Olenok körfəzi[1] — Laptevlər dənizində yerləşən körfəz. Körfəzin uzunluğu 65 km, eni isə 130 km-dir. Ən dərin yeri 15 metrdir. Lena deltasından qərbdə yerləşir. İlin böyük qismi buzla örtülüdür. Avqust-sentyabr ayları buzdan azad olur. Körfəzin suyu az duzludur. Bu səbəbdən burada şirin su balıqlarını görmək olar. Körfəzə Olenok çayı tökülür. Şərq sahillərini Lena deltası şəkilləndirir. Körfəzdə çoxlu ada vardır. Onlardan ən irisi Canqılaxdır. Ətrafında tundra bitkiləri yayılmışdır. Buxtanın sahil bölgəsi Böyük Arktik qoruğu ərazisinə daxildir. Buxtaya çoxlu sayda çaylar axır. İnzibati cəhətdən buxtanın böyük hissəsi Rusiya Federasiyası Krasnoyarsk diyarı ərazisinə daxildir.
Olenok körfəzi | |
---|---|
saxa Өлөөн хомото | |
Ümumi məlumatlar | |
Tip | Körfəz |
Sahil uzunluğu | 65 km |
Dərin yeri | 15 m |
Orta dərinliyi | 3 m |
Yerləşməsi | |
73°11′31″ şm. e. 122°14′46″ ş. u.HGYO | |
Ölkələr | |
Akvatoriyası | |
|
|
|
Körfəz 1633—1634-cu illərdə yenisey kazaklarının rəhbəri İvan Rebrov tərəfindən kəşf edilmişdir. 1735—1736-cı illərdə Vasili Vasilyeviç Pronçişev tərəfindən tətqiq edilmiş və xəritəyə salınmışdır. uzaq məsafədən kəşf edilmişdir. Sahillərində Vasili Vasilyeviç Pronçişev və Tatyana Pronçişevanın rəhbərlik etdiyi ekspedisiya qışlamışdır. 1736-cı ilin sentyabrında ər və arvad geri qayıdarkən yolda həlak olmuş və Olenok çayı mənsəbində dəfn olunmuşlat.
2002-ci ildə frsansız yazıçısı və səyyahı Jil Eklem kayaklsa körfəz boyu 60 km üzmüşdür.
2003-cü ildə Olenok axarı ilə yol 561 kmtəşkil edirdi[2].