Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sen-Menu
Sen-Menu (fr. Saint-Menoux) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Suvinyi kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03247. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 979 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 595 nəfər (15-64 yaş) arasında 442 nəfər iqtisadi cəhətdən, 153 hərəkətsiz (fəaliyyət göstərici 74.3%, 1999-cu ildə 69.2%) idi. Fəal 442 nəfərdən 399 nəfər (209 kişi və 190 qadın) işləyir, 43 nəfər işsizdir (22 kişi və 21 qadın). 153 hərəkətsiz 32 nəfər arasında şagird və ya tələbə, 67 nəfər pensiyaçı, 54 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Menua
Menua — Şərqi Anadoluda Urartuların beşinci məşhur kralıdır. E.Ə. 810-cu ilə E.Ə. 786 illəri arasında hökmdarlıq etmişdir. Etdiyi fəthlərdən daha çox tikdirdiyi binalar və şəhərlər ilə ölkənin inkişafını təmin etdi və ölkənin rifahını artırdı.
Menyu
Menyu — ictimai iaşə zallarının işlədiyi bütün vaxt ərzində müəssisədə (restoran, kafe, bar və s.) olan qəlyanaltıların, yeməklərin və içkilərin müəyyən ardıcıllıqla düzülmüş siyahısıdır. == Menyunun növləri == Menyunun aşağıdakı növləri vardır: Menyu a lya kard (a la carte) — hər biri üçün ayrıca qiymətlərlə porsiya yeməklərini göstərir; Menyu tabl d'ot (table d'hote) — hər bir yeməyin sabit qiymətlərlə bir və ya bir neçə seçimini təklif edir. Onun üstünlüyü qənaətli və sabit qiymətli olmasıdır; Menyu dü cur (du jour) — həmin gün hazır olan yeməklərin siyahısını sadalayır və göstərir; Turist menyusu — bu menyular elə tərtib olunurlar ki, ucuzluq və qidaların keyfiyyəti ilə turistləri cəlb edə bilsin; Kaliforniya menyusu — Kaliforniyanın bəzi restoranlarında istənilən yeməyi günün hər hansı vaxtında sifariş etmək mümkün olduğundan belə adlandırılmışdır; Dövri menyu — müəyyən dövrdən sonra təkrarlanan menyu.
Məna
Məna (fəlsəfə) Məna (psixologiya) Məna (dilçilik) - dilçilikdə termindir.
Mənc
Cunqan— İranın Çahar-Mahal və Bəxtiyari ostanının Lurdigan şəhristanının Mənc bəxşində şəhər və bu bəxşin mərkəzi.Əhalisinin əksəriyyəti bəxtiyarilərdən ibarətdir, bəxtiyari dilində danışırlar və şiə müsəlmandırlar.
Sent-Menu (rayon)
Sent-Menu (fr. Sainte-Menehould) — Fransanın Şampan-Ardenn regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Marna. Suprefektura — Sent-Menu. Rayon əhalisi 2006-cı ildə 14 144 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 14 nəf / km². Rayon sahəsi — 1021 km².
Men
Men (ing. Maine (/meɪn/)) - Şimal-şərqi ABŞ-nin ən şimal ştatı. 50 ABŞ ştatından Men ərazisinə görə ən kiçik 12-ci, ən az əhalisi olan 9-cu və ən az əhali sıxlığına malik 13-cüdür. Yeni İngiltərədə yerləşir, qərbdə Nyu-Hempşir, cənub-şərqdə Atlantik okeanı və şimal-şərqdə və şimal-qərbdə müvafiq olaraq Nyu-Bransuik və Kvebek adlı Kanada əyalətləri ilə həmsərhəddir. Men başqa bir tək ştatla həmsərhədd olan yeganə ştatdır, kontinental ABŞ-nin ən şərqidir və Böyük göllərin şərqindəki ən şimal ştatdır. Men nahamar, qayalı sahil xətti, alçaq, dərəli-təpəli dağları, sıx meşəli daxili və mənzərəli su yolları, həmçinin dəniz məhsulları mətbəxi, xüsusən də omar və molyusk ilə tanınır. Ştatın əksər hissəsində, o cümlədən sahilyanı ərazilərdə rütubətli kontinental iqlim mövcuddur. Men ən çox əhaliyə malik şəhəri Portlend, paytaxtı Oqastadır. Min illər boyu yerli xalqlar indiki Men ərazisinin yeganə sakinləri idi. Avropalılar indiki Menə gəldiyi zaman ərazidə bir çox Alqonkin dilli xalq yaşayırdı.
Men Tıva men
Men — Tıva Men (Mən tıvayam / Mən tıvalıyam) (tıvaca: Мен — Тыва Мен; rusca: Я — Тувинец, Ya tuvinets) Tıva Respublikasının himni. Yazıçısı Olonbayar Qantomir, bəstəkarı Bayantsaqaan Ooxiydir. Tıva Respublikasının Böyük Xuralı (parlamenti) tərəfindən rəsmi olaraq qəbul edilmişdir, və respublikanın köhnə himni olan Tooruktuğ Dolqay Tañdım himnini 11 avqust 2011-ci il tarixindən etibarən əvəz etmişdir.
Ana Mena
Ana Mena Rojas (25 fevral 1997, Estepona[d], Əndəlüs) — İspaniya müğənnisi və aktrisası. Karyerasına 2009-cu ildə "Marisol, la película" teleserialı ilə başlamışdır.
Antonela Mena
Antonela Mena (d. 28 fevral 1988; Buenos-Ayres, Argentina) — Argentinanı təmsil edən həndbolçu. == Karyerası == Antonela Mena Argentina yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun hamısında məğlub olan Argentina yığması, Rio-de-Janeyro Olimpiadasını sonuncu, 12-ci yerdə başa vurdu.
Antonella Mena
Antonela Mena (d. 28 fevral 1988; Buenos-Ayres, Argentina) — Argentinanı təmsil edən həndbolçu. == Karyerası == Antonela Mena Argentina yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun hamısında məğlub olan Argentina yığması, Rio-de-Janeyro Olimpiadasını sonuncu, 12-ci yerdə başa vurdu.
Bənu Təmim
Bəni Təmim (ərəb. بنو تميم‎ — tərc. Təmim övladları) — ərəb xalqının qolu. == Tarixi == Bəni Təmim qəbiləsinin kökü Müzərə bağlıdır. Təmim ibn Murra bin Udda bin Təbihə bin İlyas bin Mudar bin Nizar bin Maad bin Adnanın törəmələridirlər. Peyğəmbərin r vəfatından sonra Məkkə, Mədinə və Quba məscidlərinin camaatından başqa bütün ərəblər mürtəd olmuşdular (İslamdan üz çevirmişdilər). Bəzi ərəblər isə mürtəd olmamış sadəcə olaraq zəkatdan imtina etmişdilər. Hətta belə insanlardan bəziləri deyərdilər: Peyğəmbər r Allahın qulları arasında örtamövqeli olduğu halda ona itaət etmişdik. Əbu Bəkr nə etmək istəyir! Öz hakimiyyətini oğlu Bəkrə miras edəcək!
Köməkçi məna
Köməkçi məna bir sözün əsas mənası ilə əlaqədar zamanla ortaya çıxan fərqli mənaların hər birisidir. Sözün əsas (birinci) mənasından başqa, ancaq əsas məna ilə çox və ya az yaxınlığı olan yeni məna köməkçi məna adlanır. Yaxınlıq və oxşarlıq ümumiyyətlə bir sözün köməkçi mənasını qazanmasında mühüm rol oynayır. Köməkçi mənalar əsas məna ilə birlikdə həqiqi mənaları təşkil edir. Məsələn, "göz" dedikdə ağla gələn ilk şey sözün əsas mənası olan orqan adıdır. Lakin "iynənin gözü", "çantanın gözü", "masanın gözü" kimi ifadələr bənzətmə ilə əldə edilən yeni mənalardır. Bunlara köməkçi mənalar deyilir.
Liu Menq
Liu Menq (v. 272) — Kubeyin böyük oğlu idi. Tsao Vey imperatorunun vassalı olaraq hakimiyyətdə idi. Üsyana qərar versə də həbs edilərək edam edildi.
Manu Bennett
Manu Bennet (ing. Manu Bennett; 10 oktyabr 1969) Yeni Zelandiyada doğulmuşdur. Spartak serialının Blood and Sand, Gods Of Arena və Vengeance sezonların da Kriks rolunda oynamışdır. Bundan başqa Hobbit: Gözlənilməyən səyahət filmin də Azoq rolunda yer almışdır.
Manu qanunları
Manu qanunları və ya Manusmriti (sanskr. मनुस्मृति, e.ə. II – eramızın II əsrləri )— qədim hind ədəbiyyatının abidəsi və tarixi mənbəyidir. Manu mifologiyada hinduların və insan irqinin atası hesab edilən kraldır. Əsərdə Manudan "öz- özündən var olanın oğlu" deyə bəhs edilməkdədir. Bu qanunlarda pislənilən, qadağan olunmuş əməllərdən, onlara görə nəzərdə tutulan cəzalardan bəhs olunur. Qanunvericiliyin əsasını təşkil edən dharmaşastralarda mülki və cinayət qanunvericiliyinin müddəaları ilə yanaşı müxtəlif varna üzvlərinin vəzifələrinə, ailə həyatının normalarına, ibadət və hətta sanitar-gigiyenik qaydalara və s. rast gəlinir. Manu qanunları Avropa dillərindən tərcümə edilən ilk sanskrit dilli əsərdir. Əsər ilk dəfə 1794-cü ildə Kəlküttədə müasir hindologiyanın banisi Vilyam Cons tərəfindən tərcümə edilmişdir.
Mena Məsud
Mena Məsud (ing. Mena Massoud, qibt. Ⲙⲏⲛⲁ Ⲙⲁⲥⲥⲟⲇ, ərəb. مينا مسعود‎) Kanada aktyorudur. O, Disneyin 2019-cu ildə Ələddinin canlı aksiyon versiyasında Ələddin rolunda oynadı. Televiziyada da çalışmışdır; onun rolu 2015-ci ildə Kanadaya aid serial Open Heartda Cared Malik, Amazon Baş seriyalı Cek Rianda isə Tarek Kassar rolu da daxildir. == Erkən həyat və təhsil == Məsud Misirin Qahirə şəhərində qipti pravoslav xristian ailəsində anadan olub. Onun iki böyük bacısı vardır. Gənc ikən Kanadaya köçmüşdür. O, Marxam Ontarioda böyüyüb, burada Müqəddəs Qardaş Andre Katolik Liseyinə qatılıb.
Menyu (informatika)
Menyu(ing. menu, ru. меню) - proqramın parametrlərinin, komandalarının və s. elə strukturlaşdırılmış yığınıdır ki, istifadəçi lazım olan əməliyyatı yerinə yetirmək üçün onlardan birini seçə bilər. Tətbiqi proqramların əksəriyyəti, xüsusən, qrafik interfeysi (şəkillər əsasında) olan proqramlar öyrənməyi, işləməyi və düzgün istifadəni asanlaşdırmaq vasitəsi kimi menyudan istifadə edir. Menyuda bir adın seçilməsi çox zaman “aşağıda yerləşən” (növbəti səviyyəli) menyunun və ya yerinə yetirilən əməliyyatın xarakterini dəqiqləşdirən müəyyən parametrlər yığınından ibarət dialoq boksunun açılmasına səbəb olur. Menyu ilə işləmək üçün həm siçandan, həm də klaviaturadan istifadə olunur. Siçandan istifadə edərkən menyuda olan komandaları göstərmək üçün menyunun adını çıqqıldatmaq lazımdır. Klaviatura ilə menyu zolağını (MENU BAR) aktivləşdirmək üçün <Alt> və ya <F10> klavişindən istifadə olunur. Hər hansı menyunu, yaxud onun bəndini seçmək üçün altından xətt çəkilmiş hərf klavişini basmaq olar.
Menyu informatika
Menyu(ing. menu, ru. меню) - proqramın parametrlərinin, komandalarının və s. elə strukturlaşdırılmış yığınıdır ki, istifadəçi lazım olan əməliyyatı yerinə yetirmək üçün onlardan birini seçə bilər. Tətbiqi proqramların əksəriyyəti, xüsusən, qrafik interfeysi (şəkillər əsasında) olan proqramlar öyrənməyi, işləməyi və düzgün istifadəni asanlaşdırmaq vasitəsi kimi menyudan istifadə edir. Menyuda bir adın seçilməsi çox zaman “aşağıda yerləşən” (növbəti səviyyəli) menyunun və ya yerinə yetirilən əməliyyatın xarakterini dəqiqləşdirən müəyyən parametrlər yığınından ibarət dialoq boksunun açılmasına səbəb olur. Menyu ilə işləmək üçün həm siçandan, həm də klaviaturadan istifadə olunur. Siçandan istifadə edərkən menyuda olan komandaları göstərmək üçün menyunun adını çıqqıldatmaq lazımdır. Klaviatura ilə menyu zolağını (MENU BAR) aktivləşdirmək üçün <Alt> və ya <F10> klavişindən istifadə olunur. Hər hansı menyunu, yaxud onun bəndini seçmək üçün altından xətt çəkilmiş hərf klavişini basmaq olar.
Migel Mena
Migel Mena (7 iyul 1997) — Nikaraqualı üzgüçü. Migel Mena Nikaraquanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Migel Mena birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 53.40 saniyəlik nəticəsi ilə 55-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Məna (dilçilik)
Məna sözün bildirdiyi fikirdir. Sözlər birdən çox məna verə bilər. Bu vəziyyətdə mənaların biri orijinal məna, digəri köməkçi məna, başqa biri metaforik mənadır. Sözlər zamanla zənginləşə və ya mənasını itirə bilər. Onların mənasını itirməsinə məna kiçilməsi, yeni mənalar qazanması hadisəsinə isə məna genişlənməsi deyilir. Semantika sözlərin mənalarını və onların zamanla dəyişilməsini müşahidə edir. Sözlər həqiqi və məcazi mənada olurlar. Bəzi sözlər tarixi dövr ərzində həqiqi mənasını itirərək slenqə çevrilir. Bəzi sözlər çox mənalıdır: Gül kimi və yaxud dil kimi. Bəzi sözlər geniş mənalarından əvvəl dar məna ifadə edirlər.
Məngu Teymur
Məngu Teymur (monq. ᠮᠦᠨᠺᠬᠲᠡᠮᠦᠷ) və Daş Möngke— Elxani şahzadəsi, Hülakunun ən gənc oğlu. == Həyatı == 23 oktyabr 1256-cı ildə gecə saatlarında Hülakü xanın ən gənc oğlu olaraq doğuldu. Anası Oyrat tayfasından Ölcay xatun idi. 5 yaşında Fars atabəyi Səəd Əbubəkr oğlu Salqurlunun qızı Abəş xatunla nişanlanmış, 1272-ci ildə evlənmişdi. 1281-ci ildə Suriyada Məmlük sultanı Qalavuna qarşı İkinci Höms döyüşündə məğlub olmuşdu. Uzun sürən xəstəlikdən sonra 26 aprel 1282-ci ildə Mosulda vəfat edib. == Ailəsi == 3 xatunu, bir neçə kənizi olub: Ölcay xatun (Buğa Teymurun qızı və dayısıqızı) Ara Qutluğ — Buğa Teymurun oğlu Tarağayla evləndi Abəş xatun Kərduçin xatun Noçin xatun (Diyarbəkr valisi Durabay noyonun qızı) İncitay xatun (Hülakunun oğlu Cumğurun qızı) Alinaq Egeçi Ambarçi (ö. 24 Sentyabr 1294, Naxçıvan) Əsən Temür Yol Qutluq Pir Hüseyn Qonçi Qutuqtay (Samaqarın oğlu Ərəb Noyonla evləndi) Bibi Şah (Kirman valisi Rüknəddin Mübarək Xacənin qızı) Başqa bir kəniz Buyan ağa — Əmir Sutayla evləndi.
Məngü Timur
Məngü Timur Özbək — Qızıl ordanın beşinci xanı. Batı xanın nəvəsi idi. == Hakimiyyəti == Hakimiyyətinin ilk dövründə ruslarla yaxşı əlaqələr qurmuş, Rus Pravoslav kilsəsini vergidən azad etmişdi. 1274-cü ildə müstəqil olan son knyazlıq olan Smolenski də işğal etmişdi. Xubilaya qarşı Kayduya yardım edirdi. Daha sonra Kayduya qarşı gələrək ən sevdiyi oğlu Nomu xanı ona qarşı müharibəyə göndərdi. 1280-ci ildə xan boynundan aldığı zədəyə görə vəfat etdi. == Ailəsi == Məngü Timur Kunqqirat qəbiləsindən Olcay xatunla evlənmişdi. Övladları: Toxta xan Nomu xan Kokçu xan Toğrulça - Özbək xanın atası Çiçəkxatun (Anna) - Yaroslavl knyazı Fyodor Rostivlaviç ilə evlənmişdi.
Riqoberta Mençu
Riqoberta Mençu Tum (isp. riɣoˈβeɾta menˈtʃu; 9 yanvar 1959-cu il təvəllüdlü) Kiçeli yerli feminist və Qvatemalalı insan haqları müdafiəçisi. Mençu, həyatını Qvatemala Vətəndaş müharibəsi (1960-1996) dövründə və sonrasında Qvatemala aborigenlərinin hüquqlarının təbliğinə və yerlilərin hüquqlarının beynəlxalq səviyyədə təbliğinə həsr etdi. Digər nüfuzlu mükafatlarla bərabər 1992-ci ildə Nobel sülh mükafatını və 1998-ci ildə Asturiya Şahzadəsi mükafatını aldı. O, Riqoberta Mençu (1983) avtobioqrafik əsərinin qəhərmanıdır və digər əsərləri ilə yanaşı "Sərhədləri keçmək" (1998) avtobioqrafik əsərinin müəllifidir. Mençu UNESCO-nun xoşməramlı səfiridir. Ölkənin ilk yerli siyasi partiyası olan Vinaqı quraraq,2007 və 2011-ci illərdə Qvatemala prezidentliyinə namizədliyini irəli sürmüşdü. == Şəxsi həyatı == Riqoberta Mençu, şimali mərkəzdəki Qvatemala El Kiçe əyalətinin Laj Çimel kəndində Maya mənşəli yerli yoxsul kəndli ailəsində anadan olmuşdur. Ailəsi, İspaniyanın Qvatemalanı fəth etməsindən sonra qaldıqları kiçik torpaq sahələrində özlərini dolandıra bilməyən bir çox aborigen ailələrdən biri idi. Mençunun anası on altı yaşında mamaça (akuşerka) olaraq karyerasına başladı və 43 yaşında öldürülənə qədər ənənəvi dərman bitkilərindən istifadə etməyə davam etdi.
Stiven Mənn
Stiven Mənn — ABŞ diplomatı. Bir müddət ATƏT-in Minsk qrupunun həmsədri olmuşdur.