Artur Lenk (10 fevral 1964, Paterson, Nyu-Cersi) — İsrailin Azərbaycanda Fövqəladə və Səlahiyyətli səfiri.
Artur Lenk | |
---|---|
Doğum tarixi | 10 fevral 1964 (60 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | diplomat, vəkil, advokat |
Vikianbarda əlaqəli mediafayllar |
Artur Lenk 1964-cü ildə ABŞ-nin Nyu-Cersi ştatında doğulub. 1983-cü ildə İsrailə köçüb.
1990-cı ildə Yerusəlimin Hebryu Universitetinin hüquq fakültəsində bakalavr pilləsini bitirib. 2003-cü ildə həmin universitetdə beynəlxalq hüquq üzrə magistr dərəcəsini alıb. 1990-1994-cü illərdə vəkil kimi çalışıb. 1994-1996-cı illərdə İsrail Xarici İşlər Nazirliyinin Asiya bölməsində müxtəlif vəzifələrdə işləyib. 1996-1998-ci illərdə İsrailin Hindistandakı səfirliyinin mədəniyyət və akademik məsələləri üzrə ikinci katibi olub. 1998-2000-ci illərdə İsrailin Los-Ancelesdəki baş konsulluğunda ictimaiyyətlə əlaqələr üzrə konsul postunu tutub. 2000-2005-ci illərdə İsrailin Xarici İşlər Nazirliyinin Beynəlxalq Hüquq və Hüquqi Məsləhətlər üzrə departamentində çalışıb. 2002-2005-ci illərdə paralel olaraq hökumət sözçüsü və xarici siyasət, diplomatiya məsələləri üzrə mühazirəçi olub.
2005-ci ilin martından isə İsrailin Azərbaycanda Fövqəladə və Səlahiyyətli səfiri olub.
Artur Lenk evlidir, üç qızı var.