərdə vəkil kimi çalışıb. 1994-1996-cı illərdə İsrail Xarici İşlər Nazirliyinin Asiya bölməsində müxtəlif vəzifələrdə işləyib. 1996-1998-ci illərdə İsrailin Hindistandakı səfirliyinin mədəniyyət və akademik məsələləri üzrə ikinci katibi olub. 1998-2000-ci illərdə İsrailin Los-Ancelesdəki baş konsulluğunda ictimaiyyətlə əlaqələr üzrə konsul postunu tutub. 2000-2005-ci illərdə İsrailin Xarici İşlər Nazirliyinin Beynəlxalq Hüquq və Hüquqi Məsləhətlər üzrə departamentində çalışıb.
Bernd Leno
Bernd Leno (4 mart 1992-ci ildə anadan olub) — EPL təmsilçilərindən olan Arsenal klubunda və Almaniya milli futbol komandasında qapıçı kimi çıxış edən peşəkar Almaniya futbolçusudur.