Olenok

Olenok (saxa Өлөөн) — Rusiya ərazisində Şərqi Sibirdən axan çay. Krasnoyarsk diyarı ərazisindən axaraq Yakutiya ərazisində dənizə tökülür. Rusiyanın ən uzun çaylarından biridir. Cəmi 92 km məsafədə naviqasiya mümkündür[1]

Olenok
saxa Өлөөн
saxa Өлөөн
Ölkə  Rusiya
Mənbəyi Orta Sibir yaylası
 • Yüksəkliyi 1210 m
Mənsəbi Laptevlər dənizi
 • Yüksəkliyi 0 m
Uzunluğu 2292km
Su sərfi 1.210 m³/s
Hövzəsinin sahəsi 219000 km²
Olenok (Yakutiya)
mənbəyi
mənsəbi
Olenok Saxanın fiziki xəritəsində:

67°35′17″ şm. e. 105°09′16″ ş. u.HGYO

72°59′01″ şm. e. 119°47′40″ ş. u.HGYO
DSR[rus.] 18020000112117600047229
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Çay Orta Sibir öndağlığı ilə Şimali Sibir çökəkliyi ilə axır. Laptevlər dənizinə daxil olan Olenok körfəzinə tökülür. Dənizə töküldüyü yerdə sahəsi 475 km² olan delta əmələ gətirir. Çayın uzunluğu 2292 km, hövzəsinin sahəsi 219 min. km² təşkil edir.

Çayın deltasında bir qrup adalar vardır: Canqılax, Kuqun-Arıta, Ulaxan Arı (iri adalar), Bılıktax-Arıta, Oççuquy-Arı, Oqonner-Arıta, Ot-Arı, Bolder-Arıta, Syuqyulder-Arlta, Olete-Arıta, Okuollax-Arıta, Kersyose-Arıta, Xobuox-Arıta, Kasyan-Arıta, Şved-Mayaktax-Arıta, Eppet-Belkey, Kyiryor-Arı, Tonqolox-Belkee, Xastax-Arı, Tiqyan-Arı, Xaxıs-Belkee, Borid-Arıta, İsay-Belkee (kiçik adaları).

Çayın dənizə töküldüyü yerdə Şaxtalax-Arı adası yerləşir.

Əsas qolları: Arqa-Sala, Bur, Ukukit, Birekte, Kuoyka, Beençime, Buolkalax (sağdan), Siliqir, Alakit (soldan).

Yaşayış məntəqələri

[redaktə | mənbəni redaktə et]
  • Olenok
  • Xarıyalax
  • Taymılır
  • Ust-Olenok

Deltadakı axınlar

[redaktə | mənbəni redaktə et]

Ulaxan-Ues — nərələrin yayıldığı çaydır[2], burada balıq sənayesi inkişf etmişdir[3][4]. Burads: Oqonner-Kubata, Oqonner-Arıta, Ulaxan-Arı.

Əsasən qar və yağış suları ilə qidalanır. Gursululuq dövrü iyundan sentyabra qədər davam edir. Oktyabrdan maya qədər buzla örtülü olur.

1965—1984 illər ərzində illik su sərfiyyatı.[5]

Çay balıqlarla zəngindir. Cəmi 95 km naviqasiyaya yararlıdır.

Əlavə məlumat

[redaktə | mənbəni redaktə et]

Çayın mənsəbində Pronçiş Vasiliya Vasileviç və Tatyana Fedorovnanın qəbrləri vardır. 1936-cı ildə Böyük Şimal ekspedisiyasının üzvləri olmuşlar.

  1. Оленёк Arxivləşdirilib 2022-01-27 at the Wayback Machine, География. Современная иллюстрированная энциклопедия. — М.: Росмэн. Под редакцией проф. А. П. Горкина. 2006.
  2. http://faolex.fao.org/docs/texts/rus52917.doc Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine ПОСТАНОВЛЕНИЕ от 23.04.74 г. N 246 О ДОПОЛНЕНИИ ПЕРЕЧНЯ РЕК, ИХ ПРИТОКОВ И ДРУГИХ ВОДОЕМОВ, ЯВЛЯЮЩИХСЯ МЕСТАМИ НЕРЕСТА ЛОСОСЕВЫХ И ОСЕТРОВЫХ РЫБ
  3. Ov Departamenti[ölü keçid]
  4. Департамент охотничьего хозяйства[ölü keçid]
  5.  (ing.) Olenek Basin Arxivləşdirilib 2016-03-03 at the Wayback Machine, UNH/GRDC Composite Runoff Fields Arxivləşdirilib 2012-07-01 at the Wayback Machine